Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə42/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Diaqnozun qoyulmasi


Diaqnozun qoyulmasında məqsəd - obyektin nasazlığını aşkar etmək, təmir və ya texniki qulluğa tələbatın müəyyənləşdirmək, yerinə yetirilmiş işlərin keyfiyyətini qiymətləndirmək və ya diaqnostika edilən mexanizmin növbəti xidmətə qədər istismara yararlılığını təsdiq etməkdir.

Diaqnoz qoyulduqda, bir qayda olaraq, insanın-operatorun subyektiv analitik imkanları istifadə edilir.Diaqnostikanın qarşısında qoyulan məsələdən və obyektin mürəkkəbliyindən asılı olaraq ümumilokal diaqnoz fərqləndirilir.



Ümumi diaqnoz obyektin texniki vəziyyətinin ümumi tələblərə uyğun olub-olmaması məsələsini birmənalı həll edir. Bu zaman bir diaqnostik parametr istifadə olunur. Ümumi diaqnoz parametrin P cari qiymətinin ölçülməsi və bu qiymətin normativlə müqayisəsinə əsaslanır. Periodik diaqnostikada belə normativ diaqnostik parametrin buraxılabilən qiyməti Pb.b. , fasiləsiz (avtomobildə quraşdırılmış vasitələrlə) diaqnostikada isə həddi qiymətidir Ph . Ümumi diaqnozda üç nəticə mümkündür: P > Ph ; Pb.b.
h ; P
b.b. .

Birinci və ikinci variantlarda obyekt nasazdır (təmir və ya xəbərdaredici TQ lazımdır), üçüncü variantda isə sazdır. Nasazlığın səbəbini aydınlaşdırmaq üçün lokal diaqnostika tələb olunur. Sadə mexanizmlərin diaqnostikası zamanı lokal diaqnostikaya ehtiyac olmaya da bilər.



Lokal diaqnoz konkret nasazlıqları və onların səbəblərini aşkar edir. Bu zaman bir neçə diaqnostik parametr istifadə olunur və diaqnozun qoyulması mürəkkəbləşir. Belə ki, hər bir diaqnostik parametr bir neçə struktur parametri ilə və ya əksinə əlaqəli ola bilər. Bu isə o deməkdir ki, istifadə olunan diaqnostik parametrlərin sayı n olarsa diaqnostika edilən mexanizmin texniki vəziyyətlərinin sayı 2n ola bilər.

Nəzəri olaraq diaqnozun qoyulması ona gətirilir ki, obyektin müəyyən nasazlıqları ilə bağlı olan diaqnostik parametrlərin köməyilə onun mümkün olan vəziyyətləri çoxluğundan ən çox ehtimal olunanı aşkar edilsin. Baxılan məsələnin fiziki mahiyyəti ölçülmüş diaqnostik parametrlərin müəyyən kombinasiyasının mövcudluğu ilə uyğunlaşmayan nasazlıqların istisna edilməsidir. Buna görə dəbir neçə diaqnostik parametr istifadə edildikdə diaqnozun vəzifəsi bu parametrlər və obyektin struktur parametrləri arasında çoxsaylı əlaqələrin aşkarlanmasıdır. Bu məsələni həll etmək üçün bu əlaqələri struktur-izləmə modelləri (şəkil...) və diaqnostik matritsalar şəklində göstərmək olar. Model obyektin etibarlılığı barədə məlumatlar əsasında onun daha çox ehtimal olunan nasazlıqları və diaqnostik parametrləri arasında əlaqələri aşkar etməyə imkan verir.

Bu məlumatları istifadə etməklə diaqnostik parametrlərdən obyektin ehtimal olunan nasazlıqlarına doğru gedərək texniki vəziyyəti müəyyən edirlər və diaqnoz qoyurlar. Oxşar məsələlər diaqnostik matritsaların köməyilə həll edilir.

Nəqliyyat vasitələrinin sadə elementləri bir əsas əlamətə görə, mürəkkəb mexanizmlər isə bir neçə əlamətə görə diaqnostika edilirlər. Diaqnostika nəticəsində alınmış nəticələri tam analiz etdikdən sonra mexanizrmin texniki vəziyyəti haqqında mühakimə yürüdülür. Məsələyə məntiqi cəhətdən yanaşdıqda nəzərdə tutulur ki, hər bir struktur parametr özünün buraxılabilən maksimum qiymətinə çatdıqda eyni zamanda uyğun olaraq bir neçə diaqnostik parametr əmələ gətirə bilər. Bu halda ola bilər ki, müxtəlif nasazlıqlar eyni bir diaqnostik parametr törətsin. Məsələn, qida sistemi detallarının yeyilməsi yanacaq sərfini artırmaqla bərabər, işçi qarışığın keyfiyyətini, tərkibini, həmçinin işlənmiş qazlarm tərkibində CO qazınm ıniqdarını dəyişdirir. Bunun kimi digər diaqnostik parametrlər də yeyilmə nəticəsində dəyişirlər. Bu vaxt ola bilər ki, nasazlıqlar sistemin işinə xələl gətirməsinlər, yəni, onun işləməsinə mane olmasınlar. Belə hallarda kompleks diaqnostik parametrlərdən istifadə edirlər. Bu cür məsələlərin həlli üçün baş vermiş nasazlıqlarm (struktur parametrin buraxıla bilən qiymətinə qədər dəyişməsi) və onların əmələ gətirdikləri diaqnostik parametrlərin kəmiyyət xarakteristikaları məlum olmalıdır. Nasazlıqlar və diaqnostik parametrlər arasındakı qarşılıqlı əlaqə diaqnostik matritsa (şəkil...) şəklində göstərilir. Deyilənləri aydınlaşdırmaq üçün sadə bir nümunəyə baxaq.



Şəkil 4.12. Diaqnostika obyektinin struktur-izləmə modeli:



I- obyekt; II-obyektin elementləri; III-struktur parametrləri; IV-nasazlıqlar; V-diaqnostik əlamətlər; VI-diaqnostik parametrlər; VII- parametrlərin ədədi qiyətləri.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin