Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə6/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   2   3   4   5   6   7   8   9   ...   151
Tofiq Köçərli                                    - 6 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
qeyd etməklə kifayətlənirik ki, 16 mart 1921-ci il müqaviləsilə Rusiya və Türkiyə, 
yenə  həmin  ildə  bağlanmış  Qars  müqaviləsilə  də  Ermənistan  Naxçıvanın 
Azərbaycana  mənsub  olmasını,  Azərbaycan  protektoratı  altında  muxtariyyətə 
malik olmasını təsdiq ediblər.  
Lakin  hələ  Naxçıvan  barəsində  erməni  yalan  və  uydurmaları  lazımınca  ifşa 
edilməmişdir.  
 Bu  barədə  yalnız  mənim  bir  neçə  məqaləm  1993-1997-ci  illərdə  qəzetlərdə 
çap olunmuşdur. 
Həmin qəzetlərin baş redaktorları Ziyad Səmədzadəyə və Teymur Əhmədova 
həmin  məqalələr  üzərində  yenidən  işləyərək  kitabça  şəklində  oxuculara  təqdim 
edirəm.  Sonra  «Đqtisadiyyat»  qəzetində  (iyul-noyabr  2004)  silsilə  məqalələrim  və 
«Respublika»  qəzetində  bir  neçə  yazım  çıxdı.  Məqalələrimə  yaşıl  işıq 
yandırdıqlarına görə minnətdarlığımı bildirirəm.  
Bu,  erməni  müəlliflərinin  Naxçıvan  barəsində  uydurmalarının  tənqidinə  həsr 
olunmuş ilk kitabçadır.   
Mövzu  Qarabağ  hadisələrilə  əlaqəli  şəkildə  qələmə  alınmışdır.  Yəqin,  bəzi 
oxucularımız bilirlər ki, Qarabağ tarixinə və Ermənistan-Azərbaycan münaqişəsinə 
dair  monoqrafiyanı  və  bir  çox  məqaləm  çıxıb.  Bilmirəm  bu  problemlə  bir  də 
məşğul olmaq imkanım olacaqmı. Ona görə mövzudan uzaqlaşsam da, son vaxtları 
əldə  etdiyim  yeni  mənbələr  əsasında  (M.  Qorbaçov,  Y.Primakov  və  F.  Babkovun 
kitabları  və  digər  mənbələr)  Qarabağ  probleminin  bəzi  aspektlərini  burada  geniş 
təsvir etmişəm.  
Ümid edirəm ki, mövzudan kənara çıxmabım düzgün başa düşülər və insafla 
qınanaram.  
 Naxçıvanın  siyasi  tarixinin  bir  sıra  məsələləri  və  dövrləri  haqqında  Qaraş 
Mədətovun,  Rafiq  Məmmədovun,  Fuad  Əliyevlə  Mirabdulla  Əliyevin,  Vaqif 
Piriyevin əsərləri var. «Azerbaydjan i Rossiə: istoriçeskiy dialoq» (Moskva, 2004) 
kitabında E. Məmmədbəyli və F.Đbrahimzadənin məqalələri çap olunub.  



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin