Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   4   5   6   7   8   9   10   11   ...   151
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 

ABŞ-ın San-Fransisko şəhərində rusca çıxan «Russkaya jizn» qəzeti 1987-ci il 
noyabrın  10-da  ABŞ  erməniləri  E.  Kokosyan  və  L.  Dunamalyanın  «Naxçıvan 
uğrunda  hərəkatın  mahiyyəti»  məqaləsini  dərc  edir.  San-Fransisko  televiziyasının 
«Rus  xəbərləri»  redaksiyasının  direktoru  həmyerlimiz  Səlim  Xatibzadə  o 
zamandan  saxladığı  həmin  məqaləni  1993-cü  ilin  əvvələrində  Los-Ancelos 
şəhərindəki  Azərbaycan  cəmiyyətinə  verir  (S.  Xatibzadə  Azərbaycanın  ilk 
kinematoqrafçılarından  olan  Mirseyfəddin  Girmanşahlının  nəvəsidir.  «Orera» 
ansamblında  işləyib,  Vaqif  Mustafazadə  və  Vaxtanq  Kikabidze  ilə  birlikdə 
Moskvada  Kreml  sarayında  konsert  təşkilində  iştirak  edib.  70-ci  illərin 
əvvəllərindən ABŞ-da yaşayır). 
Los-Ancelos  Azərbaycan  cəmiyyətindən  Şiraz  Məmmədov  məqaləni  Bakıya 
«Zerkalo» qəzetinə göndərir. Həmin  məqalə Ş. Məmmədovun ön və son sözlərilə 
1993-cü ilin əvvəlində «Zerkalo» da işıq üzü görür.  
Beləliklə  S,  Xatibzadə,  Ş.Məmmədov  və  «Zerkalo»  qəzetinin  sayəsində 
erməni  diasporunun  Naxçıvan  barəsində  fitnə-fəsadlarından,  geniş  miqyaslı 
təxribatlarından xəbər tutduq.  
Mən  o  zaman  «Naxçıvan  uğrunda  hərəkatın  mahiyyəti»  məqaləsinə  «Xalq 
qəzeti»ndə  (23  mart  1993)  «Növbəti  hədəf:  Naxçıvan»  yazımla  münasibət 
bildirdim. Sonra «Naxçıvan» (aprel-may 1993) və «Respublika» qəzetlərində (25, 
27, 30 aprel, 2 may 1997)  məqalələrim çap edildi.  
O  vaxtlardan  keçən  müddət  ərzində  ermənilər  Naxçıvan  barəsində  yeni 
yalanlar  uydurublar. Ona görə də həmin mövzuya  yenidən  müraciət  etməyi  lazım 
bildim.  
1926-cı  ildə  Cəlil  Məmmədquluzadə  «qatıq  qaradır»  deyənləri  «dünyanın 
şeytənət ustadları», «yerin-göyün provakasiya fazilləri», «dünyada fəsadatda vahid 
yaranmışlar»  adlandırmışdır.  Bu  qiymət  heç  bir  qeyd-şərtsiz  milli  tariximizə,  o 
cümlədən  Naxçıvan  tarixinə  qara  yaxan  erməni  rəsmilərinə  və  müəlliflərinə, 
onların moskvalı züytutanlarına aid edilə bilər.  



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin