Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə21/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Soyuducu mayelər. Mühərrikin soyutma sistemində soyuducu maye kimi su və antifrizdən istifadə edilir.

Suyun sistemdə istifadə olunmasının yararlılıq dərəcəsini qiymətləndirən əsas göstərici onun codluğudur (sərtliyidir). Bundan başqa suyun keyfiyyəti onun şəffaflığı, qələviliyi, turşuluğu və oksidləşmə qabiliyyəti ilə də qiymətləndirilir.

Suyun codluğu dedikdə bir litr suda olan kalsium və ya maqnezium duzlarının miqdarı başa düşülür, özü də milliqram-ekvivalent ilə ölçülür (mq.-ekv./l). Dövlət standartına görə suyun tərkibində 20,04 mq/l kalsium və ya 12,16 mq/1. maqnezium duzu varsa, belə suyun codluğu 1 mq. ekv. hesab edilir.

Soyutma sistemində yüksək codluğa malik sular işlətdikdə soyutma köynəklərinin divarlarında, blok başlığında və radiator borularında fasiləsiz olaraq ərp əmələ gəlir. Ərp yarandıqdan sonra istilik keçirmə pisləşir, bununla mühərrikin istilik rejimi pozulur, hətta bəzən qızır. Ərpin təmizlənməsi üçün xüsusi yuyucu vasitələr tələb edilir. Mühərrikdə normal işləmə rejimini təmin etmək üçün yumşaq sulardan istifadə edilir.

Soyuq iqlim zonalarında istismar edilən avtomobillərin soyutma sistemlərində aşağı donma temperaturuna malik mayelər - antifrizlər istifadə edilir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin