Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


NV-nin istismarında TQ və T sistemi



Yüklə 1,78 Mb.
səhifə26/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

NV-nin istismarında TQ və T sistemi

Profilaktik və təmir xarakterli texniki təsirlər

Nəqliyyat vasitələrinin bütün istismarı dövründə texniki vəziyyətini tələb edilən səviyyədə saxlamaq üçün təsir üsullarından biri kimi «Texniki qulluq və təmir sistemi»nin təcrübədə özünü doğrultmuş xarakterik xüsusiyyətlərindən istifadə edirlər. Sistemin əsasını müxtəlif təyinatlı texniki təsirlər təşkil edir.



İstismar zamanı hərəkət tərkibinin aqreqat və mexanizmlərinin texniki vəziyyətinin parametrlərinin yürüşdən (işləmə müddətindən) asılı olaraq dəyişmə qanunauyğunluqlarının öyrənilməsi nəqliyyat prosesində onun işləmə qabiliyyətinin idarə edilməsinə imkan verir. Bunun üçün kompleks texniki təsirlərin yerinə yetirilməsi lazım gəlir ki, bunlar profilaktik bərpa xarakterli olurlar. Birinci qrup təsirlər texniki qulluğu, ikinci qrup isə təmiri təşkil edir. Profilaktik xarakterli texniki təsirlər vasitəsilə nəqliyyatın texniki vəziyyəti normal halda saxlanılır, təmir xarakterli təsirlər vasitəsilə isə onun itirilmiş işləmə qabiliyyəti bərpa edilir.

Hərəkət tərkibinin işləmə qabilyyətinin yüksək səviyyədə saxlanılmasında məqsəd gələcəkdə baş verəcək imtinaların və nasazlıqların qarşısını qabaqcadan almaqla (imtinanın baş verməsi üçün zəmin yaranmasının) onun məhsuldarlığından maksimum istifadə etməkdir. Buna görə də müəyyən yürüşlərdən sonra məcburi surətdə bir sıra texniki tədbirlər (TQ) həyata keçirilir. Elə bu baxımdan texniki qulluq planlı şəkildə yerinə yetirilir. Təmir isə hərəkət tərkibinin itirilmiş işləmə qabiliyyətini bərpa etdiyi üçün təlabata görə (imtinalar baş verdikdən sonra) aparılır.

Nəqliyyatın işləmə qabiliyyəti əsasən müxtəlif xarakterli texniki təsirləri özündə birləşdirən bu iki variant vasitəsilə idarə edildiyindən onlar birlikdə texniki qulluq və təmir sistemini təşkil edir.

Texniki qulluq və təmir sisteminin əsas vəzifəsi istismar dövründə etibarlılığı normal səviyyədə saxlamaq, texniki hazırlıq əmsalını yüksəltmək, hərəkət təhlükəsizliyini təmin etmək, texniki təsirləri minimum əmək və material xərcləri ilə yerinə yetirmək və s. bu cür keyfiyyətləri ödəməkdir.

Texniki qulluq və təmir sisteminin prinsipial əsasları (növləri, əməliyyatları, yürüşləri, təşkili) «Avtomobil nəqliyyatının hərəkət tərkibinin texniki qulluğu və təmiri» Əsasnaməsində verilmişdir. Əsasnamədə texniki qulluq və təmir üçün verilmiş bütün normativ göstəricilər texniki istismar baxımından yerinə yetirilmiş elmi-tədqiqat işlərinin və qabaqcıl ANM-nin təcrübələri nəticəsində müəyyən edilmişdir.

Əsasnamə iki hissədən ibarətdir. Birinci hissədə TQ və təmirin növləri, başlanğıc normativ göstəriciləri, istismar şəraitinin təsnifatı, normativ parametrlərin korreksiya olunma qaydaları, TQ və təmirin təşkili üsulları, TQ əməliyyatlarının nomenklaturası göstərilir. İkinci hissədə isə hər bir əsas baza avtomobili üçün konkret normalar verilmişdir.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin