Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə40/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

xüsusidiaqnostik simptomplar( parametrlər)- digər parametrlərdən asılı olmayaraq qovşaq və ya mexanizmin konkret nasazlığını göstərir;

  • ümumi, inteqral diaqnostik simptomplar( parametrlər)- diaqnostika obyektinin texniki vəziyyətini bütövlükdə xarakterizə edir. İnteqral simptomplar konkret nasazlığı göstərmir;

  • qarşılıqlı asılı (simptomo-komplekslər) diaqnostik simptomplar( parametrlər) – yalnız eyni zamanda aşkar edilmiş və ölçülmüş bir neçə parametrin məcmuusuna(yekununa) görə nasazlığı xarakterizə edir.

    Diaqnostik parametrinin həddi qiyməti - elmi-tədqiqat işlərinin və istismar məlumatlarınin əsasında üç əsas meyara görə təyin olunmalıdır:

    • texniki meyar- qovşaq və ya qovuşmanın həddi vəziyyətinin çatmasını nəzərə alır:pərçim olmaq, dağılma (sınma), siyrilmə,cızılma,qopma və s.;

    • effektivlik meyarı (texniki-iqtisadi meyar) – avtomobilin (obyektin) buraxılabilən həddən aşağı vəziyyətdə istismar etdikdə onun istifadə effektivliyinin (səmərəliliyinin) azalmasını nəzərə alır.(məsələn, gücün azalması, yanacaq və yağ sərfinin artması, cari təmir və ehtiyat hissələrinə xərclərin normalar müqabilində artması;

    • funksional meyar – avtomobilun idarə olunma rahatlığının pisləşməsini, hərəkət təhlükəsizliyinin azalmasını nəzərə alır.

    İstismar zamanı detallann forma və ölçübri dəyişdiyi üçün onlann struktur parametrlərinə müvafıq olaraq diaqnostik parametrləri də dəyişir. Buna görə struktur və diaqnostik parametrlər arasındakı əlaqə statistik xarakter daşıyır, yəni diaqnostik parametrər də struktur parametrlər kimi təsadüfi kəmiyyətlərdir.

    Nəqliyyat prosesində diaqnostik parametrlər avtomobilin yürüşündən asılı olaraq artır (titrəmələr, yanacaq sərfı, araboşluq və s.) və ya azalırlar (yağm təzyiqi, mühərrikin gücü və s).

    Bebliklə, aydın görünür ki, hər hansı sistemin və ya mexanizmin struktur parametrləri ilə diaqnostik parametrləri arasında sıx əlaqə var. Daha doğrusu, diaqnostik parametrlər struktur parametrlərin dolayı yolla və müəyyən miqyasla, özü də mexanizmi sökmədən təyin edilmiş qiymətləridir. Struktur parametrlərin təyini isə mexanizmin tam və ya natamam sökülməsi ilə əlaqədardır. Struktur və diaqnostik parametrlər arasmdakı müəyyən əlaqə obyektin sazlıq dərəcəsinin və işləmə, qabiliyyətinin qiymətləndirilməsinə imkan verir. Sistemin texniki vəziyyətinin düzgün qiymətləndirilməsi və diaqnostikanın qənaətliliyi baxımından diaqnostik parametrlərin yararlıq dərəcəsi aşağıdakı tələblərlə müəyyənləşdirilir: həssaslıq; birmənalılıq; stabillik; informativlik.


    1. Diaqnostik parametr həssas olmalıdır - yəni, struktur parametrin hər hansı dudəyişməsinə diaqnostik parametrindPdəyişməsi müvafiq olmalıdır. Başqa sözlə desək, struktur parametrin elementar dəyişməsinə uyğun olaraq diaqnostik parametr də dəyişməlidir. Diaqnostik parametrin həssaslığı ədədi qiymətcə elementin bütün işləmə müddətində nominal ölçüsündən başlayaraq nasazlıq baş vermə anına qədər özünün nisbi dəyişməsi ilə təyin edilir.



    1. Diaqnostik parametr birmənalı olmalıdır - bu o deməkdir ki diaqnostik parametr bir tərəfə dəyişməlidir, yəni, özünün nominal qiymətindən ya azalmağa, ya da artmağa doğru dəyişməlidir.

    2. Diaqnostik parametr stabil olmalıdır, dəyişməsi sabit olmalıdır - yəni, elementln struktur parametrləri geniş hədlərdə dəyişirsə, diaqnostik parametrlər də həmin hədlər daxilində dəyişməlidir.

    Diaqnostik parametrinstabilliyi müvafiq struktur parametrin eyni bir qiymətinə malik obyektlərdə dəfələrlə ölçüldükdə onun qiymətlərinin variasiyası ilə təyin olunur. Stabilliyi orta kvadratik meyllənmə ilə qiymətləndirirlər:

    n 2

    1. Diaqnostik parametr informativ, dolğun olmalıdır. İnformativlik - parametrin qiymətlərinin ölçülməsi nəticəsində qoyulan diaqnozun düzgün olma ehtimalını xarakterizə edir. Mürəkkəb mexanizmlərin diaqnostikasında parametrin bu xüsusiyyəti böyük üstünlüyə malikdir. Belə ki, bu mexanizınlər tez-tez texniki vəziyyətlərini dəyişirlər. Bu halda o parametr dolğun hesab edilir ki, özünün buraxıla bilən maksimum qiymətini ehtimal oluna bilən bir nasazlığın təsirindən alır. Müxtəlif nasazlıqlarm yaranması ilə müəyyən edilən diaqnostik parametr az məlumatlı parametr kimi qiymətləndirilir.

    Diaqnostik parametrlərin yuxarıdakı tələbləri ödəməsi diaqnostika edilən mexanizınin yük, sürət və istilik rejıimlərində işləməsindən asıh olaraq dəyişır.

    Texniki diaqnostikanm məqsədi müşahidə altında olan sistem haqqmda müxtəlif üsullar və avadanlıqlar vasitəsilə müəyyən məlumatlar əldə etməkdir. Bu baxımdan ANM-də diaqnostikanm əsas funksiyası texniki cəhətdən nasaz olan avtomobilləri müəyyənləşdirməkdən, TQ və CT-dən qabaq nasazlıqların və imtinalarm baş vermə səbəblərini təyin etməkdən, profilaktik və təmir xarakterli texniki təsirlərin aparılma keyfiyyətinə nəzarət etməkdən, avtomobilin və onun elementlərinin imtinasız işləmə resursunu proqnoz etməkdən ibarətdir.

    Buna görə də avtomobilin texniki vəziyyətini təyin etmək üçün diaqnostik parametrlərin avtomobildən kənarda ( xarici) və ya avtomobildə quraşdırılmış diaqnostika vasitələrin kömyi ilə ölçülmüş cari qiymətlərini normativ qiymətlərlə tutuşdurmaq lazımdır.

    DİAQNOSTİK NORMATİVLƏR

    Diaqnostik normativləravtomobilin texniki vəziyyətini kəmiyyətcə qiymətləndirmək üçün zəruridir. Normativ - proses həyata keçirildikdə prosesin qərarların qəbul edilməsi üçün lazım olankəmiyyət və keyfiyətreqlamentidir. Normativlər Dövlət və sahə standartları,rəhbər texniki sənədlərlə müəyyənləşdirilir.Struktur və diaqnostik parametrlərin nomenklaturası və onların normativ qiymətləri konstruktiv, texnoloji və istismar amilləri nəzərə alınmaqla müəyyən olunur.

    Avtomobil, aqreqat və ya qovşağın texniki vəziyyətinin diaqnostik parametrlərinin aşağıdakı normativ qiymətləri müəyyən edilir:



    • normativin nominal və ya başlanğıc qiyməti( Pb );

    • normativin həddi qiyməti ( Ph ) ;

    • normativin buraxılabilən qiyməti ( Pb.b. ).

    Normativin nominal və ya başlanğıc qiyməti təzə, texniki saz obyektlərin diaqnostik parametrinin qiymətinə uyğundur.İstismar zamanıbaşlanğıc qiymət Pb parametrin ölçülmüş qiymətinin nizamlama və bərpa əməliyyatları vasitəsilə çatdırılmalı olduğu kəmiyyət kimi istifadə olunur. Başlanğıc diaqnostik normativ texniki sənədlərdə verilir.

    Normativin həddi qiyməti ( Ph ) obyektin elə texniki vəziyyətinə uyğundur ki, bu halda onun sonrakı istismarı mümkün deyildir və ya texniki-iqtisadi mülahizələrə görə məqsədəuyğun sayılmır.Diaqnostik parametrin həddi normativ qiyməti - elmi-tədqiqat işlərinin və istismar məlumatlarınin əsasında üç əsas meyara görə təyin olunmalıdır:

    • texniki meyar- qovşaq və ya qovuşmanın həddi vəziyyətinin çatmasını nəzərə alır:pərçim olmaq, dağılma (sınma), siyrilmə,cızılma,qopma və s.;

    • effektivlik meyarı (texniki-iqtisadi meyar) – avtomobilin (obyektin) buraxılabilən həddən aşağı vəziyyətdə istismar etdikdə onun istifadə effektivliyinin (səmərəliliyinin) azalmasını nəzərə alır.(məsələn, gücün azalması, yanacaq və yağ sərfinin artması, cari təmir və ehtiyat hissələrinə xərclərin normalar müqabilində artması;

    • funksional meyar – avtomobilun idarə olunma rahatlığının pisləşməsini, hərəkət təhlükəsizliyinin azalmasını nəzərə alır.

    Diaqnostik parametrin həddi normativi standartlarda, texniki sənədlərdə verilir və ya qəbul olunmuş metodikalardan istifadə etməklə təyin edilir. İstismar zamanı həddi normativ Ph konkret obyektlərin resursunun proqnoz edilməsi üçün və avtomobildə quraşdırılmış diaqnostika vasitələrilə fasiləsiz diaqnostikada istifadə olunur.

    Normativin buraxılabilən qiyməti ( Pb.b. ) avtomobillərin TQ-nun planlı-xəbərdaredici sistemi çərçivəsində yerinə yetirilən periodik diaqnostikasındaəsas diaqnostik normativdir. Buraxılabilən normativ əsasında avtomobilin texniki vəziyyətinə diaqnoz qoyulur və profilaktik təmirlərin və ya nizamlamaların zəruriliyi barədə qərar qəbul edilir.

    Normativin buraxılabilən qiyməti ( Pb.b. ) normativin başlanğıc qiyməti və buraxılabilən meyllənmədən D ibarətdir: Pb.b. = Pb +D. Diaqnostik parametrin cari qiymətiburaxılabilən qiyməti həddi qiymətə doğru aşmışsa, bu o deməkdir ki, hərçənd obyekt işləmə qabiliyyətlidir , imtinalar ehtimalı yüksək olduğundan və ya texniki-istismar xüsusiyyətləri pisləşdiyindən onu lazımi təmir və ya nizamlama işləri aparmadan növbəti yürüşə buraxmaq olmaz.

    Diaqnostik parametrlərin dəyişməsi xətti asılılıqla olduğu hal üçün ( şəkil.. ) buraxılabilən normativ həddi normativin Pkəmiyyəti qədər sərtləşdirilməsi (azaldılması) yolu ilə təyin edilir.

    Pkəmiyyəti növbəti yürüşdə obyektin imtinasız işini təmin edən bir qiymətdir.




    Yüklə 1,78 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   36   37   38   39   40   41   42   43   ...   51




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin