Mühazirə I. "Analeptik vasitələr"


Sulfakamfokain 10%-li inyeksiya üçün məhlul



Yüklə 0,98 Mb.
səhifə4/10
tarix20.10.2023
ölçüsü0,98 Mb.
#157965
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Ə.k. II Mühazirə 1

Sulfakamfokain 10%-li inyeksiya üçün məhlul.
İki komponentdən ibarət dərman preparatıdır.

Sulfokamfora turşusu Prokain
(49,6 hissə) (50,4 hissə)
Analeptik dərman vasitəsidir. Təsir mezanizmi uzunsov beynin mərkəzlərinə həm birbaşa həm də yuxu sinusu vasitəsi ilə bağlıdır. Prepara tənəffüs və samar-hərəki mərkəzləri oyadır, ürək əzələsində mübadilə proseslərinin gücləndirir, ürəyə qan axının artırır, koronar qan dövranın yaxşılaşdırır, beyin və aö ciyərin qanla təchizatını artırır.
Orqanizmə yeridildikdə sürətlə sorulur. Ağrılı olduğundan prokainlə kombinasiyada işlənlir. Metabolizm nəticəsində oksidləşir və qlükuron turçusu ilə konyuqat şəklində xaric olunur. Metabolitləri əsasən böyrəklərlə xaric olunur, bu zaman sidik spesifik iyə malik olur. Az miqdarda tənəffüs və öd vasitəsi ilə xaric olunur.
Əsasən kəskin və xroniki tənəffüs çatmamazlığı, ürək çatmamazlığı, kardiogen və anafilaktik şok zamanı, alkoqol zəhərlənmələri, yuxugətiricilərlə zəhərlənmələr zamanı istifadə olunur.
İnyeksiya şəklində istifadə olunur, dərialtına, vena- və əzələdaxili təyin edilir.


Aromatik birləşmələr
Modafinil (Provigil)

(±)-2-(difenilmetil)-sulfinilasetamid.
Narkolepsiya ilə bağlı olan yuxululuğun müalicəsi üçün istifadə olunan analeptik vasitədir. Daha geniş onun qeyri-tibbi istifadəsi məlumdur – nisbətən təhlükəsiz psixostimulyator kimi. Onu yuxuya təlabatı dəf etmək üçün və yorğunluğu aradan qaldırmaq üçün hərbiçilər və kosmonaftlar istifadə edirlər. Çəkinin azaldılması üçün istifadəsinə dair məlumatlar vardır. Bəzi dövlətlərdə psixotrop maddələr siyahısına daxildir.
Modafinil iki enantiomerin rasemat qarışıqdır:
(R)-modafinilə - armodafinil deyilir, fərdi dərman preparatı kimi eyni qaydada istifadə olunur (Nuvigil)
(S)-modafinilə - esmodafinil deyilir.
Modafinin sənayedə sintezi üçün ilkin maddə kimi benzhidroldan istifadə olunur:

Modafinilin təsir mexanizmi tam öyrənilməyib. Ehtimal olunur ki, o, sinaptik dəliklərdən monoaminlərin (əsasən də katexolaminlərin) sintezini artırır.Həmçinin hipotalamusda histaminin səviyyəsini artırır.
Modafinil qara ciyərdə metabolizmə uğrayır və qeyri-fəal metabolitlər şəklində böyrəklər vasitəsi ilə xaric olunur.
Modafinilin metabolizmi:

Tablet şəklində istifadə olunur.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin