MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə4/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   2   3   4   5   6   7   8   9   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Rasionalist yanaşma sivilizasiyanın “təbii” və ya rasio­nalist qanunlarını tapmağı qarşısına məqsəd qoyur. Bu, iqtisadi sistemi bütövlükdə, həmin sistemi tənzimləyən iqti­sadi qanunları tədqiq etməyi, cəmiyyətin iqtisadi “anato­miyasını öyrənməyi tələb edir. Kenenin iqtisadi cədvəlləri belə yanaşmanın zirvəsidir. İnsanın iqtisadi fəaliyyətinin məqsədi mənfəət götürməyə can atmaq, iqtisadi nəzəriyyənin məqsədi isə insanın davranışını deyil, ictimai məhsulun istehsalını, bölgüsünü tənzimləyən qanınları, bunun necə baş verməsini öyrənməkdir (D.Rikardo). Belə yanaşma cəmiyyəti bərabərhüquqlu subyektlərin məcmusu kimi təsəvvür edən subyektivçilərdən fərqli olaraq cəmiyyəti siniflərə bölündü­yünü etiraf etməyə imkan verirdi. Belə yanaşmada əsas diq­qət dəyərə, qiymətə, iqtisadi qanunlara verilirdi.
Dialektik-materialist yanaşma elmi problemlərin empirik pozitivizm (təcrübə) əsasında deyil, hadisələrin gerçəklikdə mövcud olan və onların inkişafında olan daxili əlaqələrini səciyyələndirən obyektiv təhlil əsasında yeganə düzgün həlli hesab olunurdu. İqtisadi problemlər və hadisələr daima ya­ranır, inkişaf edir və məhv olurlar, yəni daim hərəkətdədir­lər, dialektika da bundadır.
Metodologiyanı elmdə tədqiqatın alətləri, üsulları məc­musu və onların iqtisadi kateqoriyalar və qanunlarda əksi olan metodlarla qarışdırmaq olmaz.
İqtisadi nəzəriyyə elmi dərketmə metodlarından geniş istifadə edir. Təsərrüfatçılıq hadisələrinin öyrənilməsində belə metodlardan biri elmi abstraksiya (latınca “abstractio” - uzaqlaşma, yayınma) metodudur. Tədqiqatçı hadisələrin ikinci dərəcəli tərəflərini diqqətdən kənarda qoyur ki, on­larda əsas olan və daim təkrarlanan məqamları müəyyənləş­dirsin. Ümumiyyətlə istehsal, tələbat, bölgü, mübadilə və s. kimi ümumi anlayışlar belə yaranır.
Elmi abstraksiya metodu ən mühüm olsa da, iqtisadi nə­zəriyyədə istifadə olunan yeganə elmi dərketmə metodu de­yil. Burada təhlil və sintezdən, induksiya və deduksiyadan, tarixi və məntiqi metodlardan, iqtisadi-riyazi modelləşdir­mədən, iqtisadi təcrübədən və s. fəal istifadə olunur.
Təhlil öyrənilən hadisənin xəyalən tərkib hissələrinə bölünüb həmin hissələrin hər birinin ayrı-ayrılıqda tədqiq edilməsidir; sintez yolu ilə iqtisadi nəzəriyyə vahid bitkin mənzərəni əks etdirir.
İnduksiya və deduksiya da geniş yayılıb. İnduksiya (yö­nəltmə, tuşlama) vasitəsilə tək-tək amillərin öyrənilməsin­dən ümumi müddəalara və nəticələrə keçid təmin edilir. Deduksiya (çıxartma) ümumi nəticələrdən nisbətən tək hal­lara keçidi mümkün edir. Təhlil və sintez, induksiya və de­duksiya iqtisadi nəzəriyyədə vəhdətdə tətbiq olunurlar.
İqtisadi hadisələrin tədqiqində tarixi və məntiqi metod­ların mühüm yeri vardır. Onlar ziddiyyətə girmir, vəhdətdə tətbiq olunur, çünki tarixi tədqiqatın çıxış nöqtəsi bütöv­lükdə məntiqi tədqiqatın çıxış nöqtəsi ilə üst-üstə düşür. Amma iqtisadi hadisə və proseslərin məntiqi (nəzəri) təhlili tarixi prosesin güzgüdə olduğu kimi tam əksi deyil. Bu və ya digər ölkənin konkret şəraitlərində hökmran təsərrüfatçılıq sistemi üçün vacib olmayan iqtisadi hadisələr meydana gələ bilər. Onlar faktiki (tarixi) olaraq mövcud olsalar da, nəzəri təhlil zamanı onları nəzərə almamaq da olar. Biz onlardan ayrıla, uzaqlaşa bilirik. Tarixçi isə bu kimi hadisələri diqqət­dən kənarda qoya bilməz. O, onları təsvir etməlidir.
Tarixi metoddan istifadə edən iqtisadi nəzəriyyə təsər­rüfatçılıq prosesləri və hadisələri onların həyatın özündə yaranıb inkişaf etdiyi, bir-birini əvəzlədiyi ardıcıllıqla tədqiq edir. Belə yanaşma müxtəlif iqtisadi sistemlərin xüsusiy­yətlərini konkret və bariz göstərməyə imkan verir. Lakin onun bir qüsuru var: təsviri materialın və ayrı-ayrı tarixi təfərrüatların çoxluğu təsərrüfatın ciddi nəzəri öyrənilməsi­ni çətinləşdirə bilir. İqtisadi model — iqtisadi hadisə və proseslərin tədqiqa­tın obyektiv xüsusiyyətləri və subyektiv məqsədli xarakte­ri ilə şərtlənən quruluşunun formal təsviridir.
Modellərin qurulması ilə bağlı iqtisadi nəzəriyyədə funksional təhlilin rolu xüsusi qeyd olunmalıdır.
Funksiyalar - başqa dəyişən kəmiyyətlərdən asılı olan dəyişən kəmiyyətlərdir.
Funksiyalara gündəlik həyatımızda rast olunur və biz bu­nu çox vaxt dərk etmirik. Onlar texnikada, fizikada, həndə­sədə, kimyada, iqtisadiyyatda və s. rast gəlinir, iqtisadiyyatda buna misal olaraq qiymət və tələb arasındakı funksional əlaqəni göstərmək olar. Tələb qiymətdən asılıdır. Əmtəənin qiyməti yüksələrsə, başqa göstəricilər eyni qalmaqla ona olan tələb aşağı düşür. Bu zaman qiymət sərbəst dəyişən və ya arqument, tələb isə asılı dəyişən və ya funksiya olur. Belə­liklə, qısaca demək olar ki, tələb qiymətin funksiyasıdır. La­kin tələblə qiymətin yeri dəyişə bilir. Tələb nə qədər yüksək olsa, qiymət başqa göstəricilər eyni qalmaqla yüksək olar. Deməli, qiymət tələbin funksiyası ola bilər.
İqtisadi-riyazi modelləşdirmə iqtisadi nəzəriyyənin mode­li kimi XX əsrdə geniş yayılmışdı. Lakin iqtisadi modellərin qurulmasmdakı subyektivlik elementləri hərdən səhvlərlə nəticələnir. Nobel mükafatı laureatı M.Alle 1989-cu ildə ya­zırdı ki, iqtisadi elm qırx il ərzində səhv - riyazi formaliz- min üstünlük təşkil etdiyi tamamilə süni və hə-yatdan təcrid olunmuş istiqamətdə inkişaf edib, bu isə əslində geriyə böyük addımdır.
Xarici ölkələrdə tədrisə aid olan iqtisadi ədəbiyyatlarda « nəzəriyyə*, « model*, « prinsiplər* və <*qanunlar* məfhum­ları çox vaxt sinonim kimi istifadə olunur (K.Makkonelli və
S.Bryu).
İqtisadi nəzəriyyə modellərinin, prinsiplərinin çoxunu qrafiklər və riyazi tənliklər şəklində ifadə etmək mümkün­dür, buna görə də iqtisadi nəzəriyyəni öyrənəndə riyaziyyatı bilmək, qrafik qurmağı və oxumağı bacarmaq lazımdır.







    1. Yüklə 1,26 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin