MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə17/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   13   14   15   16   17   18   19   20   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

İkinci şərt - istehsalçıların iqtisadi cəhətdən təcrid ol­ması, təsərrüfatçı qərarların qəbul edilməsində (nə istehsal etməli, necə istehsal etməli, istehsal olunmuş məhsulu kimə satmalı) tam müstəqilliyi, muxtariyyatlığı. Bu ayrılma tari­xən xüsusi mülkiyyət zəminində yaranır, sonra kollektiv mülkiyyətə (kooperativlər, səhmdarlar cəmiyyəti, dövlət müəssisələri və s.) şamil olur. Cəmiyyətdə təsərrüfat fəaliy­yəti subyektləri mülkiyyət hüququna malik deyillərsə, bazar mövcud ola bilməz. D.Xayman yazırdı ki, bazarlar yalnız üzərində mülkiyyət hüququ asanlıqla müəyyənləşdirilə, özü satıla və ötürülə bilən məhsullar üçün mövcud ola bilər1.
Bu iki şərt bazar iqtisadiyyatının dərin ziddiyyətlərini ifadə edir ki, bu da bir tərəfdən ictima əmək bölgüsünə görə istehsalçıların hamısının ümumi qarşılıqlı əlaqədə olmasının obyektiv zərurətində, digər tərəfdən isə istehsalçıların ümu­mi təcrid olunmasında (məhdudlaşmasında) təzahür edir. Məhz sonuncusu əmtəə münasibətlərinin, bazar münasibətlə­rinin mövcudluğunu müəyyən edir.
Üçüncü şərt - transaksion xərclər - mülkiyyət hüququ­nun verilməsi ilə bağlı mübadilə sahəsində xərclər problemi­nin həllidir. Bura subyektin seçdiyi təsərrüfat fəaliyyəti üçün icazə (lisenziya) alınması, informasiya axtarışı, danı­şıqlar aparılması, əmtəənin keyfiyyətinin dəyişdirilməsi ilə bağlı xərclər, reketlərə (əgər söhbət Rusiyadan gedirsə) pay çıxılması və s. daxildir. Əgər xərclər gözlənilən gəlirdən ar­tıqdırsa, belə əmtəələrin bazarı yaranmayacaqdır.
Transaksion xərclər məfhumu iqtisadi nəzəriyyəyə R.Kouz tərəfindən «Firmanın təbiəti* (1937) məqaləsində daxil edil­mişdi. O sübut etmişdir ki, transaksion xərclərin xüsusi çə­kisi mülkiyyət hüququ zəif müəyyənləşdirilmiş (spesifik xüsusiyyətləri müəyyən edilmiş) cəmiyyətlərdə daha yüksək­dir. Bu keçid iqtisadiyyatlı ölkələr üçün səciyyəvidir. Həmin xərclərin azaldılması hüquqi normaların təkmilləşdirilməsi, etik əsasın möhkəmləndirilməsi, düzlük, məsuliyyət, yumşaq bazar infrastrukturunun yaradılması yolu ilə mümkündür.
Bazarın səmərəli fəaliyyəti üçün dördüncü şərt də zəruri­dir: istehsalçının müstəqilliyi, azad sahibkarlıq, resursların azad mübadiləsi. İstehsalçı nə qədər az məhdudlaşdırılırsa, bazar bir o qədər inkişaf etmiş olur. Sərbəst mübadilə sərbəst qiymətlərin formalaşmasına imkan yaradır ki, bu da isteh­salçılara fəaliyyətlərinin daha səmərəli yönümünü müəy­yənləşdirməyə imkan verir.
İctimai əmək bölgüsü dərinləşdikcə və əmtəə istehsalı inkişaf etdikcə «bazar» anlayışı daha mürəkkəb məna kəsb edir, bu da öz əksini dünya iqtisadi ədəbiyyatında tapır. Mə­sələn, fransız iqtisadçı-riyaziyyatçısı A.O.Kurno hesab edir ki, «bazar» məfhumu altında hər hansı bazar meydanı deyil, satıcılar və alıcılar arasında münasibətlərin azad olduğu, qiymətlərin asanlıqla və tez tənzimləndiyi hər hansı bir ra­yon bütövlükdə başa düşülməlidir. Bazarın belə təyinində onun məkan xarakteristikası qalır, lakin o tam olmur, yeni cizgilər əlavə edilir.
«Siyasi iqtisad» dərsliyində (M.: Politizdat, 1988. s.511) de­yilir ki, bazar əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşkil edilmiş mübadilədir. «İqtisadiyyat* (M.: 1994. s.15) dərsliyinin müəllifləri də həmin fikirdədirlər. V.İ.Dal və S.l.Ojeqovun izahlı lüğətlərində bazarın pərakəndəsatış yeri və əmtəə mübadiləsi məkanı olduğu göstərilir. Burada müt­ləq qeyd olunmalıdır ki, bazar yalnız əmtəə mübadiləsi mə­kanı deyil, həm də tədavül məkanıdır ki, bura pul, o cümlədən müasir qiymətli kağızlar bazarı da daxildir.
Bazar münasibətlərinin subyektləri cəhətdən nəzərdən keçirildikdə bazarın yeni tərifləri yaranır: bazar alıcıların məcmusudur (F.Kotler. Marketinqin əsasları) və ya sıx iş əlaqələrinə girən və istənilən əmtəəyə dair iri müqavilələr bağlayan istənilən insan qruplarının məcmusudur (A.Mar- şall. «İqtisadi nəzəriyyənin prinsipləri»).
Amma bu bazarın yalnız bir cəhətidir. Belə təriflər tam deyil, çünki bazar münasibətləri subyektlərinin bütün məcmu­sunu əhatə etmir (istehsalçıları, istehlakçıları və vasitəçiləri), tədavül dairəsində istehsal, bölgü və istehlak münasibətlərini əhatə etmir.
«lş qüvvəsi» əmtəəsinin meydana gəlməsi ilə bazar ümu­mi xarakter alır, o get-gedə istehsala daha çox nüfuz edir: yalnız istehsal vasitələrinin deyil, həm də iq qüvvəsinin alın­ması da istehsalın şərti olur.
Təkrar istehsal səciyyələri xüsusi əhəmiyyət daşıyır. «Ba- zar» anlayışı məcmu ictimai məhsulun, təkrar istehsalın bir hissəsi olmasına qədər genişlənir, həmin məhsulun əsas tərkib hissələrinin hərəkəti reallaşma formasını ifadə edir. Nəticədə bazarın «ictimai məhsulun əmtəə-pul formasında tədavülünün həyata keçirilməsinə kömək edən iqtisadi mü­nasibətlərin cəmi*4 və ya «maddi nemətlərin istehsalı və istehlakı üzrə həmin istehsal üsuluna xas olan iqtisadi mü­nasibətlərin təzahür etdiyi ümumi ictimai məhsulun bir his­səsinin realizə edilməsi sahəsi* (A.V.Orlov, F.A.Krutikov) kimi tərifləri yaranır. Bazarın tədavül sahəsi kimi və konkret iqtisadi münasi­bətlərin cəmi kimi təyin edilmələri bir-birindən əsaslı fərq­lidirlər: birinci halda əsas diqqət bazar münasibətləri obyektinə - əmtəə-maddi dəyərlərin və pul vasitələrinin ol­masına yönəldilir; ikinci halda «bazar» kateqoriyasının ma­hiyyətini ifadə edən münasibətlərə.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin