Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   5   6   7   8   9   10   11   12   ...   151
Tofiq Köçərli                                    - 9 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«Yerin-göyün  provakasiya  fazilləri»  olan  saxtakarların  Azərbaycana  qarşı 
ideoloji  təxribatı  son  vaxtlarda  xüsusilə  güclənmişdir.  Onlara  cavab  verilməsi, 
onların uydurma və böhtanlarının ifşa edilməsi aktual vəzifə olaraq qalır.  
Erməni  müəllifləri  lap  çoxdan  yalançılıqda,  uydurmaçılıqda,  şər  atmaqda, 
tarixi faktları təhrif etməkdə ad çıxarıblar. Bu barədə müxtəlif ölkələrin müəllifləri 
müxtəlif  zamanlarda  çox  yazıblar,  lakin  biz  uzun  müddət  erməni  xislətinə  dair 
yazılara  etinasız  olmuşuq.  Halbuki  biz  azərbaycanlılar  və  türklər-tədqiqatçılar  da, 
geniş oxucu kütləsi də- onları daim yaddaş dəftərçəmizdə saxlamalıyıq.  
Onlardan yalnız bir neçəsini xatırlayaq. Đlk öncə vaxtı ilə Tiflisdə rusca çıxan 
«Kavkaz» qəzetinin redaktoru olmuş rus alimi V.Veliçkonu eşidək.  
Onun  100  il  bundan  əvvəl  Sankt-Peterburqda  nəşr  olunmuş  «Kavkaz» 
əsərində müxtəlif dövrlərdə yaşamış insanların, o cümlədən qədim Roma tarixçisi 
Tatsıtin,  Puşkinin,  Nekrasovun  və  b.  ermənilər  haqqında  hamıya  məlum  olan  
fikirləri, habelə erməni tarixi haqqında digər məlumatlar vardır.  
Burada onları sadalamağı lazım bilmirəm.  
Veliçkoda olan digər xarakterli məlumatların bəzilərini nəzərə çatdırıram: 
- fransız qəzeti «Temps»in müxbiri Tiflisə gəlir. «Mşak» qəzetinin redaktoru 
Artsuni  dərhal  onu  tora  salır.  Varlı  ermənilər  müxbiri  əzizləyir,  yedizdirir,  bir 
addım da özlərindən kənara buraxmırlar… Fransız hər şeyi erməni gözü ilə görür 
və qələmə alır; 
- Eçmiədzində fransız alimi arxeoloq Baron de-Baya qədim əşyalar göstərərək 
onlar  haqqında  məlumat  verirlər.  Alim  bu  məlumatların  qatı  yalan  olmasını 
mətbuatda  açıqlayır.  Bununla  əlaqədar  olaraq  rusca  çıxan  «erməni    qəzetlərinin 
hiddəti ədəbsizlik dərəcəsinə çatdı»;  
- Anadoluya səyahət etmiş alman səyyahı Alfred Kerte yazıb: «Bu əyalətlərdə 
olan demək olar ki, hər bir kəs xalqın özəyi ilə təmasa girdikcə türkləri sevməyə, 
…  ermənilərə  nifrət  etməyə,  ermənilərə  alçaq  nəzərlə  baxmağa  başlayır… 
Yəqinliklə demək olar  ki, əgər Anadoluda haradasa sizi aldadıblarsa, deməli sizə 
xətər ermənidən dəyib»;  



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin