Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   10   11   12   13   14   15   16   17   ...   151
Tofiq Köçərli                                    - 14 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
əhəmiyyətlidir. Eyni zamanda həmin fikirlər erməni  fitnə-fəsadlarını ifşa etməkdə 
göstərdiyimiz  passivliyə,  laqeyidliyə  son  qoyulmasına,  düşmənlərimizin  ideoloji  
hücum  və  təxribatlarından  özümüzü  qorumaq  sahəsində  mübarizəni  bütün 
istiqamətlərdə və bütün səviyyələrdə fəallaşdırmağa və gücləndirməyə çağırışdır.  
Heç  bir  zaman  unutmamalıyıq  ki,  ermənilər  təbliğatda,  daha  dəqiqi  yalan 
yaymaqda  və  böhtan  atmaqda  çox  mahir  və  təcrübəlidirlər.  1919-cu  ildə 
Zaqafqaziyada,  o  cümlədən  Azərbaycanda  olmuş  ingilis  jurnalisti  Skotland-
Liddelin  yazdığı  kimi,  «ermənilər  dünyada  ən  yaxşı  təbliğatçılardır…  Onların 
xaricdə  təbliğatı elədir  ki,  Avropa və bütün  dünya ermənilərin tərəfindədir.  Onlar 
məharətli müntəzəm təbliğatla layiq olmadıqları çox simpatiya qazanırlar».
15
 
Heç bir zaman unutmayaq  həmin ildə Y.V.Çəmənzəminlinin yazdıqlarını: 
 «Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini 
çıxarmağı bilməyən və bağırmaq bacarmayan millət həmişə əzilər. Səs vasitəsi də 
qəzet  və  məcmuələrdir.  Qonşularımızdan  bağırmağı  ilə  məşhur  ermənidir.  Bu 
millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Rusiyada bir qəzetə  
yoxdur  ki,  erməni  məsələsini  yazmasın.  Bundan  başqa,  özlərinə  məxsus  bir  çox 
qəzetə və məcmuələri var.  
Bu  gün  Paris  konfransının  nəzərini  cəlb  etmək  üçün hədsiz-hesabsız  kitablar 
çap  olunur,  qəzetlər  nəşr  olunur.  Hər  kəs  dərdini,  tələbini  uca  səslə  bildirir. 
Eşitdiyimə  görə,  ermənilər  bu  il  milli  məsələlərinə  dair  doqquz  yüz  əsər  təb 
etdirmişlər.  
…  Bizim  müsəlman  aləmində  əfkari-ümumiyyənin  rəğbətini  qazanmaq  üçün 
az çalışılır».
16
 
Sübut etməliyik ki, biz Azərbaycanı düşmən böhtan və yalanından qorumağa, 
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa qadirik. 
  



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin