Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   2   3   4   5   6   7   8   9   ...   23

63
sız fikirlər. Ruhani döyüşün ümumi təsvirinə görə bunlar şeytan-
dan gələn bir şeydir.» Tomas Bruks şeytanın vasitələri haqqında 
müzakirələrində həmişə onu imanlıların qəlblərinə düşüncələr qo-
yan biri kimi göstərir.
«
Q
andan və ətdən ibarət olan insanlara»
Mən həyatda öz fikirləri ilə döyüşən yüzlərlə imanlılara məsləhət 
vermişəm.  Bəziləri  fikirlərini  toplamaqda  və  Müqəddəs  Kitabı 
oxumaqda çətinlik çəkirdilər, digərləri isə «səslər» eşidirdilər və 
ya ittiham və mühakimə edən düşüncələrlə mübarizə aparırdılar. 
Müstəsna hallar az olmaqla, bu mübarizələrin ağlın idarəçiliyi uğ-
runda  gedən  ruhani  döyüş  olduğu  aşkar  olunub.  1  Tim.  4:1-də 
xəbərdarlıq edildiyinə görə bu, bizi təəccübləndirməməlidir: «Ruh 
aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, alda-
dıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar».
Məsihdə bir imanlı kimi niyə bunu nəzərə almırıq? Bir səbəb bu-
dur ki, mən sizin ağlınızı oxuya bilmərəm və siz də mənim ağlımı 
oxuya bilməzsiniz. Ona görə də insanlar bizimlə bölüşməyə cürət 
etməsələr, onların ağlında nələr baş verdiyini həqiqətən bilmərik. 
Bir çox hallarda onların cəsarəti olmur, çünki cəmiyyətimizdə bir 
çox insanlar onların ruhi xəstə olduğunu güman edər. Buna görə 
də onlar öz mənfi həyat təcrübələrini sizə danışacaqlar; amma yal-
nız xüsusi adamla daxildə baş verənləri bölüşməyə cürət edəcəklər. 
Onlar ruhi xəstələrdirmi, yoxsa onların ağlının idarəçiliyi uğrunda 
mübarizə gedir? Əgər biz «şeytanın niyyətlərindən xəbərsiz» ol-
saq, biz yalnız «ağılda olan hər bir problem ya kimyəvi pozğunluq, 
ya da cismani təbiətin hərəkətləridir» nəticəsinə gələcəyik.
Psixoloqlar və psixiatrlar hər gün səslər eşidən xəstələrlə qar-
şılaşırlar:  kimyəvi  pozğunluq  standart  diaqnozdur.  Mən  bilirəm 
ki, beynimizdəki kimyəvi proseslər qarışa və narahatçılıq yarada 
bilər və hormonal problemlər bədənlərimizə təsir edə bilər. Amma 
mən eləcə də bilirəm ki, başqa ağlabatan suallar da verilməlidir, 
məsələn: «Bədəndə kimyəvi proses şəxsi fikirləri necə hasil edə 

64
Buxovları qıran
bilər?» və «Bizim beynimizdəki kimyəvi proseslər qeyri-iradi və 
təsadüfi  surətdə  düşünmək  istəmədiyimiz  fikirləri  necə  yarada 
bilər?» Təbii izahat varmı? Biz hər bir ağlabatan cavaba və izaha 
açıq olmalıyıq, amma ruhani aləmin həqiqiliyini nəzərə almasaq, 
müfəssəl cavaba malik olacağımızı düşünmürəm. 
İnsanlar  səslər  eşitdiklərini  deyəndə  onlar  əslində  nə 
eşidirdilər?  Bizim  qulaqlarımızla  fiziki  olaraq  eşidə  bilməyimiz 
üçün səs mənbəyi mütləq olmalıdır. Səs dalğaları hava vasitəsilə 
mənbəyindən yayılır və beynimizə siqnal ötürən təbil pərdəmizə 
toxunur. Biz fiziki olaraq belə eşidirik. Amma insanların ətrafında 
olanlar onların eşitdiklərini eşitmirsə, onda eşitdikləri «səslər» və 
ya mübarizə apardıqları «fikirlər» o cür mənbədən gəlmir.
Buna oxşar olaraq, insanlar gözlərinə qəribə şeylər göründüyünü 
(başqalarının görmədiyi) deyəndə əslində onlar nə görürlər? Bizim 
təbii yolla nəyisə görməyimiz üçün maddi əşyadan beynimizə siq-
nal ötürən gözlərimizə əks olunan işıq mənbəyi olmalıdır. Şeytan 
və cinlər ruhani varlıqlardır; onların maddi formaları yoxdur, ona 
görə də biz onları və ya hər hansı ruhani varlığı təbii gözlərimizlə 
nə görə bilirik, nə də qulaqlarımızla eşidə bilirik. «Mübarizəmiz 
qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına 
və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı 
ruhani şər qüvvələrə qarşıdır» (Efes. 6:12). 
B
eyinlə ağıl arasında olan fərq 
Əqli  funksiya  haqqında  bizim  bilmədiyimiz  çox  şeylər  var, 
amma  beynimiz  ilə  ağlımızın  arasında  əsaslı  fərqlərin  olduğu-
nu  yaxşı  bilirik.  Beyinlərimiz  əsas  orqandır.  Biz  fiziki  öləndə 
bədənimizdən ayrılırıq və beynimiz torpağa qayıdır. Həmin anda 
biz bədənlərimizdən uzaqlaşıb, Rəbbimizin yanında məskunlaşırıq. 
Amma  biz  ağıldan  məhrum  olmayacağıq,  çünki  ağıl  qəlbin  bir 
hissəsidir. 
Gəlin, oxşarlığı göstərim. Bizim düşünmək bacarığımız komp-
yuterin iş fəaliyyətinə oxşardır. Hər ikisinə iki fərqli tərkib hissəsi 

Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
65
daxildir: biri xammaldan düzələn hissədir, yəni əsl fiziki kompyu-
terdir (beyin); o birisi isə proqramlardır (ağıldır), fiziki hissəni idarə 
edəndir. Proqramlar fiziki olmadığı üçün fiziki hissədən çıxarılsa, 
xammaldan  düzəlmiş  hissə  hələ  də  çəkisinə  görə  eyni  qalacaq. 
Buna  bənzər  olaraq,  əgər  ruh  bədəndən  çıxarılsa,  bədən  həmin 
çəkidə  qalacaq.  Kompyuter  proqramsız  tamamilə  dəyərsizdir, 
amma kompyuterin fiziki hissəsi sönsə, proqramlar işləməyəcək. 
Əgər başımızın içində nəsə düzgün işləmirsə, bizim cəmiyyətimiz 
bunun fiziki hissənin problemi olduğunu güman edir. Əksinə, mən 
əsas problemin fiziki hissə ilə əlaqəli olduğuna inanmıram; mən 
əsas problemin proqramda olduğuna inanıram. Əgər insanın skle-
roz kimi beyinlə əlaqədar hansısa sindromu və ya Daun sindromu 
kimi anadangəlmə xəstəliyi varsa, beyin funksiyasını düzgün icra 
etməyəcək. Amma ciddi beyin zədələnməsinə nadir hallarda rast 
gəlinir  və  ona  kömək  edəcək  çox  az  şeylər  var.  Rom.  12:1,  2 
deyir ki, biz bədənlərimizi (beynimizi daxil edən) Allaha təslim 
etməliyik və ağlımızın yeniləşməsi ilə dəyişilməliyik. 
Bu  mövzu  üzrə  mənim  təqdimatımı  eşitdikdən  sonra  bir  qa-
dın aydınlaşdırmağımı istədi. O dedi: «Mən bu yaxınlarda qızımın 
müjdəçilik etdiyi ölkəyə baş çəkdim və malyariya xəstəliyinə yo-
luxdum. Mən elə xəstələndim ki, az qala öləcəkdim. Qızdırmam 
yüksək  həddə  çatanda  məni  qara  basmağa  başladı.  Siz  demək 
istəyirsiniz ki, həmin qarabasmalar cinlərdən gəlir?»
«Sizin qarabasmalarınız nə haqqında idi?» — deyə, soruşdum. 
«Əsasən, Pluto, Mikki Maus, Donald Dak və Deyzi haqqında 
idi» — deyə, o cavab verdi. 
Mən sadəcə gülməkdən özümü saxlaya bilmədim. «Siz həmin 
ölkəyə gedərkən yolda Disneyləndə dönmüşdünüz?»- deyə, mən 
sual verdim. 
O cavab verdi: «Bəli, mən getmişdim. Necə bildiniz?»
Onun gördüyü qarabasmada cinlərlə əlaqədar heç bir şey yox idi. 
Onun Disneyləndə getməsi ağlında yeni bir şey idi. Biz yatmağa 
gedəndə və ya komaya düşəndə fiziki beynimiz işləməkdə davam 
edir,  amma  «kompyuterdəki  klavişlərin  üzərində  əllər  yoxdur». 
Əgər siz əqlən hələ də fəaliyyətdəsinizsə və ağlınızdakı klavişləri 

66
Buxovları qıran
basırsınızsa,  siz  yuxuya  getməmisiniz.  Siz  düşünməni  dayandı-
randa yuxuya gedirsiniz. Siz yatarkən beyniniz fəaliyyətini davam 
etdirəcək və yaddaşınızda saxlanan hər bir şeyə təsadüfən toxuna-
caq. Gəlin təsvir edək, yuxularınıza fikir verirsiniz. Adətən, onlar 
həmişə tanıdığınız insanlar, gördüyünüz şeylər və ya olduğunuz 
yerlərlə əlaqəli olmurmu? Yuxularınızdakı hekayələr yeni və ya-
radıcı ola bilər, amma insanlar və yerlər artıq sizin yaddaşınızda 
proqramlaşdırılıb. Məsələn, fərz edək ki, uşaq qorxulu filmə baxır, 
sonra isə yatmağa gedir və vahiməli yuxular görür. Vahiməli yu-
xuda oyunçular filmdəki aktyorlar ilə eyni olacaq. 
Amma  kimsə  əvvəllər  gördüyü  və  ya  eşitdiyi  nəsə  bir  şeylə 
əlaqələndirə bilmədiyi qəribə vahiməli yuxu görəndə mən həmin yu-
xunun cinlərdən gəldiyini deyərdim. Biz insanları Məsihdə Azadlıq 
Addımları ilə apardıqca artıq o cür vahiməli yuxular görmürlər.
D
öyüş gerçəkdir 
Biz  ağılda  gedən  bu  ruhani  döyüşün  nə  olduğunu  üzə  çıxar-
malıyıq  ki,  onunla  qarşılaşan  insanlara  müfəssəl  cavab  verə 
bilək. Bunun nəyə görə lazım olduğunu, gəlin, sizə təsvir edim. 
Adətən, valideynlərinin yataq otağına gələn və otaqlarında nəsə 
gördüklərini  və  ya  eşitdiklərini  söyləyən  qorxmuş  uşaqlarla  nə 
baş verir? Valideyn, yəqin ki, uşağın otağına gedir, şkafın içinə, 
yaxud çarpayının altına baxır və deyir: «Mənim şirin balam, sənin 
otağında heç nə yoxdur – get yat!» Əgər siz uşaq deyil, yetkin 
insansınızsa və öz otağınızda nəsə görürsünüzsə, siz onu sadəcə 
unudaraq,  gedib  yenidən  yata  bilərsinizmi?  «Amma  mən  otağa 
baxdım.  Orada  heç  nə  yox  idi»  —  deyə,  cavab  verirsiniz.  Siz 
düz  deyirsiniz.  Otaqda  bizim  təbii  hisslərimizlə  müşahidə  edə 
biləcəyimiz  heç  nə  yox  idi.  «Onda  bu,  gerçək  deyil»  —  deyə, 
skeptik söyləyir. «A! Əlbəttə gerçəkdir! Sizin uşağınızın gördüyü 
və ya eşitdiyi onun ağlında idi və tamamilə gerçək bir şey idi.» 
Mən  insanların  «aldadıcı  ruhlara  necə  qulaq  asmalarını»  izah 
edə  bilmərəm.  Heç  şeytanın  ağlımıza  özünü  necə  salmasını  da 

Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
67
bilmirəm,  amma  Kəlamın  aydın  öyrətdiyinə  inanmaqda  iblisin 
bunu necə etdiyini bilmək mənə lazım deyil. Ağlımızın idarəçiliyi 
uğrunda  gedən  mübarizə  bizim  dərk  edə  bildiyimiz  təbiətin  qa-
nunlarına uyğun şəkildə hərəkət etmir. Şeytanın hərəkətlərini da-
yandıra və ya məhdudlaşdıra bilən fiziki heç bir maneə yoxdur. 
Qorxmuş uşağın çöhrəsi döyüşün gerçək olduğuna şəhadətlik edir. 
Övladınıza aşağıdakı kimi cavab vermək daha yaxşı olar.
«Quzu  bala,  mən  inanıram  ki,  sən  nəsə  görmüsən  və  ya 
eşitmisən. Mən nə bir şey gördüm, nə də eşitdim, bu da başa 
düşməyimə  kömək  edir.  Sən,  ola  bilsin  ki,  ruhani  hücuma 
məruz  qalmısan  və  ya  baxdığın  filmdən  yaddaşında  pis  şeylər 
qalıb. Bəzən mən gerçək olanla yuxum arasında fərqi ayırd edə 
bilmirəm. Mən sənin müdafiə olunmağın üçün dua etməzdən qa-
baq istəyirəm biləsən ki, səni qorxudan gördüyün və ya eşitdiyin 
hər bir şeydən İsa daha böyük və daha güclüdür. Müqəddəs Kitab 
öyrədir ki, bizdə yaşayan İsa dünyada olan hər bir bədheybətdən 
qüdrətlidir. İsa həmişə bizimlə olduğuna görə bizi qorxudan hər 
bir şeyə İsanın adı ilə çıxıb getməyi söyləyə bilərik. Müqəddəs 
Kitab bizə söyləyir ki, Allaha tabe olaq və şeytana qarşı duraq və 
o, bizdən qaçacaq. Gözəl balam, bunu edə bilərsən? Sualın var? 
Onda gəl birlikdə dua edək.»
Bu gün ruhi xəstəlik kimi adlananların çoxu ağlımızın idarəçiliyi 
uğrunda gedən mübarizədən başqa bir şey deyil. Sül. Məs. 23:7-
də deyilir ki, «O, ürəyində hər şeyin hesabını edər.» Başqa sözlə, 
siz  əvvəlcə  düşünmədən  heç  bir  şey  etmirsiniz.  Biz  insanların 
düşündüyünü  görə  bilmərik.  Bütün  davranışlar  düşünmək  və  ya 
inanmaq üçün seçdiyimiz şeylərin məhsuludur. Biz yalnız onların 
etdiklərini müşahidə edə bilərik. İnandığımız və onun nəticəsində 
düşündüyümüz  şeyləri  dəyişdirmədən  davranışı  dəyişməyə  çalış-
maq istənilən uzunsürən nəticəni heç vaxt hasil etməyəcək.
Biz başqasının ağlını oxuya bilmədiyimiz üçün düzgün suallar 
verməyi öyrənməliyik. Beş yaşlı Dənni idman meydançasında bir 
neçə  uşağı  incitmişdi.  Onu  tərbiyə  aldığı  məsihçi  uşaq  bağçası-
nın müdirinin yanına göndərmişdilər. O, başqalarına qarşı kobud 
şəkildə rəftar edirdi və sinifdə narahat idi. Onun müəllimi deyirdi: 

68
Buxovları qıran
«Mən onun bu yaxınlarda olan davranışına məəttəl qalmışam – 
Dənni belə hərəkət edən uşaq deyil!» Dənninin anası məktəbdə 
müəllim idi. O, oğlundan İsa haqqında soruşanda uşaq qulaqlarını 
örtüb  «İsaya  nifrət  edirəm!»-  deyə,  qışqırdı.    Sonra  o,  anasının 
qolundan yapışıb iyrənc səslə güldü!
Biz Dənnidən başında onunla danışan səslər eşidib-eşitmədiyini 
xəbər aldıq. O, sualı eşidəndə yüngülləşdi və könüllü olaraq cavab 
verdi  ki,  idman  meydançasındakı  başqa  uşaqları  incitmək  üçün 
səslər onun üstünə qışqırırdı. Fikirlər o qədər səs-küylü idi ki, uşaq 
bunun yaxşı nəticə verməyəcəyini bilsə də, onları sakitləşdirməyin 
yeganə yolunu onlara tabe olmaqda görürdü. Biz Dənniyə dedik 
ki,  o,  həmin  səslərə  bir  daha  qulaq  asmaya  bilər.  Biz  bu  kita-
bın sonrakı fəsillərində verilən Azadlıq Addımlarının uşaqlar üçün 
olan variantı ilə Dənnini apardıq, o, bizim etdiyimiz duaları ardı-
mızca təkrarlayırdı. Biz dua edib qurtardıqdan sonra onun özünü 
necə hiss etdiyini soruşduq. Üzünə böyük bir təbəssüm gəldi və 
rahatlıqla köksünü ötürərək dedi: «Olduqca yaxşı!» Növbəti gün 
Dənninin müəllimi onda yeni sakitliyi hiss etdi – sanki o, bir baş-
qa uşaq idi. O, artıq məktəbdə qəzəbli davranışını təkrarlamırdı. 
Gözəl məsihçi olan bir cütlük balaca uşağı oğulluğa götürmüşdülər 
və qollarını geniş açaraq onu evlərinə qəbul etmişdilər. Onların 
balaca, məsum körpələri beş yaşa çatanadək vəhşi bir uşağa çev-
rildi. Məndən uşaqla söhbət etməyi xahiş edəndə onların evlərində 
qarmaqarışıqlıq var idi. Bir az dostyana söhbət etdikdən sonra ba-
şında sanki kiminsə onunla danışdığını hiss edib-etmədiyini ondan 
soruşdum.
O: «Bəli, həmişə» — dedi.
Mən dedim: «Onlar nə deyirlər?»
Uşaq söylədi: «Onlar mənə yaxşı olmadığımı deyirlər.»
Sonra mən ondan «Heç İsanı həyatına dəvət etmisənmi?» — 
deyə, soruşdum. O: «Bəli, amma mən bunu yalandan etmişəm»- 
deyə, cavab verdi. 
Mən ona dedim ki, əgər o, İsadan həqiqətən həyatına gəlməsini 
xahiş etsəydi, İsa həmin səslərin çıxıb getməsinə əmr edə bilərdi. 
Bunu anlayandan sonra o öz ürəyini Məsihə verdi. 

Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
69
Başqa bir ər və arvad oğullarının otağındakı divarda ağır zərbə 
səsləri eşitmişdilər. O, qayçını götürüb bir neçə dəfə divara sanc-
mışdı.  Onlar  uşağı  nə  bu  işi  görən  vaxtda  tutmuşdular,  nə  də 
qayçını  tapmışdılar.  Sonra  uşaq  evdə  bütün  paltarları  doğrama-
ğa  başlamışdı.  Onlar  yenə  də  oğullarını  bu  işin  üstündə  tuta 
bilməmişdilər. Var qüvvələri ilə həll tapmağa çalışdıqca həkimlərə 
və  psixoloqlara  külli  miqdarda  pul  sərf  etmişdilər.  Nəhayət, 
valideynlər bizim materiallarımızla tanış oldular və bunun ruhani 
problem olduğunu düşünməyə başladılar. Onlar oğullarından belə 
işləri görməyi söyləyən fikirlərin ona gəlib-gəlmədiyini soruşdular. 
O dedi: «Bəli, əgər onların dediyini etməsəydim, onlar səni (atanı) 
öldürəcəklərini söyləyirdilər!» Balaca oğlan atasının həyatını xilas 
etdiyini düşünürdü! 
Fiziki beyindəki xəstəlik ilə ağlınızın idarəçiliyi uğrunda gedən 
mübarizə arasında fərqi bilməyin vacibliyi bu şəhadətlikdə aydın 
təsvir edilib:
Həmişə  ruhani  olduğundan  şübhələndiyim,  amma 
heç vaxt tam əmin olmadığım şeydən necə azad ol-
mağı  mənə  göstərdiyinizə  görə  sizə  minnətdarlığımı 
bildirirəm. Mən yeniyetmə (indi 36 yaşım var) olan-
dan bəri neçə illərdir ki, başımda bu «səslər» var idi. 
Xüsusilə dörd səs və bəzən daha artıq səslər olurdu. 
Şizofreniya mövzusu haqqında televizorda və ya jur-
nalda nəsə veriləndə özü-özümə fikirləşərdim: «Mən 
şizofreniya  xəstəliyinə  tutulmadığımı  bilirəm,  amma 
başımda olan bu şey nədir???» 
Səslər  mənə  işgəncə  verirdi  və  məni  ələ  salırdı. 
Mənim fikirləşdiyim hər bir düşüncəni tənqid edirdi və 
bu səbəbdən də məndə özünə hörmət sıfır səviyyəsində 
idi. Mən çox vaxt səslərin sakitləşməsini arzu edirdim 
və bunun «normal» bir şey olduğunu, başqa insanların 
da səslər eşidib-eşitmədiyini bilmək istəyirdim.
Mən sizdən hər bir düşüncəni əsir edərək Məsihə 
itaət etdirməyi öyrənəndə və başqa insanların da bu 

70
Buxovları qıran
səslərlə  olan  həyat  təcrübələri  haqqında  oxuyanda 
onların nə olduğunu başa düşməyə başladım və onla-
rı çıxartmağa müvəffəq oldum.
Çoxlu əzablı illərdən sonra ağlımda tamamilə sa-
kitlik  yarandı  –  bu,  gözəl  və  valehedici  bir  şeydir. 
Mən sonradan ağlımın azadlığı ilə birgə gələn bütün 
gözəl şeyləri izah etməyə ehtiyac duymuram – siz bu 
xeyir-duanı yaxşı bilirsiniz. 
H
ər bir düşüncəni əsir etmək
Həmin mənfi, aldadıcı və ittiham edən düşüncələrin şərdən və 
ya sadəcə cismani təbiətimizin düşüncə tərzlərindən irəli gəldiyini 
necə bilirik? Bir tərəfdən bunların arasında heç bir fərq yoxdur. 
Biz hər bir düşüncəni əsir edərək Məsihə itaət etdirməliyik; baş-
qa sözlə, əgər düşüncə doğru deyilsə, ona inanmayın. Amma siz 
Azadlıq Addımlarını atandan sonra düşüncələr gəlməsə, onda on-
ların sizdən doğulmadığını biləcəksiniz. Cismani təbiətin düşünmə 
tərzləri bizi sadəcə tərk etmir. Biz ağlımızı yeniləşdirdikcə onlar 
yavaş-yavaş başqa şeylərlə əvəz olunur və ya dəf edilirlər. Paul 
bizə heç nəyin qayğısını çəkməməyi söyləyir. Əksinə, ürəklərimizi 
Allaha yönəldərək dua etməliyik: «Onda Allahın ağlagəlməz sülhü 
ürəklərinizi və düşüncələrinizi [noema] Məsih İsada qoruyacaq» 
(Filip 4:7). Növbəti ayə deyir ki, biz doğru, pak, cazibəli və saleh 
şeyləri düşünməliyik.
Bizim  Allahla  ünsiyyətimiz  şəxsidir  və  hər  bir  ünsiyyətdə  ol-
duğu kimi onun düzgün olması üçün həll edilməli olan müəyyən 
məsələlər  var.  Əgər  biz  Allaha  qarşı  üsyan  edərək  yaşayırıqsa, 
Ondan  xeyir-dua  gözləyə  bilmərik.  «Çünki  üsyankarlıq  falçılı-
ğa  bərabər  günahdır,  inadkarlıq  isə  özbaşınalıq  və  bütpərəstliyə 
bərabərdir» (1 Şamuel 15:23). Əgər bizdə məğrurluq varsa, onda 
Allah bizə qarşıdır (Yaqub 4:6). Əgər biz nifrətdə yaşayırıqsa və 
bağışlamaq istəmiriksə, Allah bizi işgəncə verənlərin əlinə verəcək 

Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
71
(Matta 18:34). Yalnız Allah ürəyi qırıq insanları sağalda və əsirləri 
azad edə bildiyinə görə bu məsələlər birinci həll edilməlidir. 
Güman  edirəm  ki,  neçə  illər  başqa  ölkələrdə  müjdəçilik  et-
miş qadının şəhadətliyi bu məsələni işıqlandıracaq. O, həyatının 
tamamilə  dağılmaması  üçün  həftədə  bir  dəfə  psixiatrına,  psixo-
loquna və pastoruna baş çəkirdi. O, qorxurdu ki, növbəti addım 
xəstəxana olar. Mən bir cümə günü günorta onunla görüşdüm və 
iki ay yarım sonra bu məktubu aldım.
Mən sizə çoxdan məktub yazmaq istəyirdim, amma 
bunun həqiqətən gerçək olduğunu özümə təsdiq etmək 
üçün bu vaxtda qədər gözlədim. Mən sizinlə görüşdən 
iki  gün  sonra  gündəliyimdə  yazdığım  bir  qeydi 
bölüşmək istəyirəm. 
«Cümə  günü  günortadan  sonra  özümü  fərqli  bir 
insan  kimi  hiss  edirəm.  Kin  və  hiddət  keçib  gedib. 
Mənim ruhum çox sakitdir və sevinclə doludur. Mən 
ürəyimdə Allaha izzət oxuyaraq oyanıram.
Gərginlik  və  əsəbilik  halları  yoxdur.  Mən  özümü 
çox  azad  hiss  edirəm.  Müqəddəs  Kitab  mənim  üçün 
həqiqətən  əvvəlkindən  də  maraqlı,  həvəsləndirici 
və  daha  çox  başa  düşülən  olub.  Cümə  günü  görüş 
vaxtı  «heyranedici»  heç  bir  şey  baş  vermədi,  amma 
ürəyimin lap dərinliyində nəyinsə dəyişdiyini bilirəm. 
Mən artıq ittihamların, şübhələrin, özünə qəsd və ya 
qatillik fikirlərinin, yaxud birbaşa cəhənnəmdən başı-
ma gələn başqa zərərli şeylərin əsiri deyiləm. Mənin 
ağlımda və ruhumda dinclik hökm sürür və tamamilə 
aydın olan şüurum var.
Mən azad olmuşam!
Mən indi gələcəyimə ümidlə baxıram və sevinirəm. 
Mən  inanıram  ki,  yenidən  ruhani  böyüyəcəyəm  və 
eləcə  də  başqa  sahələrdə  inkişaf  edəcəyəm.  Mən 
Allahın  məni  yaradaraq  və  xilas  edərək  görmək 

72
Buxovları qıran
istədiyi insanın kəşf edilməsinə, eləcə də nikahımın 
kökündən  dəyişilməsinə  ümid  dolu  nəzərlərlə  baxı-
ram.
Uzun  sürən  qaranlıqdan  sonra  sevinc  əldə  etmək 
çox gözəldir.»
Bu yazıdan iki ay yarım vaxt keçib və mən Məsihdə 
azadlıq  tapmağın  əhəmiyyətli  dəyərlərinə  tamamilə 
əminəm.  Mən  bir  neçə  ay  idi  ki,  psixiatra,  psixolo-
qa və pastora baş çəkirdim və mən bir az yaxşılaşır-
dım, amma o vəziyyəti indi ata biləcəyim addımlar 
ilə heç cür müqayisə etmək olmaz. Mənim baş verən 
şeylərin öhdəsindən gəlmək bacarığım qat-qat artıb. 
Təkcə  mənim  ruhum  sakit  deyil,  əslində  beynim  də 
düzgün düşünür! İndi mən fikirlərimi daha yaxşı top-
laya bilirəm. Elə bil ki, indi hər bir şeyi başa düşmək 
asanlaşıb. 
Mənim  Allahla  ünsiyyətim  əhəmiyyətli  dərəcədə 
dəyişilib.  Onun  səkkiz  il  məndən  uzaqda  olduğunu 
hiss etmişdim. Sizinlə görüşməzdən bir az əvvəl məni 
azad  etməsi  və  olduğum  əsarətdən  məni  çıxarması 
üçün  bütün  var-qüvvəmlə  Ona  fəryad  edirdim.  Mən 
çox istəyirdim ki, Allahla yenidən görüşüm və Onun 
hüzurunun  yenidən  mənimlə  olduğunu  hiss  edim. 
Mən  Onu  ağlımda  və  həyat  təcrübəmdə  olan  uzaq-
da dayanmış nüfuzlu surət kimi deyil, dost, həmkar 
kimi tanımaq istəyirdim. Həmin iki ay yarımdan bəri 
mənim  Allaha  olan  etibarım  artıb.  Mənim  Onunla 
səmimi  olmaq  bacarığım  həddən  artıq  inkişaf  edib. 
Mən  gündəliyimdə  yazdığım  həmin  ruhani  artımı 
həqiqətən həyatda yaşayıram. Bu, əladır! 

5
Üsyançı hökmdar ilə 
üzləşmək
60-cı illərdə Meri hippi
4
 idi. Onun 26 yaşı var idi. O, məsihçi 
idi və universiteti bitirmişdi, amma atası anasından boşandıqdan 
sonra onda ciddi ruhi və emosional problemlər yaranmışdı. Beş 
ilin içərisində Meri üç dəfə xəstəxanada yatmış və ona şizofrenik 
paranoyya diaqnozu qoyulmuşdu. Üç həftə mənim yanıma gəlib 
getdikdən  sonra  Meri,  nəhayət,  ilanlar  ilə  mübarizəsi  haqqında 
danışmağa başladı. 
«İlanlar nə məsələdir?»- deyə, soruşdum. 
«Onlar gecə yatarkən üstümə çıxırlar»- deyə, o etiraf etdi.
Mən dedim: «İlanlar gələndə nə edirsən?».
«Mən anamın yanına qaçıram. Amma mən tək olanda həmişə 
geri qayıdırlar.»
«Gələn dəfə nəsə başqa şey etməyə çalış»- deyə, mən sözümə 
davam etdim. «Sən yataqda olanda və ilanlar gələndə ucadan bu 
sözləri söylə 'Məsihin adı ilə sizə çıxıb getməyi əmr edirəm.'»
«Mən  bunu  edə  bilmərəm»-  deyə,  Meri  etiraz  etdi.  «Mən  nə 
kamil deyiləm, nə də kifayət qədər güclü deyiləm.»
Mən  dedim:  «Məsələ  sənin  kamilliyində  deyil;  məsələ  sənin 
Məsihdə mövqeyindədir. Sənin də mənim kimi Allaha tabe olma-
ğa və şeytana qarşı durmağa eyni hüququn var.» 
Meri bunu eşidəndə çöhrəsində etiraz hissləri göründü və mən 
4  Mövcud əxlaq normalarını və həyat tərzini inkar edən və öz etirazlarını əcaib 
geyimləri və davranışları ilə ifadə edən gənclər. 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin