MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İqtisadi nəzəriyyədə insan modelləri



Yüklə 1,26 Mb.
səhifə8/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   4   5   6   7   8   9   10   11   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

2.5. İqtisadi nəzəriyyədə insan modelləri
2.1. Mikroiqtisadiyyatda əsas anlayışlar.

İqtisadi nəzəriyyə bir elm kimi cəmiyyətin tə­sər­rüfat həyatında gedən prosesləri izləyib təhlil etmək və öz mü­la­hizələrini bildirmək üçün həmişə iqtisadi kateqoriya­lara, yaxud anlayışlara, terminlərə müraciət edir.


İqtisadi kateqoriyalar, iqtisadi hadisələrin və təsər­rü­fat həyatının müxtəlif proseslərinin ən mühüm tərəflərini ifadə edən nəzəri anlayışlardır. Bu anlayış və kateqo­ri­ya­lar, iqtisad elminin ayrı-ayrı cəhətlərini ümumiləşdirilmiş şəkildə ifadə edən simvollar, rəmzlər kimi iqtisadi nəzə­riy­­yənin əlifbası rolunu oynayır. İqtisadi kateqoriya və anlayışları öyrənib dərk etmədən, onların mahiyyətini və təzahür formalarını, dəyişilmə xüsusiyyətlərini və trans­for­masiya gedişini bilmədən, təsərrüfat həyatının mürək­kəb proseslərindən baş çıxarıb onları izah etmək mümkün de­yildir. Müqayisə üçün qeyd etmək olar ki, bədii ədəbiy­yatın obrazları müxtəlif insanlardısa, iqtisadi nəzəriyyə elminin “obrazları və surətləri” məhz kateqoriyalardır.
Məsələn, mülkiyyət, torpaq, bazar, əmtəə, pul, is­teh­sal, bölgü, mübadilə, istehlak, ticarət, kapital, əmək, gəlir, iş qüvvəsi, faiz, bank, renta, dəyər, qiymət, əmək haqqı, ümumi daxili məhsul, həyat səviyyəsi, kapitalist, sahibkar, istehsal xərcləri, kredit, investisiya, büdcə kə­si­ri, mənfəət, rəqabət, tələb, təklif, inhisar iqtisadi kateqoriyalardır. Bu iqtisadi anlayışlar vasitəsilə həyatda rastlaşdığımız təsər­rüfat problemləri aydınlaşdırılır.
İqtisadi nəzəriyyə fənnini öyrənmə gedişində müx­­təlif iqtisadi qanunların adı çəkilir və onların ma­hiy­yəti, təzahür formaları, habelə fəaliyyət mexanizmi təhlil edilir.
İqtisadi qanunlar - cəmiyyət həyatının iqtisadi hadisə və prosesləri arasında baş verən, daimi təkrar olunan, sa­bit, möhkəm, mahiyyəti təşkil edən ən mühüm səbəb-nəticə əlaqələrini ifadə edir. Başqa sözlə, iqtisadi qanunlar ha­disələrin və proseslərin əsl mənasını, məntiqi ardıcıl­lı­ğını, onların arasındakı zəruri daxili asılılıq əlaqələrini ifadə edir.
İqtisadi qanunlardan tələb və təklif qanununu, əmək məhsuldarlığının yüksəldilməsi qanununu, son faydalılığın azal­ması qanununu, yığım qanununu, pul tədavülü qa­nu­nu­nu, dəyər qanununu, rəqabət qanu­nu­nu, tələbatın art­ma­sı qanununu, torpağın münbit­li­yi­nin azalması qanununu gös­tərmək olar. Bu qanunlar iqtisadiyyatın və bütövlükdə təsərrüfat həyatının obyektiv inkişaf meyllərini əks etdi­rə­rək, uzun müddətli dövr ər­zin­də məntiqi ardıcıllıqla, ha­belə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.
Eyni zamanda müxtəlif tədqiqatçıların adları ilə bağ­lı olub, iqtisadi proseslərin mahiyyət əlaqələrini aydınlaş­dırmağa çalışan Sey qanununu, Qossen qanununu, En­gel qanununu, Oyken qanununu qeyd etmək lazımdır.
Təbiətdə olduğu kimi cəmiyyət həyatının da obyek­tiv qanunları vardır. Lakin təbiətin mütləq mənada insan şüurundan və iradəsindən asılı olmayan qanunlarından (planetlərin hərəkəti, okeanların qabarıb-çəkilməsi, cazibə qüvvəsi) fərqli fəaliyyət göstərən iqtisadi qanunları tən­zim­ləmək mümkündür. Bu tənzimləmə prosesi insanların şüurlu və məqsədyönlü fəaliyyəti, habelə dövlətin dü­şü­nülmüş iqtisadi siyasəti ilə həyata keçirilə bilər.
İqtisadi qanunlar cəmiyyət həyatında bir-biri ilə qar­şılıqlı əlaqə və təsir şəraitində sistem kimi fəaliyyət gös­tərirlər. Bu qanunları dərk etməyin başlıca şərti, onların fəaliyyət göstərdiyi konkret şəraiti, mühiti, ölkəni nəzərə almaqdır. İqtisadi qanunların normal fəaliyyət göstərməsi üçün müəyyən ilkin zəruri şərtlər olmalıdır. Məsələn, hər hansı bir ölkədə, yaxud istehsal sahəsində rəqabət qanu­nu­nun normalfəaliyyət göstərməsi üçün sərbəst sahibkar­lığın, mülkiyyət və investisiya hüququnun, sərbəst bazar qiymətlərinin mövcudluğu tələb olunur.
Dövlət ölkənin təsərrüfat həyatını özünün sərt və ciddi nəzarəti altında saxlaması, şübhəsiz iqtisadi qanun­ların fəaliyyət, habelə təsir dairəsini məhdudlaşdırır.
Müasir mərhələdə ölkənin təsərrüfat həyatını uğurla və səmərəli idarə etmək üçün dövlət tərəfindən tənzim­ləyici hüquqi qanunlar qəbul edilməsinə ehtiyac vardır. Bu qanunlar isə yalnız o zaman «işləyə» bilər ki, onların fəaliy­yəti üçün əlverişli şərait yaradılsın. Aydındır ki, hü­quqi qanunlarla iqtisadi qanunları eyniləşdirmək olmaz. Zaman keçdikcə və zərurət yarandıqca, hüquqi qanunları təkmilləşdirmək, yeniləşdirmək, hətta ləğv etmək müm­kün­dür. Lakin tələb və təklif, rəqabət, qiymət kimi qanun­ları ləğv etmək olmaz. Ona görə də hüquqi qanunlar, nor­mativ aktlarla obyektiv iqtisadi qanunlar arasında hökmən müəyyən bir uyarlıq, tarazlıq və ahəngdarlıq olmalıdır.
İqtisadi anlayış müəyyən iqtisadi hadisəni, prosesi ümumiləşdirmək və müəyyən terminlə ifadə etməkdir. Məs., mülkiyyət, istehsal, bölgü, əmtəə, pul, bazar, qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar mövcuddur. «İqtisadi kateqoriya», «iqtisadi qanun», «iqtisadi prinsip» və sairə kimi işlədilən terminlər, adlar da iqtisadi anlayışlardır. Bədii ədəbiyyatın obrazları insanlardır, iqtisad elminin «obrazları» isə iqtisadi anlayış və kateqoriyalardır.
İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı-ayrı cəhətlərinin, tərəflərinin ümumiləşdirilmiş nəzəri ifadələridir. Məsələn, əmtəə, mübadilə, pul, qiymət, əmək haqqı kimi kateqoriyaların hər birində insan münasibətlərinin müəyyən tərəfləri, mahiyyəti ifadə olunur. Bu kateqoriyalar insanların şüurlu, məqsədli iqtisadi fəa-liyyətlərinin reallaşması üçün vasitədir. Əslində də bu iqtisadi alətlər və vasitələr insanların müxtəlif iqtisadi fəaliyyətlərinin ifadəsidir.
İqtisadi kateqoriyaları, anlayışları öyrənmədən iqtisadiyyatın ən mürəkkəb və dərin mahiyyətini ifadə edən iqtisadi qanunları da başa düşmək olmaz.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin