Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə43/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Diaqnostikanın növləri və üsulları.

Diaqnostikanin növləri


Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin təyin edilməsi üçün diaqnostikanın müxtəlif növlərindən istifadə edilir. Diaqnostikanm növləri onun təyinatmdan, aparılma rejimindən və periodikliyindən, iş həcmindən, TQ və CT-in texnoloji prosesində tutduğu mövqedən, avadanlıqdan və s. əlamətlərdən asıh olaraq təsnif edilir. Şəkil -də diaqnostikanın növləri göstərilmişdir. Diaqnostikamn növləri əsasən aşağıdakı əlamətlərə görə müəyyən edilir:




Şəkil… Diaqnostikanın növləri


  1. Məsələnin qoyuluşuna görə - ümumi (D-1) və xüsusi (elementlər üzrə - D-2) diaqnostika. Ümumi diaqnostika TQ -1-in periodikliyi ilə hərəkət tərkibinin bütövlükdə texniki vəziyyətini (onun saz və yaxud nasaz olmasını) müəyyən etmək üçün yerinə yetirilir. Nəqliyyat vasitəsi yüksək təhlükəli istismar şəraitində işlədikdə (böyük şəhərlərdə, dağlıq yerlərdə,daim sərnişin daşınmasmda və s.) ümumi diaqnostikanın aparılma periodikliyi 3-4 dəfə qısa götürülür və tələbata görə nizamlaına işləri yerinə yetirilir. Diaqnostikanın bu variantına ekspress-diaqnostika deyilir ki, burada tormoz sisteminin, sükan idarəsinin, şinlərin, işıq-səs siqnallarının və cihazlarının texniki vəziyyəti təyin edilir, işlənmiş qazlarun tərkibi analiz ohunur. Ekspressdiaqnostika, adətən, avtomobil xəttə çıxmazdan qabaq texrıiki nəzarət postunda yerinə yetirilir. Elementlər üzrə diaqnostika zamanı diaqnostika obyektinin gizli nasazlıqları təyin edilir. Bu diaqnostikada məqsəd konkret olaraq hərəkət tərkibinin nasaz aqreqat yaxud mexanizmini müəyyən etmək və nasazlıqların yaranma səbəblərini aydınlaşdırmaqdır. Xüsusi diaqnostika (buna bəzən dərin diaqnostika da deyilir) TQ-2-nin periodikliyi ilə ondan 1-2 gün qabaq aparılır. D-2-də nizamlama və təmir işlərinin həcmi müəyyənləşdirilir, nəqliyyatın TQ-2 və CT zonalarından hansına keçəcəyi təyin edilir. Əgər hərəkət tərkibinin təmir işləri varsa və böyük həcmə malikdirsə, onda hərəkət tərkibi əvvəlcə CT zonasına göndərilir. Xüsusi diaqnostikanın nəticələrinə görə obyektin imtinasız işləmə resursu proqnoz edilir və onun növbəti D-2-yə qədər işləmə qabiliyyətinin saxlanması üçün görüləcək işlərin həcmi təyin edilir.

  2. Aparılma üsuluna görə - stasionar və səyyar diaqnostika.

Stasionar diaqnostikada nəqliyyat vasitəsinin (aqreqatın, mexanizmin və s.) işi laboratoriya şəraitində xüsusi stendlər vasitəsilə imitasiya edilir. Səyyar diaqnostika isə (hərəkət vaxtı aparılır) müxtəlif yerlərdə istifadə edilə bilən diaqnostik cihazlar işbdıilir. Bu diaqnostika növlərinin hər ikisinin aparılmasında nıəqsəd mühərriki tələb olunan gücü yarada bilməyən və yanacaq sərfı normadan çox olan nəqliyyat vasitələrini aşkara çıxarmaqdır.

  1. Təyinatına görə - ixtisaslaşdırılmış (sərbəst postlarda) və TQ, CT-lə birləşdirilmiş diaqnostika. Sərbəst postlarda təşkil edilmiş diaqnostika bir sıra yoxlama sınaqlarının və diaqnostika əməliyyatlarının yerinə yetirilməsi üçündür. Bu diaqnostikanm əsas məqsədi əvvəlcədən nəzərdə tutulmuş kompleks diaqnostika işlərini TQ-1, TQ-2 və CT-dən qabaq yerinə yetirməklə nəqliyyatın profilaktik və təmir xarakterli texniki təsirlərə olan tələbatını və görüləcək iş həcmini təyin etməkdir. İxtisaslaşdırılmış diaqnostikadan TQ və CT işlərinin yerinə yetirilmə keyfiyyətini yoxlamaq üçün də nəzarət diaqnostikası kimi istifadə edilir. TQ və CT-lə birləşdirilmiş diaqnostikada əməliyyatlar texniki qulluq və təmir zonalarında yerləşdirilmiş postlarda görülür.

  2. TQ və CT-in texnoloji prosesində avadanlığm tutduğu yerinə görə - diaqnostika postlarındaTQ və CT zonalarında yerləşdirilmiş diaqnostik avadanlıqlarla yerinə yetirilən diaqnostika.

Diaqnostika işlərinin yüksək keyfiyyətlə görülməsi baxımından birinci, əməliyyatların operativ yerinə yetirilməsi nöqteyi-nəzərindən isə ikinci növ diaqnostikanın istifadə edilməsi daha məqsədəuyğundur.

  1. Aparılma rejiminə görə - planlı surətdətələbata görə yerinə yetirilən diaqnostika.

Planlı surətdə görülən diaqnostika ixtisaslaşdırılmış diaqnostika olub adətən TQ-1, TQ-2 və CT-dən qabaq (texniki qulluqlar üçün onların periodikliyinə müvafiq olaraq) yerinə yetirilir. Burada qabaqcadan nəzərdə tutulmuş kompleks diaqnostika işləri görülür. Tələbata görə diaqnostika isə obyektin texniki vəziyyətində qeyri-müəyyənlik müşahidə olunduqda onun aşkar edilib aradan qaldırılması üçün profılaktik və təmir xarakterli işləri yerinə yetirərkən aparılır.

  1. Nəhayət, diaqnostika növlərindən biri də nəzarət diaqnostikasıdır ki, bunun də məqsədi TQ və CT-də görülən işlərin keyfiyyətini yoxlamaqdır.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin