Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   ...   5   6   7   8   9   10   11   12   ...   36
nuriyeva-sevinc

Elmi-nəzəri biliklər - vəzifənin icrası ilə bağlı olan elmi mühakimə və 
ehtimalların formalaşdırılması eyni zamanda irəli sürülməsi üçün həmin sahə üzrə 
qəbul olunmuş elmi-nəzəri (doktrinal) baxışlar haqqında təsəvvürlərə malik olmanı 
nəzərdə tutur.
Qanunvericilik bilikləri - vəzifənin icrası ilə bağlı olan münasibətlərin birbaşa 
qanunvericiliklə tənzimləndiyi sahələrə aid dövlət tərəfindən tətbiq olunan normativ 
hüquqi aktlara dair təsəvvürlərə malik olmanı nəzərdə tutur.


- 14 - 
Xüsusi biliklər - vəzifənin icrasının xüsusi tərəfləri əsas götürülməklə 
müəyyən edilir. Vəzifənin icrası ilə bağlı işçinin müəyyən səviyyədə xarici dil 
biliklərinə, tapşırıqların yerinə yetirilməsi ilə bağlı müxtəlif kompüter proqramları 
haqqında təsəvvürlərə malik olması və s. nəzərdə tutulur.
Bacarıq - insan resurslarının idarə edilməsi sisteminin ikinci tərkib hissəsi 
hesab edilir. Bacarıq anlayışı fərdin ümumi bacarıqlara malik olması mənasında 
deyil, onun icra etdiyi vəzifənin təyinatı üzrə nəzərdə tutulmuş biliklərə malik olması 
bacarıqlarını nəzərdə tutur.
Vərdiş - insan resurslarının idarə edilməsi sisteminin sonuncu tərkib hissəsi 
qəbul edilir. İnsan resurslarının idarə edilməsi prosesində fərdin zəruri səviyyədə 
biliklərə malik olması və bu bilikləri mütəmadi olaraq nəzərdə tutulan həddə mövcud 
münasibətlərə tətbiq edə bilməsi fərdin fəaliyyətində effektivliyin əldə edilməsini 
təmin etməklə lazımi vərdişlərin formalaşmasına imkan verir. Vərdişləri 
bacarıqlardan fərqlənməsinə səbəb olan əsas cəhət bacarıqlar zəruri biliklərin konkret 
olaraq hədəflərə tətbiq edilməsi, vərdişlər isə şəxsin fəaliyyətində və davranışında 
vəzifə üzrə peşəkarlaşmaqdır. Vərdişlər biliklərin əldə edilməsindən və onun 
bacarıqlar vasitəsi ilə tətbiq edilməsinin sintezindən ortaya çıxır ki, bu da 
peşəkarlaşma ilə nəticələnir. Zəruri vərdişlərin əldə edilməsi ilə şəxsin fəliyyətində 
formalaşan peşəkarlaşmanı şərti olaraq iki hissəyə ayrmaq olar:
 intellektual peşəkarlaşma;
 fiziki peşəkarlaşma. 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin