Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə14/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Təbii qaz yanacağı. Bu, az miqdarda ağır karbohidrogenlərdən (propan, bütan və s.) ibarət olan metan qarışığıdır (50%-90%). Adətən, təbii qaz xam neft yataqlarının üzərində olur. Onun nəqlini asanlaşdırmaq məqsədilə təbii qaz aşağı temperaturda sıxılmış təbii qaza çevrilir.

Təbii qazın üstünlüyü ondan ibarətdir ki, o, yanarkən böyük istilik ayrılır və digər yanacaqlara nisbətan havanı daha az çirkləndirir. Qaz demek olar ki, SO2 yaratmır. O, neft, kömür, benzinə nisbətdə vahid enerji miqdarına görə 6 dafa az azot dioksid (NO2 ) ayırır, praktiki olaraq bərk tullantılar əmələ gətirmir. Yüksək enerji çıxışına malik olan təbii qaz kəmərlər vasitəsilə asanlıqla daşınır, Təbii qaz mərkəzi buxar qazanlarında, sobalarda, plitələrda, su qızdırıcılarında, zibil yandırarkən, istilik nasoslarında, hava kondisionerlərində, refrejerator və quruducu qurğularda tam ve effektiv şəkildə, çox asanlıqla yanır. Onu avtobusların dizel yanacaqlarında, taksilərdə və yük maşınlarında istifadə etmek olur.

Qazdan istifadenin qüsurlu tərəfləri odur ki, onu tankerlərdə daşıyarkən sıxılmış vəziyyətə gətirmək lazımdır. Sıxılmış qazın refrejeratorlarda daşınması bahalı və təhlükəli işdir. Yüklənmə, boşalma ərazilərində böyük partlayışlar mümkündür. Digər tərəfdən, qazın sıxılması onun enerji çıxışını 25% azaldır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin