Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   2   3   4   5   6   7   8   9   ...   151
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
taxtda  rahat  saxlayırsan,  ancaq  təblinin  nərəsindən  Çində  xaqan,  şeypurunun 
səsindən  Rumda  qeysər  qorxudadır».  Bu  cəfəngiyyata  M.F.  Axundovun 
münasibəti:  «Şah  bu  cür  axmaq  aldadıcı  yaltaqlıqdan  şadlanır  və  yalançıya  ənam 
da  verir  və  qətiyyən  bilmir  ki,  nə  Qeysər,  nə  xaqan  və  nə  də  başqaları  heç  yerdə 
onu hesaba almırlar». 
Yaxud,  M.F.  Axundov  ürək  ağrısı  ilə  deyib  ki,  «dövlət  münəccimləri  elə  bir 
dərəcədə  yaltaq  və  alçaq  təbiətli  olmuşlar  ki,  illik  təqvimin  hər  səhifəsi  başında 
yazıblar: «Bu səfər ayında ulduzların vəziyyəti padişahın mübarək məzacının (ona 
ruhumuz  fəda  olsun)  səlamətliyinə  dəlalət  edir.  Və  bu  rəbiüləvvəl  ayında 
ulduzların vəziyyəti,  cəmşid  rütbəli padişahın böyüklüyünün  artmasına, şadlığına, 
çoxalmağına,  onun  rütbəsinin  yüksəlməsinə  (ruhumuz  ona  qurban  olsun)  dəlalət 
edir».  
«Kitab  bu  kimi  şeylərlə  sonuna  qədər  doludur»  deyən  M.F.  Axundov 
müəlliflərə  xitabən  yazıb:  «Ey  səfehlər,  sizin  padişahınızın  məzacının  səlamətliyi 
ilə  ulduzların  vəziyyətinin  nə  işi  və  nə  münasibəti  var?  Nə  üçün  bu  kimi  axmaq 
sözləri  yazırsınız  və  nə  üçün  bu  kimi  yalanlarla  özünüzü  və  padişahınızı  bütün 
aləmdə rüsvay edib bütün xalqların məsxərə alətinə çevirirsiniz?» 
M.F. Axundovun fikrincə, Nadir şah əfqanlarla müharibədə elə bir «hünər  və 
fərasət  göstəribdir  ki,  külli-ruyi  zəmində  Adəmdən  Xatəmədək  heç  bir 
sipəhsalarlardan  bir  belə  hünər  zahir  olmayıbdır.  Napoleon  Bonapartdan  başqa, 
Çifaidə, zalim müvərrix bir belə hünəri ancaq beş-altı kəlmə ilə bəyan edib…» 
Bu  hünəri  vurğulamaq  əvəzinə  Đran  müəllifi  nə  yazsa  yaxşıdır:  «Afərin  o 
padişaha ki, müharibə meydanında onun əzm fərmanı dənizin sakit olmasına işarə 
edərsə, dalğa tufanın lövbəri olar. Ağır dağın hərəkətə gəlməsinə əmr etdiyi zaman, 
bərk  qaya  qum  kimi  axar,  kin  axşamı  od  yandırmağı  qadağan  edərsə,  ildırımda 
çaxmaq  vurmaq  qüdrət  və  qüvvəti  olmaz  və    səhər  vaxtı  sakitliyə  əmr  edərsə, 
sübhün nəfəs çəkməyə cürəti olmaz».

Bu  cəfəngiyyata  M.F.  Axundov  «yalançının  evi  yıxılsın…»  deməklə 
münasibət bildirmişdi. 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin