Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə18/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Dizel yanacaqları. Bu yanacaqların mühərrikin detallarının yeyilmə şiddətinə təsir edəm əsas istisrmar parametrləri aşağıdakılardır: yanacağın özlülüyü, öz-özünə alışma qabiliyyəti, fraksiya tərkibi, yanacağın tərkibində kükürdlü, qatranlı, mexaniki qarışıqların olması, suyun miqdarı.

Dizel yanacaqlarının istismar keyfiyyətlərini xarakterizə edən əsas fiziki-kimyəvi xassələri aşağıdakı kimi qruplaşdırmaq olar:

а) yanacağın vurulmasını müəyyən edən — yanacağın özlülüyü, aşağı temperatur xassələri,

mexaniki qarışıqların və suyun olması;


  1. yanıcı qarışıq əmələ gətirməni müəyyən edən — özlülük, sıxlıq,fraksiya tərkibi, doymuş buxarların təzyiqi, səthi gərilmə, yanacaq buxarlarının ətraf mühitə diffuziya etmə qabiliyyəti, gizli buxarlanma istiliyi, istilik tutumu;

  2. yanmanı müəyyən edən — öz-özünə alışma qabiliyyəti, setan ədədi.

Dizel mühərriklərində işçi qarışığının hazırlanmasında və yanmasında yanacağın özlülüyü əsas rol oynayır. Özlülük yanacaq nasosunun və forsunkanın ömür uzunluğuna da təsir edir.

Yanacağın özlülüyü normadan kiçik olduqda şırnağın konus bucağı artır, yanacağın yanma kamerasına nüfuz etmə qabiliyyəti azalır (eyni cinsli işçi qarışığı hazırlanması baxımından), forsunka və yanacaq nasosunun birləşmələrindən sızmalar meydana çıxır, detalların yeyilməsi artır. Yüksək özlülüyə malik dizel yanacağından istifadə etdikdə isə onun püskürmə qabiliyyəti pisləşir, müəyyən hissəsi qurumun əmələ gəlməsinə səbəb olur, işçi qarışığının hazırlanma prosesi pisləşdiyi üçün yanacaq sərfi artır, işlənmiş qazlar tüstülü çıxır. Yanacağın özlülüyü ilə əlaqədar olan zərərli proseslərin qarşısını almaq üçün onun kinematik özlülüyü normalaşdırılır. Müasir dizel yanacaqlarının kinematik özlülüyü (20°C-də) 1,5-6 sSt. arasında dəyişir.

Dizel yanacağının əsas istismar keyfiyyətlərindən biri onun öz-özünə alışma qabiliyyətidir. Alışdırma mənbələri olmadan yanacağın alışma (alovlanma) xüsusiyyətinə onun öz-özünə alışma qabiliyyəti deyilir. Mühərrikin normal işləməsi üçün yanacaq vaxtında alışmalı, səlis yanmalı, silindrlərdə təzyiq müntəzəm artmalıdır. Ancaq bu halda mühərrik yumşaq rejimdə işləyə bilər. Yanacaq vaxtında alışmasa (geciksə) mühərrik sərt rejimdə işləməli olur ki, bu da benzin mühərriklərində detonasiya ilə yanmanı xatırladır. Dizel mühərriki sərt rejimdə işlədikdə onun detalları həddindən çox yüklənir, tez sıradan çıxır, mühərrikin gücü aşağı düşür, yanacaq sərfi artır.

Dizel yanacağının öz-özünə alışma qabiliyyəti setan ədədi ilə qiymətləndirilir. Setan ədədi bir silindrli mühərrikdə sınaq üsulu ilə (tədqiq edilən yanacaq və etalon qarışıqda işlətməklə) təyin edilir. Etalon yanacaq kimi iki karbohidrogenin qarışığı götürülür ki, bunlardan biri (setan - ) asan, digəri isə (α - metilnaftalin) çətin alışır. Göstərilən iki karbohidrogen qarışığındakı setanın %-lə miqdarı yanacağın setan ədədini göstərir ki, bu da verilmiş (etalon) yanacağın özözünə alışma qabililyyətinə bərabərdir.

Dizel yanacaqlarının fraksiya tərkibi onun buxarlanma qabiliyyətini xarakterizə edir. Yüngül fraksiya tərkibinə malik dizel yanacaqlarının buxarlanma qabiliyyəti yaxşı olmadığı üçün alışma vaxtında getmir, mühərrik aşağı temperaturlarda çətin işə düşür. Dizel yanacaqlarının fraksiya tərkibini xarakterizə etmək üçün onların 10, 50, 90, 96 və 98%-nin qovulma temperaturları verilir.

Mühərrik detallarının yeyilməsinə təsir edən əsas amillərdən biri yanacağın tərkibində kükürdün olmasıdır. Xüsusən soyutma sistemində temperatur aşağı olduqda bu xüsusiyyət özünü daha çox büruzə verir. Tədqiqatlar göstərir ki, soyutma sistemində suyun temperaturu 70°C-dən

35°C-yə düşdükdə detalların yeyilmə dərəcəsi təxminən 4 dəfə artır. Bu cəhətdən mühərrikin optimal temperatur rejimi gözlənilməlidir ki, korrozion-mexaniki yeyilmələr azalsın. Kükürdün, qatranların, mineral və üzvü turşuların yanacaqların tərkibində olmaları yağın köhnəlmə prosesini sürətləndirir, qurum və çöküntülər əmələ gətirir, bir cinsli işçi qarışığının alınmasına müqavimət göstərir və ümumiyyətlə, mühərrikin normal işləməsini pozur.

Dizel yanacaqlarında suyun və mexaniki qarışıqların olması mənfi temperaturlarda buz kristallarının yaranmasına (bununla bir sıra elementlərin maye buraxma qabiliyyəti azalır), süzgəclərin tutulmasına səbəb olur, detalların yeyilmə səviyyəsini yüksəldir və s. bu kimi mənfi təsirlərə gətirib çıxarır.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin