Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


İstismar şəraitinin təsiri. Nəqliyyat vasitəiərinin saxlanma üsulları



Yüklə 1,78 Mb.
səhifə22/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

İstismar şəraitinin təsiri. Nəqliyyat vasitəiərinin saxlanma üsulları.

Texniki qulluq və təmirin yerinə yetirilmə keyfiyyəti. İstismar şəratinin təsiri

Nəqliyyat vasitələrinin istismar şəraiti bir çox amillərlə xarakterizə edilir. Bunların hər birinin ayrılıqda NVTV-nə təsirini öyrənmək üçün bütün amilləri şərti olaraq aşağıdakı qruplara bölmək olar:



  1. Yol şəraiti.

  2. İqlim şəraiti.

  3. İdarə edilmə üsulu (avtomobil nəqliyyatında).

  4. Müəssisə ərazisində saxlanma üsulu.

Hərəkət tərkibinin istismar edildiyi yol şəraiti dedikdə yolun tipi, yol örtüyünün texniki vəziyyəti, yolun mailliyi, havanın tozlanma dərəcəsi və hərəkətin gərginliyi nəzərdə tutulur. Yol şəraitindən asılı olaraq dirsəkli valın dövrlər sayı, mühərrikin gücündən və burucu momentindən istifadə dərəcəsi dəyişir. Yol şəraiti həmçinin güc ötürücü aqreqatların, hərəkət hissələrinin və asqıların elastik elementlərinin işləmə rejimlərinə də çox təsir edir.

Təcrübələr göstərir ki, yaxşı vəziyyətdə olan torpaq yollarda avtomobilin texniki sürəti asfalt-beton yollardakı sürətindən 1,3-1,4 dəfə azdır (avtomobil nəqliyyatı üçün). Pis yollarda avtomobilin texniki sürətinin aşağı düşmə səbəbləri onun dinamiki keyfiyyətlərinin tam istifadə edilə bilməməsi ilə izah olunur.

Avtomobilin müxtəlif yol şəraitində işlədilməsi dirsəkli valın dövrlər sayının tez-tez dəyişməsinə səbəb olur. Bu isə benzin mühərrikləinrdə işçi qarışığının hazırlanma texnologiyasını pozur, sorma borusunun divarlarında maye yanacaq qatı çökür. Əgər mühərrikin qərarlaşmış rejimində yanacaq qatının miqdarı verilən benzinin 1-2%-ni təşkil edirsə, bəzi xoşa gəlməyən rejimlərdə isə bu rəqəm 15-20%-ə çatır. Bu yanacağın müəyyən hissəsi silindrlərə keçir, buxarlana bilmir, silindr divarlarından yağı sıyırır, karterə tökür, yağı durulaşdırır. Yağın keyfiyyəti pisləşdiyi üçün detallar yeyilir, onların ömür uzunluğu azalır.

Avtomobilin pis yollarda (karyerlərdə, daşlıq, dağlıq və nahamar yerlərdə) istismarı ilə əlaqədar olaraq detallarının yeyilmə dərəcəsinin yüksək olması onunla izah edilir ki, qeyrimüntəzəm iş rejiminin təsirindən zərbəli yüklər meydana çıxır, sürtünən səthlərin yağlanma rejimi pozulur, aqreqatlar tez-tez dəyişən rejimlərdə işləməli olur, mexanizmlərdə səslər əmələ gəlir və s. Məsələn, silindr-porşen qrupunun detallarının yeyilməsinin əsas səbəbi sürtünən səthlərin üzərinə hava ilə daxil olan tozun ən kiçik hissəciklərinin - kvarsın düşməsidir. Dirsəksürgüqolu və qazpaylama mexanizmlərinin yeyilmə şiddətinin artmasına səbəb abraziv hissəciklərin göstərdiyi təsirdir.

Yol şəraiti avtomobilin elastik elementlərinin işləmə müddətinə də böyük təsir göstərir. Tədqiqatlar göstərir ki, asfalt-beton yollarda istismar edilən avtomobil ressorunun ömür uzunluğu 150-160 min km. olduğu halda nahamar torpaq və daşlı yollarda ressorun xidmət yürüşü 15-16 min km-ə enir. Göründüyü kimi ressorun işləmə müddəti orta hesabla 10 dəfə azalır. Bu fərq ressor lövhələrində tez-tez dəyişən xarakterli gərginliklərin təsiri ilə izah edilir.

Yolun texniki vəziyyəti transmissiya aqreqatlarının işləmə qabiliyyətinə də mənfi təsir göstərir. Avtomobil çətin keçilən yol şəraitində istismar edildikdə onun kiçik ötürmələrdə işlədilmə müddəti yüksəlir, tez-tez ilişmə muftasından və sürətlər (ötürmələr) qutusundan istifadə edilir ki, bunun nəticəsində aqreqatların ömür uzunluğu qısalır. Yol şəraiti transmissiya detallarının yeyilməsinə də öz təsirini göstərir. Avtomobilin asfalt-beton yoldakı yeyilmələrini vahid qəbul etsək, onda bir sıra tədqiqatlara görə çınqıllı yollardakı yeyilmələri 2,41, torpaq yollardakı qiyməti isə 1,98-ə bərabər olur.

Yol şəraiti avtomobilin tormoz sisteminə və sükan idarəsinə, aparan təkərlərin yastıqlarına, hərəkət hissələrinə də öz təsirini göstərir. Burada zərərli halların qarşısını almaq üçün imkan daxilində optimal hərəkət sürəti seçməli, normal yağlama şəraiti təmin etməli, detalların normadan çox yüklənməsinin qarşısını almalı və s. bu kimi tədbirlər yerinə yetirilməlidir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin