Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə20/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Transmissiya yağları. Avtomobilin güc ötürücü aqreqatları yüksək yük və sürət rejimlərində işləyirlər. Aqreqatların detalları üçün əsasən sərhəd sürtünməsi xarakterikdir. Dişli çarxları və yastıqları müxtəlif zədələrdən və yeyilmələrdən qorumaq üçün transmissiya yağları sürtünən səthlərdə yüksək xüsusi təzyiqlərdə minimum yağ təbəqəsi əmələ gətirmə qabiliyyətinə malik olmalıdırlar. Transmissiya yağlarının aşağı temperaturlarda işləmə qabiliyyətinin saxlanılması üçün onların özlülük-temperatur xüsusiyyətləri yüksək olmalıdır, xüsusən donma temperaturları aşağı olmalıdır.

Transmissiya yağları mühərrik yağlarından fərqli olaraq yüksək xüsusi təzyiqlərdə işləyirlər. Bu baxımdan onların bütün istismar göstəriciləri (Dövlət standartında verilən) qənaətbəxş olmalıdır.

Transmissiya yağları üçün ən təhlükəli hallardan biri onların içərisində mexaniki qarışıqların olmasıdır. Bu qarışıqların hissəcikləri dişli çarxların dişləri və yastıqların səthləri arasına düşərək müxtəlif xarakterli yeyilmələr əmələ gətirir.

Standarta görə transmissiya yağlarının içərisində mineral turşu və qələvilərin olmasına yol verilmir. Plastik yağlar. Avtomobilin bir çox açıq birləşmələri üçün yağlama materialı kimi plastik yağlardan (bu yağlara bəzən konsistent yağlar da deyilir) istifadə edilir. Bu yağların istifadə edilməsi vaxt itkisi ilə əlaqədar olduğundan yeni avtomobillər layihə etdikdə açıq birləşmələrin sayı mümkün qədər azaldılır. Bu məqsədlə rezin materiallardan və plastik kütlələrdən, yüksək keyfiyyətli yağlardan və avtomatik təsir edən yağlama qurğularından geniş istifadə edilir.

Plastik yağlar sürtünmə qovşaqlarına kiçik təzyiq altında vurulmalı, sürtünən səthləri kənar zərərli birləşmələrdən qorumalı, korroziya əmələ gətirməməli və s. bu kimi tələbləri təmin etməlidirlər.

Plastik yağların işləmə qabiliyyətini qiymətləndirən əsas istismar göstəricisi effektiv özlülükdür. Effektiv özlülük yağın reoloji xüsusiyyətlərini, yəni, müxtəlif mexaniki yüklərin təsirindən öz formasını dəyişmə qabiliyyətini xarakterizə edir. O, yağ qatlarının sürüşmə gərginliyindən və sürətindən asılıdır. Plastik yağın açıq birləşmələrə daxil olması effektiv özlülükdən asılıdır. Bu özlülük artdıqca yağın nöqtələrə vurulması çətinləşir.

Plastik yağların həqiqi yağlama qabiliyyəti damcı düşmə temperaturu ilə qiymətləndirilir. Bu göstərici yağın hansı temperatura qədər öz işləmə qabiliyyətinin saxlanılmasını müəyyən edir. Əgər plastik yağın damcı düşmə temperaturu yastığın (qovşağın) normal işləmə temperaturundan aşağıdırsa, onda yağ birləşmədən axır, detallar sürətlə yeyilib sıradan çıxır. Bu halın qarşısını almaq üçün damcı düşmə temperaturu sürtünmədə iştirak edən detalların temperaturundan

10-15 °C böyük qəbul edilir.

Açıq birləşmələrin ömür uzunluğu və etibarlı yağlanması plastik yağların kimyəvi sabitliyindən də çox asılıdır, yəni, bu yağlar oksidləşməyə qarşı davamlı olmalıdırlar. Korrozionmexaniki yeyilmənin qarşısını almaq üçün plastik yağların tərkibində qələvi və su, abraziv yeyilmənin baş verməməsi üçün isə mexaniki qarışıqlar olmamalıdır.

Plastik yağlar bir sıra mənfi xüsusiyyətlərə malik olduqları üçün (aşağı temperaturlarda yağlama qabiliyyətini itirir, qovşaqlara yüksək təzyiq altında vurulur, istehsalının maya dəyəri yüksəkdir və s.) son zamanlar bu yağlar avtomobillərin konstruksiyalarında az işlədilir. Arıtq bir sıra hallarda plastik yağların əvəzinə transmissiya yağları istifadə edilir.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin