Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

147
xəbəri  yox  idi.  Mən  işimə  görə  səyahət  etməli  idim. 
Burada mən zinakarlığa yavaş-yavaş yaxınlaşdım. Mən 
həmişə fikirləşirdim ki, pornoqrafiya ilə səthi məşğul ola 
bilərəm və zina etmərəm, amma nəhayət, bu, baş verdi, 
sonra yenə və yenə baş verdi. Mən özümü təqsirkar hiss 
edirdim  və  vicdan  əzabı  çəkirdim,  amma  heç  vaxt  əsl 
tövbə etmirdim. 
Nəhayət, mənim fikrimcə Allah tərəfindən təşkil olun-
muş hadisələr arvadımın bundan agah olmasına gətirib 
çıxardı və mən gizli cinsi əlaqəyə aludə olduğumu etiraf 
etdim. «A Way of Escape» – «Çıxış yolu», «Qaranlıq 
üzərində  qələbə»  və  «Buxovları  qıran»  kitablarınızın 
köməyi ilə mən Məsihdə olan azadlığımı aşkar edə bil-
dim. Artıq əsarət yoxdur! Daha günaha qul deyiləm!
C
ıxış yolu 
Birinci Korinflilər 10:13-də deyilir: «Siz insanın qarşılaşdığı sı-
naqdan  başqa  bir  sınaqla  qarşılaşmadınız.  Allah  sadiqdir  və  O, 
sizi  gücünüzdən  artıq  sınağa  çəkilməyə  qoymaz.  Sınaqla  yana-
şı  bu  vəziyyətdən  çıxış  yolu  ilə  də  təmin  edəcək  ki,  tab  gətirə 
biləsiniz.»  Çıxış  yolu  haradadır?  Sövqolunmanın  təqdim  edildiyi 
yer  ilə  eyni  yerdə:  sizin  ağlınızda.  Hər  bir  sövqolunma  əvvəlcə 
sizin öz təbiətiniz və ya sövq edənin özü tərəfindən ağlınıza tanış 
edilən  fikir  olur.  Əgər  siz  həmin  fikri  götür-qoy  etsəniz  və  onu 
seçim hesab etsəniz, siz əvvəl-axır onu hərəkətə gətirəcəksiniz və 
bu, günahdır. Əksinə, Paul bizə öyrədir ki, hər bir düşüncəni əsir 
edərək  Məsihə  itaət  etdirək  (2  Kor.  10:5).  Sövqolunmadan  can 
qurtarmağın birinci addımı ağlınızın astanasında hər bir düşüncəni 
tutub saxlamaqdır.
Nüfuz  edən  düşüncəni  dayandırdıqdan  sonra  növbəti  addım 
Paulun  düşünməli  olduğumuz  fikirlər  haqqında  səkkiz  növlü 
ölçüsünə  əsasən  qiymətləndirməkdir:  «Nəhayət,  qardaşlar,  doğ-
ru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və 

148
Buxovları qıran
tərifə  layiq  nə  varsa,  bunları  düşünün»  (Filip  4:8).    Özünüzdən 
soruşun: «Bu fikir Allahın həqiqətinə uyğundurmu? Bu, mənim 
nəyisə  ləyaqətli  etdiyimi  bildirirmi?  Salehdirmi?  Pakdırmı? 
Əgər  bu  fikir  hərəkətə  çevrilsə,  nəticəsi  cazibəli  olacaqmı  və 
həyatımda  əla,  tərifəlayiq  bir  şey  olacaqmı?  Başqa  imanlılar 
mənim hərəkətlərimi bəyənəcəklərmi? Bunun üçün Allaha şükür 
edə bilərəmmi?» Əgər bunlardan hansısa birinə cavab «yox» olar-
sa, həqiqəti seçməklə dərhal həmin fikri rədd edin. Əgər yenə geri 
qayıdırsa, «yox» deməkdə davam edin. Siz ağlınızın astanasında 
sövqedici düşüncələri dayandıraraq, Allahın Kəlamına əsasən on-
ları  qiymətləndirməklə  və  sınaqdan  keçməyənləri  rədd  etməklə 
onlara cavab verməyi öyrənəndə Allah Kəlamının vəd etdiyi çıxış 
yolunu tapırsınız.
Buna zidd olaraq, əgər fikir ağlınıza girib Filip. 4:8-də doğru, 
ləyaqət, saleh və s. imtahanından keçirsə, «bunları düşünün» (8-ci 
ayə) və «bunları həyata keçirin» (9-cu ayə). «Onda sülh qayna-
ğı  olan  Allah  sizinlə  olacaq»  (9-cu  ayə).  Bu  vəziyyət  sövqedici 
düşüncələrə  təslim  olduqdan  və  günahlı  hərəkətə  qoşulduqdan 
sonra  onların  arxasınca  gələn  ağrı  və  qarmaqarışıqlıqdan  fərqli 
olaraq, hədsiz gözəl bir vəziyyətdir. 
Tabe olun, etiraf edin, qarşı durun və dəyişin 
Günah et – etiraf et – günah et – etiraf et – günah et – etiraf 
et çevrəsinə ilişmiş insanlar əvvəl-axır günah üzərində istənilən 
həqiqi qələbəni yaşaya bilmə ümidini itirməyə başlayırlar. İradələri 
təklikdə onların yenicə etiraf etdikləri günahı təkrarlamaqdan sax-
laya bilməz və şeytan ittihamları yağdırır. Özünənəzarətin möv-
cud olmadığını düşünürlər və məsihçi həyatı sonsuz yoxuşları və 
enişləri olan həyatdır. 
Allah  məğlubiyyətin  bu  günah  çevrəsinə  qalib  gəlməyimizə 
imkan  verəcək.  «Övladlarım,  bunları  sizə  yazıram  ki,  günah 
etməyəsiniz.  Əgər  kimsə  günah  etsə  belə,  Atanın  hüzurunda 
Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir» (1 Yəhya 2:1). Bi-
zim, eləcə də, etdiyimiz hər bir səhv şeyi ittiham edən düşmənimiz 

Öz istəyini etməyə sövq olunmaq 
149
var. Biz sövqolunma və günah üzərində azadlıq əldə etmək üçün 
saleh  Vəsatətçimizə  tərəf  çevrilməliyik  və  mənfur  düşmənimizə 
qarşı  durmalıyıq.  «Buna  görə  də  Allaha  tabe  olun.  İblisə  qarşı 
durun və o, sizdən qaçacaq» (Yaqub 4:7). 
Allaha tabe olmaq anlayışına etiraf etməkdən daha çox şeylər 
daxildir. Bu, ağlın və həyat tərzinin dəyişilməsi olan həqiqi tövbəni 
tələb edir. Aşağıdakı şəhadətlik bir kişinin günahın gücünə necə 
qalib gəlməsini göstərir: 
Mən neçə illər pornoqrafiyaya qurşanmışdım və onun-
la məşğul olurdum. Həyat yoldaşım xəbər tutanda mən 
bunun ən son həddində idim. Bu məsələdən az müddət 
sonra həyat yoldaşımla mən bir restorana getdik, həmin 
restoranda  məsihçi  kitabları  olan  rəf  var  idi.  Kitabla-
rın içərisində sizin «Helping Others Find Freedom in 
Christ» – «Başqalarına Məsihdə azadlıq tapmaları-
na kömək etmək» (Regal Books) adlı kitabınız var idi. 
Bunun mənim üçün olduğunu bildim. Ondan sonra mən 
bərpa olunmağa başladım. 
Mən  elə  yerə  gəlib  çıxmışdım  ki,  xilasıma  şübhə 
edirdim. Görəsən, Allah məni həqiqətən sevir? Mənim 
üçün  ümid  varmı?  Həmin  kitab  –  «Buxovları  qıran» 
və «A Way of Escape» – «Cıxış yolu» kitabları mənə 
qəlbimin  düşməni  tərəfindən  yalanlar  söylənildiyini  və 
onlara  aldandığımı  anlamağa  kömək  etdi  –  və  mən 
Məsihdə  azadlıq  addımlarını  atdım.  Mən  bu  gün  aza-
dam. Mən «satınalınmaya və günahlarımın bağışlanma-
sına»  malik  olduğuma,  eləcə  də  «günaha  münasibətdə 
ölü,  Allaha  münsaibətdə  isə  diri»  olduğuma  inanıram. 
Mən azad yaşamaq üçün ciddi olaraq öz məsuliyyətimi 
üzərimə götürürəm. Mən hər həftə məbəddəki kişilərin 
hesabat qrupu ilə görüşürəm. İndi mən Rəblə müntəzəm 
olaraq gündəlik vaxt keçirirəm. Mənim özüm üçün edə 
bilmədiyimi Allah mənim üçün edir. 

10
Yalanlar atası tərəfindən 
ittiham edilmiş 
Məsihçilər  arasında  —  hətta  pastorlar,  rəhbərlər,  onların  ar-
vadları  və  uşaqları  arasında  —  aşkar  etdiyim  ən  çox  yayılmış 
hərəkətlərdən biri dərin kök salmış öz dəyərini bilməmək hissidir. 
Mən onların «Mən vacib insan deyiləm, mən layiq deyiləm, mən 
yaxşı deyiləm» dediklərini eşitmişəm. Mən başqalarından geri qal-
mağın  və  dəyərsizliyin  hissləri,  eləcə  də  düşüncələri  tərəfindən 
şəhadətliklərində və məhsuldarlıqlarında bu qədər məsihçinin iflic 
olduğuna təəccüb edirəm. 
Sövqolunma  birinci  hücum  olduğu  halda,  ola  bilsin  ki,  bizim 
məruz  qaldığımız  ikinci  hücum  şeytanın  ən  tez-tez  baş  verən 
və təkrarlanan ittiham hücumudur. Biz iman vasitəsilə Rəbb İsa 
Məsih ilə əbədi ünsiyyətə daxil olmuşuq. Bunun nəticəsində biz 
günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri olmuşuq və 
indi səmada Məsihlə birlikdə otururuq. Biz Məsihdə vacibik, layi-
qik, sevilmişik. Şeytan bizim Məsihdə olan mövqeyimizi və Allah 
üçün  dəyərimizi  dəyişmək  üçün  heç  bir  şey  edə  bilməz.  Amma 
şeytan Allah və ya başqa insanlar üçün az dəyərimizin olduğunu 
ittiham edən məkrli yalanları ilə bizi aldatsa, yəni onlara qulaq 
assaq və inansaq, onda həqiqətən bizi fəaliyyətsiz edə bilər. 
Şeytan çox vaxt əvvəlcə sövqolunma və daha sonra ittihamdan 
qəddar zərbə endirən bir rəqib kimi istifadə edir. O, bizə: «Bunu 
niyə yoxlamaq istəmirsən? Hamı belə edir. Bu işin üstündə səni 
tutan olmayacaq. Kim biləcək?» — deməklə sınağa çəkir. Sonra 
biz onun sövqedici sözlərinə yer verən kimi o, hücumu dəyişərək 

Yalanlar atası tərəfindən ittiham edilmiş 
151
ittihama çevirir: «Sən nə cür məsihçisən ki, belə iş görürsən? Sən 
heç Allahın övladı deyilsən. Sən ələ keçəcəksən. Yaxşı olar ki, sən 
təslim olasan, çünki Allah artıq səninlə qurtarıb.» 
Şeytan  «bacı-qardaşlarımızı  Allahımızın  önündə  gecə-gündüz 
təqsirləndirən  ittihamçı»  (Vəhy  12:10)  adlanır.  Biz  hamımız 
ürəklərimizdə  və  vicdanlarımızda  onun  yalan  söyləyən,  mənfur 
səsini eşitmişik. O, heç vaxt bizdən əl çəkmir. Bir çox məsihçilər 
həmişə ruhdan düşürlər və məğlub olurlar, çünki onlar özləri haq-
qında şeytanın aramsız olaraq dediyi yalanlarına inanırlar. Onun 
ittihamlarına təslim olan insanlardan Allahın Öz xalqının fayda-
lanması üçün nəzərdə tutduğu azadlıq oğurlanır. Bir məğlub ol-
muş məsihçi yazır:
Mən düşünürəm ki, həyatda bu qədər əzab-əziyyətə 
dözmək  mənasızdır.  Bu  köhnə  düşüncələrim  hələ  də 
geriyə  qayıdır.  Mən  qorxuram,  özümü  tənha  hiss 
edirəm,  çaşqınlıq  içərisində  və  çox  ümidsiz  halda 
oluram. Mən ürəyimin dərinliyində bilirəm ki, Allah 
buna qalib gələ bilər, amma bu maneəni aşa bilmirəm. 
Mən hətta dua edə bilmirəm. Dua etməyə çalışanda, 
nəsə mənə mane olur. Mən özümü yaxşı hiss edəndə 
və Allahın məndən istədiyi şeyləri həyata keçirməyə 
başlayanda həmin səslər məni yoldan saxlayır və elə 
güclü surətdə məcbur edir ki, mən artıq davam edə 
bilmirəm. Az qalır ki, onlara təslim olam, ona görə də 
onlarla mübarizə apara bilmirəm. Mən, sadəcə, bir az 
sülh tapmaq istəyirəm. 
İ
ttihamçını öz yerinə oturtmaq 
Yaxşı xəbər budur ki, biz şeytanın ittihamlarına qulaq asmaya, 
ümidsizlik və məğlubiyyətdə yaşamaya bilərik. Zəkəriyyə 3:1-10 
imanla şeytanın ittihamlarına qarşı durmaq və Allahın xidmətində 
saleh həyat yaşamaq üçün bizə lazım olan əsas həqiqəti göstərir. 

152
Buxovları qıran
Rəbb Zəkəriyyə peyğəmbərə şeytanın Allahın xalqına etdiyi it-
tihamların düzgün baxışla verildiyi göylərdəki səhnəni aşkar edir: 
Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə 
baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün 
sağında  şeytan  dayanmışdı.  Rəbb  şeytana  dedi:  «Rəbb 
səni məzəmmət etsin, ey şeytan, Yerusəlimi seçən Rəbb 
səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarı-
sı yanmış odun parçasına bənzəmirmi?» O vaxt Yeşua 
əyninə çox çirkli paltar geyinib mələyin önündə dayan-
mışdı (1-3-cü ayələr). 
Rəbb şeytanı məzəmmət edir
Göylərdəki məhkəmə zalına bənzəyən bu səhnədə olan aktyor-
ların rollarına baxın. Hakim Ata Allahdır. İttihamçı tərəf şeytandır. 
Müdafiə edən tərəf Rəbdir, yəni İsadır. İttiham olunan müttəhim 
Allahın bütün xalqını təmsil edən baş kahin Yeşuadır. Tarixi ba-
xımdan hər il baş kahinin Allahın hüzuruna, Ən müqəddəs yerə 
girməsi çox ciddi bir vəziyyət idi. Kahin oraya girməzdən əvvəl 
mürəkkəb paklanma ayinlərini dəqiq yerinə yetirməli idi, çünki o, 
Allah qarşısında nədə isə düzgün olmasaydı, elə həmin yerdəcə 
həlak olardı. Kahin öz üst paltarının ətəklərinə zınqırovlar taxırdı 
ki, Ən müqəddəs yerdən kənarda olanlar onun hələ də sağ olduğu-
nu və hərəkət etdiyini bilsinlər. Əgər o, Allahın hüzurunda ölsəydi, 
onu Ən müqəddəs yerdən bayıra çıxarmaq üçün topuğuna kəndir 
bağlanırdı. 
Yeşua  adlı  baş  kahin  Allahın  hüzurunda  İsrailin  günahlarını 
təmsil  edən  çirkli  paltarlarda  dayanmışdı.  Bəd  xəbər!  İttihamçı 
şeytan  deyir:  «Ay  Allah,  bir  ona  bax.  O,  çirklidir.  O,  ölümə  la-
yiqdir». Amma Allah ittihamçını məzəmmət edir və onu yerinə 
oturdur. «Sən hakim deyilsən və sən xalqıma hökm qərarı verə 
bilməzsən» — deyə, Allah Onu məzəmmət edir. «Mən Yeşuanı 
mühakimənin  alovlarından  xilas  etmişəm  və  sənin  ittihamların 
əsassızdır.»

Yalanlar atası tərəfindən ittiham edilmiş 
153
Bu məhkəmə zalında Allahın hər bir övladı üçün gecə və gündüz 
davam edir. Şeytan bizim təqsirlərimizi və zəifliklərimizi Allaha 
inadla  göstərir  və  kamil  olmadığımıza  görə  məhv  edilməyimizi 
tələb edir. Amma bizim göylərdə müdafiəçimiz — İsa Məsihimiz 
var və O, heç vaxt hakim Allahın qarşısındakı məhkəmədə uduz-
mayıb. Şeytan öz ittihamlarını əsaslandıra bilməz, çünki İsa Məsih 
bizi saleh sayır və bizim üçün vəsatətçilik etməkdən ötrü yaşayır 
(Roma. 8:33, 34). 
Şeytanın  Allahın  qarşısında  bizi  ittiham  etdiyi  vaxt  onun 
kəşfiyyatçıları da Allahın gözü önündə dəyərsiz və günahkar ol-
mağın yanlış fikirləri ilə beynimizi bombalayır: «Sən bunu edərək 
necə  məsihçi  ola  bilərsən?  Sən  Allahın  həqiqi  övladı  deyilsən». 
Amma şeytan sizin üçün hökm cəzası çıxara bilməz; o, sadəcə, si-
zin ittihamçınızdır. Lakin siz ona qulaq assanız və ona inansanız, 
sanki layiq olduğunuz hökm kimi həmin ittihamlarda yaşamağa 
başlayacaqsınız. 
Şeytanın  dəyərsizlik  gətirən  ittihamları  sizə  hücum  edəndə 
onlara  fikir  verməyin.  Əvəzinə  özünüz  barənizdə  belə  fikirləşin: 
«Mən Məsihə etibar edirəm və Onda Allahın övladıyam. Baş ka-
hin Yeşua kimi mən Allah tərəfindən mühakimə alovundan xilas 
olmuşam və O, məni saleh bəyan edib. Şeytan hökm cəzası çıxara 
bilməz. O, yalnız məni ittiham edə bilər – və mən də onun itti-
hamlarını qəbul etmirəm.»
Rəbb bizim çirkli paltarlarımızı çıxarır 
Şeytanın ittihamlarının əsassız olmasının səbəbi budur ki, Allah 
artıq  çirkli  paltarlarımızla  bağlı  problemi  həll  edib.  Zəkəriyyə 
göylərdəki səhnənin təsvirini davam edir: 
Bu  mələk  önündə  duran  mələklərə  dedi:  «Onun 
əynindən  çirkli  paltarı  çıxarın».  Sonra  Yeşuaya  dedi: 
«Bax,  günahını  sənin  üzərindən  götürdüm,  indi  sənə 
bayram paltarı geyindirəcəyəm». Mən isə dedim: «Qoy 
başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma 

154
Buxovları qıran
bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də ya-
nında durmuşdu (Zəkəriyyə 3:4, 5).
Allah təkcə bizim bağışlandığımızı elan etməyib, eləcə də O, bi-
zim günahkarlığımızın çirkli paltarlarını çıxarıb və bizə Öz saleh-
liyini geyindirib. Paltarları dəyişmək bizim işimiz deyil, Allahın 
işi olduğuna diqqət yetirin. Bizim özümüzdə salehliyin Allahı razı 
salacaq heç bir paltarı yoxdur. Ona imanda tabe olmağımızın ca-
vabı olaraq, yalnız O, bizi dəyişə bilər. 
Rəbb cavab verməyimizi istəyir
Rəbb  şeytanı  məzəmmət  etdikdən  və  salehliyimizi  təmin 
etdikdən  sonra  bizim  itaətlə  cavab  verməyimizi  istəyir:  «Əgər 
yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan, evimə 
sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan. Burada du-
ranların arasında içəri keçmək haqqını sənə verirəm» (Zək. 3:7). 
Burada Allahın şərtinin Onunla ünsiyyətiniz və ya salehlikdə qal-
mağınız  ilə  heç  bir  əlaqəsi  yoxdur,  çünki  onlar  artıq  sarsılmaz-
dırlar.  Bunun  şeytanın  məğlubiyyəti  ilə  də  heç  bir  əlaqəsi  yox-
dur, çünki o, artıq məğlub olub. Bunlar sizin gündəlik qələbəniz 
ilə  əlaqədardır.  Onun  yolları  ilə  getməyimizdə  və  Ona  xidmət 
etməyimizdə  Rəbb  sadəcə  bizdən  Allahın  övladları  kimi  imanda 
yaşamağımızı  istəyir.  Bu,  gündəlik  həyatda  cismani  təbiəti  çar-
mıxa çəkmək və Ruha görə həyat sürməkdir. Bu, özümüzü güna-
ha münasibətdə ölü, Allaha münasibətdə isə diri saymaq və fani 
bədənlərimizdə  günahın  hökmranlıq  etməsinə  icazə  verməmək 
deməkdir. Bu, hər bir düşüncəni əsir edərək Məsihə itaət etdirmək 
və ağlımızın yeniləşməsi ilə dəyişmək deməkdir.
İtaətliliyimiz vasitəsilə Ona gündəlik xidmətimizə cavab olaraq, 
Allah Onun evinə başçılıq edəcəyimizi və Onun həyətlərini qoru-
yacağımızı vəd edir. Bu, o deməkdir ki, biz ruhani aləmdə Onun 
səlahiyyətini fəal şəkildə bölüşəcəyik, şeytan və günah üzərində 
gündəlik  qələbə  çalaraq  yaşaya  biləcəyik.  O,  eləcə  də,  göylərə 
girmək  haqqını  bizə  vəd  edir.  Bizim  Atamız  ilə  açıq  ünsiyyət 

Yalanlar atası tərəfindən ittiham edilmiş 
155
xəttimiz  var.  Onun  səlahiyyəti  ilə  hərəkət  edəndə  və  Onunla 
ünsiyyətdə  və  sülhdə  yaşayanda  bizim  gündəlik  qələbəmizə  və 
bəhrəliliyimizə zəmanət verilir. 
Ə
sas fərqi görmək 
Siz, ola bilsin ki, «Şeytanın ittihamları ilə Müqəddəs Ruhun vic-
danı narahat etməsi arasında nə fərq var?» — deyə, soruşursunuz. 
Paul 2 Kor. 7:9, 10-da bu iki fikir arasında fərqi aydın göstərir: 
Amma indi kədərinizə görə yox, bu kədər hissinin si-
zin tövbə etmənizə səbəb olduğu üçün sevinirəm. Allah 
istəyən tərzdə kədərləndiniz, buna görə də bizdən heç 
bir  şeydə  ziyan  görmədiniz.  Allah  istəyən  tərzdə  olan 
kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda 
peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır. 
Bu dünyanın yanlış təqsirinin və Müqəddəs Ruhun vicdanı na-
rahat etməsinin hər ikisində eyni kədər hissi var. Lakin şeytanın 
ittihamından irəli gələn kədər ölümə aparır, amma Müqəddəs Ru-
hun vicdanı narahat etməsindən yaranan kədər tövbəyə və peş-
mançılıq olmayan həyata aparır. Paul korinflilərin özlərini kədərli 
hiss etmələrinə sevinmirdi; o sevinirdi ki, onların kədəri tövbəyə, 
həqiqətin dərk edilməsinə və nəhayət, azadlığa aparır. 
Hər bir məsihçi Ruha görə və ya cismani təbiətə görə həyat 
sürməyin  seçimi  ilə  gündəlik  həyatda  qarşılaşırlar.  Cismani 
təbiətə görə həyat sürməyi seçən andan Müqəddəs Ruh vicdanı 
narahat edir, çünki sizin seçdiyiniz seçim ilə həqiqi kimliyiniz uy-
ğun gəlmir. Əgər siz cismani təbiətə görə həyat sürməkdə davam 
etsəniz,  Müqəddəs  Ruhun  vicdanı  narahat  etməsindən  yaranan 
kədəri hiss edəcəksiniz. 
«Mən hansı kədəri hiss etdiyimi necə bilərəm?» — deyə, siz 
soruşa  bilərsiniz.  «Onları  eyni  cür  hiss  edirəm.»  Hisslərinizin 
həqiqəti və ya səhv düşüncələri əks etdirdiyini müəyyən edin və 

156
Buxovları qıran
onda siz onların mənbəyini tanıyacaqsınız. Siz özünüzü təqsirkar, 
dəyərsiz, axmaq və ya bacarıqsız hiss edirsinizmi? Həmin hisslər 
həqiqəti əks etdirmədiyi üçün ittiham tərəfindən yaranmış kədərdir. 
Ədalət baxımından siz artıq təqsirkar deyilsiniz; siz Məsihdə iman 
vasitəsilə saleh sayılmısınız və İsa Məsihdə olanlar üçün heç bir 
məhkumluq yoxdur. Siz dəyərsiz deyilsiniz; İsa Özünü sizin üçün 
verib. Siz axmaq və ya bacarıqsız deyilsiniz; siz Məsihin ağlına 
maliksiniz və sizi möhkəmləndirən Məsih vasitəsilə hər şeyə qa-
dirsiniz.  Siz  kədər  hisslərinizin  altında  gizlənən  yalanları  aşkar 
edəndə — xüsusilə hissləriniz sizi daim aşağı çəksə — siz düzgün 
olmayan tərzdə ittiham olunursunuz. Siz dəyişsəniz də, özünüzü 
hələ də pis hiss edəcəksiniz, çünki həmin vaxt şeytan sizi narahat 
etməyə başqa bir şey tapacaq. İttihamın kədərini yox etmək üçün 
siz özünüzü Allaha tabe etdirməlisiniz, şeytana və yalanlarına qar-
şı durmalısınız. 
Amma davranışınızın sizin Məsihdə olan həqiqi kimliyinizi əks 
etdirmədiyinə  görə  kədərlisinizsə,  bu,  Allahın  iradəsinə  uyğun 
şəkildə  tövbəni  hasil  edən  kədərdir.  Bu,  1  Yəhya  1:9-a  əsasən 
sizi «Əziz Rəbbim, mən səhv etmişəm» etirafını etməyə səsləyən 
Müqəddəs  Ruhdur.  Siz  etiraf  və  tövbə  edən  kimi  Allah  «Bunu 
Mənimlə  bölüşdüyünə  görə  sevinirəm.  Sən  təmizləndin;  indi 
həyatında  azad  yaşamağa  davam  elə»  deyir.  Müqəddəs  Ruhun 
sizdə  bu  işi  görməsi  nəticəsində  azad  olacaqsınız.  Kədər  keçib 
getdi və sizin uğursuzluq sahənizdə Allaha itaət etməyiniz üçün 
qərar verə bilərsiniz. 
İttiham ilə Müqəddəs Ruhun vicdanı narahat etməsi arasında 
ziddiyyətin  əyani  nümunəsi  Yəhuda  İskaryot  və  Şimon  Peterin 
həyatlarında var. Yəhuda İsanı 30 gümüş pula satmaqla şeytanın 
onu  aldatmasına  icazə  verdi  (Luka  22:3-5).  Yəhuda  nə  etdiyini 
dərk  edəndə  dünyanın  kədərinə  tabe  oldu  və  özünü  asdı.  Onun 
intihar etməsi şeytanın ittihamının nəticəsi idi, yoxsa Allahın vic-
danı  narahat  etməsinin  nəticəsi  idi?  Bu,  ittiham  idi,  çünki  bu, 
Yəhudanı özünü öldürməsinə gətirib çıxardı. İttiham ölümə apa-
rıb çıxarır; Müqəddəs Ruhun vicdanı narahat etməsi tövbəyə və 
həyata aparıb çıxarır. 

Yalanlar atası tərəfindən ittiham edilmiş 
157
Eləcə də Peter İsanı inkar etməklə rədd etdi. Belə görünür ki, 
bu, şagirdlərin öz aralarında kimin ən böyük olacağını mübahisə 
etdikləri  zaman  qürurla  başlamışdı  (Luka  22:24-30).  İsa  Peterə 
dedi: «Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə 
icazə istədi» (31-ci ayə). Bu, doğrudur – İsa şeytana icazə ver-
di  ki,  o,  Peteri  xəlbirdən  keçirsin,  çünki  Peter  qürur  vasitəsilə 
düşmənə  yer  vermişdi.  Amma  İsa  Peterə  baxıb  bunu  da  dedi: 
«Amma Mən imanın itməsin deyə, sənin üçün dua etdim. Sən də 
bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir» (32-ci ayə). 
Peter  İsa  ilə  öləcəyinə  and  içdi,  amma  üç  dəfə  Onu  inkar 
edəcəyini İsa ona söylədi (33, 34-cü ayələr), o, bunu etdi. Peterin 
keçirdiyi peşmançılıq eynilə Yəhudanın keçirdiyi peşmançılıq kimi 
ağrılı bir hiss idi. Amma Peterin kədəri tövbəyə aparan Müqəddəs 
Ruhun vicdanı narahat etməsindən yaranmışdı (Yəhya 21:15-17). 
Əgər  sizin  peşmançılıq  hissləriniz  sizi  yerə  yıxırsa  və  Allahdan 
uzaqlaşdırırsa,  onda  siz  şeytan  tərəfindən  ittiham  olunursunuz. 
Ona  qarşı  durun.  Lakin  kədəriniz  sizi  Allahla  qarşılaşmağa  və 
səhvinizi etiraf etməyə səsləyirsə, onda Müqəddəs Ruh sizin vic-
danınızı narahat edir. Qoy kədər sizi tövbəyə aparsın. 
Vəhy 12:10-a əsasən, şeytan qardaşları ittiham etməkdə davam 
edir. Lakin şad xəbər budur ki, Məsih Peter üçün etdiyi kimi, bi-
zim üçün vəsatətçilik etməkdə davam edir. İbranilərə məktubun 
müəllifi bəyan edir: «O Özü vasitəsilə Allaha yaxınlaşanları tam 
xilas etməyə qadirdir. Çünki O, onlar üçün vəsatətçilik etməkdən 
ötrü həmişə yaşayır» (7:25). Bizim inadkar düşmənimiz var, lakin 
Ona olan imanımıza əsasən bizi Ata qarşısında müdafiə edən daha 
inadkar, əbədi Vəsatətçimiz var (1 Yəhya 2:1). 
İ
ttiham bataqlığı 
Şeytanın  inadlı  ittihamlarına  qarşı  durmağımızı  öyrənmək  nə 
qədər  vacibdir?  Bu,  bizim  Məsihdəki  gündəlik  qələbəmiz  üçün 
həddən  çox  vacib  bir  şeydir.  Biz  hamımız  hərdənbir  özümüzü 
dəyərsiz  və  əhəmiyyətsiz  hiss  edirik.  Biz  özümüzü  dəyərsiz  və 

158
Buxovları qıran
əhəmiyyətsiz  adam  kimi  hiss  edəndə  dəyərsiz  və  əhəmiyyətsiz 
adam kimi hərəkət edirik və həqiqətə inanmağı seçənə və tövbə 
edənə  qədər  həyatlarımız  və  xidmətlərimiz  uğursuzluğa  düçar 
olur. Şeytan heç vaxt təslim olmur. O, bir yanlış ittihamı o biri-
sinin dalınca tullamaqla bizi ruhdan salıb uzun müddət bizi belə 
vəziyyətdə saxlamağa çalışır. Əgər biz ona qarşı dura bilməsək, 
biz şeytanın daha ciddi hücumlarına məruz qala bilərik. Canella-
nın hekayəsi son dərəcədə ciddi bir vəziyyətdir, amma bu, bacı-
qardaşların  ittihamçısına  qarşı  dayanmayan  məsihçinin  başına 
gələ bilən işləri təsvir edir.
Canella öz pastoru ilə yanıma gələn ciddi emosional problemləri 
olan  bir  məsihçi  qadın  idi.  Canellanın  nişanlısı  Kört  də  onlarla 
birlikdə  gəlmişdi.  Məni  Canella  və  Kört  ilə  tanış  etdikdən  son-
ra pastor çıxıb getmək istədi. «Bir dəqiqə gözlə» dedim. «Sənin 
bizimlə qalmağın daha yaxşı olar.»
«Mən ürəyi xəstə adamam» — deyə, pastor cavab verdi. Ola 
bilsin ki, onun ürəyi xəstə idi, amma mənə elə gəlir ki, o, bizim 
söhbətimizin bir az qəribə olacağından qorxurdu. 
«Mənim  fikrimcə,  bu  gün  sənin  ürəyinə  təsir  edəcək  heç  bir 
şey burada baş verməyəcək» — deyə, onu əmin etdim (Nə baş 
verəcəyindən heç özüm də agah deyildim!). «Bundan başqa, sən 
onun pastorusan və sənin dua dəstəyini qiymətləndirirəm.» Pastor 
könülsüz razı oldu. 
Canella  öz  başına  gələn  əhvalatı  danışdıqca  bacı-qardaşların 
ittihamçısının  onun  başına  həqiqətən  nə  qədər  oyunlar  açdığını 
gördüm. O, uşaq və gənc ikən bir-birinin ardınca baş verən cinsi 
zorakılığın qurbanı olmuşdu. Eləcə də, onun keçmişinə okkultla 
məşğul olan əvvəlki sevdiyi şəxs ilə anormal ünsiyyət daxil idi. 
Neçə  illər  ərzində  o,  şeytanın  yalanlarına  —  çətinliklərinə  özü-
nün  səbəb  olduğuna  və  Allah,  yaxud  başqa  kimin  üçünsə  heç 
bir dəyərinin olmadığına inanmışdı. Onun özünə hörmət hissi ən 
aşağı səviyyədə idi. 
Şeytanın tanış strategiyasını bilərək, mən: «Canella, biz sənə 
problemlərinin həllində kömək edə bilərik, çünki döyüş ağılda ge-
dir və qələbə çalmaq üçün Allah bizə səlahiyyət verib» — dedim. 

Yalanlar atası tərəfindən ittiham edilmiş 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin