Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə1/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   171
etraf muhitin iqtisadiyyat muhazire



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
Menecment” kafedrası

ƏTRAF MÜHİTİN İQTİSADİYYATI
(mühazirələr)

i.ü.f.d., İsmayılova H.Q.

Bakı – 2022


MÖVZU 1.

ƏTRAF MÜHİTİN İQTİSADİYYATI” FƏNNİNİN PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ




  1. “Ətraf mühitin iqtisadiyyatı” barədə an­la­yış;

2.”Ətraf mühitin iqtisadiyyatı” elminin predmeti, məqsəd və vəzifələri.

3. “Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi problemləri və metodları

4. Ətraf mühit və təbiətdən istifadə barədə ümumi məsələlər
1. “Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış
XX əsrin sonlarında və XXI əsrin əvvəllərində in­san cə­miyyəti yeni sivilizasiya fəzasına qədəm qoy­muş­dur. In­san cəmiyyətinin bütün tarixi inkişaf dövründən XX əsrin orta­larına qədər hakim iqtisadi prioritetlər, ya­vaş-yavaş ye­­ni təfəkkürlərlə, yəni ekoloji təfəkkürlərlə əvəz olunma­ğa başlamışdır.

Bu yeni təfəkkürün ayrılmaz hissəsi kimi, daya­nıq­lı so­sial-iqtisadi inkişaf konsepsiyası təşəkkül tap­maq­da­dır. Bu konsepsiyanın əsasını sosial sistemlərlə ətraf mühit ara­sında daha harmonik qarşılıqlı əlaqə təşkil edən, yəni insan cəmiyyətinin gələcək tələbatlarına ca­vab ver­ən və ətraf mühitin təbii-ehtiyat potensialının key­fiy­yə­ti­nin saxlanmasını təmin edən indiki və gə­lə­cək nə­sil­lə­rin tələbatını ödəmək qabiliyyətinə malik olan iqtisadiyyat formalaşdırılmalıdır.

Beləliklə, insan cəmiyyətinin yer kürəsində gələ­cək inki­şafı ancaq ətraf mühitin dayanıqlı bərabərlik çər­­çivə­sin­də mümkündür. Təbiətdən istifadə və təbiəti mü­hafizənin səmərələş­di­ril­mə­si cəmiyyətlə təbiət ara­sın­da qarşılıqlı təsirlərin optimallaşdırılması problem­lə­ri­­nin tədqiqinin labüdlüyünü və onların həlli yollarının ax­­ta­rılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii eh­ti­yat­lar­dan istehsalat və qeyri-istehsalat məqsədləri üçün is­ti­fa­də­nin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qar­şı­­sının alın­ması və ya onun mənfi təsirlərinin aradan qal­­dırılması məq­sədilə iqtisadi üsullardan istifadənin ak­tivləşdirilməsi məsə­ləsi gündəmə gəlir.

Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı, öz daxili və x­a­ri­ci tər­kibinə görə kompleks və çoxcəhətli prob­lem­lər­lə üz­­­lə­şir. Ona görə də, bu problem mərhələlərlə həll olun­ma­lıdır.

“Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi və ic­timai ixtisas verən Universitetlərdə və onların fakültələrində ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatının ayrı-ay­­rı as­pekt­lərinin araşdırılmasının, onun qanuna­uy­ğun­luq­­larının, prin­siplərinin, amillərinin və üsullarının öy­rə­­nilməsi üçün məs­ləhət görülən tədris kursunun ma­hiy­yə­tini təşkil edir. Bu­na müvafiq olaraq “Ətraf mühitin iqtisadiyyatı” kur­suna dair mühazirələr oxun­ma­sı və təcrübi dərslər ke­çil­­məsi, habelə tələbələrin müstəqil işi bu proqrama mü­va­fiq olaraq keçirilir.

Kursun tədrisində əsas məsələlər təbii ehtiyatların iqtisadı və ya qeyri-iqtisadi qiymətləndirilməsi, təbiət­dən qey­­ri-səmərəli istifadə nəticəsində hər bir ölkə iqti­sa­diy­ya­tı­­na dəyən iqtisadi və qeyri-iqtisadi ziyanın təyin edilməsi, ətraf mühit və tə­­bii ehtiyatlardan istifadənin ən səmərəli va­ria­nt­larının se­­çilməsi və təbiəti mühafizə xərclərinin müt­ləq və nisbi sə­mərəliliyinin qiymətləndirilməsi, təbiə­ti mü­ha­fi­zə fəa­liy­­yətinin və ətraf mühitin müha­fi­zə­si­nin maddi sti­­mul­laş­­dı­rıl­masının idarə edilməsinin iq­ti­sa­di üsulla­rı­nın öy­rə­nil­mə­sidir.

Bu kurs ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatına dair bi­l­ik­lərin tələbələrə ən yeni materiallar və faktlar əsa­sın­da öy­rənilməsini aşılamaqda başlıca mənbədir. Tələ­bə­lər­də el­mi işə həvəs aşılamaq­la­da bu kursun əhəmiyyəti bö­yük­dür. Ona görə də, icmal mühazirələrdən sonra, onun öy­rə­nil­məsi baxılan məsələlərin məşğələlərdə mü­za­kirə yolu ilə də ola bilər. Bu tədbirlər tələbələrdə müs­tə­qil tədqiqat ele­mentlərini aşılamaq üçün də faydalıdır. Xalq təsərrüfatı sahə­lərinə aid praktiki dərslər gələcək mü­təxəssislərin təc­rü­bi məlumatlarını artırır və əldə edi­lən bilikləri möh­kəm­lədir.

Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əla­­qə­lərinin inkişafı mərhələsində çoxsaylı ekoloji prob­lem­­lə­rin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın ta­razlı inki­şafı, onun ekolojiləşdirilməsi və səmərəli ida­rə olun­ma­sıdır. Bununla əlaqədar son dövrdə “Ətraf mühitin iqtisadiyyatı” fənni formalaşmış və bu sa­həyə tələb art­maqdadır. Bu yeni fənnin yaradıl­ma­sın­da əsas məqsəd iqti­sadiyyatın təbiətə təsirini hərtərəfli öy­rənmək və tə­bi­ət­dən səmərəli istifadənin əsas istiqa­mət­lərini müəyyən­ləş­dir­məklə ekoloji tarazlığın saxlan­ma­sı yollarını müəyyən etmək­dən ibarətdir.

Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iq­ti­­sadiyyat elmlərinin iştirakı olmadan qeyri-müm­kü­n­dür. Bu elm sahələrinə yalnız iqtisadçılar deyil, həm də tə­­bi­ət­şü­nas­lar və təbiətdən istifadə üzrə ixtisaslaşan mü­tə­xəssislər də yiyələnirlər.

Hazırda ətraf mühit və təbiətdən istifadənin iqtisadi və ekoloji mə­­­sə­lələrinə dair müstəqil fənlər: “Ekoloji menecment”, “Eko­­loji audit”, “Ekoloji marketinq” və s. mövcuddur. Bu dərs­likdə yuxarıda adı çəkilən sahələr üzrə geniş mə­lu­­mat ve­rilməsə də, ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı və eko­loji mə­sələləri ətrafında ümumi nəzəri, meto­do­lo­ji və elmi-me­todiki məsələlər əhatə olunmuşdur.

Qeyd etməliyik ki, ətraf mühit və təbiətdən istifadənin iqtisadi və eko­­loji əsasları hüquqi əsaslara da malikdir. Hüquqi əsas­­­lar ətraf mühit məsələsində xüsusi yer tut­maq­la tə­bi­ət­dən istifadə sahəsində iqtisadi və ekoloji bilik­lə­rin geniş təh­lilinə ehtiyac yaradır.

“Ətraf mühitin iqtisadiyyatı” fənnində bir çox mə­sələlər təhlil edilir: tarazlı inkişaf konsepsiyasının ətraf mühit və tə­­bi­ət­dən istifadənin tədqiqində yeri; ekoloji-iqtisadi tə­ləb­lər və bu sahədə qanunauyğunluqlar; bazar münasi­bət­­lərinin tə­biətdən istifadədə yeri və əhəmiyyəti; təbii eh­tiyatların qiy­mətləndirilməsi; proqnozlaşdırılması və plan­laşdırıl­ma­sı; ekoloji və iqtisadi dəyərlərin qiy­mət­lən­di­rilməsi; çirk­lən­dirməyə görə ödəmələr; ma­liy­yə­ləş­dir­mə və ekoloji sa­hib­karlıq; təbiətdən istifadənin idarə edilməsi və s.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin