Mühazirə I. "Analeptik vasitələr"



Yüklə 0,98 Mb.
səhifə9/10
tarix20.10.2023
ölçüsü0,98 Mb.
#157965
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Ə.k. II Mühazirə 1

Morfolin törəmələri
Doksapram (Dopram)

(RS)-1-etil-4-(2-morfolin-4-iletil)-3,3-difenil-pirrolidin-2-on

Respirator analeptik vasitədir. Son vaxtlar analeptik kimi daha çox hallarda doksapram preparatından istifadə olunur. Doksapram ağ rəngli kristallik poroşokdur. Suda həll olur, spirtdə az həll olur, efirdə praktik olaraq həll olmur.


Onun farmakoloji xüsusiyyətləri amfetaminlər qrupundan olan preparatlara bənzəyir. Bu preparatlar kimi qeyri-düz təsirli simpatomimetik effektlər (məs. qan təzyiqini yüksəldir və s.) törədir. Qan təzyiqini yüksəltməsində təkcə periferik mexanizmlər deyil, həm də mərkəzi mexanizmlər iştirak edir. Analeptiklər içərisində terapevtik genişliyi ən böyük olan preparatdır. Odur ki, bu sıranın ən təhlükəsiz nümayəndəsi sayılır.
Analeptik kimi venadaxili (yavaş sürətlə) təyin edilir. Birdəfəlik inyeksiya fonunda (0,5-2 mq/kq dozalarda) tənəffüs mərkəzinin 5-10 dəqiqəyə qədər davam edən stimulyasiyasmı törədir. Müalicənin başlanğıcmdan effekt almana qədər 5 mq/dəqiqə sürətilə təyin edilir; sonra inyeksiya sürəti 1-3 mq/dəqiqəyə qədər azaldılır. Preparatm maksimal istifadə dozası 300 mq-dır. Daha çox hallarda benzodiazepinlər, barbituratlar, etil spirti və digər, MSS-nə blokadaedici təsir göstərən dərman maddələrinin yüksək dozaları fonunda törənən zəhərlənmələr zamanı istifadə olunur.


Piperidin törəmələri
Lobelin

Lobelin (Lobelinum) – Lobelia infanta L. bitkisindən alınmış alkaloiddir. Ağ, acı rəngli kristallik poroşokdur. Suda çətin həll olur, suda həll olur. Tibb təcrübəsində analeptik kimi, tənəffüs stimulyatoru kimi istifadə olunub. Siqaret çəkmə ilə mübarizəyə qarşı istifadə olunur, “Lobesil” preparatın tərkibinə dazildir. Tablet şəklində istifadə olunur.


Metilfenidat (Ritalin)

Metil-2-fenil-2-(piperidin-2-il)asetat
Noradrenalinin geriyə zəbtinin inhibitorudur. MSS stimulyatorudur, hiperfəallıq və diqqət defisiti sindromu, həmçinin narkolepsiyanın müalicəsində istifadə olunur.
Sənayedə alınması üşün 2-xlorpiridin və benzil-sianid istifadə olunur.
Metilfenidatın metabolizmi:

Preparat psixostimulyator kimi, astenik vəziyyətlərdə, yüksək yorğunluqda, diqqət defisiti sinromunda, antipsixotik preparatların göstərdiyi yan təsiri, həmçinin metamfetamin asılılığı aradan qaldırmaq üçün istifadə olunur.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin