Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

124
Buxovları qıran
 
Okkultik fəaliyyət 
Sorğuda iştirak edənlərdən bu  
fəaliyyətlə məşğul olanların sayı
 
Astral proyeksiya 
44
 
Stol qaldırma 
149
 
Falçılıq 
180
 
Astrologiya 
321
 Zindanlar və əjdahalar oyunu 
286
 
Büllurlar və piramidalar 
72
 
Ouija board oyunu 
416
  Trans vəziyyətdə yazı yazma 
35
 
Tarot kartları 
99
 
Ovuc oxuma 
192
 
Ruh bələdçiləri 
37
 
Qan sazişi 
100
 
861 
İştirak edənlərin sayı
 
864 
İştirak etməyənlərin sayı
 
1725 
Sorğudan keçənlərin sayı
Qeyd: hər fəaliyyətlə məşğul olanların sayı 861-dən daha çox ol du-
ğuna gətirib çıxarır, çünki bəzi tələbələr bir fəaliyyətlə deyil, 
bir neçə fəaliyyət ilə məşğul idilər.
Məsihçi yeniyetmələrin, demək olar ki, 50 faizi bu fəaliyyətlərdən 
hansısa biri ilə məşğul olub! Biz hələ Musanın Qanunun Təkrarı 
18-də dediyi cadugərliklə və ya ovsunçuluqla məşğul olmağı so-
ruşmadıq. 
Bəzi  insanlar  üçün  cavanların,  eləcə  də  qocaların  şeyta-
na  səcdə  qıldığına  inanmaq  çətindir.  Bizim  polis  bölmələrimiz 
bu  gün  valideynlərə:  «Oyanın!  Sizin  uşaqlarınız  təkcə  narko-
tik  maddələrlə  və  qeyri-qanuni  sekslə  məşğul  olmurlar.  Onlar 
satanizmdədirlər. Biz qan və qəddarlıqla kəsilmiş heyvanlar gör-
müşük»  —  deməyə  çalışırlar.  Mənim  dərs  keçdiyim  universite-
tin mühafizə xidmətinin rəisi Kaliforniyanın cənub tərəfində olan 
universitetlərin mühafizəkarlar qrupuna aid idi. Bu qrup ayda bir 

Sirli gücə və biliyə şirniklənmə 
125
dəfə görüşürdü. Görüşü təşkil etmək növbəsi bizim universitetə 
çatanda o, məndən xahiş etdi ki, mədəniyyətimizdə olan okkultik 
fəaliyyətlər  haqqında  danışım.  O  dedi:  «Qrupda  məsihçilər  çox 
deyil, amma onlar universitetimizə gələcəklər, ona görə də onlarla 
danışmağınızı istəyirəm». Mən bununla razılaşdım.
Bu,  keçmiş  hərbçi  kişilərdən  və  polis  məmurlarından  ibarət 
təcrübəli qrup idi. Mən cəmiyyətimizdə satanizmin dirçəlişi haq-
qında danışmağa başlayanda qrupun içərisində şübhə və ya isteh-
za edən bir nəfər də yox idi. Onların hər biri universitetlərində 
satanizmə məxsus olan dəhşətli əlamətlərin aşkar edilməsi haq-
qında  öz  hekayələrini  bölüşə  bilərdilər.  Hər  mühafizəçi  məmura 
onu ört-basdır etmək tapşırılmışdı. Universitet rektorları zorlama 
hallarını  bildirməyi  xoşlamadıqları  kimi,  cəmiyyətin  belə  şeylər 
haqqında bilməsini də istəmirlər.
Musanın  Kənan  torpağında  İsrail  xalqına  uzaqlaşmaq  üçün 
xəbərdarlıq  etdiyi  hər  bir  kult  və  ya  okkultik  hərəkətlər  –  «zi-
yansız» ulduz falından heyvan və insan qurbanlarının düşünülməz 
vəhşiliyinə qədər – bu gün mədəniyyətimizdə var və fəaliyyətdədir.
Q
aranlıq tərəfdə olan bilik
Mədəniyyətimizdə sirli olan, «əlavə» biliyə qızğın həvəs Kali-
forniyanın Pasadena şəhərində keçirilən iki açıq konfransda mənə 
aydınlaşdı. Konfranslardan biri beynəlxalq müjdəçilik üzrə böyük 
dünya konfransı idi və 600-ə yaxın adam iştirak edirdi. Eyni za-
manda Pasadena Mülki Mərkəzində «New Age» cərəyanının kon-
fransa keçirildi və 40000-dən artıq adam iştirak edirdi! Bu, bizim 
cəmiyyətimizdir.  İnsanlar  Allahın  demək  istədiyi  şeylərə  qulaq 
asmaq istəmirlər. Onlar «sirli biliyə malik olan» başqa adamdan 
məlumat  və  istiqamət  eşitmək  istəyirlər,  məsələn:  cindar,  falçı, 
ovuc oxuyan, kartla fala baxan və ya ölmüş dostun, yaxud qohu-
mun ruhu ilə danışan insan. 
Allah Öz xalqına Özündən başqa fövqəladə mənbədən məsləhət 
almağı  qəti  qadağan  edib.  «Cindarlara  və  ruh  çağıranlara  tərəf 

126
Buxovları qıran
dönməyin,  onlarla  danışmayın,  yoxsa  murdarlanarsınız…Mənə 
xəyanət  edərək  cindarlara  və  ruh  çağıranlara  tərəf  dönən  hər 
kəsdən üz döndərib xalqın arasından qovacağam… Cindar, yaxud 
ruh  çağıran  kişilər  və  ya  qadınlar  öldürülməlidir»  (Lev.  19:31; 
20:6, 27). Yanlış bələdçiləri axtaran hər bir kəs xalqın arasından 
qovulmalı idi və yanlış bələdçilik edən ölümə məhkum olmalı idi. 
Allah hələ də əvvəlki işləri görür, amma biz sonrakı işləri görmü-
rük. 
Biz, demək olar ki, əksinə edirik. İnsanlar televiziyada və ra-
dio  proqramlarında  falçılıqla  məşğul  olurlar  və  məsihçilərə  yol 
verilmədiyi  halda  «New  Age»  müəllimləri  öz  dünyagörüşlərini 
təbliğ edirlər. Mən bu yaxınlarda oxumuşam ki, qadınların çoxu 
ixtisaslaşmış  peşəkar  psixoloqlardansa,  falçılar  və  ya  «New 
Age» ilə məşğul olanların yanına gedirlər. Siz bizim ölkədə olan 
hər bir şəhərdə falçı yanına gedə bilərsiniz və həyatınız barədə 
nəsə  öyrənməyə  görə  pul  ödəyə  bilərsiniz.  Bunu  sizə  söyləyən 
şəxs  ya  yalançıdır,  ya  da  trans  vəziyyətinə  girib  murdar  ruh 
üçün kanala çevrilən cindardır. Bunlar cəmiyyətin xəstəliyi kimi 
görünməkdənsə, çox vaxt öz «bacarıqları»na görə onlara pastorlar 
və həkimlər kimi münasibət bəsləyirlər. Əslində, məbəd üçün ən 
böyük ruhani təhlükələrdən biri «New Age» «müalicə üsulunun» 
sürətlə yayılmasıdır. 
Fırıldaqçılar və həqiqi falçılar
Falçılar  və  cindarlar  «ecazkar»  məlumatı  və  duyumları  hara-
dan  əldə  edirlər?  Onların  çoxu  «aldadıcı  ruhlara  qulaq  asırlar» 
(1Timotey 4:1), amma falçılıq və cindarlıq adlanan şeylərin bəzisi 
ağıllı xülyadır. Bu ağıllı fırıldaqçılar hər şeyə inanan insanlara sadə 
və öz məqsədlərinə yönəldən aparıcı suallar verirlər. Onlar eləcə 
də müştərilərinin nitqinə, özünü aparma tərzinə, görünüşünə və 
paltarına  fikir  verirlər.  Həmin  cavablara  və  şəxsi  müşahidələrə 
əsaslanaraq,  onlar  olduqca  düz  olan  ümumi  fikirlər  söyləyirlər. 
Amma hər şeyə inanan insanlara onların «vəhy»lərinin dəqiqliyi 
elə təsir göstərir ki, onlar daha çox məlumat verməyə başlayırlar, 

Sirli gücə və biliyə şirniklənmə 
127
fırıldaqçılar  da  bunu  «tale  haqqında  bilik»  deyə  uydururlar.  Bu, 
şeytani deyil; bu, sadəcə, aldatmadır. 
Amma  Allahın  Levililərdə  və  Qanunun  Təkrarı  kitabında 
xəbərdarlıq  etdiyi  falçılar  və  cindarlar  fırıldaqçılar  deyildi,  təbii 
hisslərlə  gəlməyən  biliyə  malik  olan  və  ötürən  insanlardır.  Bu 
insanlar  özlərini  murdar  ruhani  aləmə  açıblar  və  onların  kanal-
larına  çevriliblər.  Fırıldaqçı  yalnız  sizin  pulunuzu  oğurlamaqla 
maraqlanır.  Amma  falçı  vasitəsilə  şeytandan  gələn  yalançı  bilik 
və  istiqamət  sizin  ruhani  həyatınızı  və  azadlığınızı  oğurlamaq 
məqsədini güdür. 
Yadımdadır ki, bir dəfə yanıma falçının qurbanı olmuş bir nəfər 
məsləhət üçün gəldi. Rori qırx yaşlarında olan təzəliklə boşanmış 
xoş görkəmli bir kişi idi, o, ofisimə gəlib başına gəlmiş inanılmaz 
hekayəni danışdı. Bir gün o, yeni qadın dostu olan Bernisini Ka-
liforniyanın əyləncə parkına dəvət etmişdi. Onlar dükanları gəzə-
gəzə falçının işlədiyi yeri reklam edən kiçik dükana yaxınlaşdılar. 
Elanda yazılmışdı: «İçəri girin və həyatınız üçün təlimatlar əldə 
edin.» 
Rori və Bernis içəri girdi və falçı onları sirli biliyi ilə valeh etdi. 
Qadının tanış ruhdan məlumat əldə edən həqiqi falçı olduğunu, ya 
da ağıllı fırıldaqçı olduğunu deyə bilmərəm. Amma cütlüyə dərin 
təsir etmişdi. «Əgər sizdə belə güc varsa,» — deyə, Rori nida etdi 
— «mənim üçün başqa nə edə bilərsiniz?» Falçı ona öz işində və 
həyatının başqa bütün sahələrində uğur qazanmaqda kömək edə 
biləcəyini vəd etdi. 
Rori buna inandı və Bernis ilə müntəzəm olaraq onun yanına 
getməyə başladı. Falçı onlara evlənməyi məsləhət gördü, onlar da 
evləndilər. Onlar bir cütlük kimi falçının məsləhətini almaqda və 
ona əməl etməkdə davam edirdilər. 
Dörd  ildən  sonra  Rori  mənim  ofisimə  gəldi.  Onun  Bernis  ilə 
nikahı fəlakət idi və falçının vəd etdiyi uğurlu iş heç vaxt həyata 
keçmədi. Mən ondan «ruhani» bilik axtarmaq məqsədilə tökdüyü 
pulların miqdarını soruşanda Rori: «Mən şəxsən ona, demək olar 
ki, 15000 dollar vermişəm, amma Bernis isə 65000 dollardan çox 
pul verib» — deyə, cavab verdi. 

128
Buxovları qıran
Belə  falçı  və  ya  fırıldaqçı  işindən  çox  pul  qazanmaq  olar  və 
çoxlu  sehrbazlar  külli  miqdarda  pul  alırlar.  Bir  çox  insanlar  öz 
həyatları və gələcəkləri barəsində nəsə əlavə şeylər bilməyə can 
atırlar və arzu etdikləri sirli məlumat üçün səxavətlə ödəyirlər. 
Qaranlıq tərəfi axtarmağın acı nəticələri 
Bizim  «cindar»  və  «ruhçağıran»  Müqəddəs  Kitab  terminləri 
haqqında  çox  məlumatımız  yoxdur.  «Cindar»  (ob,  «cadugər  və 
ya  sehrbaz»  mənası  verir)  sözü  qadın  cinsində  olduğundan  və 
«ruhçağıran»  (yidd  oni,  «bilmək»  sözünün  kökündən)  sözü  kişi 
cinsində  olduğundan  Müqəddəs  Kitabın  bəzi  alimləri  düşünürlər 
ki, onlar eyni rola məxsus qadın və kişi üçün adlardır. 
Əhdi-Ətiqdə İsrail xalqını Allaha qarşı üsyankar olmağa aparan 
padşahlar, yalançı peyğəmbərlər və cindarlar haqqında çox danı-
şılır. Daha çox tanınmış hallardan biri İsrailin birinci padşahıdır. 
Şaul Allahın idarəçiliyini axtarmaqla yaxşı başlamışdı və Şamuel 
tərəfindən İsrailin padşahı təyin edilmişdi (1 Şamuel 9). O, Allahın 
iradəsinə qarşı ləyaqətsiz üsyankarlığına qədər yaxşı xidmət etdi 
(1Şamuel 15). Üsyankarlıq Allahın cadugərlik günahı ilə eyni say-
dığı günahdır (23-cü ayə). Şaul niyə günah etdi və Rəbbin sözünü 
rədd etdi? Çünki o, Allahın səsindən daha çox insanların səsindən 
qorxdu – bu gün həmin problem bütün dünyamızda açıq-aşkardır. 
Şaul  günah  etdiyinə  təəssüfləndisə  də  (yaxud  ən  azı  bu  işin 
üstündə tutulduğuna görə üzr istədisə də), onun həqiqətən tövbə 
etdiyini təsdiqləyən heç bir sübut yoxdur. Allaha tabe olmayan bir 
çox insanlar kimi o öz səhvini düzəltməyə çalışdı, amma bu, çox 
gec idi və Rəbbin Ruhu Şauldan ayrıldı və Rəbbin izni ilə şər bir 
ruh ona əzab verməyə başladı» (1Şamuel 16:14). 
İki səbəbə görə bu, çətin hissədir. Birinci səbəbdən elə görünür 
ki, insan itaətsizliyə görə Müqəddəs Ruhu itirə bilər. Amma bunu 
da başa düşmək lazımdır ki, Əhdi-Ətiqdə Müqəddəs Ruhun hüzuru 
müəyyən vaxt ərzində yalnız bir neçə seçilmiş insana verilib. Şa-
ulun üzərinə enmiş Ruh, yəqin ki, 13-cü ayədə Davudun üzərinə 
enmiş Ruh ilə eynidir: Allahın məsh edilmiş padşahı kimi rəhbərlik 

Sirli gücə və biliyə şirniklənmə 
129
etmək üçün Ruhla təmin olunmuşdu. Bu unikal təminat bu gün 
Onun övladları kimi bizim Allahla Ruhda şəxsi ünsiyyətimiz ilə 
eyni deyil. 
Çarmıxdan bəri məbəd Allahın övladlarını göylərdəki Ataları ilə 
əbədi birləşdirən Müqəddəs Ruhun hüzuru ilə tanınır (Efes. 1:13, 
14). İsa vəd etdi ki, Onun əlindən bizi heç kim ala bilməz (Yəhya 
10:28) və Paul bizi əmin edir ki, heç bir şey – hətta itaətsizlik 
belə — bizi Allahın məhəbbətindən ayıra bilməz (Roma. 8:35-39). 
Biz Məsihdə təhlükəsiz yerdəyik. Məsihin çarmıxdakı işinə iman 
etməyimiz nəticəsində Müqəddəs Ruh bizdə yaşayır. 
İkinci  problem  murdar  ruhun  Rəbdən  gəlməsi  ideyası  ilə 
əlaqəlidir. Amma biz Allahın ali olduğunu yadda saxlamalıyıq və 
O, şeytanı və onun kəşfiyyatçılarını Şaulla etdiyi kimi Öz xalqını 
tərbiyələndirmək  üçün  istifadə  edə  bilər.  Bu,  Allahın  Öz  xalqını 
tərbiyələndirmək  üçün  «Mənim  qəzəb  əsam»  kimi  allahsız  As-
suriya xalqından istifadə etməsindən fərqli bir şey deyil (Yeşaya 
10:5, 6). Allahın Öz iradəsini yerinə yetirməkdə cinlərdən istifadə 
etməsi  Onun  təbiəti  və  ya  planı  ilə  uyğunlaşır.  Hətta  məbədə 
biabırçı  əxlaqsız  üzvü  «Şeytana  təslim  edin  ki,  cismani  təbiəti 
yox  olsun,  ruhu  isə  Rəbbin  günündə  xilas  olsun»  (1  Kor.  5:5) 
məsləhəti verilib. 
Bunu  qeyd  etmək  maraqlıdır  ki,  murdar  ruh  nə  vaxt  Şaulun 
üzərinə gələndə Davud öz lirasında çalardı və murdar ruh çıxıb 
gedərdi (1 Şamuel 16:23). Ruhani aləmdə musiqinin Kəlama uy-
ğun  qabarıqlığından  agah  olmamağımız  necə  də  acınacaqlı  bir 
haldır! Elişa Allahdan soruşmazdan qabaq dedi: «'İndi mənim ya-
nıma cəng çalan bir adam gətirin'. Gətirilən adam cəng çalarkən 
Rəbbin əli Elişanın üzərinə gəldi» (2 Pad. 3:15). Davudun pad-
şahlığı dövründə 4000-dən artıq musiqiçi məbəddə gecə və gün-
düz oxumaq üçün təyin edilmişdi (1Salnamə. 9:33; 23:5). Rəbbə 
ürəklərində mahnı oxumaq və melodiya bəstələmək və bir-birlərinə 
məzmurlar,  ilahilər  və  ruhani  nəğmələr  oxumaq  Ruhla  dolmuş 
məsihçilərin əlamətidir (Efes. 5:18-20).
Digər  tərəfdən  musiqi  aləmində  dünyəvi  musiqinin  dağıdı-
cı  qüvvəsi  var.  İmana  gətirdiyim  satanist  şəxs  şeytanla  əlaqəli 

130
Buxovları qıran
qrupları göstərən məşhur rekord albomlarının üzərində olan çox-
lu  sayda  simvolları  mənə  göstərdi.  O,  güman  edir  ki,  bu  gün-
kü  ağır  rok  və  punk  (mədəniyyətə  zidd  gedən  üsyankar  mu-
siqi  növü,  tərcüməçinin  qeydi)  musiqi  qruplarının  85  faizinə 
satanistlər  «sahibdirlər».  Onlar  dərk  etmədən  məşhurluq  və 
sərvətin müqabilində özlərini satanizmə satıblar. Bu musiqiçilərin 
az bir qismi satanizmlə məşğuldur, çox hissəsi isə ümidsiz halda 
azmış insanlardır və musiqilərindəki allahsız düşüncələr vasitəsilə 
başqalarını yoldan çıxarırlar. 
Şamuel  peyğəmbər  öləndən  sonra  Şaulun  ruhani  bilik  üçün 
yanlış  yanğısı  onu  cindardan  məsləhət  almağa  gətirib  çıxardı. 
Əvvəllər xalqı cindarlardan və ruhçağıranlardan təmizləyən Şaul 
(1 Şamuel 28:3) özünü bir təhər bu qırğından qurtarmış En-Dorda 
yaşayan bir cindarla görüşmək qərarına gəlir. Qiyafəsini dəyişərək 
cindarın  yanına  gəlmiş  Şaul  onu  Şamueli  çağırmağa  razı  saldı 
(8-19-cu ayələr). Amma Allah (saxta ruhun gəlməsini gözləyən) 
cindarı qorxuya salan Şamuelin özünün orada görünməsinə icazə 
verəndə plan gözlənilməz bir şeylə nəticələndi. Şamuelin Şaula 
dediyi  sözlər  bəd  xəbər  idi,  bu  xəbərdə  yaxınlarda  fələstinlilər 
tərəfindən  İsrailin  zəbt  olunması,  özünün  və  oğullarının  ölümü 
əvvəlcədən bildirildi (19-cu ayə).
Allah ölülərlə danışmağı qəti qadağan edir. «Sizə bəzi adamlar 
deyəndə ki, «pıçıldayıb — mırtıldayan cindarlarla, ruhçağıranlarla 
danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət al-
mamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? Allahın 
təliminə,  şəhadətinə  sarı  dönün!  Əgər  onlar  Allahın  kəlamı  ilə 
danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq» (Yeşaya 8:19, 20). 
Varlı  adamla  Lazarın  hekayəsi  indiki  dövrdə  ölülər  ilə  danış-
mağın  qeyri-mümkünlüyünü  öyrədir  (Luka  16:19-31).  Əgər  falçı 
ölülər  ilə  əlaqə  saxladığını  iddia  edirsə,  ona  inanmayın.  Psixo-
loq hipnoz vasitəsilə müştərini öz həyatından əvvəlki həyatından 
birinə qaytardığını iddia edərsə, ona inanmayın. «New Age» falçısı 
indiki vaxtda keçmişdəki adamla danışdığını iddia edirsə, inanın 
ki, bu, şeytani ruhdan və ya fırıldaqçının aldadıcı əməlindən başqa 
bir şey deyil. 

Sirli gücə və biliyə şirniklənmə 
131
Yeni geyimdə köhnə ideya
«New  Age»  cərəyanı  maariflənmənin  okkultik  məlumatı  adlı 
bir cildə girir: «Sənə Allah lazım deyil; sən özün Allahsan. Sənə 
günahlarından tövbə etmək və özünü xilas etmək üçün Allahdan 
asılı olmaq lazım deyil. Günah problem deyil; sənə, sadəcə olaraq, 
ağlını söndürmək və ahəngdar birləşmə vasitəsilə böyük kosmik 
eyniliyə qoşulmaq lazımdır.» «New Age» hərəkatının təklifi şey-
tanın ən köhnə yalanıdır: «Allah kimi olacaqsınız» (Yaradılış 3:5). 
Bilik  və  güc  üçün  bu  yanğı  tez  inanan  cəmiyyəti  cindarlar-
dan,  ruhçağıranlardan  və  falçılıq,  kartlar,  ovuc  oxuma,  astrolo-
giya, qara magiya kimi okkultik fəaliyyətlərdən məsləhət almaq 
üçün yoldan çıxarıb. «İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-
Zevuva müraciət etmək üçün qasidlər göndərdin?» — deyə, İlyas 
kədərləndi  (2  Pad.  1:6).  Ətrafımızda  olan  bir  çox  insanlar  onla-
rı  sevən  və  həyatlarını  idarə  etmək  istəyən  Allahı  rədd  edirlər, 
əksinə, bu insanlar qaranlıq padşahlığında nur və sülhü axtarır-
lar. Biz də Yehu kimi deyə bilərik: «Anan İzevelin xainlikləri və 
cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?» 
(2 Pad. 9:22).  Sülh  qaranlıq  hökmdarında  deyil,  yalnız  Sülh 
Hökmdarında tapıla bilər. 
Mədəniyyətimizdə  bir  çox  insanları  Allahdan  uzaqlaşdırma-
ğa  tovlayan  bilik  və  güc  istəyinə  can  atmayın.  Həv.  İş.  8:9, 
10-da  Şimonun  tərəfdarları  kimi  insanlar  bu  gün  «New  Age» 
cadugərliyi ilə məşğul olanlara böyük maraq göstərərdilər. Baş-
qaları Həv. İş. 16:16-18-də falçılıq ruhuna tutulmuş qaravaş qı-
zın müştəriləri kimi cadugərlik ruhu ilə məşğul olanların gəlir 
qazanmasına imkan verəcək. Erkən məbədin bu nümunələrində 
olduğu  kimi  qaranlıq  tərəfdə  bilik  və  güc  axtaranlar  tətbiq 
etdikləri  saxta  qüvvələrlə  bir  çoxlarını  aldadaraq,  Allahın  işinə 
çox mane olacaqlar. Başqa insanlar gücü elə həvəslə istəyəcəklər 
ki,  «təkə  bütlərinə»  (Lev.  17:7)  qurban  gətirəcəklər,  hətta  öz 
övladlarını  cinlərə  qurban  verəcəklər  (Məzmur  106:36-38). 
Mən belə şeylərin əslində bu gün də baş verdiyini bilavasitə öz 
təcrübəmdən təsdiq edə bilərəm. 

132
Buxovları qıran
Qoy Kəlamın bu sözləri bizi həqiqət üçün oyatsın, belə ki, hətta 
imanlılar  Allahdan  kənar  müstəqilliyimiz  və  vacibliyimiz  hissi-
mizi  şişirdən  düşmən  tərəfindən  sövq  olunaraq  Allahın  bilik  və 
gücündən uzaqlaşa bilərlər. 
Lakin  Yeşurun  kökələrkən  təpik  atdı,  doyarkən,  yo-
ğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xi-
laskarını,  Qayasını  rədd  etdi.  Yad  allahlara  Allahı  qıs-
qandırdılar. İyrənc əməllərlə Onu qəzəbləndirdilər. Allah 
olmayan cinlərə, tanımadıqları allahlara, atalarının qorx-
madıqları  son  zamanlar  yeni  yaranan  allahlara  qurban 
kəsdilər. Sizi həyata gətirən Qayanı atdınız. Sizi yara-
dan Allahı unutdunuz (Qan. Tək. 32:15-18). 

9
Öz istəyini etməyə 
 sövq olunmaq
Bizim  uşaqlarımız  balaca  olanda  birlikdə  Kəlamı  oxumaq  və 
dua etmək üçün vaxtımız çox hallarda uğurla keçmirdi. Bir axşam 
çox məşğul olduğumuza görə Haydi və Karl ilə dua və Müqəddəs 
Kitab oxumaq vaxtımızı nəzərdən qaçırdıq. Onları yatağa qoyan-
dan  bir  neçə  dəqiqə  sonra  otağından  Haydinin  səsini  eşitdim: 
«Atacan, biz çaxnaşmalarımızı
8
 etməyi unutduq». Doğrudan da, 
bizim ailəmizdə dua və Kəlam oxumaq vaxtı, adətən, «çaxnaşma-
lar» kimi idi. 
Həmin  vaxtlardan  çox  yaxşı  yadımda  qalan  bu  idi.  Bir  neçə 
həftə ərzində Karlın danışmaq istədiyi yeganə mövzu sövqolunma 
idi. Məncə o, əsasən, sözün səslənməsinə valeh olmuşdu. Uşaq 
olarkən  «alüminium»  sözünü  xoşladığım  yadımdadır.  Amma  bu 
mövzuda  bir  neçə  həftə  müzakirə  edəndən  sonra  Karl  hələ  də 
sövqolunma anlayışı ilə günahın özünü fərqləndirə bilmirdi. 
Mən yaşca uşaq olmayan bir çox məsihçilərin həmin fərqi başa 
düşmədiyini aşkar etmişəm. Sövqedici düşüncələrlə bombalanaraq 
onlar özlərində nəsə ciddi problemin olduğunu fikirləşirlər. Onlar 
sövq olunma ilə günahı bərabərləşdirirlər. Amma hətta İsa da «hər 
cəhətdən bizim kimi sınağa çəkilib». Amma ayə belə bitir: «lakin 
günah etməmişdir» (İbr. 4:15). Nə qədər ki biz indiki dünyamızda 
fiziki  olaraq  sağıq,  İsa  kimi  sövq  olunacağıq.  Amma  O,  günah 
8  Uşaq  çaşmışdı.  İngilis  dilində  «çaxnaşmalar»  mənasını  verən  söz  «dua  və 
Kəlam oxumaq vaxtı» mənasını verən sözə oxşayır. 

134
Buxovları qıran
etmədi,  biz  də  günah  etməyə  bilərik.  Bu  fəsildə  sövq  olunmanı 
müəyyənləşdirmək və təsvir etmək istəyirəm ki, siz onu asanlıqla 
tanıyasınız və şeytana məxsus olan istəyinizi etmək sövqündən 
cəld imtina edəsiniz. 
S
övqolunmanın əsası 
Adəm günah etdiyinə görə hər bir kəs bu dünyaya fiziki sağ, 
ruhən isə ölü doğulur (Efes. 2:1). Doğulduğumuzdan bəri bizdə 
nə Allahın hüzurunun, nə də Onun yolları ilə tanışlığın olmadığı-
na görə biz Allahdan kənar, müstəqil yaşamağı öyrənmişik. Biz 
göylərdə olan sevimli Atamızla canlı ünsiyyətimiz vasitəsilə ehti-
yaclarımızı ödəməkdənsə, ehtiyaclarımızı özümüz ödəməyə çalış-
mışıq. Biz maraqlarımızı özümüzə cəmləyən düşüncə tərzlərini və 
davranışın vərdişlərini inkişaf etdirdik. 
Biz  yenidən  doğulanda  ruhən  sağ  oluruq,  amma  özümüzə 
cəmlənən cismani təbiətə əsasən davranış tərzləri və əqli maneələr 
Müqəddəs Ruhun idarəçiliyinə qarşı dayanır. Bunun nəticəsində 
biz  izzətli  zənginliyinə  görə  hər  ehtiyacımızı  ödəyəcəyini  vəd 
edən  Məsihə  (Filip.  4:19)  baxmaq  əvəzinə,  öz  əsas  ehtiyacları-
mızı və cismani istəklərimizi ödəmək üçün hələ də dünyaya, cis-
mani təbiətə və şeytana baxırıq. Hər sövqolunma Allahdan kənar 
müstəqil yaşamağa şirniklənmədir. 
Sövqolunmanın  gücü  Allahdan  kənar,  müstəqil  yaşama-
ğı  öyrənərkən  yaranmış  əqli  maneələrin  və  cismani  istəklərin 
qüvvəsi ilə birbaşa əlaqəlidir. Məsələn, əgər siz əxlaqsız jurnallara 
və pis televiziya proqramlarına baxmağa icazə verilməyən məsihçi 
ailəsində  böyümüsünüzsə,  sizin  həyatınızda  seksual  sövqolun-
manın  gücü  əxlaqsız  materiallara  göz  yumulan  ailədə  böyüyən 
şəxsin həyatındakı kimi böyük gücə malik olmayacaq. Əxlaqsızlıq 
və seksuallıq icazə verilən mühitdə böyümüş insan məsihçi olan-
dan  sonra  seksual  sövqolunma  ilə  daha  böyük  mübarizə  apara-
caq, çünki bu əqli maneələr o, yenidən doğulmazdan əvvəl yaxşı 
möhkəmlənib. Əgər sizin sevilməli və qəbul edilməli olan həqiqi 

Öz istəyini etməyə sövq olunmaq 
135
ehtiyaclarınız qayğıkeş, eləcə də bu günahlı dünyanın dəyərlərinə 
məruz qalmaqdan müdafiə edən valideynlər tərəfindən ödənilibsə, 
böyük əxlaqsızlıq etməyə elə də çox sövq olunmayacaqsınız. 
Yaxşı şeyin həddən artıq çox olması
Bizlərdən əksəriyyətimiz silahlı soyğunçuluq, qatillik və ya zor-
lama kimi aşkar günahları etməyə sövq olunmayacağıq. Şeytan 
bunun üçün həddən artıq ağıllı və mahirdir. O bilir ki, biz belə 
sövqolunmalarda  biabırçı  səhvi  tanıyacağıq  və  onları  etməkdən 
imtina  edəcəyik.  Əksinə,  onun  taktikası,  hansısa  yaxşı  bir  şey 
günaha çevrilənə qədər bizi Allahın iradəsinin sərhədindən kənara 
itələməyə şirnikləndirməkdir. O, bizimlə zərb-məsələ çevrilmiş qa-
zandakı qurbağa kimi rəftar edir: hansısa yaxşı bir şeyin günaha 
çevrilməzdən qabaq Allahın iradəsinin sərhədinə yaxınlaşmağımı-
zı hiss etmədiyimizə və qazandan tullanmadığımıza ümid edərək 
yavaş-yavaş sövqolunma istiliyini artırır.
Paul yazırdı: «'Mənim üçün hər şeyə icazə var' deyirsiniz, lakin 
hər şey xeyir vermir. Mən də 'hər şeyə icazə var' deyə bilərəm, 
amma özümü heç bir şeyə tabe etməyəcəyəm» (1 Kor. 6:12). O, 
məsihçi  həyatının  hər  istiqamətində  yaşıl  işıqdan  başqa  heç  nə 
görmürdü.  Hər  bir  şey  bizim  üçün  yaxşıdır  və  onlara  icazəmiz 
var,  çünki  biz  günahdan  azadıq  və  artıq  qanunun  mühakiməsi 
altında deyilik. Lakin Paul eləcə də bilirdi ki, əgər biz bu yaxşı və 
icazəmiz olan istiqamətlərdən hansısa birində məsuliyyətsiz halda 
sürətlə  irəli  getsək,  əvvəl-axır  Allahın  iradəsinin  qırmızı  işığını 
keçəcəyik, bu da ki günahdır. 
Aşağıdakı fikirlər Allahın yaratdığı yaxşı şeylərdən sui-istifadə 
haqqındadır.  Bunlar  Onun  iradəsinə  uyğunlaşmayanları  etməyə 
sövq olunduğumuz müxtəlif sahələrdəki günahlı nəticələri göstərir: 
•  Fiziki istirahət tənbəlliyə çevrilə bilər.
•  Sakitlik ünsiyyətsizliyə çevrilə bilər.
•  Gəlir  qazanmaq  bacarığı  xəsisliyə  və  tamahkarlığa 
çevrilə bilər.

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin