Mühazirə I. "Analeptik vasitələr"


) Piperidindion törəmələri



Yüklə 0,98 Mb.
səhifə5/10
tarix20.10.2023
ölçüsü0,98 Mb.
#157965
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Ə.k. II Mühazirə 1

5) Piperidindion törəmələri
Bemeqrid

4-Etil-4-metil-2,6-piperidindion

Bemeqrid kimyəvi quruluşca 2,6-dioksipiperidin törəməsi olub, tənəffüsün blokadası ilə müşahidə olunan patologiyalar zamanı analeptik maddə kimi (0,5%.-li məhlulu 2-5 ml dozalarda venadaxili) geniş istifadə olunur. O, yuxugətirici maddələrin (xüsusən, barbituratlarm) aktiv antaqonisti hesab olunur. Barbituratların toksikliyini azaldır, bu maddələr tərəfindən tənəffüs və qan dövranının dəf olunmasının qarşısını alır. Preparat MSS stimuləedici təsir göstərir. Onun fəallığı niketamid və kamforadan daha yüksəkdir.


Preparatın uşaqlara təyini zamanı, dozası, böyük adamların orta bədən çəkisinin uşaqlarən bədən çəkisinə olan nisbətində azaldılır. Bemeqriddən istifadə zamanı dozalanmanın pozulması öyümə, qusma, əzələ səyrimələri və qıcolma tutmaları kimi arzuolunmaz əlamətlərin meydana çıxmasına səbəb ola bilər. Psixomotor oyanıqlıq zamanı preparatm istifadəsı əks göstərişdir.


6) Alkilləşmiş turşu amidləri (nikotin turşusunun amidləri)
Niketamid (Kordiamin)

Nikotin turşusunun dietilamidi (dietilnikotinamid)

Niketamid kimyəvi quruluşca dietilnikotinamiddir (nikotin turşusunun 25%-li dietilamid məhlulu). Rəngsiz və ya zəif sarımtıl və ya zəif yaşımtıl rəngli, şəffaf, səciyyəvi iyə malik məhlulldur. +100 °C temperaturda, 30 dəqiqə ərzində sterilləşdirirlər.


Kordiaminin sintezi:

Preparat qarışıq təsirə malikdir. Həm mərkəzi həm də periferik təsirə malikdir. Preparat MSS-ni stimulə etməklə, tənəffüs və hərəki damar mərkəzlərini oyadır. Onun birbaşa damardaraldıcı və ürəyə stimuləedici təsiri yoxdur, Çox yüksək dozalarda kionik tutmalar verə bilər.
Yüksək absorbsiyaya malikdir. Orqanizmdə qara ciyərdə metabolizmə uğrayır, qeyri-fəal metabolitlər şəklində böyrəklər vasitəsi ilə xaric olunur. Kollaps və asfiksiya zamanı, cərrahi əməliyyatlardan sonra şok zamanı, infeksion xəstəliklər zamanı tənəffüsün dəf edilməsində istifadə olunur.
Daxilə (ağızdan, yeməkdən əvvəl) və parenteral yolla daxil edilir. Yetkin şəxslərə hər dəfə 15-40 damcı olmaqla (oral yolla), gündə 2-3 dəfə təyin edilir. Uşaqlara isə, yaşlarma müvafıq dozalarda (hər yaşa 1 damcı olmaq şərtilə) təyin edilir. Niketamıdin parenteral (dərialtı və əzələdaxili) yeridilməsi ağrılıdır. Odur ki, bəzi hallarda ağrı hissini azaltmaq məqsədilə niketamidin yeridiləsi nahiyəyə əvvəlcədən 1 ml 0,5-1%-li prokain məhlulu vurulur. Preparatm qıcolmaya meyilli şəxslərə təyini əks göstərişdir. Hazırda dünyanm əksər ölkələrində analeptik kimi niketamiddən istifadə olunmur.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin