Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


Texniki qulluq və təmirin aparılma keyfiyyətinin təsiri



Yüklə 1,78 Mb.
səhifə25/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Texniki qulluq və təmirin aparılma keyfiyyətinin təsiri


İstismar prosesində nəqliyyat vasitəsinin işə texniki hazırlığını saxlamaq, etibarlılığını və ömür uzunluğunu yüksəltmək üçün müəyyən yürüşlərdən sonra hərəkət tərkibinə kompleks texniki-təşkilati tədbirlər yerinə yetirilir ki, bu da texniki qulluq deməkdir. Texniki qulluq hərəkət tərkibində baş verə biləcək nasazlıqların qarşısını alır.

Əgər texniki qulluqda nəzərdə tutulan işlər vaxtında və keyfiyyətlə yerinə yetirilməsə əhəmiyyətsiz sayılan ən kiçik nasazlıq elə imtinaların əmələ gəlməsinə səbəb olar ki, bunların aradan qaldırılması üçün böyük miqdarda əmək və material xərcləri tələb edilir. Bundan əlavə nəqliyyatın təmirdə boş dayanma müddəti artdığı üçün onun məhsuldarlığı azalır. Buna görə də texniki qulluq işləri əvvəlcədən tərtib edilmiş qrafik əsasında yerinə yetirilməlidir. TQ-nin aparılma keyfiyyətini yüksəltmək üçün avtomobil zonaya gəlməzdən qabaq diaqnostika postunda (və ya xəttində) yoxlanmalıdır.

Nəqliyyat vasitəsindən maksimum istifadə etmək və onun məhsuldar olmayan vaxtını azaltmaq üçün TQ-nin rejimi (onun növləri, aparılma periodikliyi, görülən işlər və iş həcmi) istismar şəraitinə və hərəkət tərkibinin konstruktiv xüsusiyyətlərinə müvafiq olmalıdır. Belə ki, müxtəlif istismar şəraiti üçün müxtəlif rejimlər tərtib olunmalıdır. Lakin bütün hallarda orta istismar şəraiti üçün tərtib edilmiş TQ-nin rejimi konkret nəqliyyat növü üçün (onların spesifik xüsusiyyətləri nəzər alınmaqla) müxtəlif korreksiya əmsalları vasitəsilə düzləndirilməlidir.

Avtomobilin texniki hazırlığının yüksək olması üçün texniki qulluq işləri keyfiyyətlə yerinə yetirilməlidir. Əks təqdirdə onun aqreqat və mexanizmlərinin resursu azalır. Məsələn, şinlərdə təzyiqin normadan 20% aşağı olması, onların yürüşünü 25% azaldır, qabaq oxda çarxların rastlaşmasının normadan 3-4mm fərqli olması, yanacaq sərfini 11-12% artırır, tormoz mexanizmində araboşluğun 0,5 mm-dən 1 mm-ə qədər artması tormozlama yolunu 20% yüksəldir.

Amortizasiya yürüşü daxilində avtomobil bir neçə dəfə müxtəlif xarakterli təmirlərə məruz qalır. Avtomobilin təmiri əsasən ANM-də yerinə yetirilir. ANM-nin təcrübələri göstərir ki, yeni avtomobillərin əsaslı təmir yürüşü əsaslı təmir keçmiş avtomobillərin normativ yürüşündən 2,5-3 dəfə artıq olur. Bu onunla izah edilir ki, avtomobilin təmiri aşağı keyfiyyətlə yerinə yetirilir.

Nəqliyyat vasitəsi təmir edilərkən onun aqreqat və mexanizmləri tamamilə təzə, təmir olunmuş və istismara yararlı detallardan yığılır. Bütün detalların texniki şərtlərə müvafiq gəlmələrini fərz etsək, təmirin keyfiyyəti yığılma texnologiyası və nizamlama işlərinin düzgün aparılması ilə qiymətləndirilir.

Bundan başqa təmirin keyfiyyəti avtotəmir zavodu şəraitində hazırlanan bir çox hissələrin (detalların) mexaniki xüsusiyyətlərinin texniki şərtlərdən kənar olmaları nəticəsində aşağı düşür.

Materialların tərkiblərinin, çəkilərinin, emal növlərinin düzgün seçilməsi təmirin keyfiyyətinə xüsusi təsir göstərir. Aqreqat və mexanizmlərin yığılmasında araboşluqlar, oturtmalar, musaidələr, gərilmələr texniki şərtlər əsasında seçildikdə, yüksək məhsuldarlığa malik cihazlardan, qurğulardan, tərtibatlardan istifadə edildikdə təmirin keyfiyyəti yüksəlir. Təmirin keyfiyyətinin yüksəlməsində istehsalat prosesində işlədilən yuyucu məhlulların və mayelərin, detalların səthlərini təmizləmək üçün istifadə edilən təmizləmə üsullarının da təsiri var.

Ümumiyyətlə, konstruktiv-texnoloji amillər nəqliyyat vasitəsinin istismar keyfiyyətlərinin yüksəldilməsinə xidmət etməlidir. Məsələn, konstruktiv-texnoloji amillərin AN-nin texniki vəziyyətinə təsirinə aid bir neçə misal göstərək.

Mühərrikin daim təkmilləşdirilməsinə baxmayaraq o, hal-hazırda avtomobilin ən az ömür uzunluğuna malik aqreqatlarından biridir. Mühərrikin resursu avtomobilin əsaslı təmir yürüşünün 60-70%-ni, onun işləmə qabiliyyətini saxlamaq üçün isə bütün xərclərin 20-22%-ni təşkil edir. Mühərrikin normal işini təmin edən əsas elementlərdən biri yağlama siste-midir. Son zamanlar bu sistemin təkmilbşdirilməsinə xüsusi fikir verilir. Məlum olduğu kimi yağlama sisteminin düzgün müəyyən edilməsi nəinki detalların yeyilməsini azaldır, həm də birbşməbrdə dinamiki qüwəbrin yaranmasının qarşısını alır. Buna görə yağlama sistemində işlədilən yağ nasosları yüksək məhsuldarlığa hesablanır ki, bununla mühərrikin istənilən rejimində hissələrin arasına yağın vurulması təmin edilir. Bu isə nasosun konstruksiyası ilə əlaqədardır. Dişli çarxların ölçülərinin, dişbrin profıllərinin, araboşluqların düzgün təyin olunması yağ nasosunun normal işləmə qabiliyyətini təmin edir. Yağlama sistemində olan yağın soyudulması üçün yağ ventilyatoru, təkmilləşdirilmiş təmizləmə üçün narın və kobud süzgəclər və s. nəzərdə tutulur.

Mühərrik detallarının yeyilməsi onun temperatur rejimindən də asılıdır. Mühərrikin normal tcmperatur rejimini saxlamaq üçün termostatdan istifadə edilir. Porşenlərin ömür uzunluğunu artırmaq üçün onların işlək sahələrinə sürmə çəkilir. Son zamanlar porşen üzüklərinin üzərinə xromdan nazik qat çəkilir, konus şəkilli xromlaşdırılraış polad üzüklərdən istifadə olunur, dirsəkli valın boyunları üçün üçqat nazik içliklər işlədilir. Soyuq havalarda mühərrikin asan işə salınmasını təmin etmək üçün fərdi işə salıcı qurğulardan, güclü starterlardan geniş istifadə edilir.

İlişmə muftasının ömür uzunluğunu və etibarlığını yüksəltmək məqsədilə üzlüklər yüksək keyfiyyətli antifriksion materiallardan hazırlanır. Ötürmələr qutusunda çəp və spiral dişli çarxlardan, yastıqların məcburi yağlama sistemindən, ötürmələrin səlis və səssiz yerinə yetirilməsi üçün sinxronizatorlardan istifadə edilir.

Kardan ötürməsinin işləmə müddətini uzatmaq üçün iynəvarı yastıqlar düzgün seçilməli, yaxşı kipləşdirilməli, səmərəli yağlama aparılmalı, xaçvarı barmağın yığılma texnologiyası texniki şərtlər əsasında yerinə yetirilməlidir.

Hərəkətin təhlükəsizliyini təmin etmək üçün tormoz sisteminin və sükan idarəsinin təkmilləşdirilməsinə xüsusi fikir verilməlidir. Buna görə tormoz qəlibləri yüksək keyfiyyətli friksion materiallardan istehsal edilir. Əks təqdirdə yüksək temperaturalarda (400-450°C) sürtünmə azalır, tormozlama yolu artdığı üçün qəzaların əmələ gəlmə ehtimalı artır. Soyutmanı yaxşılaşdırmaq üçün barabanların səthində qabırğalar düzəldilir, diskli tormozlar tətbiq edilir vəsükan idarəsində hidrogücləndiricilər geniş istifadə edilir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin