MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Cəmiyyətimizin həyatının bütün sahələrindəki dərin böhran Rusiya iqtisadiyyat elminin müasir vəziyyətinə təsir etməyə bilməzdi



Yüklə 1,26 Mb.
səhifə7/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   2   3   4   5   6   7   8   9   10   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Cəmiyyətimizin həyatının bütün sahələrindəki dərin böhran Rusiya iqtisadiyyat elminin müasir vəziyyətinə təsir etməyə bilməzdi. İqtisad elminin böhranı, ümumi böh­ranın ayrılıqda təzahürü kimi təbiidir, çünki iqtisadi nəzə­riyyə cəmiyyətin iqtisadi həyatının əksidir. İqtisadi fikrin inkişaf tarixini yada salsaq, görərik ki, keçmişdə məhz iqti­sadi böhranlar iqtisadi nəzəriyyənin inkişafına güclü təkan verib. Belə ki, A.Marşallın ekonomiks nəzəriyyəsi 1872-ci il böhranı və ondan sonrakı iyirmi illik depressiya dövrü nəti­cəsində, keynçilik - 1929-1933-cü illər böhranı və bundan sonrakı depressiya dövrü, monetarizm isə - 60-70-ci illər böhranından sonra yaranıb və geniş yayılıb.
Dünya haqqında iqtisadi nəzəriyyədə formalaşmış fikir və təsəvvürlərin iflası, müasir iqtisadi fikrin böhranı lokal hadisə (yalnız Rusiya iqtisadi nəzəriyyələrinin) deyil, XX əsrdə ümumdünya tendensiyasıdır ki, bu da yalnız Rusiya­nın deyil, Qərbin də bir sıra dühaları tərəfindən qeyd olunur. Belə ki, C.Helbreyt yazırdı: «Bazar mikro- və makrotəhlili çərçivəsində qalan ekonomiks elmlikdən çıxır və elm adlan- dırılmağa cəhd edən və mühafizəkarcasma istifadə olunan inanclar sisteminə çevrilir*. Rus alimləri N.D.Kondratyev, V.I.Vernadski, A.A.Boqdanov, Y.Y.Slutski, L.N.Qumilyov və başqalan da əsərlərində dünya haqqındakı təsəvvürlərimi­zi dəyişməyin vacibliyini önə çəkmişlər.
İqtisadi nəzəriyyənin Rusiyadakı hazırkı böhranı konkret şəkildə marksizmin böhranı formasını almışdı. Bu da təsadü­fi deyil, çünki məhz marksizm bizim hakim ideologiyamız olmuş və məhz marksizm bizim inzibati-amirlik təsərrüfat­çılıq sistemimizdə həmin iqtisadi sistemin aliliyinin təsdiqində istifadə olunmuşdu.


Mövzu 2. Mikroiqtisadiyyatda əsas kateqoriyalar və qanunlar


2.1. Mikroiqtisadiyyatda əsas anlayışlar.
2.2. İqtisadi kateqoriyalar və onların spesifikliyi
2.3. Mikroiqtisadiyyatda əsas qanunlar
2.4. İqtisadi maraqların təmin olunması

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin