Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyya­tı­nın əsas anla­yış­la­rı



Yüklə 0,77 Mb.
səhifə2/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyya­tı­nın əsas anla­yış­la­rı aşağıdakılardır:

Təbiətqapalı, özünü təmin edən, özü inkişaf e­dən bir sistemdir və insanın təsiri olmazsa, tarazlıq və­ziy­yə­ti­ni sax­laya bilər. Təbii mühit və təbii ehtiyatlar an­layışları fərq­ləndirilir.

Təbii mühitinsanın yaşadığı və istehsal fəa­liy­yə­ti ilə məşğul olduğu mühitdir. Təbii mühit insanın ya­şa­maq imka­nını və fəaliyyət göstərməsini təmin edir.

Təbii ehtiyatlartəbiət prosesləri nəticəsində təbii mü­­­hitdə yaranan ehtiyatlardır. Təbii ehtiyatlar təcrübi ola­­­raq tükənməyən və tükənən hissələrə bölünürlər. Tü­kə­­nən eh­tiyatlar öz növbəsində bərpa oluna bilən və bər­pa oluna bi­lməyən növlərə bölünürlər.

Təbii ehtiyatlardan optimal istifadə edilməsini ida­rə et­mək üçün təbii ehtiyatların keyfiyyəti anlayışı vacib he­­sab edilir. Təbii ehtiyatların keyfiyyəti – ehtiyatların əsas xarakteristikalarının ictimai və texniki – iqtisadi tə­ləb­lərə və bir sıra texnoloji tələblərə uyğunluğu sə­viy­yəsi ilə öl­çü­lür.

Hazırda istifadə edilən və yaxud gələcəkdə istifadə edi­­ləcək bütün təbii ehtiyat növləri və insan həyatının tə­bii şəra­itinin cəmi təbii rifah adlanır. Təbii rifah əmə­yin məh­su­lu deyildir və iqtisadi qiymətə də malik de­yil­dir. Lakin in­sanlar üçün istehlak dəyərinə malikdir, ya is­tehsal vasitəsi kimi və yaxud şəxsi tələbat üçün istifadə edilə bilər.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin