Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

98
Buxovları qıran
vəzə  qulaq  asanda  və  ya  Müqəddəs  Kitab  dərslərində  iştirak 
edəndə siz Allah haqqında biliyinizi artırırsınız və iman qalxanını 
genişləndirirsiniz. 
Xilas  dəbilqəsi.  Sizin  iman  qalxanınızda  deşiklər  varsa  və 
gündəlik  qələbəniz  çətin  əldə  olunursa,  arxayın  olun  ki,  xilas 
dəbilqəniz əbədi qələbəni təmin edir. Zireh metaforasında, dəbilqə 
həm də sizin bədəninizin ən əsas hissəsini, ruhani döyüşlərdə ya 
zəfər çalındığı, ya da məğlubiyyət qazanıldığı yeri, ağlınızı müdafiə 
edir.  Siz  gündəlik  həyatda  dünya,  cismani  təbiət  və  şeytan  ilə 
mübarizə apardıqca xilasınızın yaxşı əməllərinizə deyil, Məsihin 
yaxşı əməllərinə əsaslandığını bilərək möhkəm durun. Siz Allahın 
övladısınız  və  Məsihin  məhəbbətindən  sizi  heç  nə  ayıra  bilməz 
(Rom. 8:35). 
Sövqolunma o deməkdir ki, biz hücuma məruz qalarkən  xila-
sımıza şübhə edirik. Amma məsihçi döyüşçünün xilas dəbilqəsini 
taxması bu mənanı daşıyır: o, xilası qəbul edib və ona malikdir, 
İsa  Məsihin  qələbəsini  geyinib  və  silahlanıb.  Rəbb  İsa  Məsihə 
birləşdiyimizə görə şeytanın bizdən heç bir qanuni iddiası yoxdur, 
çünki  Allah  «bizi  zülmət  hakimiyyətindən  xilas  edib  Öz  sevimli 
Oğlunun  Padşahlığına  köçürtdü»  (Kolos.  1:13).  Xilasınıza  əmin 
olun. «Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz 
Allahın övladlarıyıq» (Rom. 8:16). 
Ruhun qılıncı. Allahın Kəlamı Allahın zirehində yeganə hücum-
edici  silahdır.  Paul  Efes.  6:17-də  «Kəlam»  üçün  logos  sözünün 
əvəzinə rhema sözündən istifadə edir. Çünki o, Allah Kəlamının 
iqrar olunmasını vurğulamaq istəyir. Yalnız bir Allah Kəlamı var, 
amma rhema yunan sözü bəyanetmə ideyasını gətirir. Məsələn, 
Paul Rom. 10:17-də deyir: «Beləliklə, iman eşitməkdən, eşitmək 
də  Məsihin  kəlamı  (rhema)  vasitəsilə  yaranır.»  Bu  kontekstdə 
rhema sözündən istifadə etmək müvafiqdir, çünki vurğu xoş xəbəri 
vəz etməyə və onu eşitməyə düşür. 
Şər tərəfdən edilən hücumlara qarşı bizim müdafiəmiz Allahın 
həqiqətini ucadan söyləməkdir. Allahın Kəlamına inanmaqdan və 

İsa sizi qoruyur 
99
onu düşünməkdən əlavə söyləmək niyə belə vacibdir? Çünki şey-
tan hər şeyi bilmir və o, sizin nə fikirləşdiyinizi dəqiq bilmir. İn-
san davranışını tədqiq edən bir şəxs kimi sizi müşahidə etməklə 
şeytan  sizin  nə  düşündüyünüzü  yaxşı  hiss  edə  bilər.  Amma  siz 
nəyisə etməzdən əvvəl şeytan həmin hərəkəti edəcəyinizi bilmir. 
Əgər  siz  aldadıcı  ruha  diqqət  yetirirsinizsə  (1  Timotey  4:1),  o, 
ağlınıza fikirlər qoyacaq və davranışınıza baxaraq onun yalanını 
qəbul  edib-etmədiyinizi  biləcək.  Əgər  o,  sizə  fikir  veribsə,  onun 
üçün sizin nə düşündüyünüzü bilmək çətin deyil. 
Əgər  siz  bu  kitabı  oxumusunuzsa,  mən  sizin  ağlınıza  fikirlər 
qoymuşam.  Amma  mən  sizin  fikirlərinizi  oxuya  bilmərəm. 
Buna  oxşar  olaraq,  şeytan  ağlınızda  fikirlər  əkməklə  sizə  təsir 
göstərməyə çalışa bilər, amma düşüncələrinizi dəqiq oxuya bilməz. 
Əgər onun ağlınızı dəqiq oxumağı bacardığını və gələcəyinizi bil-
diyini düşünürsünüzsə, siz şeytanın həddən artıq güclü olduğunu 
deyirsiniz. Okkultik olan hər bir fəaliyyət ağlı oxuduğunu (və ya 
ona təsir göstərdiyini) və ya gələcəyi qabaqcadan xəbər verdiyini 
iddia edir. Lakin yalnız Allah sizin ağlınızda olan düşüncələri və 
niyyətləri görür və yalnız O, gələcəyi bilir. Siz heç vaxt Allahın 
ilahi xüsusiyyətlərini şeytana aid etməməlisiniz. 
Siz ağlınızda və ruhunuzda Allah ilə dinməzcə danışa bilərsiniz, 
çünki  O,  ürəyinizdəki  düşüncələri  və  niyyətləri  bilir  (İbr.  4:12). 
Siz göylərdəki Atanızla danışıqsız ünsiyyət qura bilərsiniz. Amma 
şeytanın  birbaşa  hücumuna  məruz  qalanda,  məsələn,  gecə  ota-
ğınızda, şər olanın sizin bütün düşüncələrinizi tamamilə bilməsi 
üçün gücü olmadığına görə siz Məsihdə olan səlahiyyətinizi uca-
dan söyləməklə tətbiq etməlisiniz. Yaxşı xəbər budur ki, birbaşa 
hücumların əksəriyyəti gecələr siz tək olanda baş verir, ona görə 
də şifahi surətdə şeytana qarşı durmaq camaat qarşısında ediləsi 
bir iş deyil. 
Paul deyir: «İnsan ürəkdən iman etməklə saleh sayılır və dili ilə 
iqrar etməklə xilas olur» (Rom. 10:10). Əgər siz öz düşüncələrinizi 
bilirsinizsə, Allah da onları bilirsə, onda niyə dil ilə iqrar etməklə 
xilas  oluruq?  Paul,  ola  bilsin  ki,  xilas  edən  imanın  iradə  tətbiq 
olunmayınca  tamamlanmadığını  söyləyirdi.  Amma  bu  da  müm-

100
Buxovları qıran
kündür ki, o, bu dünyanın allahının bizim qərarımızı eşitməli ol-
duğunu bildirirdi. 
Konfransı  apararkən  iştirakçılardan  aşağıdakı  sualları  soruşu-
ram: «Sizlərdən nə qədər adam gecə böyük qorxu hissi ilə qəfildən 
oyanıb? Siz, ola bilsin ki, döş qəfəsinizdə təzyiq və ya nəyinsə 
boğazınızdan  yapışdığını  hiss  etmisiniz.  Siz  fiziki  olaraq  cavab 
verməyə  çalışmısınız,  amma  heç  nə  deyə  bilməmisiniz.»  Mən 
həmişə insanların ən azı üçdə birinin belə ruhani hücuma məruz 
qaldıqlarını göstərmək üçün əllərini qaldıran görmüşəm. 
Əgər biz danışa bilmiriksə, onda belə hücuma qarşı necə daya-
naq? Birinci, hücuma qarşı dayanmaq bizim tərəfimizdən fiziki səy 
tələb etmir, çünki «döyüş silahlarımız cisimdən düzəldilən silahlar 
deyil,  qalaları  dağıdan  ilahi  qüvvəyə  malik  silahlardır»  (2  Kor. 
10:4).  Belə  hücuma  məruz  qalan  bədənin  ilkin  cavabı,  adətən, 
qorxudur – amma bu, Allah qorxusu deyil. Siz bundan özünüz 
çıxmağa çalışa bilərsiniz, amma yəqin ki, bir müddət orada qalıb 
əzab çəkəcəksiniz. İkinci isə Yaqubun məktubunda əmrin ardıcıllı-
ğına fikir verin: «Buna görə də Allaha tabe olun. İblisə qarşı durun 
və o, sizdən qaçacaq» (4:7). Siz həmişə bütün ürəyinizlə və bütün 
ağlınızla Allaha tərəf çevrilə bilərsiniz, çünki sizin göylərdəki Ata-
nız hər şeyi biləndir və O, sizin ürəyinizi və düşüncələrinizi bilir. 
Siz Rəbbin adını çağırdığınız andan şeytana qarşı durmaqda azad 
olacaqsınız. Bircə «İsa» deməlisiniz. Belə vaxtlar bizim Allahdan 
necə asılı olduğumuzu aşkar edir. 
D
uanın qoruyucu gücü
Seminariyadakı tələbələrimdən birinin anası falçı idi. O, oğlun-
dan soruşdu: «Mənim üçün dua edirsənmi?» 
Oğlan dedi: «Əlbəttə, edirəm, anacan.»
«Eləmə»- deyə, o, təkid etdi: «Çünki sən mənim işimi pozursan».
Mən: «Bu, çox yaxşıdır, duada davam elə!» — dedim. Ola bilsin 
ki, biz heç vaxt dualarımızın təsirini bilmərik, amma Öz padşahlı-
ğını qurması üçün strategiyasının bir hissəsi kimi Allahın duaları-

İsa sizi qoruyur 
101
mızdan istifadə etdiyini bilirik. Mən satanizmin yuxarı təbəqəsində 
özünü baş kahin kimi qələmə verən bir kişiyə məsləhət verirdim. 
Onun tövbəsi həyatda gördüyüm ən dramatik tövbə idi. Məsihə 
iman edəndən altı ay sonra o, məbəddə öz şəhadətliyini danışdı. 
Mən  ondan  soruşdum:  «'Düşmən  tərəfdə'  olan  həyat  təcrübənə 
əsasən, məsihçilərdə şeytani təsirlərə qarşı ilkin müdafiə nədir?» 
«Dua»- deyə, o, inamla söylədi. «Siz dua edəndə böyük səylə 
dua edin. Alovlu dualar kimi şeytanın fəaliyyətini dağıdan heç bir 
şey yoxdur.»
Dua nədir? Bu, Allahla ünsiyyətdir. Allah qaranlıq qüvvələri ilə 
döyüşdə nəyə ehtiyacımızın olduğunu bilir və O, bizi xilas etməyi 
və ehtiyaclarımızı ödəməyi çox istəyir. Duada bizim münasibətimiz 
«Sən Rəbsən? mən yox. Nəyin ən yaxşı olduğunu Sən bilirsən; 
mən  bilmirəm.  Mən  Sənə  nə  etmək  lazım  olduğunu  demirəm; 
mən xahiş edirəm. Mən Səndən tamamilə asılıyam» olmalıdır. 
Allahın bizə verdiyi zirehləri geyinməyi Paul öyrədəndən sonra 
yazır: «Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua 
edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün 
müqəddəslər üçün dua edin» (Efes. 6:18). Biz dualarımızda Ruhla 
idarə olunmalıyıq, çünki Allahdan kənarda biz nə üçün və necə 
dua etdiyimizi bilmirik. «Beləcə, Ruh da bizə zəif olarkən kömək 
edir.  Biz  nə  üçün  və  necə  dua  etmək  lazım  olduğunu  bilmirik, 
lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir» (Roma. 
8:26). Bu ayədə «kömək edir» feili (sunantilambano) Müqəddəs 
Ruhun necə yanımıza gəlməsini, bizi qaldırmasını və lütfkar tax-
tına aparmasını çox gözəl təsvir edir. Ruhda dua etmək keçməyi 
bacarmadığımız  ehtiyacın  dərinliklərindən  keçməyə  kömək  edir. 
Allah  olan  Müqəddəs  Ruhun  bizi  dua  etməyə  oyatdığı  istənilən 
dua göylərdəki Atamız Allahın həmişə cavab verdiyi duadır. 
Ruhani görmə üçün dua etmək
Ruhani döyüşdə dua üçün hədəflər kimi diqqət yetirilməli olan 
bir  neçə  xüsusi  ehtiyaclar  var.  Bir  ehtiyac  şeytanın  imansızlara 
verdiyi korazehinliklə əlaqədardır (2 Kor. 4:3,4). İnsanlar ruhani 

102
Buxovları qıran
gözləri açılmadan Məsihə gələ bilməzlər. Teodor Ep yazırdı: «Əgər 
şeytan kişi və qadınları kor edib bağlayıbsa, onda canların xilasını 
necə görə bilərik? Bu, mənim və sizin mənzərəyə daxil olduğumuz 
yerdir.  Güclü  adamın  malını  qarət  etmək  şeytanın  kor  etdiyi  və 
bağlı saxladığı insanları azad etməkdir…Dua bu məqsəd üçündür.» 
Dua ruhani korluqla döyüşdə əsas silahdır. Həvari Yəhya ya-
zırdı: «Onun iradəsinə uyğun nəsə dilədikdə O, bizi eşidir. Bili-
rik ki, nə diləyiriksə, O, bizi eşidir; beləcə də bilirik ki, Ondan 
dilədiklərimizi  alırıq»  (1  Yəhya  5:14,15).  Sonra  o,  imanlıların 
imansızlar üçün Allahdan sağ qalmalarını diləməklə bu prinsipin 
tətbiq olunmasında onları həvəsləndirir (16-cı ayə). Allahın nuru-
nun şeytani korluğa nüfuz etməsinə görə bizim müjdəçi strategi-
yamıza səlahiyyətli dua daxil olmalıdır. 
Biz  eləcə  də  Efes.  1:18,19-da  Paulun  dua  etdiyi  kimi  dua 
etməliyik  ki,  imanlıların  gözləri  Məsihdə  bizim  mirasımız  olan 
ruhani qüdrəti, səlahiyyəti və müdafiəni başa düşmək üçün nur-
lansın.  Şeytan  Məsihdə  olan  mövqeyimiz  və  səlahiyyətimiz 
barəsində bizi qaranlıqda saxlayana qədər artımımızı ləngidə bilər, 
şəhadətliyimizdə və xidmətimizdə səmərəsiz edə bilər. Şeytanın 
yalanlar pərdəsinin çəkilməsinə və görüntümüzün büllur tək aydın 
olmasına görə bir-birimiz üçün daim dua etməliyik. 
Güclü adamı bağlamaq 
Səlahiyyətli  dua  üçün  digər  hədəf  Matta  12:29-da  xatırlanan 
«güclü adam»dır. İsa bunu şeytana və onun cinlərinə aid edərək 
dedi: «Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu 
bağlamadan onun malını necə qarət edə bilər?» O deyirdi ki, bi-
rinci siz əsir alanı məğlub etməsəniz, insanları ruhani korluğun və 
ya şeytani təsirlərin bağlarından xilas edə bilməzsiniz. Şeytanın 
gücü  artıq  itib,  amma  özümüz  Rəbb  İsa  Məsih  tərəfindən  bizə 
tapşırılan səlahiyyəti tətbiq etməyincə o, saxlaya biləcəyi hər bir 
şeyi əldən buraxmayacaq. 
Biz  dua  edərkən  Ona  olan  xidmətimizdə  Allahı  bizə  qo-
şulması  üçün  həvəsləndirmirik;  dua  Onun  xidmətində  Allaha 

İsa sizi qoruyur 
103
qoşulmaq  hərəkətidir.  İman  ilə  şeytanın  caynaqlarında  olan, 
əslində isə Allaha məxsus olan şeyləri şeytan buraxana qədər 
tutub  saxlayırıq.  Neçə  illər  Mudi  Müqəddəs  Kitab  İnstitutun-
da sistematik teologiyadan dərs keçən C. Fred Dikason cinlər 
tərəfindən incidilən insanlar üçün necə dua etmək haqqında fay-
dalı məsləhətlər verir: 
1. Dua  edin  ki,  cinlərin  şeytandan  və  başqa  cinlərdən 
bütün ünsiyyətləri və köməkləri kəsilib atılsın. 
2. Dua edin ki, cinlər insanı tutub saxlamaqlarında çaş-
sınlar və zəifləsinlər. 
3. Dua edin ki, insan Məsihdə öz mövqeyini anlamaq, 
Onun  Kəlamına  etibar  etmək  və  itaət  etmək  üçün 
imanında möhkəmlənsin. 
4. Dua  edin  ki,  insan  öz  fikirləri  ilə  şeytanın  hissləri 
arasında fərq qoymağı bacarsın. 
5. Dua edin ki, insan cinin hüzurunu tanısın, çaşmasın 
və yaxşı məsləhəti və köməyi könüllü axtarsın.
6. Dua edin ki, Allah Öz balasını qorusun və idarə etsin, 
düşmənin hər cür planlarını pozmaq üçün mələklərini 
göndərsin. 
Bir neçə il bundan əvvəl şər qüvvənin caynaqlarında olan in-
sanlarla işləməkdə duanın gücünü şəxsi təcrübəm mənə vurğula-
dı. Həmin vaxtlar mən böyük bir məbədin idarə heyətində idim. 
Bir  gün  nahardan  gəlirdim  və  məbəd  idarəsinin  yaxınlığındakı 
dəhlizdə  bir  neçə  işçimizin  və  süpürgəçilərin  qəhvə  içib  söhbət 
etdiklərini gördüm. Otağın o biri başında iyirmi yaşlarında olan 
bir hündür oğlan gördüm, mənə çox yad bir insan idi, o, lövhədə 
xırda sözlər yazıb sonra isə pozurdu. «Bu, kimdir?»- deyə, iş yol-
daşlarımdan soruşdum. 
Onlar dedilər: «Biz onu tanımırıq. O, içəri elə indicə girdi.»
Hələ heç kimin oğlanla salamlaşmadığına təəccüblənərək ona 
yaxınlaşıb  dedim:  «Salam,  mənim  adım  Nildir.  Sizə  kömək  edə 
bilərəm?»

104
Buxovları qıran
«A, bilmirəm»- deyə, tabaşiri qoyaraq çaşqın tərzdə cavab ver-
di. Sanki narkotik maddələr onun ağlına təsir etmişdi, ona görə də 
onu binadan çıxarmağa və bir az onunla danışmağa qərar verdim. 
Mən onun adının Bill olduğunu və ərazidə maşın yumaqla məşğul 
olduğunu öyrəndim. Mən onu məbədə dəvət etdim. Bir saat onun-
la söhbət etdikdən sonra o getdi. 
Bir neçə gündən sonra Bill yenə gəldi və yenə də bir az söhbət 
etdik. İki həftədən sonra bazar günü mən günorta idarədə axşam 
toplantısına  hazırlaşarkən  daxili  telefonum  zəng  çaldı.  «Burada 
Bill adlı bir oğlan sizi görmək istəyir.»
«Deyin gəlsin»- deyə, cavab verdim. 
Mənim  Billə  vaxt  keçirməyə,  həqiqətən,  çox  vaxtım  yox  idi, 
amma ona etinasızlıq da göstərmək istəmədim. Beləliklə, mən tez 
mətləbə keçdim. 
«Mən sənin burada olmağına çox şadam, Bill»- deyə, mən da-
nışmağa başladım. 
Mən: «Sənə şəxsi sual verə bilərəmmi?»- deyə, ondan soruşdum.
Bill başı ilə razılığını bildirdi. 
Mən:  «Heç  Rəbbin  və  Xilaskarın  olması  üçün  Məsihə  etibar 
etmisənmi?»- deyə, ona sual verdim.
O dedi: «Xeyr.»
Mən soruşdum: «İstərdinmi?»
«Bilmirəm»- deyə, Bill bir az narahatcasına cavab verdi. 
Mən xilas haqqında kitabçanı götürdüm və onunla birlikdə oxu-
dum. 
«Bill, bunu başa düşürsən?»- deyərək ona sual verdim. 
O cavab verdi: «Bəli.»
Mən:  «İndi  Məsihi  qəbul  etmək  istəyirsənmi?»-  deyə,  ondan 
soruşdum.
O dedi: «Bəli.»
Mən onun oxuya bildiyinə əmin deyildim, ona görə də dedim: 
«Mən sadə tövbə duasını söyləyəcəyəm və sən mənim ardımca 
sözbəsöz təkrar et, oldumu?»
O cavab verdi: «Oldu.»
«Rəbb İsa, Sən mənə lazımsan»- deyə, mən başladım. 

İsa sizi qoruyur 
105
Bill  «R-r-rəbb…»  söyləməyə  başladı.  Sonra  o,  dayanıb  qaldı. 
Mən otaqda düşmənin təzyiqini hiss edirdim. 
«Bill,  sənin  ağlında  döyüş  gedir»-  deyə,  söylədim.  «Mən 
Kəlamdan  bəzi  ayələri  oxuyacağam  və  ucadan  sənin  üçün  dua 
edəcəyəm. Mən düşməni bağlayacağam və ona qarşı duracağam. 
Sən bu şeydən azad olan kimi nəyə inandığını İsaya söylə.»
Onun gözləri döyüşün getdiyini təsdiqlədi. Mən Kəlamı oxuma-
ğa və düşünə bildiyim hər bir duanı etməyə başladım. Mən həmin 
vaxtlar hələ də şeytani qüvvələri dəf etməkdə yeni idim, ona görə 
də mən saman çöpündən yapışmışdım. 
Kəlam və duadan təxminən 15 dəqiqə sonra Bill qəfildən zarıdı: 
«Rəbb İsa, Sən mənə lazımsan.» Sonra o, dünyanın ən ağır çəkili 
çempionu ilə on dəfə dövrə vurmuş adam kimi ağır-ağır öz stulu-
na oturdu. O, gözüyaşlı mənə baxdı və dedi: «Mən azadam.» Mən 
onunla olanda heç vaxt «azadlıq» sözündən istifadə etməmişdim; 
bu, onun ifadəsi idi. Amma o, azad olduğunu bilirdi və mən də 
bunu görürdüm. 
Bizim  dünyamızın  ruhani  təbiətini  anlamaq  müjdəçilik  stra-
tegiyamıza  dərin  təsir  etməlidir.  Çox  vaxt  bizim  imansızla-
ra  məsihçiliyin  dəyərini  bəyan  etməyimiz  kiminsə  həbsxananın 
kənarında  dayanıb  bayırdakı  dünyada  yaşamağın  dəyərlərini 
dustaqlara  bəyan  etməsinə  bənzəyir.  Amma  kimsə  həbsxananın 
mühafizəçilərinə qalib gəlib darvazaları açmasa, haqqında danışdı-
ğımız azadlığı dustaqlar necə hiss edə bilərlər? 
Dünyada olan imansızlar üçün dörd şey barəsində dua etmək 
lazımdır.  Birinci,  tarlalar  ağardığına  görə  biz  işçilər  üçün  dua 
etməliyik (Matta 9:37,38). Paul soruşur: «Vəz edən olmasa, necə 
eşidəcəklər?» (Roma. 10:14). Onlarla xoş xəbəri bölüşmək üçün 
Allahın kimisə göndərməsini xahiş edin. İkinci, imansızlar qanun-
suzluqlarına  və  günahlarına  görə  ölüdürlər  və  İsanın  gəlməkdə 
məqsədi onlara həyat vermək idi (Yəhya 10:10). Allahın onlara 
həyat  verməsi  üçün  dua  edin  (1  Yəhya  5:16).  Üçüncü,  Allahın 
biliyinə qarşı çıxan fikirlərin uzaqlaşması və şeytanın zəncirlənməsi 
üçün  dua  edin.  Nəhayət,  imansız  insanların  gözlərinin  Məsihdə 
onları azad edəcək həqiqətə açılması üçün dua edin. 

106
Buxovları qıran

Buxovları qıran
2
2
Möhkəm dur!

7
Ruhları idarə etmək 
Mən Şeron Bikmənlə ilk dəfə konfranslarımdan birində tanış 
olmuşdum.  Bizim  görüşümüzdən  bir  neçə  il  əvvəl  Şeron  nor-
mal  həyat  tərzi  yaşayan  mütəxəssisləşmiş  peşəkar  məsləhətçi 
idi. O, evli idi və bir övladı var idi və Denverin kənarında olan 
dağətəyində rahat yaşayırdı. Amma o, həyatında ruhani boşluğu 
hiss  edirdi.  Əfsus  olsun  ki,  «New  Age»  cərəyanına  düşmüşdü 
və növbəti yeddi il ruh bələdçilərinin onun bədəni vasitəsilə da-
nışması  üçün  öyrədilmişdi.  Onun  bu  şeyləri  öyrənməsi  axırda 
onu boşanmağa gətirib çıxardı və onun həyat tərzi korlanmağa 
başladı. 
Nəhayət,  o,  qərara  gəldi  ki,  öz  ağlını  itirib.  O,  artıq  başında 
olan  səsləri  dilinə  gətirmək  istəmirdi.  Lakin  «dostyana»  balaca 
ruh bələdçiləri ilə əlbir olmayanda onlar ona qarşı durdular. O, ev 
xəstəsinə çevrildi və heç bir iş görə bilmədi. Hardansa o bilirdi 
ki, səslərdən azad olmağın yeganə yolu məsihçi olmaqdır. Amma 
o, öz kitabında «Enticed by the Light» («Nurla şirniklənmiş») 
(Zondervan) yazdığı kimi, Amerika məbədləri ona kömək etməyə 
hazır  deyildilər.  O,  məsihçi  olması  üçün  heç  bir  məbəd  tapa 
bilməmişdi.  Onun  başına  gələn  əhvalatı  eşidən  bir  pastor  ona 
məbədində özünü rahat hiss etməyəcəyini söyləmişdi. 
O, nəhayət, yaxşı pastor tapdı və həmin pastor ona Rəbbi qəbul 
etməkdə yardım etdi, amma həmin pastor onu təngə gətirməkdə 
davam edən ruhani münaqişələrin həllində kömək edə bilmədi. O, 
ruhani döyüşdə ixtisaslaşmış başqa bir məbəd tapdı və onlar iki 

Ruhları idarə etmək 
109
il bu işdə ona kömək etdilər. Onlar ruhları çağırıb onlarla dialoq 
aparırdılar və öz səlahiyyətlərini onların üzərində tətbiq etməyə 
çalışırdılar. Onlar bir müddət çıxıb gedirdilər, amma heç vaxt tam 
azadlıq hiss olunmurdu.
Bir gün Şeron qəfildən hiss etdi ki, bu xoş məramlı məsihçilər 
onlara aid olmayan işi görməyə, ruhları idarə etməyə çalışırlar – 
belə işi o, fərqli məqsədlərə görə olsa da, spiritist olanda etməyə 
çalışırdı. Qısa bir müddətdən sonra o, mənim konfranslarıma gəldi 
və şəxsi, eləcə də ruhani münaqişələrin həlli üçün tamamilə fərqli 
üsulu  öyrəndi.  Mənə  onun  kitabı  üçün  ön  söz  yazmaq  imkanı 
veriləndə böyük sevinc duydum. 
Şeron kimi insanlara kömək etmək üçün çox məbədlər lazımi 
biliklərlə  təmin  olunmayıblar,  amma  məncə,  biz  çoxlu  xahişlər 
üçün hazır olmalıyıq. «New Age» cərəyanının ağlagəlməz dərəcədə 
inkişaf etməsi bir çox insanları bu dünyanın allahının əsarəti altı-
na salacaq. 
Ü
syan qaldıran hökmdar 
Allah əslində Adəmi və onun nəslini səmadakı quşların, çöldəki 
heyvanların, dənizdəki balıqların üzərində və bütün yer kürəsində 
hökmranlıq etmək üçün yaratmışdı (Yaradılış 1:26). Amma Adəm 
günah edəndə səlahiyyətli mövqeyindən məhrum oldu və İsanın 
«bu dünyanın hökmdarı» adlandırdığı şeytan səlahiyyətin üsyançı 
sahibkarı oldu (Yəhya 12:31; 14:30; 16:11). Sınağa çəkərkən şey-
tan İsanın ona səcdə qılmasının müqabilində Ona «dünyanın bütün 
padşahlıqlarını və  şan-şöhrətini»  təklif etdi  (Matta 4:8).  Şeytan 
iddia edirdi ki, yer üzü «mənə verilib və mən kimə istəsəm, ona 
verə bilərəm» (Luka 4:6). Adəm günah edərək Allahın yaratdıqla-
rının üzərində olan hökmranlığından əl çəkəndə şeytan səlahiyyəti 
üzərinə  götürdü.  Şeytan  Adəmin  günaha  batmasından  çarmıxa 
qədər hökmranlıq edib. Məsihin ölümü, dirilməsi və göylərə qalx-
ması İsa üçün sonuncu səlahiyyəti əbədi olaraq təmin etdi (Matta 
28:18).  İsa  göylərə  qalxmazdan  əvvəl  həmin  səlahiyyəti  bütün 

110
Buxovları qıran
imanlılara yaydı ki, iblisin əməllərini puça çıxarmaqda Onun işini 
davam etdirək (1 Yəhya 3:8). 
Biz hamımız ruhən ölü və Paulun «havada olan hakimiyyətin 
hökmdarı»  (Efes.  2:2)  adlandırdığı  bu  dünyanın  hakiminə  tabe 
olmuş halda doğulmuşuq. Amma biz Məsihi qəbul edəndə Allah 
«bizi  zülmət  hakimiyyətindən  xilas  edib  Öz  sevimli  Oğlunun 
Padşahlığına  köçürtdü»  (Kolos.  1:13).  Bizim  vətəndaşlığımız 
dəyişilərək  yer  üzündən  göylərə  keçib  (Filip  3:20).  Şeytan  bu 
dünyanın hökmdarıdır, amma o, artıq bizim hökmdarımız deyil, 
çünki Məsih bizim Rəbbimizdir. 
Amma  biz  yer  üzündə  yaşadığımıza  görə  hələ  də  şeytanın 
ərazisindəyik. O, bizi hələ də onun səlahiyyəti altında olduğumu-
za inandırmaqla həyatlarımızı idarə etməyə çalışır. Düşmən dün-
yasında yaşayan qəriblər kimi, bu şər hökmdardan bizə müdafiə 
İttiham
Aldatm
a
Sövq olunma
Təsir edilən
(çox hallarda olan)
1Peter 5:8
İdarə olunan
(mümkün olan)
Həv. İş. 5:3
Sahib olan
(heç vaxt)
1 Peter 
1:18, 19
Diaqram 7a.

Ruhları idarə etmək 
111
gərəkdir.  Məsih  yalnız  müdafiəni  təmin  etmədi,  eləcə  də  bizə 
qaranlıq  padşahlığı  üzərində  səlahiyyət  verdi.  Həmçinin,  bizdə 
həqiqət  Ruhu  olan  Müqəddəs  Ruh  yaşayır  (Yəhya  14:7)  və  O, 
bizə hər həqiqətə yol göstərəcək (Yəhya 16:13). 
Şeytanın təsirlərinə məruz qalmanın dərəcələri 
Biz Məsihdə hətta təhlükəsiz olub və bütün qoruyucu silahlara 
malik olsaq belə, hələ də şeytanın ittihamlarına, sövq olunmala-
rına və aldatmalarına məruz qalırıq (Diaqram 7a). Bizə Allahın 
zirehlərini geyinmək tapşırığının verilməsi aydın ifadə edir ki, biz 
hansısa dərəcədə şeytanın təsirlərinə məruz qalırıq. Ona görə də 
bu dünyanın allahı çox hallarda hər bir imanlıya təsir edir. Əgər al-
dansaq və onun yalanlarına inansaq, o, həyatımızı idarə edə bilər. 
Mən onun yalanları tərəfindən demək olar ki, iflic olmuş saysız 
sayda imanlı görmüşəm. Təzyiq o qədər güclüdür ki, bəziləri düz-
gün  seçimlər  edə  və  məsuliyyətli  həyat  yaşaya  bilmirlər.  Onlar 
əslində seçimlər edə bilərlər, amma onlar düşünürlər ki, bacarmaz-
lar, ona görə də etmirlər. 
Amma  sahib  olma  heç  vaxt  risk  altında  deyil.  Biz  Allaha 
məxsusuq  və  şeytan  bizim  Məsihdə  olan  kimliyimizə  toxuna 
bilməz.  Əslində  biz  cinə  tutulmuş  olmuruq,  sadəcə,  sıxışdırıla 
bilərik, amma biz həmişə «Müqəddəs Ruha tutulmuşuq». Amma 
nə qədər ki bu korlanmış dünyada təbii bədənlərimizdə yaşayırıq, 
biz şeytanın yanar oxları üçün hədəfik. Buna cavab olaraq başla-
rımızı dəvəquşu kimi quma salmamalıyıq, çünki belə etsək, hədəf 
cinlərin gözü qarşısında qalmış olacaq. 
Mövcud olan güclər
Məbəd həmişə inanıb ki, şeytan bir şəxsdir. Amma bu, o demək 
deyil ki, hər bir kəsin daxilində öz şeytanı var, şeytan sadəcə şəxs 
olmayan  güc  deyil,  həqiqətən,  şəxsdir.  Bizim  mədəniyyətimizin 
ənənəsi  onu  şəxs  olmaqdan  uzaqlaşdırmaqdır.  Kiminsə  başqa 
birisinə «Onun öz şəxsi cinləri var» söyləməsini tez-tez eşitmək 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin