Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   15   16   17   18   19   20   21   22   23

219
mün Məsihdə yeni yaradılış olduğumu bəyan edirəm (Roma. 
6:13; 12:1, 2; 2 Kor. 5:17; Kolos. 3:9, 10-ə baxın.).
9.  İman vasitəsilə Ruh ilə dolmağı seçirəm ki, həqiqətə doğru 
yönələ bilim. Mən Ruha görə həyat sürməyi seçirəm ki, cis-
mani təbiətin ehtirasını icra etməyim (Yəhya 16:13; Qalat. 
5:16; Efes. 5:18-ə baxın.). 
10. Mən  bütün  xudbin  məqsədləri  inkar  və  rədd  edirəm  və 
başlıca məqsədi, yəni, sevgini seçirəm. Mən iki ən böyük 
əmrə: Allahım olan Rəbbi bütün qəlbimlə, bütün varlığım-
la, bütün düşüncəmlə və bütün gücümlə sevmək və qonşu-
mu özüm kimi sevmək əmrinə itaət etməyi seçirəm (Matta 
22:37-39; 1 Timotey 1:5-ə baxın.). 
11. Mən  inanıram  ki,  Rəbb  İsa  yer  üzündə  və  göydə  bütün 
səlahiyyətə  malikdir  və  O,  hər  başçının  və  hakimin  Başı-
dır. Mən Onda tamamlanmışam. Mən inanıram ki, Məsihin 
bədəninin üzvü olduğuma görə şeytan və onun cinləri Məsihdə 
mənə tabedirlər. Ona görə də mən Allaha tabe olmaq və iblisə 
qarşı durmaq əmrinə tabe oluram və İsa Məsihin adı ilə hü-
zurumdan şeytanın çıxıb getməsini əmr edirəm (Matta 28:18; 
Efes. 1:19-23; Kolos. 2:10; Yaqub 4:7-ə baxın.). 
3
-cü addım: Kinin əvəzinə bağışlama
Biz şeytanın bizdən mənfəət qazana bilməməsi üçün başqaları-
nı bağışlamalıyıq (2 Kor. 2:10, 11). Həyatımızda olan bütün kin, 
qəzəb hisslərini rədd etmək və Allah bizi bağışladığı kimi, bizim 
də  bir-birimizi  bağışlamaq  əmrləri  bizə  verilib  (Efes.  4:31,  32). 
Aşağıdakı  duanı  ucadan  edərək  Allahdan  bağışlamalı  olduğunuz 
insanları ağlınıza gətirməsini xahiş edin: 
Əziz  göylərdə  olan  Atam,  mənə  qarşı  olan  xeyir-
xahlığının, həlimliyinin və səbrinin zənginliyinə görə 
Sənə minnətdaram. Mən bilirəm ki, Sənin xeyirxah-

220
Buxovları qıran
lığın  məni  tövbəyə  gətirib  çıxarıb.  Məni  incidənlərə 
qarşı həmin xeyirxahlığı və səbri göstərmədiyimi eti-
raf  edirəm.  Əksinə,  mən  ürəyimdə  onlara  qarşı  kin, 
qəzəb və inciklik hissi daşımışam. Bağışlamalı oldu-
ğum bütün insanları yadıma sal ki, indi onları bağış-
laya bilim. İsanın adı ilə, amin. 
(Roma. 2:4-ə baxın.)
Ayrıca başqa bir vərəqdə yadınıza düşən adamların adını yazın. 
Bu  halda  onları  bağışlamaq  lazım  olub-olmadığını  soruşmayın. 
Əgər yadınıza ad düşürsə, onu yazın. 
Çox vaxt biz keçmişdə etdiyimiz səhv seçimlərə görə özümüzü 
cəzalandıraraq, özümüzə qarşı da bəzi şeylər saxlayırıq. Siyahının 
aşağısında «özüm» sözünü yazın ki, özünüzü bağışlaya biləsiniz. 
İnsanın  özünü  bağışlaması,  yəni  Allahın  artıq  Məsihdə  sizi  ba-
ğışlaması faktını qəbul etməkdir. Əgər Allah sizi bağışlayırsa, siz 
özünüzü bağışlaya bilərsiniz! 
Eləcə  də  «Allaha  qarşı  olan  düşüncələri»  də  siyahının  aşağı-
sında  yazın.  Aydındır  ki,  Allah  heç  vaxt  səhv  bir  iş  görməyib, 
ona görə də Onu bağışlamağa ehtiyac yoxdur. Amma O, bizim 
istədiyimiz  şeyləri  etmədiyinə  görə  bəzən  Ona  qarşı  özümüzdə 
qəzəbli düşüncələr saxlayırıq. Allaha qarşı olan həmin qəzəb dolu 
hisslər və ya incikliklər bizimlə Onun arasında divar yarada bilər, 
ona görə də biz bu hisslərdən əl çəkməliyik. 
Siyahıda  olan  insanları  bağışlamaq  prosesinə  başlamazdan 
əvvəl aşağıdakıları oxuyun və bağışlamağın nə olub-olmadığının 
üzərində düşünün. 
Bağışlamaq unutmaq deyil. Onlara edilən bütün şeyləri unut-
mağa  çalışmaq  istəyən  insanlar  bunu  etməyi  bacarmayacaqlar. 
Ağrının bir gün çıxıb gedəcəyinə ümid edərək sizi incidən insanları 
bağışlamağı təxirə salmayın. Kimisə bağışlamağa qərar verdikdən 
sonra Məsih gələ bilər və sizin ağrılarınıza şəfa verə bilər. Amma 
əvvəlcə siz bağışlamayana qədər şəfa gələ bilməz.

Məsihdə azadlıq addımları 
221
Bağışlamaq  seçimdir,  sizin  iradənizin  qərarıdır.  Allah 
sizdən bağışlamağı tələb etdiyinə görə bu hərəkət sizin bacardı-
ğınız bir şeydir. Bəzən kimisə bağışlamaq çox çətindir, çünki biz 
təbii  olaraq,  əzab  çəkdiyimiz  şeylər  üçün  qisas  almaq  istəyirik. 
Bəzən  düşünürük  ki,  bağışlamaq  bizim  düzgün  və  ya  ədalətli 
olan  şey  barəsindəki  fikirlərimizə  qarşı  gedən  bir  şeydir.  Ona 
görə də bizə verdikləri ağrılara görə insanları fikrimizdə dəfələrlə 
cəzalandıraraq qəzəbi tutub saxlayırıq. 
Amma Allah bizə deyib ki, heç vaxt özümüz üçün qisas almayaq 
(Roma. 12:19). Qoy Allah özü həmin insana cavab versin. Qoy 
həmin insan sizin qarmağınızdan çıxsın, çünki siz kimisə bağışla-
mayana qədər hələ də həmin insanın qarmağına ilişmiş olursunuz. 
Siz  hələ  də  keçmişinizin  zəncirinə  bağlısınız  və  kin  sizi  tutub 
saxlayır. Bağışlamaqla siz o biri insanı qarmağınızdan çıxarırsınız, 
amma həmin insan Allahın qarmağında qalır. Siz inanmalısınız ki, 
Allah həmin insanla düzgün və ədalətlə rəftar edəcək, bu, sadəcə, 
sizin edə bilmədiyiniz bir şeydir.
Siz: «Axı siz bilmirsiniz ki, bu adam məni nə dərəcədə incidib!» 
— deyirsiniz. Siz doğrusunuz. Biz bilmirik, amma İsa bilir və O, 
sizə  bağışlamağı  söyləyir.  Siz  görmürsünüzmü  ki,  hirsi,  qəzəbi 
kənara  atana  qədər  həmin  insan  hələ  də  sizi  incidir?  Siz  saatı 
geriyə çəkib keçmişi dəyişdirə bilməzsiniz, amma siz ondan azad 
ola bilərsiniz. Siz ağrını dayandıra bilərsiniz, amma bunu etməyin 
yeganə bir yolu var – bağışlamaq. 
Özünüzə  görə  başqalarını  bağışlayın  ki,  azad  ola 
biləsiniz.  Bağışlamaq,  əsasən,  Allaha  itaət  etmək  məsələsidir. 
Allah  sizin  azad  olmağınızı  istəyir;  azad  olmaq  üçün  başqa  yol 
yoxdur. 
Bağışlamaq o biri insanın günahının nəticələri ilə ya-
şamağa  razılıqdır. Siz həmin nəticələri xoşlayıb-xoşlamasanız 
da onlar ilə yaşamalı olacaqsınız, ona görə də sizin yeganə se-
çiminiz  bunu  ya  kinin  əsarətində,  ya  da  bağışlamanın  azad-

222
Buxovları qıran
lığında  etməyinizdir.  Heç  kim  o  biri  insanın  günahının  ağrısını 
çəkmədən və qəbul etmədən həqiqətən bağışlaya bilmir. Bu, haq-
sız görünə bilər və siz «burada ədalət yoxdur» fikirləşə bilərsiniz, 
amma ədalət çarmıxda tapılır. Çarmıxa görə bağışlama qanuni və 
ədalətlidir. 
İsa  günahın  əbədi  nəticələrini  Öz  üzərinə  götürüb.  «Günahla 
əlaqəsi  olmayan  Məsihi  Allah  bizim  uğrumuzda  günah  qurbanı 
verdi  ki,  biz  Onda  Allahın  salehliyinə  nail  olaq»  (2  Kor.  5:21). 
Amma  biz  çox  vaxt  başqa  insanların  günahlarının  müvəqqəti 
nəticələrindən  əzab  çəkirik.  Bu,  sadəcə,  hər  birimizin  üzləşməli 
olduğu həyatın sərt reallığıdır. 
O biri insanın sizdən üzr istəməsini gözləməyin. Yadda 
saxlayın, İsa onu çarmıxa çəkənləri bağışlamazdan əvvəl onların 
üzr  istəmələrini  gözləmədi.  Hətta  onlar  Onu  ələ  salıb,  lağa  qo-
yanda belə, O dua etdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini 
bilmirlər» (Luka 23:34). 
Səmimi qəlbdən bağışla. Sizi incidən insanlara qarşı hiss et-
diyiniz ağrılı emosiyalarınızı Allahın üzə çıxarmasına icazə verin. 
Əgər sizin bağışlamağınız həyatınızın emosional mərkəzinə toxun-
mursa, bu tamamlanmayacaq. Bir çox vaxtlar biz ağrıdan qorxu-
ruq,  ona  görə  də  öz  emosiyalarımızı  ürəyimizin  dərinliklərində 
basdırırıq.  Qoy  Allah  onları  üzə  çıxarsın  ki,  həmin  zədələnmiş 
emosiyalara şəfa verməyə başlaya bilsin. 
Bağışlama  kiminsə  günahına  görə  ona  qarşı  artıq  kin 
saxlamamağa  qərar  verməkdir.  Kin  saxlayan  insanların  on-
ları incidən insanlarla bağlı keçmiş məsələləri qaldırması çox ge-
niş  yayılmış  bir  şeydir.  Onlar  həmin  insanların  özlərini  pis  hiss 
etmələrini istəyirlər. Amma biz keçmişi əlimizdən buraxmalıyıq və 
hər bir qisas hissini rədd etməyə qərar verməliyik. Bu, o demək 
deyil  ki,  siz  başqalarının  gələcək  günahlarına  dözməkdə  davam 
etməlisiniz. Allah günaha dözmür, siz də dözməli deyilsiniz. Baş-
qaları tərəfindən özünüzün daim incidilmənizə icazə verməyin. Sizi 

Məsihdə azadlıq addımları 
223
incidən insanlara qarşı lütf və bağışlamanı tətbiq etməkdə davam 
edərək günaha qarşı dayanın. Əgər sizə sonrakı incikliklərdən özü-
nüzü qorumaq üçün ağıllı qərarlar çıxarmaqda kömək lazımdırsa, 
etibarlı bir dostunuz, məsləhətçiniz və ya pastorunuz ilə danışın.
Gözləməyin  ki,  sizin  emosiyalarınız  bağışlamağa  razı 
olacaq
Onlar buna heç vaxt razı olmayacaq. Onlar razı olmasa 
da bağışlamaq üçün çətin seçimi edin. Siz bağışlamağı seçəndən 
sonra şeytan həmin sahədə üzərinizdə olan öz gücünü itirəcək və 
Allahın şəfa verən gücü sizə toxuna biləcək. İndi əldə edəcəyiniz 
bir şey azadlıqdır, ola bilsin ki, emosiyalarınızın dəyişilməsi üçün 
bir az vaxt lazım olacaq. 
İndi  siz  bağışlamaq  üçün  hazırsınız.  Siyahınızda  olan  birinci 
insandan başlayaraq, yadınıza düşən hər bir ağrılı xatirəyə görə 
həmin insanı bağışlamağı seçin. Yada düşən bütün ağrıları bağış-
ladığınıza əmin olana qədər həmin şəxsdə dayanın. Sonra siyahını 
eyni üsulla davam etdirin. 
İnsanları bağışlamağa başladıqca Allah tamamilə unutduğunuz 
ağrılı  xatirələri  sizin  yadınıza  sala  bilər.  Hətta  bu,  sizi  incitsə 
də,  Onun  bunu  etməsinə  icazə  verin.  Allah  sizin  azad  olmağı-
nızı  istəyir;  bunun  yeganə  yolu  həmin  insanları  bağışlamaqdır. 
Sizi incidən şəxs sizə çox yaxın insan olsa da, onun davranışını 
bəhanə etməyə çalışmayın.
«Rəbbim, xahiş edirəm, mənə bağışlamağa kömək et» deməyin. 
O, artıq sizə kömək edir və bütün proses boyunca sizinlə olacaq. 
«Rəbbim, mən…bağışlamaq istəyirəm» deməyin, çünki bu, bizim 
etməli  olduğumuz  çətin  seçimin  yanından  ötüb  keçir.  «Rəbbim, 
mən…bağışlamağı seçirəm» deyin. 
Siyahıdakı istənilən insana görə olan hər bir ağrılı xatirə üçün 
ucadan bu duanı edin: 
Rəbbim,  mən  (insanın  adı),  (onların  etdiklərinə 
və ya etmədiklərinə) görə bağışlamağı seçirəm, çünki 
buna görə mən (ağrılı hissləri bölüşün) hiss etdim. 

224
Buxovları qıran
Yadınıza düşən bütün incikliklərə görə bir insanı bağışladıqdan 
və hansı hisslər keçirdiyinizi səmimi şəkildə ifadə etdikdən son-
ra ucadan aşağıdakı duanı etməklə həmin insan üçün bağışlama 
duasını bitirin:
Rəbbim,  mən  inciklikdən  əl  çəkməyi  seçirəm. 
Məni  kinin  əsarətindən  azad  etdiyinə  görə  Sənə 
minnətdaram. Mən qisas almaq haqqımı kənara atıram 
və Səndən zədələnmiş emosiyalarıma şəfa verməyini 
xahiş edirəm. İndi məni incidənlərə xeyir-dua verməni 
Səndən xahiş edirəm. İsanın adı ilə dua edirəm. Amin. 
4
-cü addım: Üsyankarlığın əvəzinə tabeçilik 
Biz  üsyankar  bir  əsrdə  yaşayırıq.  Bir  çox  insanlar  qanunlara 
və hökmranlıqlara yalnız onlar üçün münasib olanda tabe olurlar. 
Hakimiyyətdə olanlara qarşı ümumi bir hörmətsizlik hissi var və 
məsihçilər çox vaxt cəmiyyətin qalan üzvləri kimi tənqidi, üsyan-
kar ruhu qidalandırmaqda təqsirlidirlər. Əlbəttə, bizdən rəhbərlərin 
Kəlama riayət etməyən siyasətləri ilə razılaşmaq tələb olunmur, 
amma biz Peterin sözlərinə münasib tərzdə yaşamalıyıq: «Hamıya 
hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, pad-
şaha hörmət edin» (1 Peter 2:17). 
Üzərimizdə olan hakimiyyətin yalnız ürəyimiz istəyəni etməkdə 
azadlığımızı oğurladığına inanmaq çox asandır. Həqiqət budur ki, 
Allah onları bizim müdafiəmiz və azadlığımız üçün oraya qoyub. 
Allaha  və  Onun  qoyduğu  hakimiyyətə  qarşı  üsyankarlıq  etmək 
çox  ciddi  bir  günahdır,  çünki  bu  günah  şeytanın  hücum  etməsi 
üçün geniş yol açır. Tabe olmaq yeganə həll yoludur. Amma Allah 
tabeçiliyin sadəcə zahiri görünüşündən daha dərin şeyi tələb edir; 
O istəyir ki, biz hakimiyyətdə olanlara səmimi qəlbdən tabe olaq. 
Siz Allahın və Onun üzərinizdə təyin etdiyi insanların hakimiyyəti 
altında  dayananda  şeytani  hücumlar  üçün  bu  təhlükəli  girişi 
özünüzdən uzaqlaşdırırsınız. 

Məsihdə azadlıq addımları 
225
Müqəddəs Kitab üzərimizdə olan hakimiyyətlərə qarşı iki əsas 
cavabdehliyimizin olduğunu aydın göstərir: onlar üçün dua etmək 
və onlara tabe olmaq (Roma. 13:1-7; 1 Timotey 2:1, 2). Özünüzü 
bu Allaha məqbul həyat tərzinə həsr etmək üçün aşağıdakı duanı 
uca səslə səmimi qəlbdən edin:
Əziz göylərdə olan Atam, Sən Kəlamında deyirsən 
ki,  üsyankarlıq  falçılıq  kimi  eyni  və  bütpərəstliyə 
bərabər  pis  bir  şeydir.  Mən  bu  sahədə  Sənə  itaət 
etmədiyimi  bilirəm  və  ürəyimdə  Sənə,  eləcə  də 
üzərimdə  qoyduğun  insanlara  qarşı  üsyan  qaldır-
mışam.  Üsyankarlığımı  bağışladığına  görə  Sənə 
minnətdaram.  Rəbb  İsa  Məsihin  axıdılmış  qanı  ilə 
dua  edirəm  ki,  üsyankarlığıma  görə  həyatımda  şər 
ruhlar tərəfindən işğal edilmiş sahələr ləğv edilsin. 
Mən dua edirəm ki, üsyankar olduğum bütün sahələri 
mənə göstərəsən. Mən indi itaətkar ruhu və xidmətçi 
ürəyini mənimsəməyi seçirəm. İsanın əziz adı ilə dua 
edirəm. Amin.
(1. Şamuel 15:23-ә baxın)
Hakimiyyət  altında  olmaq,  həqiqətən,  iman  hərəkətidir!  Tabe 
olmaqla  siz  Allahın  özünün  təsis  etdiyi  hakimiyyət  vasitəsilə, 
hətta həmin hakimiyyətlər kobud və sərt olsalar da və ya etmək 
istəmədiyiniz  şeyləri  etməyi  sizə  söyləsələr  də,  sizin  xeyrinizə 
işləməsinə etibar edirsiniz. Elə vaxtlar ola bilər ki, hakimiyyəti al-
tında olduğunuz insanlar öz səlahiyyətlərindən sui-istifadə edir və 
günahsız insanların müdafiəsi üçün Allah tərəfindən təyin edilmiş 
qanunları pozurlar. Həmin hallarda müdafiəniz üçün daha yüksək 
hakimiyyətdən  kömək  istəməlisiniz.  Sizin  ölkənizdəki  qanunlar 
belə zorakılıq halının polisə və ya başqa dövlət orqanına çatdırıl-
masını tələb edə bilər. Əgər yaşadığınız yerdə zorakılıq (fiziki, əqli, 
emosional  və  ya  cinsi)  halları  davam  edərsə,  həmin  vəziyyətin 
həll edilməsi üçün sizə məsləhət vermə xidmətinin köməyi lazım 
gələ bilər. 

226
Buxovları qıran
Əgər  hakimiyyətlər  Allahın  qanununu  pozmağı  və  ya  doğru 
olana  qarşı  getməyi  tələb  etməklə  öz  vəzifələrindən  sui-istifadə 
edirsə,  onda  siz  insana  deyil,  Allaha  itaət  etməlisiniz  (Həv.  İş. 
4:19, 20). Amma ehtiyatlı olmağınız vacibdir. Sadəcə, xoşlama-
dığınız şeyləri etməyi sizə söylədiyinə görə hakimiyyətin Allahın 
Kəlamını pozduğunu güman etməyin. Biz hamımız Məsihin qor-
xusunda bir-birimizə qarşı təvazökar, itaətkar ruhu əldə etməliyik 
(Efes  5:21).  Amma  bundan  əlavə,  bizi  qorumaq  və  gündəlik 
həyatlarımızı qaydaya salmaq üçün Allah xüsusi hakimiyyət or-
qanları təyin edib. 
Növbəti  siyahıya  dua  edərək  baxarkən  hakimiyyətə  qarşı  üs-
yankar olduğunuz istənilən xüsusi halı Rəbbin yadınıza salması-
na imkan verin. Siyahıdan sonra gələn tövbə duasından istifadə 
edərək Rəbbin yadınıza saldığı hər bir şeyi ayrıca etiraf edin. 

Mülki hakimiyyət (nəqliyyat qaydaları, vergi qaydaları, dövlət 
məmurlarına qarşı münasibət) (Roma. 13:1-7; 1 Timotey 2:1-
4; 1 Peter 2:13-17)

Valideynlər, ögey valideynlər və ya hüquqi qəyyumlar (Efes. 
6:1-3)

Müəllimlər, məşqçilər, məktəbin vəzifəli şəxsləri (Roma. 13:1-
4)

Müdirlər (keçmişdə və hal-hazırda) (1 Peter 2:18-23)

Ər (1 Peter 3:1-4) [Ərlər üçün qeyd: Bir neçə dəqiqə vaxt ayı-
rın və Rəbdən soruşun: «Həyat yoldaşıma qarşı sevgim azdır-
mı ki, bu, onun daxilində üsyankar ruha yol açır?», əgər cavab 
«bəli»dirsə, Efes. 5:22-33-ü pozduğunuza görə bu günahı indi 
etiraf edin.] 

Məbəd rəhbərləri (İbr. 13:7)

Allah (Daniel 9:5, 9)
Allahın Ruhunun yadınıza saldığı hər bir üsyankarlıq günahına 
görə həmin günahı xüsusilə etiraf etmək üçün aşağıdakı duadan 
istifadə edin:

Məsihdə azadlıq addımları 
227
Rəbbim,  mən  etiraf  edirəm  ki,  mən  (adı)  qarşı 
(dəqiq nə etdiyinizi söyləyin) ilə üsyankar olmuşam. 
Mənim üsyankarlığımı bağışladığına görə çox sağ ol. 
Mən indi təvazökar olmağa və Kəlamına itaətkar ol-
mağa qərar verirəm. İsanın adı ilə dua edirəm. Amin. 
5
-ci addım: Qürur əvəzinə təvazökarlıq
Qürur öldürür. Qürur deyir: «Mənə Allahın və ya başqa kiminsə 
köməyi lazım deyil. Mən özüm yoluna qoyaram.» Əsla, siz bunu 
edə  bilməzsiniz!  Bizə  Allah  mütləq  lazımdır  və  bir-birimizə  son 
dərəcədə  böyük  ehtiyacımız  var.  Həvari  Paul  yazır:  «Allahın 
Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani 
şeylərə güvənməyən bizlərik» (Filip 3:3). Bu təvazökarlığa gözəl 
bir tərifdir: cismani şeylərə, yəni özümüzə güvənməmək, əksinə, 
«Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənmək» (Efes. 6:10). 
Təvazökarlıq düzgün şey, yəni Allaha etibar etməkdir. 
Sül.  məs.  3:5-7  oxşar  fikri  ifadə  edir:  «Bütün  qəlbinlə  Rəbbə 
güvən,  öz  idrakına  etibar  etmə.  Bütün  yollarında  Onu  tanı,  O, 
sənin  yollarını  düzəldər.  Öz  gözündə  özünü  hikmətli  sanma, 
Rəbdən  qorx,  şərdən  çəkin.»  (Yaqub  4:6-10  və  1  Peter  5:1-10-
da bizə xəbərdarlıq edir ki, bizim qürurlanmağımız ciddi ruhani 
problemlər  ilə  nəticələnəcək.).  Allah  qarşısında  təvazökarcasına 
yaşamağa  görə  qərar  verməyinizi  ifadə  etmək  üçün  aşağıdakı 
duadan istifadə edin:
Əziz göylərdə olan Atam, Sən deyirsən ki, əcəldən 
əvvəl  təkəbbür  və  fəlakətdən  əvvəl  lovğalıq  ruhu 
gəlir.  Mən  əsasən  başqaları  barəsində  deyil,  özüm 
barəsində  düşündüyümü  etiraf  edirəm.  Mən  özümü 
imtina etməmişəm, gündəlik çarmıxımı götürüb Sənin 
ardınca  gəlməmişəm.  Bunun  nəticəsində  həyatımda 
şeytana  yer  vermişəm.  Mən  təkbaşına  xoşbəxt  və 
uğurlu ola biləcəyimə inanaraq günah etmişəm. Mən 

228
Buxovları qıran
öz  iradəmi  Sənin  iradəndən  qabağa  qoyduğumu  və 
həyatımın mərkəzində Səni deyil, özümü qoyduğumu 
etiraf edirəm. 
Mən qürura və eqoistliyə görə tövbə edirəm və dua 
edirəm ki, Rəbb İsa Məsihin düşməni tərəfindən əldə 
edilmiş həyatımdakı bütün sahələr ləğv edilsin. Mən 
Müqəddəs Ruhun gücünə və idarəçiliyinə arxalanma-
ğa qərar verirəm, beləliklə, mən özümü göstərərək və 
ya lovğalıqla heç bir şey etməyəcəyəm. İtaətkarlıqda 
digərini  özümdən  üstün  sayacağam.  Eləcə  də  Rəbb, 
Səni  həyatımda  hər  bir  şeydən  üstün  hesab  etməyi 
seçirəm. 
Həyatımda  qürurda  yaşadığım  hər  bir  yeri  indi 
mənə  göstərməyini  xahiş  edirəm.  Məhəbbətlə  başqa-
larına  xidmət  etmək  və  hörmət  göstərməklə  onları 
qabaqlamaq  üçün  mənə  güc  ver.  Mən  bütün  bunları 
Rəbbimin, İsanın həlim və təvazökar adı ilə istəyirəm. 
Amin. 
(Sül. Məs. 16:18; Matta 6:33; 16:24;  
Roma. 12:10; Filip. 2:3-ə baxın.) 
Yuxarıda verilən duanı Allah qarşısında edəndən sonra qürur-
lu tərzdə yaşadığınız hər bir halı sizə göstərməsini Ondan xahiş 
edin. Aşağıdakı siyahı sizə kömək edə bilər. Rəbb qürurla bağlı 
hər  bir  şeyi  yadınıza  saldıqca  onları  etiraf  etmək  üçün  aşağıda 
verilən duadan istifadə edin. 

Allahın iradəsindənsə, öz iradəmi həyata keçirmək istəyi

Allahın  idarəçiliyini  dua  və  Kəlamı  vasitəsilə  axtarmağa  ça-
lışmaqdansa,  öz  idrakıma  və  həyat  təcrübəmə  həddən  artıq 
etibar etmək 

Müqəddəs Ruhun gücündən asılı olmaqdansa, öz gücümə və 
qabiliyyətlərimə arxalanmaq

Özüməhakimliyi idarə etməkdənsə, daha çox başqalarını idarə 
etməklə maraqlanmaq 

Məsihdə azadlıq addımları 
229

Başqalarına görə kiçik şeyləri etməyə vaxt ayırmaqdansa, «va-
cib» şeyləri etməklə həddən artıq məşğul olmaq

Heç bir ehtiyacımın olmadığını düşünməyə meyilli olmaq

Səhv edərkən onu etiraf etməkdə çətinlik çəkmək

Allahı razı salmaqdansa, insanları razı salmaqla daha çox ma-
raqlanmaq

Layiq olduğum hörmətin mənə edilməsi ilə maraqlanmaq

Özümün başqalarından daha təvazökar, ruhani, mömin və ya 
daha müqəddəs olduğumu düşünmək

Dərəcələr, titullar və ya vəzifələr əldə etməklə nüfuz qazan-
mağa sürüklənmək

Çox  vaxt  öz  ehtiyaclarımızın  başqa  insanın  ehtiyaclarından 
daha vacib olduğunu düşünmək

Elmi, bədii və ya atletik nailiyyətlərə görə özümü başqaların-
dan daha yaxşı hesab etmək

Özümüz barəsində lazım olduğundan daha yüksək fikirləşməyin 
başqa yolları
Yuxarıda sadalanmış bu günahlardan həyatınızda olanların hər 
biri üçün aşağıdakı duanı edin: 
Rəbbim, mən (qürurun növü) görə qürurlandığımı 
etiraf  edirəm.  Mənim  qürurumu  bağışladığına  görə 
çox sağ ol. Mən özümü Sənin və başqalarının qarşı-
sında alçaltmağa qərar verirəm. Mən cismani şeylərə 
zərrə qədər də olsa güvənməməyə və bütünlüklə Sənə 
etibar etməyə qərar verirəm. İsanın adı ilə, amin. 
İnsanlar arasında tərəfkeşlik və ayrı-seçkilik etməkdən azad 
olmaq
Qürur iblisin ilkin günahıdır. Bu, bir insanı o biri insana və ya 
bir qrupu digər qrupa qarşı qoyur. Şeytanın strategiyası həmişə 
parçalamaqla  qələbə  çalmaqdır,  amma  Allah  bizə  barışdırma 
xidmətini verib (2 Kor. 5:19). Məsihin yəhudilər və bütpərəstlər 

230
Buxovları qıran
arasında irqi ayrı-seçkiliyin qədim maneəsini dağıtması işində bir 
anlıq Ona nəzər salın: 
Çünki Məsih Özü barışığımızdır. O, hər iki tərəfi bir 
etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz 
cismi ilə yıxdı. Qanunu əmrləri və qaydaları ilə birlikdə 
ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yara-
daraq barışıq təmin etsin və çarmıx vasitəsilə hər ikisini 
tək  bədəndə  Allahla  barışdırsın.  O,  ölümü  ilə  ədavəti 
yox etdi. O gəlib həm uzaqda olan sizlərə, həm də ya-
xındakılara bu barışdırma Müjdəsini yaydı. Çünki hər iki 
tərəfdən  olan  bizlər  Onun  vasitəsilə  bir  Ruhda  Atanın 
hüzuruna çıxa bilərik (Efes. 2:14-18). 
Bir  çox  vaxtlar  ürəyimizdə  tərəfkeşliyin  və  ya  ayrı-seçkiliyin 
olduğunu inkar edirik, amma «Allahdan gizli heç nə yoxdur. La-
kin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz 
Ona  hesabat  verəcəyik»  (İbr.  4:13).  Aşağıdakı  dua  ürəyinizin 
Onun nuru ilə işıqlandırılmasını və ayrı-seçkiliyin aşkar edilməsini 
Allahdan xahiş etməkdir:
Əziz göylərdə olan Atam, mən bilirəm ki, Sən bü-
tün  insanları  bərabər  olaraq  sevirsən  və  tərəfkeşlik 
etmirsən.  Səndən  qorxan  və  əməlisaleh  olan  insan-
ları  qəbul  edirsən.  Sən  onlara  dərilərinin  rənginə, 
irqlərinə,  iqtisadi  vəziyyətlərinə,  ailəsinin  etnik 
tərkibinə,  cinslərinə,  məxsus  olduqları  denominasi-
yaya  və  ya  başqa  dünyəvi  xüsusiyyətlərinə  əsasən 
qiymət  qoymursan.  Mən  etiraf  edirəm  ki,  çox  vaxt 
başqalarına  bu  şeylərə  görə  qiymət  qoymuşam  və 
ya bu şeylərə görə özümü üstün saymışam. Mən heç 
də  həmişə  barışdırma  xidmətçisi  olmamışam,  amma 
düşüncələrim,  sözlərim  və  əməllərimlə  parçalanma 
üçün qürurlu bir vasitəçi olmuşam. Mən bütün nifrət 
və qürur dolu tərəfkeşlik və ayrı-seçkiliyə görə tövbə 

Məsihdə azadlıq addımları 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin