MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İqtisadi nəzəriyyənin metodologiyası və onun spesifikliyi



Yüklə 1,26 Mb.
səhifə3/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   2   3   4   5   6   7   8   9   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

İqtisadi nəzəriyyənin metodologiyası və onun spesifikliyi

İqtisadi problemlərin ciddi tədqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir.


Metodologiya metodlar haqqında elmdir.
İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həyatı­nı, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O,
iqtisadi hadisələrin öyrənilməsinə ümumi yanaşmaya, ger­çəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologiyanın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və son­rakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar:

  • subyektivçi (subyektiv idealizm mövqeyindən);

  • neopoz iti vist-empirik (neopozitiv empirizm və skepti- sizm mövqeyindən);

  • rasionalist;

  • dialektik materialist.

Subyektivçi yanaşmada iqtisadi hadisələrin təhlilinin çı­xış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren “mən” mütləq müstəqildir, buna görə də hamı bərabərdir. İqtisadi təhlilin obyekti iqtisadiy­yatın subyektinin (“homoekonomiks”) davranışıdır, buna görə də nəzəri iqtisadiyyat tələbatın hədləri ilə müəyyənləşən insan fəaliyyəti haqqında elm kimi nəzərdən keçirilir. Belə yanaşmada əsas kateqoriya tələbat və faydalılıqdır. İqtisa­diyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur.
Neopozitivist-empirik yanaşma hadisələrin və onların dəyərləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Əsas yerdə tədqiqatın texniki aparatı durur və o, alətdən dərketmə (riyazi aparat, ekonometrika, kibernetika və s.) predmetinə çevrilir, tədqiqatın nəticəsi kimi isə burada əsas kateqoriya olan müxtəlif növ iqtisadi modellər çıxış edir. Belə yanaşma iqtisadiyyatı firma səviyyəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiy­yət miqyaslı iqtisadi problemləri əks etdirən makroiqtisadiy- yata bölməyi nəzərdə tutur.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin