Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   15   16   17   18   19   20   21   22   23

243
«Məsihdə azad yaşamaq». Məsihdə azadlığı əldə saxlamaq üçün 
biz sizə aşağıdakıları da ciddi tövsiyə edirik. 
1.  Sevən, qayğınıza qalan, Allahın həqiqətinin lütf ilə öyrədildiyi, 
başqaları ilə açıq və səmimi ola bildiyiniz məbədə qoşulun. 
2.  Gündəlik Kəlam oxuyun və üzərində fikirləşin. «Məsihdə azad-
lıq  addımları»ndan  aparıcı  ayələri  əzbərləyin.  Siz  «Həqiqət 
bəyanatlarını» (2-ci addıma baxın) gündəlik oxuya və xatırla-
nan ayələri tədqiq edə bilərsiniz. 
3.  Hər bir düşüncəni əsir edib Məsihə itaət etdirməyi öyrənin. 
Düşündüyünüz  şeylərə  görə  məsuliyyət  daşıyın.  Ağlınızın 
süstləşməsinə imkan verməyin. Bütün yalanları rədd edin, fik-
rinizi  həqiqətdə  cəmləməyə  qərar  verin  və  Məsihdə  Allahın 
övladı olduğunuz həqiqi kimliyinizdə möhkəm dayanın. 
4.  Keçmiş düşüncə, hiss və hərəkət tərzlərinizə qayıtmayın. Əgər 
ruhən  və  əqlən  tənbəlləşsəniz,  bu,  asanlıqla  baş  verə  bilər. 
Əgər həqiqətə görə həyat sürmək sizin üçün çətin gələrsə, si-
zin üçün dua edəcək və möhkəm qalmaqda sizi ruhlandıracaq 
etibarlı dostunuzla çətinliklərinizi açıqcasına bölüşün. 
5.  Amma  başqa  insanların  sizin  döyüşünüzü  aparacağını 
gözləməyin. Onlar sizə kömək edə bilər, amma onlar düşünə, 
dua  edə,  Müqəddəs  Kitabı  oxuya  və  ya  həqiqəti  sizin  üçün 
seçə bilməz. 
6.  Özünüzü gündəlik duaya həsr edin. Dua Allaha etibar edən və 
Ondan asılı olan həyatı nümayiş etdirir. Sizə lazım gələn vaxt-
da aşağıdakı duaları imanla edə bilərsiniz. Qoy sözlər yalnız 
dodaqlarınızdan deyil, ürəyinizdən də gəlsin və onlara özünüz 
istədiyiniz sözləri əlavə edə bilərsiniz. 
Gündəlik dua və bəyanat
Əziz  göylərdə  olan  Atam,  mən  Səni  Rəbbim  kimi 
izzətləndirirəm və hörmət edirəm. Sən bütün şeylərə 
nəzarət  edirsən.  Həmişə  mənimlə  olduğuna  və 
heç  vaxt  atmadığına  və  tərk  etmədiyinə  görə  Sənə 
minnətdaram. Bütün güc-qüvvətə malik olan və müd-

244
Buxovları qıran
rik Allah yalnız Sənsən. Sən xeyirxahsan və həmişə 
sevənsən. Mən Səni sevirəm, Məsihlə birləşdiyimə və 
Onda ruhani sağ olduğuma görə Sənə minnətdaram. 
Mən dünyanı və onda olan şeyləri sevməməyi qərara 
gəlirəm,  cismani  təbiəti  və  onun  bütün  ehtiraslarını 
çarmıxa çəkirəm. 
İndi Məsihdə olan həyatıma görə Sənə minnətdaram. 
Günaha «yox», Sənə isə «bəli» deyə bilmək üçün məni 
Müqəddəs Ruhun ilə doldur. Mən bütünlüklə Səndən 
asılı olduğumu bəyan edirəm, şeytana və bütün yalan-
larına  qarşı  dururam.  Hisslərimin  mənə  dediklərinə 
baxmayaraq,  Allah  Kəlamının  həqiqətinə  inanmağa 
qərar verirəm. Mən ruhdan düşməyəcəyəm; Sən bütün 
ümid mənbəyi olan Allahsan. Sənin üçün heç bir şey 
çətin deyil. Mən arxayınam ki, Sənin Kəlamına uy-
ğun tərzdə yaşamağa çalışdıqca bütün ehtiyaclarımı 
ödəyəcəksən.  Məni  möhkəmləndirən  Məsih  vasitəsilə 
hər şəraitdə razı qala bildiyimə və məsuliyyətli həyat 
yaşa bildiyimə görə Sənə minnətdaram. 
Mən  indi  şeytana  qarşı  dayanıram,  ona  və  bü-
tün  murdar  ruhlarına  məndən  uzaqlaşmağı  əmr 
edirəm.  Mən  Allahın  verdiyi  bütün  zireh  və  silah-
lara  bürünməyə  qərar  verirəm  ki,  şeytanın  bütün 
hiylələrinə qarşı dayana bilim. Mən öz bədənimi diri 
və müqəddəs qurban kimi Allaha təqdim edirəm və 
Allahın diri Kəlamı ilə ağlımın yeniləşməsinə qərar 
verirəm. Belə etməklə mənim üçün Allahın iradəsinin 
yaxşı,  razı  salan  və  kamil  olduğunu  təsdiqləyə 
biləcəyəm. Rəbbim və Xilaskarım İsa Məsihin adlı ilə 
dua edirəm. Amin. 
Yatmazdan qabaq dua 
Rəbbim,  Sənə  minnətdaram  ki,  məni  Öz  ailənə 
gətirmisən və mənə səmadakı hər cür ruhani nemətlə 
İsa  Məsihdə  xeyir-dua  vermisən.  Yuxu  vasitəsilə  bu 

Məsihdə azadlıq addımları 
245
yeniləşmə və təravətlənməyə görə Sənə minnətdaram. 
Mən bunu övladların üçün olan xeyir-dualardan biri 
kimi qəbul edirəm, yatarkən ağlımı və bədənimi qoru-
mağı Sənə etibar edirəm.
Gün  ərzində  Sənin  və  həqiqətin  haqqında 
fikirləşdiyim  kimi,  yatarkən  də  həmin  yaxşı 
düşüncələrin ağlımda davam etməsinə qərar verirəm. 
Yatarkən  mənə  hücum  etmək  istəyən  şeytanın  və 
cinlərinin hər bir cəhdinə qarşı müdafiə üçün özümü 
Sənə  tapşırıram.  Vahiməli  yuxulardan  ağlımı  qoru. 
Mən bütün qorxuları inkar və rədd edirəm, eləcə də 
bütün qayğı yükümü Rəbbim, Sənə ötürürəm. Səni qa-
yam, sığınacağım və möhkəm qalam kimi qəbul edərək 
özümü  Sənə  tapşırıram.  Qoy  Sənin  sülhün  indi  bu 
istirahət yerinə gəlsin. Rəbb İsa Məsihin güclü adı ilə 
dua edirəm. Amin.
Evi/mənzili/otağı pak etmək üçün dua
Yanlış ibadətin bütün əşyalarını çıxardıqdan və dağıtdıqdan son-
ra lazım gələrsə, hər bir otaqda bu duanı ucadan edin:
Göylərdə  olan  Atam,  mən  Sənin  göyün  və  ye-
rin  Rəbbi  olduğunu  bəyan  edirəm.  Öz  ali  gücündə 
və  sevgində  həzz  almaq  üçün  bütün  şeyləri  mənə 
vermisən. Yaşamaq üçün bu yeri mənə verdiyinə görə 
çox  sağ  ol.  Mən  evimi  özüm  və  ailəm  üçün  ruhani 
təhlükəsiz  bir  yer  kimi  bəyan  edirəm  və  düşmənin 
bütün  hücumlarından  müdafiə  etməyi  Səndən  xahiş 
edirəm. Mən dirilmiş və göylərdə Məsihlə birgə otur-
muş Allahın övladı kimi keçmişdə və ya hal-hazırda 
yaşayanların,  eləcə  də  mənim  fəaliyyətlərimə  görə 
bu evdə özü üçün yer istəyən hər bir şər ruha çıxıb 
getməyi  və  bir  daha  geri  qayıtmamağı  əmr  edirəm
Mən bu yerə qarşı edilmiş bütün lənətləri və caduları 
inkar  və  rədd  edirəm.  Göylərdə  olan  Atam,  Səndən 

246
Buxovları qıran
xahiş edirəm ki, düşmənin içəri girib mənim və ailəm 
üçün Sənin məqsədlərini pozmaq cəhdlərindən qoru-
mağa görə öz müqəddəs döyüşkən mələklərini bu ye-
rin ətrafına gözətçi kimi qoyasan. Rəbbim, bunu Rəbb 
İsa Məsihin adı ilə etdiyinə görə Sənə minnətdaram. 
Amin. 
Qeyri-məsihçi mühitində yaşamaq üçün dua
Yanlış ibadətin bütün əşyalarını çıxardıqdan və dağıtdıqdan son-
ra yaşadığınız yerdə bu duanı ucadan edin: 
Göylərdə olan Atam, yaşamağa və yatmaq vasitəsilə 
yeniləşməyə görə yer verdiyin üçün çox sağ ol. Mənim 
üçün  otağımı  (və  ya  bu  otağın  bir  hissəsini)  ruha-
ni  təhlükəsiz  bir  yer  kimi  ayırmağını  Səndən  xahiş 
edirəm. Mən başqa sakinlər tərəfindən yalançı allah-
lara  və  ya  ruhlara  verilən  sadiqliyi  inkar  və  rədd 
edirəm.  Mən  keçmişdə  və  hal-hazırda  bu  otaqda 
yaşayanların,  mən  də  daxil  olmaqla  fəaliyyətlərinə 
əsaslanmış şeytanın bütün iddialarını inkar və rədd 
edirəm.  Allahın  övladı  olduğuma,  eləcə  də  göydə 
və  yerdə  bütün  səlahiyyətlərə  malik  olan  Məsih  ilə 
həmvaris  olduğuma  əsasən  şər  ruhlara  bu  yeri  tərk 
etmələrini və bir daha qayıtmamalarını əmr edirəm. 
Göylərdə olan Atam, Səndən xahiş edirəm ki, bura-
da yaşadığım müddətdə məni qorumaq üçün müqəddəs 
döyüşkən mələklərini göndərəsən. İsanın qüdrətli adı 
ilə dua edirəm. Amin.
Həqiqətdə  gəzməkdə  davam  edin,  belə  ki  kimliyiniz  və 
dəyəriniz Məsihdə kim olduğunuzdan irəli gəlir. Ağlınızı həqiqət 
ilə yeniləşdirin, belə ki sizin qəbul edilməniztəhlükəsizliyiniz 
və əhəmiyyətiniz yalnız Məsihdədir. 
Biz sizə məsləhət görürük ki, siz aşağıdakı həqiqətlər üzərində 
gündəlik  fikirləşəsiniz,  növbəti  həftələr  ərzində  səhər  və  axşam 

Məsihdə azadlıq addımları 
247
bütün siyahını ucadan oxuyasınız. Oxuduğunuz barəsində düşü-
nün və ürəyinizin həqiqətdə şadlanmasına imkan verin. 
Məsihdə 
Mən bu yalanı, yəni rədd edilmiş, sevilməmiş, çirkin və ya 
eyibli  olduğumu  inkar  və  rədd  edirəm,  çünki  Məsihdə  mən 
bütünlüklə qəbul edilmişəmAllah deyir…
Mən Allahın övladıyam (Yəhya 1:12).
Mən Allahın dostuyam (Yəhya 15:15).
Mən saleh sayılmışam (Roma. 5:1).
Mən Rəbb ilə birləşmişəm və ruhən Onunla bir olmu-
şam (1 Kor. 6:17).
Mən  baha  qiymətə  satın  alınmışam:  mən  Allaha 
məxsusam (1 Kor. 6:19, 20).
Mən Məsihin bədəninin bir üzvüyəm (1 Kor. 12:27).
Mən müqəddəslərdən biriyəm (Efes. 1:1).
Mən Allah tərəfindən övladlığa götürülmüşəm (Efes. 1:5).
Mənim Müqəddəs Ruh vasitəsilə Allaha birbaşa çıxışım 
var (Efes. 2:18).
Mənim bütün günahlarım bağışlanıb (Kolos. 1:14).
Mən Məsihdə tamamlanmışam (Kolos. 2:10).
Mən  bu  yalanı,  yəni  təqsirkar,  müdafiəsiz,  kimsəsiz  və  ya 
atılmış olduğumu inkar və rədd edirəm, çünki Məsihdə tamamilə 
müdafiə olunuram. Allah deyir… 
Mən əbədi olaraq məhkumiyyətdən azadam 
(Roma. 8:1, 2).
Mən əminəm ki, hər şey birlikdə xeyrimə işləyir 
(Roma. 8:28).
Mən əleyhimə edilən bütün ittihamlardan azadam 
(Roma. 8:31-34).
Mən Allahın məhəbbətindən ayrıla bilmərəm 
(Roma. 8:35-39). 

248
Buxovları qıran
Mən Məsihə möhkəm bağlanmışam, məsh olunmuşam 
və Allah tərəfindən möhürlənmişəm 
(2 Kor. 1:21, 22).
Mən arxayınam ki, məndə xeyirli işə başlayan Allah 
bunu başa çatdıracaq (Filip. 1:6). 
Mən səma vətəndaşıyam (Filip. 3:20).
Mən Məsihlə birlikdə Allahda saxlanılmışam 
(Kolos. 3:3).
Mənə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-
kamallı olmaq ruhu verilmişdir (2 Timotey 1:7). 
Mən ehtiyac vaxtında kömək üçün lütf və mərhəmət 
tapa bilərəm (İbr. 4:16).
Mən Allahdan doğulmuşam və şər olan mənə toxuna 
bilməz (1 Yəhya 5:18).
Mən bu yalanı, yəni dəyərsiz, zəif, aciz və ya ümidsiz ol-
duğumu  inkar  və  rədd  edirəm,  çünki  Məsihdə  mənim  böyük 
əhəmiyyətim var. Allah deyir…
Mən yer üzünün duzuyam və dünyanın nuruyam 
(Matta 5:13, 14). 
Mən İsanın, həqiqi meynənin budağıyam, Onun həyatı 
məndən axır (Yəhya 15:1, 5).
Mən bəhrə vermək üçün Allah tərəfindən seçilib təyin 
edilmişəm (Yəhya 15:16).
Mən Məsihin Ruhla qüvvətlənmiş şəxsi şahidiyəm 
(Həv. İş. 1:8).
Mən Allahın məbədiyəm (1 Kor. 3:16). 
Mən Allahın barışdırma xidmətçisiyəm. 
(2 Kor. 5:17-21). 
Mən Allahla birgə işləyirəm (2 Kor. 6:1).
Mən Məsihlə birlikdə səmada oturmuşam (Efes. 2:6). 
Mən Allahın əsəriyəm, yaxşı əməllər üçün yaradılmı-
şam (Efes. 2:10). 

Məsihdə azadlıq addımları 
249
Mən Allaha cəsarət və etibarla yaxınlaşa bilərəm 
(Efes. 3:12). 
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm 
çatır! (Filip 4:13).
Mən böyük «Mənəm» deyiləm, amma hər nəyəmsə,  
Allahın lütfü ilə eləyəm.
(Çıxış 3:14; Yəhya 8:24, 28, 58; 1 Kor. 15:10).
Başqalarından bağışlanmağınızı istəmək
Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin 
zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti 
var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə 
qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim 
et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o, səni 
hakimə,  hakim  də  səni  mühafizəçiyə  verməsin  və  zin-
dana  atılmayasan.  Sənə  doğrusunu  deyirəm:  axırıncı 
qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. 
(Matta 5:23-26). 
Bağışlanmanı istəməyin səbəbi
Matta  5:23-26  bağışlanmağı  istəməkdə  aparıcı  hissədir.  Bu 
ayələrdə bəzi məqamlar vurğulanmalıdır. Allahın qarşısına qurban 
təqdim etməyə gələn şəxsin yadına düşür ki, kiminsə ona qarşı 
bir şikayəti var. İnsanın etdiyi səhv şeyi yadına salan Müqəddəs 
Ruhdur. 
Yalnız başqa adamı incitmiş hərəkətlər onlara etiraf edilməlidir. 
Əgər  sizin  ürəyinizdə  kiməsə  qarşı  paxıl,  ehtiraslı  və  ya  hirsli 
düşüncələr varsa və həmin insanlar bunu bilmirlərsə, onlar yalnız 
Allaha etiraf edilməlidir. 
Günahınıza görə əvəzi ödənilməli bir şey olduqda bu prinsipin 
müstəsna  halı  yaranır.  Nəyisə  oğurlamısınızsa  və  ya  sındırmısı-

250
Buxovları qıran
nızsa,  kiminsə  nüfuzuna  xələl  gətirmisinizsə  və  sairə,  onda  siz 
həmin insanın, hətta o insanın sizin etdiyiniz işdən xəbəri olmasa 
da, yanına getməlisiniz və məsələni həll etməlisiniz. 
Bağışlanmanı istəmək prosesi 
1. Etdiyiniz səhv şeyi və onu nəyə görə etdiyinizi yazın.
2. Sizə qarşı hər nə ediblərsə, onları artıq bağışladığınıza 
əmin olun.
3. Onlardan sizi bağışlamalarını dəqiq necə soruşacağı-
nız barəsində düşünün. Əmin olun ki: 
 a.  Öz hərəkətinizin «səhv» olduğunu vurğulayasınız.
 b.  Etdiyiniz  hərəkətdə  xüsusi  olasınız  və  etiraf 
edəsiniz. 
 c.  Özünüzü  müdafiə  etməyəsiniz  və  ya  bəhanə 
gətirməyəsiniz. 
 d.  Başqa  adamları  günahlandırmayasınız  və  onların 
sizdən  üzr  istəmələrini  gözləməyəsiniz  və  tələb 
etməyəsiniz.
 e.  Sizin  etirafınız  birbaşa  suala  gətirib  çıxarmalıdır: 
«Məni bağışlayarsanmı?»
4. İncitdiyiniz insana yaxınlaşmaq üçün münasib yeri və 
münasib vaxtı tapın. 
5. Əgər  mümkündürsə,  insandan  üzbəüz  bağışlanmanı-
zı  xahiş  edin,  amma  burada  bir  müstəsna  hal  var: 
əgər  bağışlanmanızı  istədiyiniz  insanların  sizə  zərər 
yetirmək ehtimalı olarsa, oraya tək getməyin
6. Başqa  ünsiyyət  vasitəsinin  mümkün  olmadığı  halı 
istisna  etməklə  məktub  yazmayın,  çünki  məktub 
asanlıqla  səhv  oxuna  və  ya  səhv  başa  düşülə  bilər; 

Məsihdə azadlıq addımları 
251
məktubu lazım olmayan adam oxuya bilər (inciklik və 
ya etiraf ilə heç bir əlaqəsi olmayanlar); məktub ləğv 
edilməli olduğu halda, saxlanıla bilər. 
7. O  biri  şəxsin  sizi  bağışlamasından  asılı  olmayaraq, 
bağışlanmanı  səmimi  qəlbdən  istədikdən  sonra  siz 
azadsınız (Roma. 12:18).
8. Bağışlanmadan  sonra  Allaha  ibadət  etməklə  Onunla 
ünsiyyətdə olun (Matta 5:24).

14
Məsihdə azadlıq tapmaları 
üçün başqalarına kömək 
etmək
İnsanların Məsihdə azadlıq tapmaları haqqında bəzi şəhadətlikləri 
bölüşdükdən sonra bir qadın: «Sən cin qovansan?» — deyə, so-
ruşdu.
«Xeyr, mən cin qovan deyiləm» — deyə, cavab verdim. «Mən 
cin qovan adlı peşənin olduğunu düşünmürəm və heç cin qovmaq 
ənamının olduğuna da inanmıram. Mən, sadəcə, Məsihdə qayğı-
keş bir qardaşam.»
Neçə illər boyunca minlərlə insanın Məsihdə azadlıq tapmasını 
görmək mənə nəsib olub. Mən inanıram ki, başqalarına şəxsi və 
ruhani münaqişələrini həll etməkdə göstərdiyim yardımı istənilən 
əsl  məsihçi,  xüsusilə,  pastorlar  və  məsləhətçilər  də  edə  bilər. 
Başqalarına Məsihdə azadlıqlarını tapmağa kömək etmək xüsusi 
ənamın tətbiq edilməsini tələb etmir; bu, həqiqətin sevgi ilə tətbiq 
edilməsini tələb edir.
Bizim xidmətimiz bütün dünyada minlərlə məsihçiləri öyrədib. 
Sizin  pastor  və  ya  məsləhətçi  kimi  «peşəkar»  köməkçi,  yaxud 
Allah  tərəfindən  istifadə  olunmağı  arzulayan  adi  məsihçi  olma-
ğınızdan asılı olmayaraq, bu fəsildə başqalarına necə kömək edə 
biləcəyiniz haqqında sizə qısaca məlumat verəcəyəm. Mənim ta-
nıdığım bir məbəddə yüzlərlə insanları Məsihdə azad edən «Azad-
lıq xidməti» var, burada xidmətlərin çoxu təlim almış adi insanlar 

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
253
tərəfindən göstərilir. Hansı mövqedə olmağınızdan asılı olmaya-
raq,  növbəti  səhifələr  sizə  xidmət  üçün  bir  neçə  əməli  və  əsas 
qaydalar verəcək.
11
R
uhani münaqişənin həlli prinsipləri
İnsanların həyatları evlərə bənzəyir. Təsəvvür edin ki, ailə zibili 
aylarla evdən kənara tullamayıb, yemək və içkilərini yerə dağıdıb 
və yığışdırmayıblar. Belə ev çoxlu sayda milçəkləri cəlb edəcək. 
Mən  düşünmürəm  ki,  bu  problemi  həll  etmək  üçün  milçəklərin 
uçuş tərzlərini tədqiq etmək, adlarını və həşəratların təsnifatında 
hansı  sinfə  aid  olduğunu  təyin  etmək  vacibdir.  Düzdür,  mənim 
xəbərim olmasa da, bəlkə bunları öyrənməyin hansısa dəyəri ola 
bilər, amma cavab, əsasən, milçəklər və onlardan azad olmaq haq-
qında bilik əldə etməkdə deyil. Buna oxşar olaraq, həyatlarımızda 
«milçəklərə» diqqətimizi cəmləmək şeytanın bizim üçün plan cız-
masına və əsl məsələdən, yəni zibilliyi tullamaqdan fikrimizi ya-
yındırmasına yol verməkdir. Allaha iman etmək və tövbə etmək 
cavab olub, eləcə də bu, hal-hazırkı məbəd dövründə cavab olmaq-
da davam edəcək.
Şəxsi və ruhani münaqişələri həll etmək üçün biz Allahın Ecaz-
kar Məsləhətçi olduğunu və eləcə də Onun insana hərtərəfli (əqli, 
emosional, ruhani) xidmət edəcəyini və hər bir şeyi nəzərə ala-
11 Məsləhətvermə bölməsinə belə yanaşmanın teoloji əsasına və əməli tətbiqinə 
dair daha ətraflı müzakirə üçün «Helping Others Find Freedom in Christ» 
(«Başqalarına  Məsihdə  azadlıq  tapmaları  üçün  kömək  etmək»)  (Regal 
Books) kitabımı oxumağı tövsiyə edirəm. Mərhələdən addımbaaddım keçməyə 
yol göstərən video bölmələr var. Peşəkar məsləhətçilər və terapevtlər üçün 
iki peşəkar terapevt, Terri və Culi Zulk ilə birlikdə müəlliflik etdiyim «Christ-
Centered  Therapy»  («Məsihə  əsaslanmış  müalicə»)  kitabımı  məsləhət 
görərdim. Bu kitab teologiyanı və psixologiyanı bütöv halda verir. Bu, eləcə 
də dəyərlər, dünyagörüşü, metodologiya, strategiya və peşəkar məsləhətçi ilə 
məbəd arasında münasibətə toxunur.

254
Buxovları qıran
cağını başa düşməliyik. Məsihçinin nadir hallarda sadəcə ruhani 
problemi  və  ya  psixoloji  problemi  olur.  Allah  bizimlə  hərtərəfli 
ünsiyyət qurur və hər bir şeyi nəzərə alır. 
Münaqişənin  həllinin  ruhani  tərəfi  üçün  nəzərdə  tutduğumuz 
dörd prinsipi sizə təklif edirəm: 
1.  Biz  qaranlıq  padşahlığına  qarşı  durmaq  metodologiya-
mızı,  əsasən,  Müjdələrdən  və  Həvarilərin  İşlərindən  deyil, 
məktublardan götürməliyik. 
Bəzi  insanların  cini  qovma  metodologiyalarını  Müjdələrdən 
və  Həvarilərin  İşlərindən  götürmələrini  asanlıqla  başa  düşmək 
olur,  çünki  şeytanı  qovmaq  nümunələri  üçün  onlar  yeganə  eti-
barlı  mənbədir.  Niyə  də  İsanın  və  şagirdlərinin  nümunələrini 
izləməyək?  Onların  nümunələri  Allahın  padşahlığı  ilə  qaranlıq 
padşahlığı arasında olan döyüşü aydın şəkildə aşkar edir və İsanın 
«iblisin əməllərini puça çıxarmaq» (1 Yəhya 3:8) üçün gəldiyini 
sübut edir. Amma Müjdələr Məsihin çarmıxdan əvvəlki həyatı və 
xidməti haqqında yazır. «Göydə və yer üzündə» bütün səlahiyyət» 
hələ Ona verilməmişdi (Matta 28:18). Şeytan məğlub edilməmişdi 
və tərki-silah olunmamışdı (Kolos. 2:15). Buna görə, şeytana və 
onun cinlərinə qarşı durmaq üçün səlahiyyətlə təmin edilmiş xü-
susi  bir  şəxs  tələb  olunurdu.  Ona  görə  də  «İsa  On  İki  Şagirdi 
yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək 
üçün onlara qüdrət və səlahiyyət verdi» (Luka 9:1). 
Bütün  ənənəvi  sistematik  teologiyalar  köhnə  əhd  (qanun)  ilə 
yeni  əhd  (lütf)  arasındakı  aydın  fərqləri  öyrədir.  Məsih  qanun 
dövründə yaşamışdır. Yeni əhd Onun ölümü və dirilməsinə qədər 
mövcud  deyildi.  Bu,  o  deməkdir  ki,  qanun  altında  doğulmuş 
Məsih,  eləcə  də,  qanun  altında  yaşamalı  idi.  İsa  dedi:  «Sanma-
yın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün 
gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün 
gəldim» (Matta 5:17). 
Məsələn, əgər sizin ictimaiyyətinizdə yaşayan varlı bir rəhbər 
sizdən əbədi həyatı necə əldə etmək barədə soruşsaydı, əmrlərə 
riayət etməyi ona deyərdinizmi? İsa varlı olan cavan bir rəhbərə 

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
255
belə yol göstərmişdir (Matta 19:16, 17). Çarmıxdan əvvəl qanun 
altında olarkən Allahın seçilmiş xalqı Allaha olan imanlarını qa-
nuna əsasən yaşamaqla nümayiş etdirmişdilər. Amma çarmıxdan 
sonra lütf altında olarkən siz belə insana müjdəni bəyan etmək 
istərdiniz.  Aydındır  ki,  bizim  müjdəçiliyə  yanaşmağımız  Pente-
kost günündən sonra dəyişilib, beləcə də ruhani münaqişələri həll 
etməyimiz dəyişilib. 
Həvarilərin  İşləri  kitabı  çarmıx  ilə  Müqəddəs  Yazıların  bir 
yerə  yığılması  arasında  keçid  dövrünün  tarixi  bir  yazısıdır.  Bu 
vacib  kitabdan  nə  qədər  metodologiya  və  teologiya  götürməli 
olduğumuz haqqında məsihçilər arasında bəzi fikir ayrılıqları var. 
Bu  səbəbdən  də  mən  məsləhət  görərdim  ki,  cinlərin  qovulma-
sı  barəsində  metodologiya  üçün  yeganə  əsas  kimi  Həvarilərin 
İşlərindən nümunələr istifadə edərkən diqqətli olasınız. Nümunə 
nəzəriyyədən  sonra  gəlir,  ancaq  əksər  problemlər  nəzəriyyəni 
nümunədən yaratdığımız zaman yaranır. Lakin Həvarilərin İşləri 
aydın  göstərir  ki,  cinə  tutulmuş  insanlarla  qarşılaşma  çarmıx-
dan sonra davam edir və şər qüvvələr məbədin artımına hələ də 
müqavimət  göstərir.  Amma  bu  tarix  kitabı  həmin  qüvvələr  ilə 
mübarizədə son sözü demir. 
2.  Məktublarda  cinləri  qovmaq  barəsində  heç  bir  təlimatın 
olmaması  o  demək  deyil  ki,  məsihçilərin  ruhani  problemləri 
ola  bilməz.  Bu,  o  deməkdir  ki,  Məsihdə  azad  yaşamaq  üçün 
məsuliyyət  səlahiyyət  verilmiş  xüsusi  şəxsdən  fərdi  imanlıya 
keçib. 
Qanun altında olan fərdi imanlının qaranlıq padşahlığı üzərində 
səlahiyyəti  yox  idi.  İndi  Allahın  lütfü  ilə  yenidən  doğulmuş  hər 
bir  imanlı  göylərdə  Məsihlə  birlikdə  oturub.  İmanlılar  üçün 
azadlıq  Məsihin  artıq  etdiyi  işə,  eləcə  də  tövbə  və  imanla  Ona 
şəxsən  necə  cavab  vermələrinə  əsaslanıb.  Məsihdə  azad  yaşa-
maq və cinlərə qarşı durmaq barəsində bütün məktublar boyunca 
təlimatlar var, amma başlıca məsuliyyət başqa şəxsin deyil, fərdi 
imanlının  üzərinə  düşür.  Mən  nə  sizin  yerinizə  tövbə,  nə  iman 
edə bilərəm, nə də sizin üçün Allaha tabe olub şeytana qarşı dura 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin