Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

136
Buxovları qıran
•  Həyatdan zövq almaq nəfsə hakim olmamağa çevrilə 
bilər.
•  Fiziki məmnunluq şəhvətpərəstliyə çevrilə bilər.
•  Başqalarının əmlakına maraq tamahkarlığa çevrilə bilər.
•  Yeməkdən həzz almaq qarınqululuğa çevrilə bilər.
•  Özünəqayğı xudbinliyə çevrilə bilər.
•  Özünəhörmət qürura çevrilə bilər.
•  Ünsiyyət qeybətə çevrilə bilər.
•  Ehtiyatlılıq inamsızlığa çevrilə bilər.
•  Nikbinlik laqeydliyə çevrilə bilər.
•  Hirs kinə və tez əsəbiləşməyə çevrilə bilər.
•  Xoş  mehribançılıq  həddən  artıq  əzizləməyə  çevrilə 
bilər.
•  Yaxşını pisdən ayırd etmək tənqidə çevrilə bilər.
•  Eyni cinslə dostluq homoseksuallığa çevrilə bilər.
•  Seksual azadlıq əxlaqsızlığa çevrilə bilər.
•  Dəqiqlik tələbkarlığa çevrilə bilər.
•  Əliaçıqlıq bədxərcliyə çevrilə bilər.
•  Özünümüdafiə yalana çevrilə bilər.
•  Tədbirlilik qorxuya çevrilə bilər.
Günah inkişafın əleyhinədir 
1 Yəhya 2:12-14 günahla əlaqədar məsihçinin inkişaf səviyyələrini 
təsvir edir. Birinci səviyyə «övladlar» – yəni uşaqlar (12-ci ayə) 
ilə  müqayisə  edilir.  İmanda  yaşı  az  olanlar  günahlarının  bağış-
lanması və Allahı tanımaları ilə təsvir olunur. Başqa sözlə, onlar 
Allahın ailəsindədirlər və günahın cəzasına qalib gəliblər, amma 
onlar Məsihdə hələ yetkin deyillər. 
İkinci səviyyə «gənclər» (13, 14-cü ayə) ilə təsvir edilir, çünki 
onlar  şər  olana  qalib  gəliblər.  Bu  yetkin  imanlılar  güclüdürlər, 
çünki  Allah  Kəlamı  onlarda  qalır.  Onlar  həqiqəti  bilirlər  və  gü-
nahın  gücünə  qalib  gəliblər.  Onlar  ağılda  gedən  döyüşü  udmaq-
la şər olana qalib gəliblər. Onlar artıq qarşısıalınmaz vərdişlərin 
əsarəti altında deyillər və onlar bir çox məsihçiləri Məsihdə olan 

Öz istəyini etməyə sövq olunmaq 
137
azadlıqda yaşamaqdan saxlayan şəxsi və ruhani münaqişələri həll 
ediblər. Onlar Məsihdə olan azadlıqlarında yaşayırlar və necə azad 
qalmağı bilirlər. 
Üçüncü  səviyyə  «atalar»  (13,  14-cü  ayələr)  ilə  təsvir  edilir. 
Onlar  Allahı  şəxsən  dərindən  tanımaqda  və  göylərdəki  Ataları 
ilə  dərin  şəxsi  ünsiyyətdə  böyüyüblər.  Böyüməyə  qərar  vermək 
həyatımızda günahın gücünə qarşı vuruşmaq üçün Yəhya bizi ruh-
landırandan sonra şeytanın bizi sövq etdiyi yolları təsvir etməyə 
davam edir. 
S
övqolunmanın mənbələri 
Müqəddəs  Kitaba  əsasən,  Allahdan  kənar  müstəqil  hərəkət 
etməyiniz  üçün  şeytanın  sizi  tovlayacağı  yalnız  üç  mənbə  var. 
Onlar imanlıların bu dünyaya olan münasibəti haqqında Yəhyanın 
təlimatlarında yekunlaşıb: 
Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünya-
nı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. Çünki 
dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və 
dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir. 
Dünya  və  ondakı  ehtiraslar  keçib-gedir,  amma  Allahın 
iradəsinə əməl edən əbədi qalır (1 Yəhya 2:15-17).
Sövqolunmanın  üç  mənbəyi  cismani  ehtiraslar,  acgözlük   
dünya  malına  görə  təkəbbürdən  irəli  gəlir.  Cismani  ehtiras-
lar  öz  gücünü  bədən  istəklərindən  və  onları  bu  dünyada  yerinə 
yetirməkdən  alır.  Acgözlük  özünəmarağımızın  xoşuna  gəlir  və 
Allah Kəlamını sınayır. Dünya malına görə təkəbbür özünü gözə 
soxmaqla və özünü yüksəltməklə əlaqəlidir. Şeytan bu sövqolun-
ma mənbələrinin hər biri vasitəsilə həm ilk Adəm, həm də sonun-
cu Adəmlə qarşı-qarşıya durub. İlk Adəm uğursuzluğa düçar oldu 
və biz hələ də onun uğursuzluğunun nəticələrindən əzab çəkirik. 
Amma sonuncu Adəm – İsa Məsih – şeytanın üç sınağı ilə üzbəüz 

138
Buxovları qıran
Sövq olunma  mənbəyi (1Yəh
ya 2:15-
17)
Cismani ehtiraslar (bədən istəkləri, coşqun  həvəs
, hərislik) «qadın 
gör
dü ki, ağacın m
eyvəsi 
yemək üçün yaxşıdır» 
(Y
ar
.3:6)
Acgözlük (xu
dbinlik, 
özünəm
ar
aq) «gözə 
xoş görünür» (Y
ar

3:6)
Dünya malına görə  təkəbbür (özünü gözə so
xm
aq, 
özünü yüksəltmək) «və 
bu ağac in
san
a dərr
akə 
verməyi vəd edir» (Y
ar

3:6)
Bizi 
uzaqlaşdırır
Allahın ir
adəsin
dən
(Rom. 16:18)
Allahın kəlamın
dan
(M
atta 16:24-26)
Allaha səcdə etmək
dən
(1 P
eter 5:5-11)
Bizim…dağıdır
Allahd
an asılılığımızı
(Yəh
ya 15:5)
Allahd
a əminliyimizi 
(Yəh
ya 15:7)
PAllaha itaətk
arlığımızı 
(Yəh
ya 15:8-10)
İlk Adəm
 (Y
ar

3:1-6)
«Doğru
danmı, Allah 
sizə ‘bağd
a olan h
eç bir 
ağacın bəhrələrin
dən 
yeməyin’ d
eyib»? (Y
ar

3:1)
«Y
ox, əsla ölməzsiniz» 
(Y
ar
. 3:4)
«Allah kimi olacaqsınız» 
(Y
ar
. 3:5)
Sonuncu Adəm
 
(M
atta 4:1-11)
«İn
san yalnız çörəklə 
deyil, Rəbbin ağzın
dan 
çıx
an hər bir kəlmə ilə 
yaşaya bilər» (Qan. Tək. 
8:3
«Allahınız Rəbbi…
sın
am
ayın» (Qan. Tək. 
6:16)
«Allahın Rəbdən qorx və 
On
a qulluq et» (Qan. Tək. 
6:13)
Diaqram 9a

Öz istəyini etməyə sövq olunmaq 
139
gəldi və zəfərlə qələbə çaldı. Bizim şeytanın üstümüzə atdığı hər 
bir sövq olunmaya qalib gəlməyimiz üçün Onda mənbəyimiz və 
gücümüz var (Diaqram 9a-ya baxın). 
Cismani ehtiraslar
Şeytan əvvəlcə Həvvanı cismani ehtiraslara cəlb etdi. O: «Doğ-
rudanmı,  Allah  sizə  'bağda  olan  heç  bir  ağacın  bəhrələrindən 
yeməyin' deyib?» (Yar. 3:1) söyləyəndə ağacın meyvəsi haqqında 
Həvvanın ağlına şübhə toxumu səpdi. Həvva cavab verdi: «Allah 
deyib:'Ondan yeməyin və ona toxunmayın'» (3-cü ayə). Həvva «və 
ona toxunmayın» deyəndə onun Allahın Kəlamına əlavə etdiyinə 
diqqət yetirin. Amma şeytan qadağan olunmuş meyvə üçün onda 
iştaha  yaratmışdı  və  o,  «gördü  ki,  ağacın  meyvəsi  yemək  üçün 
yaxşıdır»  (6-cı  ayə).  Cismani  ehtiraslara  tabe  olmaq  Adəm  və 
Həvvanı günaha gətirib çıxardı. 
Şeytan  İsanı  sınağa  çəkəndə  də  cismani  ehtiraslarla  cəlb 
etməyə çalışdı. Şeytan Onu aclığı ilə sınağa çəkəndə Rəbbimiz 40 
gün ərzində səhrada oruc tuturdu: «Əgər Sən Allahın Oğlusansa, 
bu daşlara əmr et ki, çörəyə dönsün» (Matta 4:3). Sövqolunma-
nın əsası budur. Şeytan istəyirdi ki, İsa özünü xilas etmək üçün 
Öz ilahi xüsusiyyətlərindən göylərdəki Atasından müstəqil halda 
istifadə etsin. Şeytan hər şeyi bilmir, amma o, kar da deyil. O, 
İsanın  40  gün  yeməksiz  qaldığını  müşahidə  etməklə  Onun  fizi-
ki  sövqolunmada  sanki  zəifliyini  tapmışdı.  O,  sizi  də  müşahidə 
edir,  sizin  yemək,  istirahət,  rahatlıq  və  cinsi  əlaqə  üçün  fiziki 
istəklərinizdən  gələn  zəifliklərinizin  ən  incə  nöqtələrini  axtarır. 
Aclıq, yorğunluq və tənhalıq güclü olanda sövq olunma üçün ən 
böyük imkan yaranır. 
Cismani ehtiraslara təslim olmaq bizi Allahın iradəsindən uzaq-
laşdıracaq. Yeməkdə günahlı heç bir şey yoxdur. Yemək normal 
fiziki ehtiyacdır və həmin ehtiyacı ödəyə bilməyimiz üçün Allah 
yeməyi  yaradıb.  Amma  bir  ağacın  meyvəsi  ilə  əlaqədar  Allah 
«Bundan  yemə»  deyib,  Adəm  və  Həvva  onu  yeməklə  Allahın 
iradəsini pozaraq Ondan kənar müstəqil halda hərəkət etdilər. 
Sövq olunma  mənbəyi (1Yəh
ya 2:15-
17)
Cismani ehtiraslar (bədən istəkləri, coşqun  həvəs
, hərislik) «qadın 
gör
dü ki, ağacın m
eyvəsi 
yemək üçün yaxşıdır» 
(Y
ar
.3:6)
Acgözlük (xu
dbinlik, 
özünəm
ar
aq) «gözə 
xoş görünür» (Y
ar

3:6)
Dünya malına görə  təkəbbür (özünü gözə so
xm
aq, 
özünü yüksəltmək) «və 
bu ağac in
san
a dərr
akə 
verməyi vəd edir» (Y
ar

3:6)
Bizi 
uzaqlaşdırır
Allahın ir
adəsin
dən
(Rom. 16:18)
Allahın kəlamın
dan
(M
atta 16:24-26)
Allaha səcdə etmək
dən
(1 P
eter 5:5-11)
Bizim…dağıdır
Allahd
an asılılığımızı
(Yəh
ya 15:5)
Allahd
a əminliyimizi 
(Yəh
ya 15:7)
PAllaha itaətk
arlığımızı 
(Yəh
ya 15:8-10)
İlk Adəm
 (Y
ar

3:1-6)
«Doğru
danmı, Allah 
sizə ‘bağd
a olan h
eç bir 
ağacın bəhrələrin
dən 
yeməyin’ d
eyib»? (Y
ar

3:1)
«Y
ox, əsla ölməzsiniz» 
(Y
ar
. 3:4)
«Allah kimi olacaqsınız» 
(Y
ar
. 3:5)
Sonuncu Adəm
 
(M
atta 4:1-11)
«İn
san yalnız çörəklə 
deyil, Rəbbin ağzın
dan 
çıx
an hər bir kəlmə ilə 
yaşaya bilər» (Qan. Tək. 
8:3
«Allahınız Rəbbi…
sın
am
ayın» (Qan. Tək. 
6:16)
«Allahın Rəbdən qorx və 
On
a qulluq et» (Qan. Tək. 
6:13)

140
Buxovları qıran
Buna  bənzər  olaraq  İsanın  orucun  sonunda  çörək  yeməsi  ilə 
əlaqədar səhv heç bir şey yoxdur, amma bunu etməkdə Atanın 
iradəsi yox idi. İsa cavab verdi: «İnsan yalnız çörəklə deyil, Allahın 
ağzından çıxan hər kəlmə ilə yaşayar» (Matta 4:4). İsa ac olarkən 
bir  kömbə  çörəyini  nə  qədər  arzulasa  da,  O,  şeytanın  təklifini 
qəbul edərək Atanın iradəsindən kənar hərəkət etməyəcəkdi. İsa-
nın nümayiş etdirdiyi həyat Ata Allahdan tamamilə asılı olan bir 
həyat tərzi idi (Yəhya 5:30; 6:57; 8:42; 14:10; 17:7). 
Yemək lazımlı bir şeydir və düzgündür, amma həddən artıq çox 
yemək, xeyirli olmayan ərzaqlardan yemək və qidanın həyatınızı 
idarə  etməsinə  icazə  vermək  səhvdir.  Allah  tərəfindən  nəzərdə 
tutulan cinsi əlaqə gözəl və yaxşıdır, amma nikahdan kənar cin-
si  əlaqə,  homoseksuallıq  və  eqoistik  cinsi  əlaqə  qadağandır  və 
əsarətə gətirib çıxarır. Əgər siz öz fiziki ehtiyaclarınızı və ya cis-
mani istəklərinizi Allahdan kənar ödəməklə sınağa təslim olursu-
nuzsa, onda siz cismani ehtiraslara tabe olursunuz. 
Acgözlük 
Adəm və Həvvanın yanına gələn şeytanın istifadə etdiyi ikinci 
sövq olunma mənbəyi Allaha itaət etməməyin nəticəsinə aid olan 
yalan  ilə  əlaqəlidir.  Allah  demişdi  ki,  ölüm  itaətsizliklə  birlikdə 
gəlir,  amma  şeytan  dedi:  «Yox,  əsla  ölməzsiniz!»  (Yar.  3:4).  O, 
Allahın  günahın  nəticələri  barədə  səhv  olduğunu  Həvvaya  yan-
lış şəkildə inandıraraq, onun özünə hakim olma hissinə toxunur. 
«Ona qulaq asmayın; öz gözündə doğru olanı et» — deyə, o inan-
dırdı. Qadağan olunmuş meyvə onun gözünə xoş göründü (6-cı 
ayə), belə ki, Həvva Adəmlə xeyir əldə etmək üçün Allahın əmrini 
rədd etdilər. 
Gözlərin ehtirası bizi Allahın Kəlamından hiss olunmadan uzaq-
laşdırır və Allaha olan etibarımızı tədricən məhv edir. Biz dünya-
nın təklif etdiyi şeyləri görürük və Allah ilə ünsiyyətimizdən daha 
çox onları arzu edirik. Biz Allahın əmrlərinə və vədlərinə deyil, 
öz həyat baxışlarımıza daha çox etibar etməyə başlayırıq. Gördü-
yümüz şeylərə olan ehtirasdan güc alaraq, əldə edə biləcəyimiz 

Öz istəyini etməyə sövq olunmaq 
141
hər bir şeyi qarmalayırıq, buna ehtiyacımızın olduğuna inanırıq və 
Allahın bunu bizim üçün istəməsi ideyasını sübut etməyə çalışırıq. 
Allahın bizdən heç bir yaxşı şeyi əsirgəməyəcəyini səhv güman 
edərək, biz ehtirasla maddi rifahın ardınca qaçırıq. 
Allaha etibar etmək əvəzinə biz «bunu mənə sübut et» baxışını 
mənimsəyirik. Bu, şeytanın İsanı ikinci dəfə sövq etməsində əsas 
məğz  idi:  «Əgər  Sən  Allahın  Oğlusansa,  Özünü  aşağı  [məbədin 
ən yüksək zirvəsindən] at. Axı 'Allah Sənə görə mələklərinə əmr 
edər ki, Səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin' 
deyə yazılmışdır» (Matta 4:6). Amma İsa şeytanın «göstər mənə» 
oyununu oynamaq fikrində deyildi. O cavab verdi: «'Allahın Rəbbi 
sınama' deyə də yazılmışdır» (7-ci ayə). 
Mən pastor olanda məbədimin üzvlərindən bəziləri Allahı sına-
ğa çəkmək məsələsində bilmədən sövqolunmaya təslim olmuşdu-
lar. Mənim xərçəng xəstəliyindən əzab çəkən əziz bir dostum var 
idi. Amma məbəddə bir söz yayılmışdı ki, dörd bir-birindən asılı 
olmayan  «şahidlər»  Dikin  ölməyəcəyini  şəhadətlik  edirlər,  çünki 
Allah onlara belə demişdi. Bir neçə adam sevinclə «Allahın Dikə 
şəfa verəcəyi gözəl deyilmi!» deyə danışırdılar. Üç həftədən sonra 
Dik öldü. 
Əgər Dikin ölməyəcəyini bu insanlara deyən Allah idisə, onda 
bu, Allahı nə cür qələmə verir? Yalançı. Bəs Allah yalançıdırmı? 
Əlbəttə, yox; O həqiqətdir. Bu «yaxşı xəbər»in müəllifi, aydındır 
ki, yalanlar atası idi. Aldadıcı ruhlar Dik haqqında yalan yayırdılar 
ki, yanlış ümid yaratmağa çalışaraq məbədin Allaha olan etibarını 
dağıtsınlar.
Allah  bizə  borclu  deyil;  O,  yalnız  Özünə  borcludur.  Allahın 
mütləq  cavab  verməsinə  görə  duanı  yaxşı  ifadə  etməyiniz  üçün 
heç bir üsul yoxdur. Bu, təkcə duanın mənasını təhrifə uğratmır, 
eləcə də bizim Allahı öz iradəmizə tabe etdirməyə çalışdığımızı 
göstərir.  Saleh  insan  Allahın  yazılı  Kəlamına  imanla  yaşayacaq 
və şıltaqlıqlarının, yaxud arzularının necə gözəl olmasına baxma-
yaraq, onlara cavab verməklə Onun Özünü sübut etməsini tələb 
etməyəcək. Sınağa çəkilən Allah deyil, bizlərik. 

142
Buxovları qıran
Dünya malına görə təkəbbür 
Üçüncü sövqolunma mənbəyi «New Age» hərəkatının ürəyidir: 
öz  taleyimizi  idarə  etməyə,  öz  dünyamızı  idarə  etməyə,  öz  al-
lahımız olmağa sövqolunma. Şeytan qadağan edilmiş meyvə ilə 
Həvvanı  tovladı:  «O  meyvələrdən  yediyiniz  gün  gözləriniz  açı-
lacaq  və  xeyirlə  şəri  bilərək  Allah  kimi  olacaqsınız»  (Yar.  3:5). 
Şeytanın təklifi Allahın idarə etmək üçün daxilimizə qoyduğu ba-
carığı təhrifə uğratmışdır. O, belə bir fikri irəli sürür: «Allah kimi 
olmaq potensialı səndə var ikən Onun tabeçiliyi altında idarəçilik 
etməklə kifayətlənmə.» Şeytan Həvvanı «bu ağacın insana dərrakə 
verməsinə» inandırdıqdan sonra (6-cı ayə), o və Adəm meyvədən 
yedilər. 
Şeytanın  Adəm  və  Həvvaya  Allah  kimi  olacaqları  vədi  yalan 
idi. Adəm və Həvva sövqolunmaya təslim olanda onlar həyatlarını 
və Allahda olan mövqelərini itirdilər. Şeytan onların rollarını qəsb 
etdi və bu dünyanın allahı oldu.
Şeytan  eyni  fəndi  İsa  ilə  də  sınaqdan  keçirmək  istədi:  «İblis 
yenə İsanı çox yüksək bir dağa çıxardı. Ona dünyanın bütün pad-
şahlıqlarını və şan-şöhrətini göstərib dedi: 'Əgər Sən yerə qapanıb 
mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm'» (Matta 4:8, 
9). İsa şeytanın dünyanın padşahlıqlarını və onların şan-şöhrətini 
təklif etmək hüququnu sual altına qoymadı. Adəm və Həvva bun-
lardan məhrum edildikdən sonra şeytan bu dünyanın allahı olub 
bunlara malik olduğuna görə təklifi o edə bilərdi. Amma İsa şeyta-
nı məğlub etməkdən başqa heç bir şey etmək fikrində deyildi. Ona 
görə də o cavab verdi: «Rədd ol, şeytan! 'Allahın Rəbbə səcdə et 
və yalnız Ona ibadət et' deyə yazılmışdır» (10-cu ayə).
Dünya  malına  görə  təkəbbürlə  yaxınlaşan  şeytan  bizi  Allaha 
ibadətdən  uzaqlaşdırmaq  və  Ona  itaətkarlığımızı  dağıtmaq 
niyyətindədir. Allahın köməyinə və ya rəhbərliyinə ehtiyac duy-
madığınız,  Onunla  məsləhətləşmədən  həyatınızı  idarə  edə  bildi-
yiniz, heç kimə diz çökmək lazım olmadığını hiss etdiyiniz vaxt 
ehtiyatlı olun: Bu, dünya malına görə təkəbbürdür. Siz özünüzə 
xidmət  etdiyinizi  düşünə  bilərsiniz,  amma  siz  Allaha  ibadət  və 

Öz istəyini etməyə sövq olunmaq 
143
xidmət etməkdən dayandığınız zaman, əslində, şeytana ibadət və 
xidmət edirsiniz – bu, onun hər şeydən daha çox istədiyi bir şey-
dir. Əksinə, məsihçi həyatı Allaha təvazökar itaətkarlıqla və ibadət 
etməklə səciyyələnməlidir (Yəhya 15:8-10; 1 Peter 5:5-11). 
Yadda saxlayın, bu sövqolunma mənbələrində üç əsas məsələ 
əks olunub: 1) Allahın iradəsi: siz Allahdan asılı olacaqsınız; 2) 
Allah Kəlamı: siz Allaha etibar edəcəksiniz; və 3) Allaha ibadət: 
siz Allaha təvazökarlıqla ibadət edəcəksiniz. Şeytanın sizə atdı-
ğı  hər  sövqolunma  bu  məsələlərdən  birini  və  ya  hamısını  sual 
altına qoyacaq. O, sizin ən zəif yerlərinizi öyrənmək məqsədilə 
müşahidə edəcək və müdafiəsiz qoyduğunuz yerlərdə sizi sınağa 
çəkəcək.
B
ədənimizin ən böyük istəklərindən ikisi 
Allahın iradəsinə və Kəlamına zidd olan sövqedici düşüncələri 
biz niyə düşünürük? Gəlin açıq etiraf edək – biz düşünürük, çün-
ki istəyirik. Biz xoşlamadığımız yemək, qarşı cinsin cəlbedici ol-
mayan üzvləri, işdə arzuolunmaz irəliləyiş və s. tərəfindən sövq 
olunmuruq. Şeytan Allahın iradəsindən kənarda istədiyimiz və eh-
tiyac duyduğumuz şeylərin bizi məmnun edəcəyinə zəmanət ve-
rir. Bu, sövqolunmanın qarmağıdır. Buna inanmayın. Siz bədənin 
istəklərini heç vaxt razı sala bilməzsiniz. Öz cismani istəklərinizi 
nə qədər çox yedizdirsəniz, bir o qədər onlar böyüyəcəklər. Siz 
bədənin istəklərini razı sala bilməzsiniz, amma Məsihdə bunu edə 
bilərsiniz.  «Nə  bəxtiyardır  salehlik  üçün  acıb  susayanlar!  Çünki 
onlar  doyacaq»  (Matta  5:6).  Düzgün  münasibətləri  saxlamaqla, 
Müqəddəs Ruhun gücü ilə yaşamaqla, Ruhun səmərəsi sizdə zü-
hur etməklə məmnun qalacaqsınız. 
Yaşamaq üçün yemək və ya yemək üçün yaşamaq
Qida sağ qalmaq üçün vacib olduğundan əsas tələbatdır. Ona 
görə  də  biz  yaşamaq  üçün  yeyirik,  amma  biz  yemək  üçün  ya-

144
Buxovları qıran
şamağa  başlayanda,  qida  bizi  artıq  məmnun  etmir.  Əksinə,  bu, 
bizim bütün diqqətimizi cəlb edir və milyonlarla insan qida üçün 
olan  iştahlarını  idarə  etməkdə  gücsüz  olurlar.  Bədəniniz  lazımi 
qidalı maddələri əldə etməyəndə sizi sağlam saxlayacaq və immun 
sisteminizin  fəaliyyətini  davam  etdirəcək  ərzaqları  təbii  olaraq 
çox istəyəcəksiniz. Əgər siz həmin təbii iştahı razı salmaq üçün 
yeyirsinizsə,  onda  siz  sağlam  qalacaqsınız  və  azad  olacaqsınız. 
Amma  siz  narahatçılığı  yüngülləşdirmək  və  ya  şirniyyata,  duza 
və  s.  olan  həvəsi  razı  salmaq  üçün  yeməyə  əl  atanda  özünüzə 
hakim ola bilməyəcəksiniz və nəticələr sizin sağlamlığınıza mənfi 
surətdə təsir göstərəcək. 
Paulun  «gələcəkdə  bəziləri  imandan  dönəcək,  aldadıcı  ruhla-
ra və cinlərin təlimlərinə qulaq asacaqlar» (1 Timotey 4:1) ciddi 
xəbərdarlığı  ilə  əlaqədar  olaraq  yeməkdən  sui-istifadə  haqqında 
xatırlatması  təsadüfi  hal  deyil.  Axır  zamanların  əlamətlərindən 
biri normal ehtiyac olan yeməklərdən çəkinməyi söyləyən insan-
lardır (3-cü ayə). Anoreksiya
9
 və bulimiya
 10
qidalanma pozğunluğu 
adlanan xəstəlikdir, amma onlar yeməklə çox az əlaqəlidir. Başlıca 
məsələ aldanmadır. 
Heç  cavan  qadınların  damarlarını  kəsmələrinin,  həddən  artıq 
yeyib  sonra  özlərini  qusdurmalarının,  yaxud  özlərini  nəcis  ifraz 
etməyə məcbur etmələrinin səbəbini bilmək istəmisinizmi? Onlar 
özlərində şər nəyinsə olduğunu və onları bayıra çıxarmalı olduqla-
rını düşünürlər. Paul deyir: «Beləcə, bu nəticəyə gəlirəm ki, yax-
şılıq etmək istərkən məndə pislik üzə çıxır» (Roma. 7:21). Özünü 
kəsmə, qusma və ya nəcis ifraz etmə şərdən azad edə bilərmi? 
Əlbəttə, yox. Mən gün ərzində 75 işlətmə dərmanı qəbul edən bir 
cavan qadını bu sözləri deməyə həvəsləndirdim: «Mən nəcis ifraz 
etmə vasitəsilə özümü təmizləməkdən imtina edirəm; Mən yalnız 
Məsihin  təmizləmək  işinə  inanıram».  O,  bu  sözləri  deyən  kimi 
ağlamağa  başladı  və  beləcə,  on  dəqiqə  dayanmadan  ağlamaqda 
davam  etdi.  O,  sakitləşəndən  sonra:  «Sən  bu  vaxt  ərzində  nə 
9  Bu, arıq olmaq üçün ac qalmaqla bədəni taqətdən salmaqdır.
10 Hər gün həddindən artıq yemək yeyəndən sonra özünü qusdurmaqdır. 

Öz istəyini etməyə sövq olunmaq 
145
fikirləşirdin?» — deyə, ondan soruşdum. O: «Mən inana bilmirəm 
ki, əvvəllər belə yalanlara inanmışam!» — deyə, cavab verdi. Bir 
konfransdan sonra bir pastorun həyat yoldaşı mənə bu məktubu 
yazmışdı: 
Sizin  konfransda  bizimlə  bölüşdüyünüz  həqiqət 
vasitəsilə  həyatımda  Rəbbin  etdiyi  işlərin  hamısını 
danışa bilmərəm. Mən indi düşmənin aldatma meto-
dundan daha çox agaham, bu, güclü və xeyirxah Xi-
laskarıma görə məndə əsl minnətdarlıq hissi yaradır. 
Mən 11 il ərzində bulimiyadan əzab çəkirdim. Amma 
indi mən yemək dolu mətbəxlə evdə bütün günü tək ola 
bilərəm və sülhdə qala bilərəm. Şeytan mənim ağlıma 
şirnikləndirici  bir  fikir  və  ya  yalan  gətirəndə  mən 
onu cəld həqiqətlə dəf edirəm. Mən həmişə yeməkdən 
qorxaraq,  saatlarla  həmin  yalanların  əsarəti  altın-
da  olardım.  İndi  mən  həqiqətin  gətirdiyi  azadlıqda 
sevinirəm. 
Cilovlanmayan cinsi ehtiraslar
Paul, həmçinin, axır zamanlarda evlənməyi qadağan edən ya-
lançılar haqqında xatırladır (1 Timotey 4:3). Paul subaylığın yaxşı 
olduğunu öyrədirdi, amma «əxlaqsızlığın qabağını almaq üçün hər 
kişinin öz arvadı, hər qadının da öz əri olsun» (1 Kor. 7:2) deyə 
yazırdı.  Cinsi  günahların  digər  günahlardan  fərqli  olduğu  görü-
nür. Paul yazırdı: «İnsanın etdiyi bütün digər günahlar bədəndən 
kənardadır,  amma  əxlaqsızlıq  edən  [zinakar]  öz  bədəninə  qarşı 
günah  edir»  (1  Kor.  6:18).  Mənim  yanıma  məsləhətə  gələn  in-
sanların demək olar ki, hər biri hansısa cinsi günahları etdiyini 
etiraf edib. Bəziləri qarşısıalınmaz şəhvətin əsarəti altında olub. 
Digərləri cinsi zorakılığın qurbanları olub. 
Cinsi  əlaqə  avtonom  sinir  sistemimizin  Allahdan  bizə  verilən 
bir  hissəsidir.  Normal  cinsi  əlaqə  həyatın  müntəzəm,  ritmik 
bir  hissəsidir.  Amma  İsa  «qadına  şəhvətlə  baxan  hər  adam  ar-

146
Buxovları qıran
tıq  ürəyində  onunla  zina  etmiş  olur»  (Matta  5:28)  deyəndə  O, 
Allahın cinsi əlaqə üçün yaratdığı sərhəddən kənar bir şeyi təsvir 
edirdi. Şəhvət epithumos sözüdür. Epi ön şəkilçisi «əlavə etmək» 
deməkdir, normal meylə əlavə edilən nəyisə ifadə edir. Ağlımızı 
şəhvətli düşüncələr ilə çirkləndirərək Allahın verdiyi cinsi əlaqəyə 
olan meylə nəyisə əlavə etməməyi İsa bizə xəbərdarlıq edir. Cinsi 
əlaqəyə meylinizi cilovlamaq üçün yeganə yol düşüncə həyatınızı 
cilovlamaqdır.  Aşağıdakı  şəhadətlik  çirklənmiş  ağlın  viranəliyə 
necə gətirib çıxardığını aşkar edir: 
Mən hər bir kəsin əla ailə hesab etdiyi evdə böyümüşəm. 
Mənim valideynlərim məsihçi idilər və məbədin işlərində 
yaxşı  iştirak  edirdilər.  Onlar  məhəbbətlərini  nümayiş 
etdirmək üçün var qüvvələrini sərf edirdilər. Mən cinsi 
yetişkənlik dövrünə çatanda hər bir gümrah oğlan kimi 
cinsi  əlaqə  ilə  maraqlanmağa  başladım.  Mənim  atam 
və  anam  məhrəm  söhbətləri  bölüşməyi  bacarmırdılar, 
ona  görə  də  çox  şeyləri  onların  evdə  olan  kitabından 
öyrənmişdim.
Həmin  kitabdan  masturbasiya  etməyi  öyrəndim. 
Üstündən  çox  az  müddət  keçmiş  mən  bunun  əsiri  ol-
dum. Çox keçməmiş pornoqrafiyanı tapdım və ona qul 
oldum.  Onları  dükanlardan  almaq  olardı  və  on  üç,  on 
dörd yaşlarında uşaqların onları alması satıcıların vecinə 
deyildi.  Mən  öz  kiçik  şəxsi  dünyamda  idim.  Zahirən 
mən məbəddəki yeniyetmə qrupuna qoşulmuş, məsihçi 
düşərgəsində məsləhətçi və məbəddə «əla ailə»nin üzvü 
olan məsihçi bir uşaq idim. Daxilən isə mən pornoqra-
fiya  və  şəhvətli  düşüncələrin  tamamilə  əsarəti  altında 
idim. 
Mən məsihçi ali məktəbinə daxil oldum. Orada şəhvətli 
vərdişlərimi qidalandırmaqda davam etdim. Mən gözəl 
məsihçi qız dostumla evləndim və ətrafımızda olan hər 
bir kəs üçün biz «ideal cütlük» idik. Amma mənim hələ 
də şəxsi dünyam var idi ki, bundan hətta arvadımın belə 

Öz istəyini etməyə sövq olunmaq 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin