Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə38/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Diaqnostik parametr – sistemin və ya onun elementinin texniki vəziyyətinin keyfiyyətini dolayı xarakterizə edən və fiziki kəmiyyətlərlə (mm, V, A və s.) ölçülən ədədi göstəricilərdir.

Aşağıdakı parametrlər fərqləndirilir:

  • obyektin əsas funksional xassələrini təyin edən işçi proseslərin çıxış parametrləri (məs., mühərrikin gücü, yanacaq sərfi və s.);

  • müşayiət edən proseslərin parametrləri (qızma, titrəyiş, səs-küy və s.);

  • detallar arasında və ayrı-ayrı aqreqatlar və mexanizmlər arasında əlaqələri müəyyən edən həndəsi parametrlər (araboşluğu, lüft, pedalın gedişi və s.).

Nəqliyyat vasitəsınin iş prosesində onun texniki vəziyyətinin struktur parametrləri başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişir, bu isə diaqnostik parametrin müvafiq olaraq başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişməsinə səbəb olur. Diaqnostika sistemləri.

Obyekt kimi nəzərdən keçirilən avtomobilin, yaxud onun hər hansi aqreqat və mexanizminin diaqnostiıkası texniki sənədlərdə verilmiş xüsusi alqoritm (ardıcıl yerinə yetirilən əməliyyatların məcmuu) əsasında icra edilir. Bu vaxi müxtəlif təyinatlı texniki vasitələrdən istitadə edilir (diaqnostika prosesinin əsas elementlərindən biri kimi).

Obyekt, diaqnostika vasitələri (texnoloji avadanlıq) və alqoritm birlikdə (kompleksi) diaqnostika sistemini təşkil edir (şəkil 1.).

Diaqnostika obyektinin işləmə qabiliyyətinin öyrənilmə mümkünlüyü onıın istismar prosesində lexniıki vəziyyətinin dəyişmə qanunayğunluğundan asılıdır. Yəni avtomobilin konstruksiyasında elə xarici əlamətlər (təzahürlər) yaranmalıdır ki, onlara əsasən obyektin texniki vəziyyəti haqqında mülahizə yürüdülə bilsin və texniki vəziyyətin parametrləri sökməyığma işləri aparılmadan bilavasitə ölçülə bilsinlər.

Şəkil 1.-dən göründüyü kimi diaqnostikada işlədilən texniki vasitələr iki qrupa bölünür (avtomobilin konstruksiyasına mövqeyi baxımından): xarici (avtomobilin konstruksiyasına aid olmayan və laboratoriya şərailində sərbəst istifadə edilən) və daxili (hərəkət tərkibinin üzərində quraşdırılan və onun tərkib hissəsi olan) avadanlıqlar.

Obyektin işləmə xarakterinə göro funksional və test sislemli diaqnostikaları fərqləndirirlər.



Funksional sistem obyekt özü işlədiyi zaman, test sistemli isə obyekt müxtəlif qurğular vasitəsilə (imitasiya avadanlığı ilə) işlədilən zaman aparılan diaqnostikaya deyilir.

Bir neçə diaqnostika prosesi üçün olan sistem universal, bir diaqnostika prosesi nəzərdə tutan sistem isə xüsusi diaqnostika sistemi adlanır.



Ümumi diaqnostika sistemində element (avtomobil) bütövlükdə diaqnostika obyekti kimi qəbul edilir və onun texniki vəziyyəti istismara yararlığı baximindan təyin edilir. Lokal (fərdi) diaqnostika sistemində isə elementin tərkib liissələri (aqreqat, sisteıw, mexanizm) diaqnostika edilir.

Diaqnostik avadanlığın idarə olunma xarakterinə görə diaqnostika sistemi avtomatik əl ilə idarə edilən tipli olurlar.

Diaqnostika prosesi periodikfasiləsiz aparıla bilər.Birincisi, müəyyən yürüşlərdən sonra texniki qulluqdan, həmçinin avtomobilin cari təmirindən əvvəl xarici avadanlıqla, ikincisi isə, hərəkət tərkibinin istismarı prosesindo daxili texniki vasitələrlə yerinə yetirilir.

Elmi-texniki tərəqqinin nailiyyətlərinin avtomobil sənayesinə tətbiqi ilə əlaqədar müasir avtomobillərin konstruksiyalarının təkmilləşdirilməsi nəticəsində onların dinamikliyi, etibarlılığı, məbsuldarlığı və digər istismar xüsusiyyətləri kəskin yüksəlmişdir.Bununla yanaşı müasir avtomobillərin konstruksiyaları kifayət qədər mürəkkəbləşib, onların qiyməti artıb və eyni zamanda hərəkət təhlükəsizliyi tələbləri yüksəlib.Bütün bunlar müasir şəraitdə avlomobillərin texniki vəziyyətinin daha səmərəli idara edilməsinin təşkil edilməsi üçün operativ nəzarətin tətbiqini aktuallaşdırır.Avtomobillərin texniki vəziyyətinə operativ nəzarəti texniki qulluq və təmir sahələrindəki diaqnostika avadanlıqları vasitəsi ilə təşkil etmək iqtisadi və təşkilati cəhətdən səmərəli deyil və mürəkkəb prosesdir.Ona görə də avtomobilin texniki vəziyyətinə operativ nəzarəti təmin etmək məqsədi ilə konstruksiyada quraşdırılan diaqnostika vasitələri daha geniş tətbiq edilir.

Bu səbəbdən hal-hazırda dünyanın aparıcı avtomobil firmaları avtomobil konstruksiyalarında quraşdırılan diaqnostika vasitələrinin tətbiqinə yüksək diqqət yetirirlər.

Funksional tələbatına görə diaqnostika vasitələri iki qrupa bölünürlər.Birinci qrup bütövlükdə avtomobilin və ya onun bir sıra aqreqatlarının diaqnostika ediilməsi üçün nəzərdə tutulan diaqnostik vasitələr kompleksindən ibarətdir.İkinci qrupa isə avtomobilin elementlərinin diaqnostikası üçün olan işçi və xüsusi diaqnostika vasitələri daxildir.

Avtomobilin diaqnostika avadanlığı ilə əhatə edilmə dərəcəsi baxımından diaqnostika vasitələri üç hissəyə bölünür: avtomobilin bütövlükdə diaqnostikasının ümumi sisteminə daxil olan vasitələr; avtomobilin ayrı-ayrı aqreqat, sistem, mexanizm və qovşaqlarınm lokal sisteminə daxil olan vasitələr; ayrılıqda tətbiq edilən diaqnostika vasitələri.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin