Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə5/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   2   3   4   5   6   7   8   9   ...   151
Tofiq Köçərli                                    - 5 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
 
Biz  dağlıq  Qarabağ  probleminə  dair  ABŞ  konqressi  kitabxanasına,  yaxud 
beynəlxalq təşkilatlara kitablar təqdim etmişikmi? Bu barədə məlumatım yoxdur.  
Qardaş  Türkiyədə  erməni  ideoloji  təxribatlarına  qarşı  mübarizənin  təşkili  nə 
vəziyyətdədir? 
Türk müəllifi Oktay  Əkşidə bu suala cavab var:  
«Ermənilər  özlərinin  soyqırım  iddialarını  dünyaya  eşitdirmək  üçün  96  min 
kitab nəşr etdiriblər. Halbuki indiyə qədər türklər bu mövzuda cəmi 130 kitab çap 
etdiriblər».
3
 
26 min və 130! 
Deyəsən, izahat  artıqdır! 
Qarabağ tarixinin öyrənilməsi sahəsində vəziyyət necədir? 
Azərbaycan alimləri bir neçə istiqamətdə əhəmiyyətli iş görüblər.: 
- Sənədlər və materiallar məcmuələri hazırlanıb çap edilib; 
- Qarabağın tarixinə bu və ya başqa şəkildə aidiyyəti olan orta əsr mənbələri 
ilk dəfə azərbaycanca nəşr olunub; 
-  Qarabağın  qədim,  orta  əsrlər  və  yeni  tarixini  işıqlandıran  elmi-tədqiqat 
əsərləri yaradılıb və s.  
Lakin  hələ  görülməli  çox  iş  var.  Zənnimcə,  Qarabağ  haqqında  kollektiv 
monoqrafiya  hazırlanmalıdır.  Qarabağ  tarixinə  və  məsələsinə  dair  mühüm 
sənədləri  ingiliscə  nəşr  edib  yaymaq  lazımdır.  Qısametrajlı  sənədli  «Qarabağ 
(tarixi oçerk)»  filmi çəkib yaymaq da faydalı olardı. 
Məlumdur  ki,  ermənilər  artıq çoxdan  Dağlıq  Qarabağla  yanaşı Naxçıvana da 
iddia  edirlər.  Naxçıvanın  siyasi  tarixi  haqqında  ağ  yalanlar  uydururlar.  Naxçıvan 
haqqında  Yerevanda  və  xarici  ölkələrdə  kitablar  buraxılır.  Məsələn,  Almaniyada 
fəaliyyət  göstərən  «Erməni  memarlığını  öyrənən  təşkilat»  «Naxçıvan»  adlı  kitab- 
albom nəşr edərək, Naxçıvanın «erməni torpağı» olmasını «sübut» etmək iddiasına 
düşüb. Yaxud,  Ermənilərin «Naxçıvan Elsevərlər Cəmiyyəti» 16 mart 1921-ci ildə 
imzalanmış  Rusiya-Türkiyə  müqaviləsinin  ləğv  edilməsi  uğrunda  kampaniyaya 
başlayıb.

Həmin müqavilə barədə irəlidə ətraflı danışılacaqdır. Burada yalnız onu 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin