MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Bazar baxışların təkamülü. Bazar iqtisadiyyatı



Yüklə 1,26 Mb.
səhifə16/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   12   13   14   15   16   17   18   19   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

3.3 Bazar baxışların təkamülü. Bazar iqtisadiyyatı.
Bazarın yaranma şərtləri
Birinci şərt - ictimai əmək bölgüsü və ixtisaslaşmadır.
İctimai əmək bölgüsü- əmək fəaliyyətinin müxtəlif növlərinin həyata keçirilməsi və ictimai formada diferen- siallaşması ilə baş verən müxtəlif fəaliyyət növlərinin ayrılmasının, möhkəmlənməsinin, dəyişməsinin tarixi pro­sesidir.
İqtisadi inkişafın əsasında əməyin təbii bölgüsü - funksi­yaların insanlar arasında onların cins-yaş, fiziki, fizioloji və başqa xüsusiyyətlərinə əsaslanan bölgüsü durur. Sonrakı iqti­sadi inkişaf ictimai əmək bölgüsünü doğurdu. Dörd ictimai əmək bölgüsü məlumdur: əkinçiliyin maldarlıqdan ayrılması; sənətkarlığın kənd təsərrüfatından ayrılması; vasitəçi-tacirin meydana gəlməsi, ticarət kapitalının istehsaldan ayrılması; elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin (ETTKl) ayrıl­ması. Belə bölgüdən başqa peşə, firmalararası və zavoddaxi- li, sahələrarası, bölgələrarası və beynəlxalq əmək bölgüsü də fərqləndirilir. Əməyin qovşaqlar üzrə və hissələr üzrə də, yəni hazır məhsulun deyil, onun bir hissəsinin hazırlanması üzrə bölgüsü də mövcuddur.
Əmək bölgüsü gedişində işçilər, müəssisələr və onların bölmələri, sahələr, bölgələr, ölkələr məhdud sayda məhsul istehsalına yönümlənirlər.
İstehsalçıların əmək bölgüsü əsasında ayrı-ayrı məhsullar və onların hissələrinin hazırlanmasına yönümlənməsi ixtisaslaşma adlanır.
İxtisaslaşma istehsalçıya xeyli üstünlüklər verir. Bu, nis­bi üstünlük prinsipi ilə, yəni məhsulu nisbətən az itirilmiş imkan xərcləri ilə istehsal etməklə izah olunur. Məsələn, iki istehsalçı ayaqqabı və paltar istehsal edə bilərlər. Birincisi həftə ərzində iki cüt ayaqqabı və dörd köynək istehsal edə bilir. İkincisi üç cüt ayaqqabı və doqquz köynək istehsal edir. Bir cüt ayaqqabının alternativ qiyməti birinci istehsal­çıda iki köynəyə, ikincidə isə üç köynəyə bərabərdir. Ayaq­qabı istehsalında nisbi aşağı alternativ qiymət (itirilmiş imkan xərcləri) birinci istehsalçıdadır. Deməli, o, ayaqqabı istehsalı üzrə, ikincisi isə köynək istehsalı üzrə ixtisaslaşma­lıdır.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin