Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35
634821372-Untitled

1. İnzibati kargüzarlıq
2. Xüsusi kargüzarlıq
İnzibati kargüzarlıqda 
sənədləşdirmə idarəetmənin inzibati fəaliyyətini bilavasitə özündə 
əks etdirir^Bütün idarələrdə bu növ kargüzarlıq idarənin fəaliyyətindən asılı olmayaraq eyni 
formada təşkil olunur. Bunu nəzərə alaraq idarəetmə ilə müdiriyyətlə əlaqədar inzibati sənədlərin 
tərtibi, göndərilməsi, qeydiyyatı, icrasına nəzarət və onlardan istifadə etmək dəftərxanaya və ya 
kargüzara həvalə edilir. 



Xüsusi kargüzarlıqda 
idarənin öz xüsusiyyətinə uyğun olaraq sənədləşmə aparılır^Bura 
mühasibat, notariat, maliyyə, məhkəmə, istintaq, sosial təminat, statistika, uçot, kommersiya 
sahəsi üzrə kargüzarlıq daxildir. > Bu növ'kargüzarlıq bilavasitə bu işlərlə məşğul olan 
əməkdaşların fəaliyyəti ilə bağlıdır.fXüsusi kargüzarlığın fərqləndirici cəhəti sənəd formalarının, 
nomenklaturasının və onların hazırlanmasının müxtəlif olmasıdır. * İnzibati və xüsusi 
kargüzarlıq idarəetmədə bir-birini tamamlayır. 
- Kargüzarlığın düzgün təşkili gələcəkdə sənədlərdən istifadə olunmasına zəmanət 
verir.*Kargüzarlıq işi elmi əsaslar üzərində düzgün qurularsa, heç bir rəsmiyyətçiliyə və 
süründürməçiliyə yol verilməz. 
Kargüzarlığın qurulması hər zaman dövlətin fəaliyyətindən asılıdır. Azərbaycan dövlətçiliyi 
tarixində kargüzarlığın inkişafım aşağıdakı mərhələlərə bölmək olar: 
1.
Böyük Azərbaycan dövlətçiliyinə qədər olan dövrədək kargüzarlığın inkişafı; 
2.
Böyük Azərbaycan dövləti vaxtında kargüzarlığın və inzibati sənədləşmənin inkişafı 
3.
Azərbaycan Demokratik Respublikasına qədər sənədləşmənin inkişafı; 
4.
Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti müddətində kargüzarlığın 
inkişafı; 
5.
İndiki dövrə qədər kargüzarlığın inkişafı. 
Bu dövrlər ərzində dövlətçiliyin xüsusiyyətlərinə uyğun olaraq kargüzarlıq aparatı 
formalaşmışdır. Ayrı-ayrı xidməti sahələr yaradılmışdır. 
4-Ial-hazırda idarələrdə kargüzarlığın sənədli hissəsinin təşkilinə və sənədlərin saxlanmasının 
təmin edilməsinə ümumi nəzarəti idarə rəhbərləri və yerli arxiv orqanlarının işçiləri həyata keçi-
rirlər. Buna görə idarə arxivlərinin müasir formada təşkil olunması vacib şərtlərdən biridir. 
Bütün idarələrdə olduğu kimi məhkəmələrdə kargüzarlığın düzgün təşkili ədalət 
mühakiməsinin həyata keçirilməsi, hökm və qətnamələrin icrası, məhkəmə işlərinə vaxtında 
baxılması, prosessual normalara əməl edilməsi, məhkəmə işinin təşkilinin mühüm 
şərtlərindəndir. Xüsusi kargüzarlıq olaraq məhkəmələrdə kargüzarlığın təşkili qaydası 
təlimatlarla tənzimlənir. Burada məhkəmə sənədlərinin rəsmiləşdirilməsi, tərtib edilməsi, 
hazırlanması, uçotu, qeydiyyatı, məhkəmə işlərinin dövriyyəsi, məlumat axtarışı, icra üzərində 
nəzarət, sənədlərə əsaslanan materialların ardıcıllıqla saxlanılması və onlardan istifadə edilməsi 
üçün hazırlanmasını müəyyən edir. Kargüzarlıq işlərinin təkmilləşdirilməsi əməyin texniki təşkili 



prinsiplərinin, kargüzarlığın mexanikləşdirilməsi, sənədlərlə işləmənin forma və metodlarının 
tətbiq edilməsi yolu ilə həyata keçirilir. 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin