Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   15   16   17   18   19   20   21   22   23

256
Buxovları qıran
bilərəm, amma həmin şeyləri etməkdə sizə kömək edə bilərəm. 
Biz  məsələyə  bu  mövqedən  yanaşsaq,  bir-birimizə  necə  kömək 
etməyi öyrədən Timoteyə yazılmış məktubda çox dəqiq hissə var 
(2 Timotey 2:24-26):
Rəbbin  qulu  davakar  olmamalıdır.  Əksinə,  hamı  ilə 
mülayim  rəftar  etməli,  öyrətməyə  qabil,  səbirli  olma-
lıdır.  Ona  qarşı  olanları  həlimliklə  tərbiyə  etməlidir. 
Bəlkə  Allah  onlara  tövbəyə  imkan  verəcək.  Beləliklə, 
onlar həqiqəti anlayar, ayıq ola bilərlər və istəyini yerinə 
yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar. 
Bu  hissə  aydın  öyrədir  ki,  həqiqət  insanları  azad  edir  və 
tövbəyə imkan verən isə Allahdır. Məsihçilikdə məsləhət vermə 
öyrəndiyimiz texniki üsullardan daha böyük bir şeydir. Bu, Allah 
ilə görüşdür. O, Ecazkar Məsləhətçidir. Yalnız Allah ürəyi sınmış 
insanları sağalda bilər və əsirləri azad edə bilər. Amma Allah On-
dan asılı olan xidmətçiləri vasitəsilə işləyə bilər. 
Əgər  siz  kimdənsə  özünün  iştirakı  olmadan  cin  qovmaqda 
uğur  qazanmısınızsa,  bəs  siz  çıxıb  gedəndən  sonra  cini  geriyə 
qayıtmaqdan saxlayan nə olacaq? Həmin şəxs özü azadlığı üçün 
məsuliyyəti üzərinə götürməsə, onun aqibəti yazıq adamınkı kimi 
ola bilər, ondan bir murdar ruh çıxarılmışdı və həmin ruh özündən 
də daha pis olan başqa yeddi ruhu gətirmişdi (Matta 12:43-45).
Mən  ruhani  təzyiqə  məruz  qalmışlara  kömək  etmək  işində 
çox  az  təlim  keçən  bir  seminariyanı  bitirmişdim.  Ona  görə  də 
mən  ruhani  təzyiqə  məruz  qalanlara  kömək  etmək  üçün  yaxşı 
hazırlıqlı deyildim. Bildiyim yeganə metod cinləri çağırıb, adlarını 
və dərəcələrini öyrənib qovmaq idi. Bu yanaşmada pastor və ya 
məsləhətçi adamı azad edir və cindən məlumat əldə edirdi. Niyə 
cinlərə  inanaq?  Onların  hamısı  yalançıdırlar.  «Yalan  söyləyəndə 
öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır» 
(Yəhya 8:44).
Məncə,  məktublar  fərqli  bir  mənzərəni  təsvir  edirlər.  Birinci-

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
257
si,  azad  edən  Məsihdir  və  O,  artıq  gəlib.  İkincisi,  biz  Allahın 
Kəlamından  və  hər  həqiqətə  yol  göstərən  Müqəddəs  Ruhdan 
məlumat əldə etməliyik, çünki həmin həqiqət bizi azad edəcək. 
Mən neçə illər kimdənsə cin qovmağa çalışmamışam. Amma 
mən  yüzlərlə  insanlara  şəxsi  və  ruhani  münaqişələri  əsl  tövbə 
və Allaha iman vasitəsilə yoluna qoymaqda kömək edərkən on-
ların Məsihdə azadlıq tapdıqlarını görmüşəm. Mən artıq cinlər 
ilə  birbaşa  iş  görmürəm  və  onlarla  dialoq  etmirəm.  Heç  mən 
onlara  məsləhət  vermə  görüşündə  özlərini  göstərməyə  də  im-
kan vermirəm. Mən yalnız insana Allaha tabe olmaq və şeytana 
qarşı durmaq məsuliyyətini üzərinə götürməkdə kömək edirəm 
(Yaqub 4:7). 
Mən təcrübəmdən öyrənmişəm ki, əgər siz birinci Allaha tabe 
olmadan şeytana qarşı durmağa çalışsanız, siz onunla döyüşə çı-
xacaqsınız.  Digər  tərəfdən,  siz  şeytana  qarşı  durmadan  Allaha 
təslim  olaraq  hələ  də  əsarətdə  qala  bilərsiniz.  Faciə  budur  ki, 
əksər reabilitasiya xidmətləri bunların heç birini etmir. 
3. Cinə tutulmuş insanı azad etmək böyük qüvvə ilə toqquş-
ma deyil, həqiqətlə üzləşmədir.
Həqiqət  insanları  azad  edir  (Yəhya  8:32).  Müqəddəs  Kitabda 
bizə gücü izləməyi öyrədən hansısa ayə yoxdur, çünki bir imanlı 
kimi  Məsihdə  bizə  gərək  olan  bütün  gücə  artıq  malikik  (Efes. 
1:18, 19). Məsihçi həyatı üçün güc həqiqətdədir; şeytanın gücü 
yalandadır. Şeytan istəmir ki, bir imanlı kimi Məsihdə gücünüzü 
və  səlahiyyətinizi  biləsiniz,  çünki  onun  gücü  yalnız  qaranlıqda 
təsirə malikdir. Dünyada olan bütün qaranlıqlar bir şamın işığını 
söndürə bilməz. Məsihçilər həqiqətin ardınca getməlidirlər, çün-
ki  Onun  iradəsini  yerinə  yetirmək  üçün  artıq  onların  gücü  və 
səlahiyyəti var. Biz şeytanla vuruşanda bizim səylərimizi təsirli 
edən şey həqiqətdir, çünki onun başlıca strategiyası aldatmadır. 
Şeytanın taktikaları qorxu yaratmaq üçün nəzərdə tutulub. Qorxu 
imanlını idarə edəndə Müqəddəs Ruh onu idarə etmir və bu işdə 
başda dayanan şeytan olur. Düşməndən qorxu və Allaha iman bir 

258
Buxovları qıran
araya sığa bilməz. 
Şeytan ifşa olunmaqdan qorxduğu kimi başqa heç bir şeydən 
qorxmur. Həqiqət işığı gələndə şeytan və cinləri tarakanlar kimi 
kölgə yerə qaçmağa çalışırlar. Mənə bəzi insanlar deyirdilər ki, on-
lara əzab verən cinlər məndən qorxurlar. Əgər siz kiməsə kömək 
edirsinizsə,  belə  bir  yalanın  beyninizə  girməsinə  yol  verməyin. 
Cinlər həqiqət ilə ifşa olunduqlarına görə, əslində, Allahdan qor-
xurlar.  Mənə  həm  də  deyilirdi  ki,  cinlər  mənə  gülürlər.  Onlar 
mənim  zəif  cəhdlərimi  ələ  salırdılar!  Bu,  sadəcə,  bizi  müdafiə 
mövqeyində saxlamaq və cəhd göstərərkən ruhdan salmaq üçün 
nəzərdə tutulmuş qorxutma strategiyasıdır. Siz strategiyanı ifşa 
edən kimi ələsalma bitir.
Mən  şeytanın  yaratdığı  döyüş  vasitəsilə  özünü  göstərməsinin 
və  izzətləndirməsinin  qarşısını  almaq  üçün  əlimdən  gələn  hər 
bir şeyi edirəm. Biz Allahın hüzurunun aşkar olunmasına icazə 
verərək Onu izzətləndirməliyik. Allah hər bir şeyi «ədəblə və inti-
zamla» edir (1 Kor. 14:40). Əgər siz bütün proses zamanı nəzarəti 
əlinizdə  saxlayırsınızsa,  onda  Allah  izzətlənir.  Əgər  siz  nəzarəti 
əlinizdən buraxırsınızsa, onda şeytan izzətlənir. 
4. Başqa insanlara azadlıq tapmaqda kömək etmək üçün ilkin 
şərtlər möminliyə uyğun bir xasiyyətə və öyrətmək qabiliyyətinə 
malik olmaqdır. 
Məbəd bəzən belə güman edir ki, istedad, çağırış və ya məbəddə 
hansısa vəzifə insanı başqasına kömək etməyə təyin edir. 2 Timo-
tey 2:24-26-ya əsasən, ilkin şərt «Rəbbin qulu» olmaqdır. Allahın 
əlində  alət  olmaq  üçün  biz  Ondan  tamamilə  asılı  olmalıyıq.  Bu 
tələbdən  başqa  Rəbbin  qulu  mehriban,  səbirli,  həlim  və  öyrədə 
bilən olmalıdır. Başqa sözlə, biz həqiqəti məhəbbətlə deməliyik, 
çünki həqiqət bizi azad edir. İnsanların keçmişdə aldıqları sarsın-
tılara  görə  deyil,  onların  nəticəsində  inandıqları  yalanlara  görə 
əsarətdə olduğunu anlamaq üçün mənə illər gərək oldu. 
Həqiqətlə üzləşmə olan şəxsi və ruhani münaqişələrin həllinin 
xüsusi dəyərləri var. Birincisi, etdiyiniz xidmətə yardım edir ki, 
o nə ruhani dünyanın həqiqiliyini nəzərə almayan psixoterapevtik 

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
259
yanaşmaya, nə də psixoloji məsələləri və şəxsi məsuliyyəti nəzərə 
almayan hansısa cini qovma xidmətinə çevrilsin. İkincisi, meto-
du başqalarına öyrətmək olar, çünki bu, qeyri-adi ənamlardan və 
ya çağırışdan asılı deyil. Üçüncüsü, bu, uzunsürən nəticələr hasil 
edir, çünki qərar çıxaran və şəxsi məsuliyyəti üzərinə götürən şəxs 
pastor və ya məsləhətçi deyil, məsləhət almağa gəlmiş insandır. 
B
aşqalarına azadlıq tapmalarında kömək etmək üçün 
qaydalar
Həqiqətlə  üzləşmə  istənilən  məsləhətvermə  prosesində  tələb 
olunan həmin şəxsi bacarıqları tələb edir. Siz şəfqətli, mühakimə 
etməyən  və  mehriban  olmalısınız.  Siz  yaxşı  dinləyici  olmalısı-
nız və başqasının dərdinə şərik olmağı bacarmalısınız. Süleyman 
xəbərdarlıq edirdi: «Eşitməzdən qabaq cavab vermək səfehlik və 
rüsvayçılıqdır»  (Sül.  Məs.  18:13).  Ona  görə  də,  siz  nəyisə  həll 
etməzdən əvvəl əhvalatı eşitməlisiniz. Əgər siz problemin nə oldu-
ğunu bilməsəniz, cavabın nə olduğunu tapa bilməzsiniz. 
1. Daha ətraflı məlumat toplayın 
Mümkünsə,  kömək  etdiyiniz  şəxs  birinci  məsləhətvermə 
görüşündən  qabaq  «Məxfi  şəxsi  sorğunu»  (əlavəyə  baxın)  dol-
dursun.  Biz  məbədlərdə  məsləhətçi  sözünün  əvəzinə  «ruhlandı-
ran» və məsləhətvermə görüşü sözünün əvəzinə «azadlıq görüşü» 
sözündən istifadə etməyi üstün tuturuq. Siz araşdırmanın üzünü 
köçürə  bilərsiniz  və  ya  öz  istifadəniz  üçün  dəyişdirə  bilərsiniz. 
Amma bir çox insanlar yazılı vərəqdə müəyyən məxfi məlumatları 
yazmayacaqlar. 
Birinci, insanın ailəsi haqqında qısaca məlumat əldə etməlisiniz. 
Valideynlərinin və ya nənə-babalarının hansı dini məşğuliyyətləri 
olub? Onlar okkult və ya saxta dinlə məşğul olublarmı? Evlərində 
bir-biriləri ilə yola gediblərmi? Ailə tarixində boşanma və zina hal-
ları olubmu? Normal münasibətlər olmayan ailələr yanlış fikirlər 

260
Buxovları qıran
Diaqram 14a
Sevən və qayğık

Yaxşı və mərhəmətli
Şərtsiz lütfk
ar
Həmişə yaxın və əlçatan 
Yaxşı hədiyyələr verən 
Bəsləyən və ruhlan
dır
an 
Qəbul edən
Əd
alətli, in
saflı və 
tərəfk
eşlik etməyən
Mətanətli və etibarlı
Nifrətlə d
olu və laqeyd
Zalım və bağışlam
ayan
Şərti olar
aq bəyənən
Eh
tiyac vaxtın
da boyun 
qaçır
an
Hər bir yaxşı şeyi həya-
tım
dan götürüb apar
an
Tənqi
di və tələbk
ar
Rəd
d edən
Əd
alətsiz, in
safsız və 
tərəfk
eşlik edən
Mətanətsiz və etibarsız
Allah haqqında həqiqət aşağı- dakıların süzgəcindən keçir:
1. Biliksizlik 2. Y
alançı peyğəmbərlər və  müəllimlər
3. Küfr d
olu əqli düşün
cələr
4. Erkən inkişaf dövrlərin
də 
şəxslər
ar
ası düzgün olm
a-
yan mün
asibətlər
5. Səlahiyyətli in
sanların, 
xüsusilə vali
deynlərin 
nüm
unəsi

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
261
inkişaf etdirirlər. Məsələn, bir çox uşaqlar valideynlərinin boşan-
masına görə özlərini günahlandırırlar. Bəziləri evlərində baş ver-
miş  olan  hadisələrə  görə  illərlə  valideynlərinə  qarşı  kin,  qəzəb 
hissi daşıyırlar. 
Siz  ailənizdə  alkoqolizmə,  narkomaniyaya  və  ya  cinsi 
əxlaqsızlığa  aludəçilik  hallarının  olub-olmaması  ilə  maraqlanma-
lısınız. Ailənin tarixində ruhi xəstəlik olubmu? Hansı növ idman 
və yemək vərdişləri ailənin xarakterik xüsusiyyətləridir? Evinizdə 
düzgünlük necə qiymətlənirdi?
İnsanların  hekayələrini  dinləmək  üçün  onlardan  uşaqlıq 
və  məktəb  illərində  keçirdikləri  həyat  təcrübələrini  mənimlə 
bölüşmələrini xahiş edirəm. Siz onların şəxsi və ailə tarixçələrini 
dinləməklə  hansısa  bir  şeyi  həll  etməyə  çalışmırsınız.  Burada 
məqsəd onların başına gələnləri və düşüncə tərzlərinin niyə belə 
olduğunu başa düşməkdir. Siz onları «addımlar»dan keçirdikcə giz-
li xırdalıqlar ortalığa çıxacaq və «Məxfi şəxsi sorğu» onların fiziki, 
əqli, emosional və ruhani həyatları ilə əlaqədar vacib məlumatlar 
verəcək.
2. Yanlış fikirləri müəyyən edin 
Ruhani münaqişədə ilişib qalmış bir çox insanlar Allah haqqında 
təhrifə uğramış anlayışa malik olurlar. Diaqram 14a-da sol tərəfdə 
verilmiş Allah haqqında həqiqi anlayışlar çoxlu sayda mənfi həyat 
təcrübəsi tərəfindən təhrifə uğradığına görə, onlar Allah haqqında 
yanlış anlayışlara çevrilmişdir.
Bir pastorun həyat yoldaşı mənə tələbkar anasının hökm sür-
düyü ciddi qaydalar olan ailəsi haqqında danışdı. Atası iradəsiz bir 
adam idi, anası qızlarının üstünə qışqırarkən o, heç bir müdaxilə 
etmirdi. Otuz dəqiqə olardı ki, biz söhbət edirdik və mən: «Siz 
İsanı  həqiqətən  sevirsiniz,  elə  deyilmi?»  —  deyə,  ondan  soruş-
dum. 
«Əlbəttə» — deyə, o cavab verdi.
«Siz, eləcə də, Müqəddəs Ruhu sevirsiniz.»
«Bəli, sevirəm.»

262
Buxovları qıran
«Amma Ata Allahı sevmirsiniz, elə deyilmi?» 
O, yalnız göz yaşları ilə cavab verə bildi. Onun göylərdə olan 
Atası barəsində anlayışı yerdəki atasının siması tərəfindən təhrifə 
uğramışdı. O, İsanın və Müqəddəs Ruhun həyatına fəal surətdə 
daxil  olduğunu  dərk  edirdi,  amma  ağlında  isə  Ata  Allahı  anası 
tərəfindən şifahi tərzdə təhqir olunarkən yaxınlığında hərəkətsiz 
və  laqeyd  bir  şəkildə  oturmuş  dünyəvi  atası  kimi  təsvir  edirdi. 
Emosional baxımdan o, diaqramın sol tərəfinin teoloji baxımdan 
doğru olduğunu bilsə də, əslində sağ tərəfində idi. Mən ona Allahın 
xasiyyətlərindən bəhs edən A.U. Tozerin kasetlər dəstini verdim. 
O, kasetlərə üç dəfə qulaq asdı və heç bir təsir göstərmədi. Amma 
münaqişələrini həll edəndən və Məsihdə azadlıq tapandan sonra 
Müqəddəs Ruh onun ruhu ilə birgə şəhadət etdi ki, o, Atanın öv-
ladıdır və o, emosional baxımdan həqiqətdə dayandı. 
Münaqişədə olan insanların da çox vaxt özləri barəsində yanlış 
fikirləri var. Onların çoxu Məsihdə kim olduqlarını bilmirlər, heç 
Allahın  övladı  olmağın  nə  demək  olduğunu  da  başa  düşmürlər. 
Bunun nəticəsində onlar xilaslarına şübhə ilə yanaşırlar. Bir çox-
ları başqalarından fərqli olduqlarını düşünürlər – onların məsihçi 
həyatları  başqalarına  kömək  etdiyi  kimi  özlərinə  kömək  etmir. 
Bəziləri  ruhi  xəstəlikdən  qorxurlar  və  narahatçılıqla  dolublar. 
Demək  olar  ki,  hamısı  özlərini  sevilməyən,  dəyərsiz  və  rədd 
edilmiş  hiss  edirlər.  Onlar  özünə  hörməti  yaxşılaşdırmaq  üçün 
düşündükləri hər bir şeyi ediblər, amma heç biri kömək etməyib. 
Bəziləri problemin ruhani olduğundan şübhələnirlər, amma onlar 
münaqişələri necə həll etməyi bilmirlər. 
Stefani  anoreksiyadan  əzab  çəkirdi.  O,  qidalanma  pozğunlu-
ğundan əzab çəkənlər üçün olan xəstəxanada yatmışdı və çoxlu 
məsləhətvermə görüşlərində iştirak etmişdi, amma çox az irəliləyiş 
var idi. Tələbələrimdən biri ruhani problemdən şübhələnmiş və Ste-
fanini mənimlə görüşə gətirmişdi. İki məsləhətvermə görüşündən 
sonra o, sıxıntıdan azad idi. Stefani Məsihdə aldığı azadlıq haqqın-
da məsləhətçisinə danışmaq üçün xəstəxanaya qayıtdı. Məsləhətçi 
ona, sadəcə olaraq, müvəqqəti ruh yüksəkliyində olduğunu söylədi. 

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
263
Əgər belədirsə, Stefani hələ də bu ruh yüksəkliyində yaşayır, çün-
ki hal-hazırda müjdəçiliklə Rəbbə xidmət edərək o, Məsihdə olan 
azadlığından həzz alır! 
Nəhayət, münaqişədə olan insanlar çox vaxt iki padşahlıq haq-
qında təhrifə uğramış anlayışa malik olurlar. Onlar iki bərabər, 
amma zidd qüvvələrə ilişdiklərini düşünürlər: bir tərəfdə «pis şey-
tan», o biri tərəfdə isə «yaxşı Allah» və «mən yazıq» ortalıqda ili-
şib qalmışam. Bu, əlbəttə, doğru deyil və əgər bunlara inanırlarsa, 
belə insanlar məğlubiyyətdə yaşayırlar. Həqiqət budur ki, Allah 
hər  yerdə  mövcuddur,  hər  şeyə  qadirdir  və  hər  şeyi  bilir.  Şey-
tan məğlub edilmiş düşməndir – və biz isə Məsihdəyik, Onunla 
birlikdə göylərdə oturmuşuq. 
3. Məsələni cinlərlə deyil, fərdlə həll edin 
Bəzi insanlara Allah deyil, daha çox şeytan yaxın, gerçək və 
güclü  görünür.  Belə  insanlar,  adətən,  başlarında  həqiqətə  zidd 
fikirlər eşidirlər. Onlar daim yalanlar ilə qarşılaşırlar; onlara de-
yilir ki, məsləhətvermə görüşündən çıxıb getsinlər; yaxud onlara 
inciklik və ya utandırma ilə hədə-qorxu gəlirlər. 
Məsləhətə gəlmiş çox hörmət etdiyim bir qadın qəfildən qapıya 
doğru qaçdı. «Siz nə edirsiniz?» — deyə, mən ondan soruşdum. 
«Sən mənim xətrimə dəyəcəksən» — deyə, o, qorxa-qorxa ca-
vab verdi.
Mən onu əmin etdim ki, eşitdikləri yalandır və o da yavaşca 
stula oturdu. 
Belə  əqli  toqquşmalar  qeyri-adi  bir  şey  deyil.  Ona  görə  də 
mən  məsləhətə  gəlmiş  insanlara  həmişə  izah  edirəm  ki,  ağıl 
idarəetmə  mərkəzidir.  Əgər  onlar  ağıllarında  idarəetməni  əldən 
buraxmasalar,  onda  biz  məsləhətvermə  görüşündə  idarəetməni 
itirməyəcəyik. Məni mənfi və ya ittiham edən düşüncələrin ya di-
vardan, ya öz xatirələrindən, ya da cəhənnəmin dibindən gəlməsi 
maraqlandırmır. Yalnız bu düşüncələrə inandıqları halda onlar in-
sanları idarə edə bilər. İnsanların əqli idarəetməni əllərində saxla-

264
Buxovları qıran
maqlarına kömək məqsədilə ağıllarında nə baş verdiyini mənimlə 
bölüşmələrini  onlardan  xahiş  edirəm.  Mən  istəyirəm  ki,  onlar 
həmin aldadıcı düşüncələri işığa çıxarsınlar. Yalanlar ifşa olunan 
kimi iblisin gücü itir. 
Bəzən insanlar iki səbəbə görə sizinlə bölüşmək istəməyəcəklər. 
Birincisi,  əgər  insanlar  onlara  inanmayacağınızı  hiss  etsələr, 
sizinlə  bölüşməyəcəklər.  Əgər  məsləhətə  gəlmiş  şəxs  səslər 
eşidirsə, dünyəvi məsləhətçilər və bir çox məsihçi məsləhətçilər 
bunları  şeytani  səslər  hesab  etməyəcəklər.  Biz  hamımız  son-
ra  nə  baş  verəcəyini  bilirik.  Ona  psixoloji  diaqnoz  qoyulur  və 
müalicə  məqsədilə  resept  yazılır.  Bunu  görən  narahat  insanlar 
başlarına  gələnləri  məsləhətçilərlə  bölüşəcəklər,  amma  daxildə 
baş verənləri isə bölüşməyə heç səy göstərməyəcəklər. İkincisi, 
bu səslər çox qorxuducu ola bilər. Həmin səslər onlara deyir ki, 
məsləhətə  gəlmiş  insanları,  məsləhətçiləri  və  onların  ailələrini, 
eləcə də dostlarını incidəcəklər. 
Bu səbəbdən də siz məsləhət verdiyiniz insanların gözlərinə çox 
diqqətlə fikir verməlisiniz. Əgər onların başları gicəllənirsə, donuq 
baxışlarla baxırlarsa və ya otaqda ora-bura baxmağa başlayırlarsa, 
dayanın və onlardan daxillərində nə baş verdiyini soruşun. Əgər 
siz  diqqət  yetirməsəniz,  məsləhətvermə  görüşündə  idarəetməni 
itirə bilərsiniz. Mən insanların başında böyük bir mübarizənin get-
diyini görəndə bəzən onlara həyətdə gedib gəzişmələrini məsləhət 
görürəm.  Onların  seçimləri  var  və  öz  iradələrini  həyata  keçirə 
bilərlər, mən onların bunu bilməsini istəyirəm. 
Öz  emosiyalarını  hər  şeydən  üstün  tutan  insanlar  bir  fi-
kir  beyinlərinə  girən  kimi  ona  uyğun  hərəkət  edir.  Onlar  sanki 
iradələri olmayan bir insan kimi yaşayırlar. Mən onlara deyirəm: 
«Əgər sizə hansısa bir fikir gəlibsə, tez onu həyata keçirməyin. 
Mənimlə onu bölüşün.» Bu, bəzi insanlara dönüş gətirir. Öz emo-
siyalarını  hər  şeydən  üstün  tutan  insanlar  kömək  etmək  üçün 
ən  çətin  insanlardır,  çünki  onlar  heç  vaxt  öz  düşüncələri  üçün 
məsuliyyəti həqiqətən öz üzərlərinə götürmürlər. 
Məsləhətvermə görüşündə idarəetməni əldə saxlamağa kömək 

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
265
məqsədilə azadlıq addımları çox xüsusi olan dua və bəyanat ilə 
başlayır.  Əgər  sizin  kömək  etdiyiniz  insanlar  Allaha  olan  ima-
nı  bəyan  ediblərsə,  şeytan  onlara  toxuna  bilməz,  çünki  onların 
üzərində onun səlahiyyəti yoxdur. 
Mən azadlıq görüşündə insana heç vaxt toxunmuram və sizi də 
bu işdən çəkindirirəm. Bu, mənim üçün çətindir, çünki təbiətən 
mən qucaqlamağı sevən adamam. Amma insan azad olana qədər 
onda  olan  şeytani  qüvvələr  sizdə  olan  Müqəddəs  Ruhdan  qaç-
maq  istəyəcəklər.  Siz,  adətən,  cinə  tutulmuş  insana  yaxınlaşa 
bilməzsiniz. Bir qadının diqqətini mənə yönəltməsi üçün qoluna 
toxunmuşdum və sonralar o, mənə dedi ki, sanki cinsi zorakılığa 
məcbur edildiyini hiss edirdi. 
Mən heç vaxt insanları fiziki olaraq tutub saxlamıram, çünki 
bizim döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil (2 Kor. 
10:3,  4).  Əgər  onlar  mənim  ofisimdən  qaçıb  gedirlərsə,  mən  
onlara icazə verirəm. Mən dua edib gözləyirəm və adətən, onlar 
beş dəqiqənin içərisində geriyə qayıdırlar. Mən onların ağıllarını 
məcbur etmirəm və ya idarə etmirəm. Onlar istəsələr qala bilərlər, 
istəsələr gedə bilərlər. 
Əgər  sizin  kömək  etməyə  çalışdığınız  insan  satanizmlə  fəal 
surətdə məşğul olubsa, böyük toqquşmaya hazır olun. 2-ci addım-
da şeytana ibadət etmiş insanlar üçün xüsusi inkar və rəddetmə 
duaları  var.  Onların  etdikləri  hər  bir  şey  məsihçiliyin  tamamilə 
əleyhinədir,  çünki  şeytan  Məsihin  əleyhdarıdır.  Həmin  inkar  və 
rəddetmə  dualarını  etmək  bir  neçə  saat  vaxt  apara  bilər.  Şey-
tani  ayinlər  baxımından  zorakılığa  məruz  qalmış  zərərçəkənlər 
üçün  lazım  olan  azadlığı  tapmaqda  ruhani  münaqişələri  həll 
etmək yeganə addım deyil. Paul deyir: «Allahdan qorxub kamil 
müqəddəsliyə  çataraq  bizi  cisimdə  və  ruhda  murdarlayan  hər 
şeydən  özümüzü  təmizləyək»  (2  Kor.  7:1).  Onların  Allah  haq-
qında  qırıq  anlayışlarını  və  özlərinə  verdikləri  qiymətləndirməni 
yenidən  bərpa  etmək  vaxt,  çoxlu  sevgi,  qəbul  edilmə  və  başa 
düşən məsihçi cəmiyyətinin dəstəyini tələb edir. Paul bu xidməti 
2 Kor. 4:1-4-də yekunlaşdırır: 

266
Buxovları qıran
Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin 
olunduğumuz üçün ümidimizi itirmirik. Xəcalət gətirən 
gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü 
təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın 
önündə, hər insanın vicdanı qarşısında özümüz barədə 
zəmanət veririk. Əgər yaydığımız Müjdə qapalıdırsa, yal-
nız həlak olanlar üçün qapalıdır. Onları bu dövrün allahı 
korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı 
Müjdəsinin işığı imansızların üzərinə doğmasın. 
4. Onlara azadlıq addımlarından keçməkdə kömək edin
Neçə illər bundan əvvəl Allaha tabe olmağın və şeytana qarşı 
durmağın  o  qədər  də  çətin  bir  iş  olmadığına  inanmışdım.  Mən, 
əlbəttə,  inanıram  ki,  Allah  bəzilərimizi  ağıllı,  bəzilərimizi  isə 
olduqca  ağıllı  yaradıb;  amma  inanmıram  ki,  Onun  lütfü  yalnız 
olduqca  ağıllılar  üçündür,  bu,  hər  birimiz  üçündür.  Özlərinin  ol-
duqca  ağıllı  olduğunu  düşünənlər  məsihçi  həyatının  planını  elə 
sadə etməlidirlər ki, Allahın ən sadə varlığı belə onu anlaya bilsin 
– düzdür, biz onu o qədər bəsit etməli deyilik ki, o, həqiqəti əks 
etdirməsin. 
Gəlin  bunu  belə  düşünək.  Fərz  edək  ki,  labirintdə  ümid-
siz  bir  halda  itmisiniz.  Labirint  ustasının  sizə  labirintin  bütün 
mürəkkəbliklərini izah etməsini və ya labirintdə sağ qala bilmək 
bacarıqlarını öyrətməsini istərdinizmi? Labirintdə itdiyinizə görə 
sizi  fərsiz  adlandıran  qanunpərəst  vəzçini  görmək  istərdinizmi? 
Xeyr  –  məncə,  siz  yolu,  həqiqət  və  həyatı  tanımaq  istərdiniz. 
Allaha aparan yollar bu qədər çoxsaylı ola bilməz! Günah etmək 
üçün milyonlarla yollar var, amma bütün günahlara bir cavab var. 
Siz  minlərlə  müxtəlif  yollarla  zorakılığa  məruz  qala  bilərsiniz, 
amma bunun nə cür baş verdiyinə baxmayaraq, öz xeyrinizə görə 
sizə zorakılıq edəni bağışlamalısınız.
Eynilə də, sizi azad edəcək yalnız bir Nəfər – Məsih var. Azad-
lıq Addımları sizi azad etmir; o, sadəcə, səhv və ya düz istifadə 

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin