Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə51/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Birləşmələrin kipliyinə görə; 2) Həndəsi ölçülərinə (araboşluqlara, yerdəyişmələrə, lüftlərə) görə; 3) elektrik və elektron avadanlığının parametrlərinə (gərginlik, cərəyan şiddəti, ossilloskop vasitəsilə alınan ossilloqram və s.) görə; 4) mühərrikin işlənmiş qazlarının kimyəvi tərkibi və müxtəlif zəhərli komponentlərin konsentrasiyasına görə; 5) mühərrikin, ötürmələr qutusunun,baş ötürücünün karter yağında yeyilmə məhsullarının yığılma dinamikasına görə.

Diaqnostika metodları diaqnostik parametrlərin fiziki mahiyyətinə görə aşağıdakı kimi də qruplaşdırılaraq təsnif edilə bilər:


  1. Avtomobillərin istismar xüsusiyyətləri (dinamiklik, yanacaq qənaətliliyi, hərəkət təhlükəsizliyi, ətraf mühitə təsir və s.) parametrlərinin ölçülməsi;

  2. Avtomobilin işləməsini müşayiət edən proseslərin (qızma, vibrasiya, səs-kqy və s.) parametrlərinin ölçülməsi;

  3. Avtomobilin mexanizmlərinin texniki vəziyyətini bilavasitə xarakterizə edən həndəsi kəmiyyətlər.

Adətən, diaqnostika zamanı «ümumidən xüsusiyə doğru» prinsipi tətbiq olunur: belə ki, birinci qrup metodlar əsasən ümumi diaqnostikada, ikinci və üçüncü qrup metodlar isə lokal diaqnostikada istifadə olunur. Bu metodların mahiyyəti bu və ya digər formada yuxarıda açıqlanmışdır.

Diaqnostika metodlarının müxtəlifliyi və fiziki mahiyyətlərinin fərqlənməsi hər bir konkret hal üçün daha məqsədəuyğun metodu seçməyi tələb edir. Məsələn, kardan valının vurması mexaniki üsulla və ya stroboskopik metodla, idarə olunan qabaq təkərlərin qurulma bucaqları mexaniki tərtibatla və ya optik stenddə təyin edilə bilər. Metodun seçilməsinə təsir edən əsas amillər aşağıdakılardır: metodun informativliyi və dəqiqliyi; metodun universallıq dərəcəsi; bu metodda işlərin məhsuldarlığı; təşkilati-iqtisadi amillər.



Təşkilati-iqtisadi amillər ANM-də diaqnostikanın təşkilindən - axın xətti, universal və ya ixtisaslaşdırılmış postların olmasından, həmçinin hərəkət tərkibinin tipindən, avadanlığın qiymətindən, müvafiq kadrların olmasından asılıdır.
Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin