Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


Texniki qulluq və təmir sisteminin xarakteristikası



Yüklə 1,78 Mb.
səhifə27/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Texniki qulluq və təmir sisteminin xarakteristikası

Texniki qulluq obyekti kimi nəqliyyat vasitəsi, onun ayrı-ayrı aqreqat və mexanizmləri qəbul edilir. Bu elementlərdə bir çox xəbərdaredici texniki təsirlər (bərkitmə, yağlama, nizamlama və s.) yerinə yetirilir. Bu texniki təsirlərin (texniki qulluq işlərinin) miqdarı həddindən artıq çoxdur. Hər bir aqreqatda və ya sistemdə TQ işlərinin müxtəlif yürüşlərdən sonra yerinə yetirilməsi tələb edilir. Belə olan halda hərəkət tərkibi fasiləsiz olaraq həm TQ-da, həm də nəqliyyat prosesində iştirak etməli olur. Bu, müəssisədə işlərin təşkil edilməsini çətinləşdirdiyi kimi, nəqliyyatın boş dayanma müddətini də artırır. Nəqliyyatdan səmərəli istifadə etmək üçün profilaktik xarakterli eyni adlı (və ya texnoloji cəhətdən bir-birinə yaxın olan) texniki təsirləri qruplaşdırıb, hamısını müəyyən yürüşdən sonra yerinə yetirirlər. Beləliklə, hərəkət tərkibinin TQ keçməsi üçün müəssisəyə gəlmələrinin sayı azalır.

Texniki qulluqda aparılan əməliyyatların (işlərin) qruplaşması TQ növlərinin yaranmasına və onlarm müxtəlif yürüşlərdən sonra yerinə yetirilməsi məcburiyyətinə səbəb olur.

Avtomobillərin TQ və təmiri üçün olan Əsasnaməyə görə aşağıdakı texniki qulluq növləri müəyyən edilmişdir: gündəlik qulluq (GQ), texniki qulluq (TQ-1, TQ-2) və mövsümü texniki qulluq (MTQ). Bu texniki qulluqlar bir-birindən görüləcək işlərin həcmi, əməliyyatların sayı və qulluqlar arası yürüşlərlə fərqlənirlər (texniki qulluqlar arası yürüşlərə periodiklik də deyilir). Texniki qulluqlar arası yürüşlər avtomobilin tipindən və istismar şəraitindən asılı olaraq müəyyən edilir.

Avtomobilin istismar şəraiti yolun texniki vəziyyəti, onun tipi, yolda hərəkətin gərginliyi, yerin relyefi, iqlimin dəyişməsi və s. göstəricilərlə xarakterizə edilir.

Gündəlik qulluğun əsas vəzifəsi hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından avtomobilin ümumi texniki vəziyyətini nəzərdən keçirmək, xarici görünüşünü estetik cəhətdən normal səviyyədə saxlamaq və onu istismar materialları ilə təmin etməkdir. Avtomobildə GQ işləri növbələr arası vaxtda (avtomobil işdən qayıdandan sonra) yerinə yetirilir. Bəzi işlər (məsələn, avtomobilin yanacaqla təmin edilməsi) hərəkət tərkibi xəttə çıxmazdan qabaq aparılır. GQ işlərinin əsasmı yığışdırma, yuma və qurutma əməliyyatları təşkil edir. Bu işlər avtomobilin kabinəsində, banmda, kapotun altında və ümumiyyətlə bütün avtomobildə yerinə yetirilir.

Avtomobillərdə tələbata görə sanitar emalı da aparıla bilər.



Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin