Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ətraf mühit və təbiətdən istifadəni birbaşa və ya dolayısı olaraq təbii mühitin dəyişdirilməsində insan fəaliyyətinin xüsusi bir növü kimi hesab etmək də olar



Yüklə 0,77 Mb.
səhifə9/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Ətraf mühit və təbiətdən istifadəni birbaşa və ya dolayısı olaraq təbii mühitin dəyişdirilməsində insan fəaliyyətinin xüsusi bir növü kimi hesab etmək də olar. Ətraf mühit və təbiətdən istifadənin aşağıdakı növlərini də ayırırlar: əsas (kənd təsərrüfatı, meşə təsərrüfatı, su təsərrüfatı, hidroenergetik və s.); yardımçı (istehsal prosesində təbii ehtiyatlardan istifadə və s.); əlavə-ətraf mühiti mühafizə.

Hüquqi nöqteyi-nəzərdən təbiətdən istifadə iki istiqamətdə həyata keçirilir: ümumi və xüsusi. Ümumi təbiətdən istifadəyə hər hansı bir xüsusi icazə olmadan həyata keçirilə bilər. Bu fəaliyyət vətəndaşlar tərəfindən onlara doğulduğu gündən və yaşadığı müddət ərzində mənsub olduğu təbii hüquqlar əsasında həyata keçirilir. Təbiətdən xüsusi istifadə isə vətəndaşlar və təsərrüfat subyektləri (müəssisələr, firmalar, təşkilatlar) tərəfindən o zaman həyata keçirilə bilər ki, onlara qanunlar, qərarlar, qaydalar və səlahiyyətli dövlət orqanlarının icazəsi verilmiş olsun. Bu is-tiqamətli təbiətdən istifadə, məqsədyönlü xarakter daşıyır və torpaqdan, Yer təkindən, sudan, meşədən istifadə, heyvanat və bitki aləmindən, habelə atmosfer havasından istifadə etmək istiqamətində həyata keçirilir.

Ətraf mühitdən istifadənin obyektinin, iqtisadiyyatının və predmetinin əsas anlayışlardan aşağıdakılardır: “Ətraf təbii mühit”, “Ətraf sosial mühit”, “Biosfera”, “Noosfera”, “Təbii ehtiyatlar”, “Təbii şərait”, “Təbii potensial”, “Təbiətdən səmərəli istifadə”, “Təbiəti mühafizə”, “Ətraf mühitin çirklənməsi” və s. anlayışlar da mövcuddur.

Ətraf mühitdən istifadə dedikdə qapalı, özünəməxsus, öz-özünə inkişafda olan elə sistem nəzərdə tutulur ki, insanın müdaxiləsi olmadan tarazlıq (dayanıqlı) halında davamiyyətini saxlayır. ƏMİ çoxsahəli sferasını əhatə edir və çox mü-rəkkəb təşkilati quruluşa malikdir.

Makrosəviyyədə: Ətraf mühitdən istifadə xalq təsərrüfatı sahələri kimi təmsil olunur, təbii ehtiyatların aşkar edilməsi, uçotu, istehsal-hasilat əməliyyatları üzrə qeydiyyatı, onların mühafizəsi və artırılması (bərpası) ilə yanaşı, ətraf mühitin mühafizəsini də təmin edir. Bu sahələrin quruluşu təkmilləşdikcə xeyli mürəkkəbləşir. Məsələn, təbiəti mühafizə üzrə avadanlıqlar istehsalı üzrə maşın-qayırma, cihazqayırma sənaye sahələri və s. inkişaf edir, ekoloji xidmətlər üzrə sektorlar yaradılır, təbiəti mühafizə üzrə dövlət orqanlarının təmərküzləşməsi, nə-zarət və istehsalat funksiyalarının inteqrasiyası həyata keçirilir.

Regional miqyasda ətraf mühitdən istifadə sahəsi (sferası) regional ekoloji infrastruktur müəssisələri və təşkilatlarının təşəkkül tapması, zibillərin yığılması, tullantılar emalının təşkili, təmizləmə üzrə kompleks sistemlərinin yaradılması, kanalizasiya sistemləri, regional ekoloji monitorinq xidmətləri, xüsusi qorunan və mühafizə olunan ərazi şəbəkələrinin yaradılması və genişləndirilməsi ilə müşayiət olunur və ya olunmalıdır.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin