Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ətraf mühitin iqtisadiyyatı elminin predmeti, məqsəd və vəzifələri



Yüklə 0,77 Mb.
səhifə6/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

2.Ətraf mühitin iqtisadiyyatı elminin predmeti, məqsəd və vəzifələri.
Ətraf mühitin iqtisadiyyatı elmitəbiət və cə­­miy­yət sistemlərində ümumi qanunauyğunluq­la­rı­­­nı öy­­rə­nir.

Fənnin tədqiqat obyekti – təbiət-cəmiyyət siste­min­­­­də baş verən ictimai, iqtisadi və ekoloji qa­nu­nauy­­ğun­­luq­la­rın vəh­dətidir.

Fənnin predmeti – insanların təsərrüfat fəaliyyə­tin­­­də mü­hüm əhəmiyyət kəsb edən resursların ha­si­la­tı, ema­lı və isteh­salı prosesində yaranan iqtisadi mü­na­­­si­bət­lərin məcmusudur.

Fənnin məqsədi – təbii sərvətlərdən səmərəli is­ti­­­­fa­­­də olun­maqla istehsalın dinamik in­ki­şa­fı­na na­il ol­­maq­dır. Bu məqsədə çatmaq üçün məhsul­dar qüv­və­­lərin tə­bii sərvət mənbələrinə yaxınlaş­dı­rıl­­­­­ması; is­teh­sa­lın əra­zi üzrə təşkilində təbii ehti­yat­la­­­rın potensial im­kan­larının nə­zərə alınması; təbii sər­­vətlərin ist­eh­sa­lın­da el­mi proq­noz­­lara əsaslanmaq; tə­­bii sərvətlərdən is­ti­fa­də­də ərazinin təbii-iqtisadi şə­rai­­tinin nəzərə alın­ma­sı; təbii eh­tiyatların is­ti­fa­də­sin­də müasir tex­no­lo­gi­ya­lar­dan i­s­ti­fa­də olunması əsas şərt­­lərdən hesab olunur.

33Bu elmin əsas vəzifəsi təbiətdən səmərəli is­ti­fa­də et­­mək­lə cəmiyyətin maddi və mənəvi ehtiyatlara olan tə­lə­­ba­tını ödə­mək­lə yanaşı, təbiətlə cəmiyyətin qar­­­şılıqlı əla­qəsini təmin et­məkdən ibarətdir. Həm­çi­nin təbii eh­ti­yat­­ların kəmiyyət və keyfiyyət göstəricilə­rindən asılı ola­raq iqtisadi cə­hət­dən qiy­mət­lən­diril­mə­­­sini müəy­yən­ləş­dirir. Fənnin elmi əhə­miyyətinə gəl­­­dikdə qeyd olun­ma­lıdır ki, həyatın inkişaf qa­nu­nauy­­ğunluqları, müx­tə­lif proseslərin və təbii ha­di­sə­lə­­rin dərk olunması, təbii ob­yektlərin müşahidəsi, öy­­­rə­nil­məsi, təhlili və sintezi nə­­ticəsində mümkün olur.

İnsanla təbiətin qarşılıqlı əlaqəsinin təhlili ictimai elm sahələrinin ilk növbədə fəlsəfə elmlərinin inkişafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyektiv qiymətləndirilməsinin elmi əsasını təbiətin dialektikası təşkil edir.

Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İnsan öz şüuru ilə təbiəti öyrənərkən obyektiv qanunları kəşf edir və bu qanunlara əsasən təbii qüvvələri və prosesləri cəmiyyətin istifadəsinə verir.

ƏMİ-nin predmetini insanlar ilə ətrah mühit arasındakı qarşılıqlı əlaqədə yaranan prosesler, təbiətin gücü və resurslardan istifadə, onlarin mühafizəsi, bərpası, yeni ekoloji-iqtisadi münasibətlər təşkil edir.

Ətraf mühitin iqtisadiyyatının əsas vəzifələrindən biri istehsal vasitələrini təkmilləşdirməklə təbii resursların istifadə xüsusiyyətləri, istifadə dərəcəsi və effektivliyini müəyyənləşdirməkdir. İkinci tərəf isə təbii resurslardan istifadə zamanı məhsuldarlığı artırmaqla yanaşı insanın yaşadığı mühitin mühafizəsinə riayət olunmasıdır. Hazırda bu məsələ təbiətdən istifadənin mühüm qlobal məsələləri kimi qiymətləndirilir.

Ətraf mühitin iqtisadiyyatının funksiyaları və onun yerinə yetirilməsinin vəzifələri. ƏMİ-nin funksiyaları aşağıdakılardır:

1.istiqamətləndirici- ekoloji məqsədin müəyyənləşdirilməsi və onun reallaşması yollarının seçilməsi

2.koordinasiyaedici- təbii resursla təlabatın balanslaşmış miqdarının təminatı, təbiətdən istifadəçilər və istehsal ilə cəmiyyətin ekoloji maraqların razılaşdırılması

3.stimullaşdırıcı- cəmiyyətin və təsərrüfat subyektlərinin fəaliyyətində təbiəti mühafizənin aktivləşdirilməsi Bu funksiyaları yerinə yetirmək üçün ƏMİ aşağıdakı vəzifələri irəli sürür:

1.İqtisadiyyatın inkişafında resurs qoruyucu strateji istiqamətin işlənməsi və dövlətin ekoloji siyasəti

2.dövlət tənzimləmə, proqnozlaşdırma sisteminin formalaşması və təbiəti mühafizə tədbirlərinə nəzarət

3.bazar münasibətləri şəraitində ƏM-dən istifadənin təsərrüfat mexanizminin tədqiqi və elmi əsaslandırılması

4.təbiətdən istifadənin idarə edilməsinin təşkilatı məsələlərinin təkmilləşdirilməsi

5.ƏMM-nin iqtisadi mexanizminin işlənilməsi və effektli təbiətdən istifadədə bazar vasitələrinin tədbiqi

6.istehsal obyektlərində təbiəti mühafizə fəaliyyətinin iqtisadi gösəricilərində metodiki yanaşmanın və ətraf mühitə təsiri vəziyyətinin nəzəri əsaslandırılması

7.ətraf mühitə təsir edən zərərli təsirlərin azaldılması, təbii resurslardan istifadənin effektivliyinin yüksəldilməsi, məhsulun kompleks emalı, təkrar istehsalı və s. üçün metodların seçilməsi.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin