Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Sənədlərin yaranması və istifadə edilməsi prosesinin



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   35
634821372-Untitled

Sənədlərin yaranması və istifadə edilməsi prosesinin 
hüquqi tənzimlənməsi 
 
Kargüzarlıq prosesinin hüquqi reqlamentləşməsi sənədlərin tərtibi və rəsmiləşdirilməsindən 
ibarətdir, t Bunun üçün də idarəetmə sahəsində sənədlərin rəsmiləşdirilməsi, hazırlanması 
qaydası, sənədlərlə işləmə, ümumilikdə kargüzarlıq prosesi hüquqi cəhətdən tənzimlənməlidir. 
Buna görə də idarələrdə, müəssisələrdə və təşkilatlarda kargüzarlığın aparılması qaydaları 
qanunlara, qərarlara, dövlət standartlarına, kargüzarlığa dair təlimatlara və digər normativ hüquqi 
aktlara cavab verməlidir. Bütün idarə, müəssisə və təşkilatlar üçün ümumi bir akt qanunlar və 
vahid dövlət kargüzarlıq sisteminə aid olan təlimatlardır.-Kargüzarlıq proseslərini düzgün təşkil 
etməkdən ötrü hər bir təşkilat özünün kargüzarlığının aparılmasına dair təlimatını hazırlayır. 
Bunlara "İdarələrdə kargüzarlığın aparılması qaydaları" haqqında təlimat, "Ədliyyə və məhkəmə 
orqanlarında kargüzarlığın aparılmasına dair" təlimat və digərləri daxildir. 
Vahid dövlət kargüzarlıq sisteminin yaradılması indi və gələcəkdə idarəetmə işlərinin və 
onların təşkilatı fəaliyyətinin sənədləşdirilməsinin təkmilləşdirilməsidir. Müasir şəraitdə 
kargüzarlıq 
prosesinin 
qanunauyğunluqla 
gedişi 
sənədləşdirmənin 
bilavasitə 
optiıııallaşdırılmasıdır. 
Kargüzarlıq Sisteminin əsas qaydalarının aparılması üzrə normativlər kargüzarlığın kompleks 
qaydaları və idarəetmə sənədlərinin hazırlanması, onların arxivlərə verilməsi prosesini müəyyən 
edir. 
Vahid dövlət kargüzarlıq sisteminə dair qanunların və təlimatların məqsədi xidməti 
mə'lumatlarm hazırlanma forma və mclodlaıını təcrübədə özünü doğrultmuş ümumi normalara 
çatdırmaqdan ibarətdir. 
'VDKS, Beynəlxalq Yazışmalar Sistemi ilə birlikdə tətbiq olun- malıdıı Burada ümumi dövlət 
sisteminə uyğun olaraq Beynəlxalq Yazışmalar Sistemi qarşılıqlı aparılmalı, milli kargüzarlıq 
prosesi pozulmamalıdır. 



BYS və VDKS ümumi hissədən ayrı-ayrı mövzu bölmələrindən ibarətdir. ®YS və VDKS 
tətbiq etmədən əvvəl dövlət aparatının ayrı-ayrı sahələrini, idarəetmə sənədlərinin ümumi 
qanunauyğunluğunu bilmək lazımdır. 
BYS və VDKS-nin ümumi hissəsində kargüzarlıq haqqında məlumatlar verilmişdir. äBurada 
qeyd olunur ki, kargüzarlıq idarəetmə prosesində idarəetmə funksiyasını yerinə yetirən 
sənədləşdirmə və sənələrlə işin təşkilinə deyilir. 
BYS və VDKS-nin ümumi qaydaları bütün idarələrdə hazırlanan təşkilati-sərəncamverici 
sənədlərin hazırlanmasına tətbiq edilir. İnzibati və xüsusi kargüzarlığın aparılmasında birincidən 
fərqli olaraq, xüsusi kargüzarlıq üçün ayrıca normalar, qaydalar, təlimatlar işlənilir. 
BYS və VDKS-nin başlıca məqsədi sənədləşmə əməliyyatının təkmilləşdirilməsinin aşağıdakı 
formalarda aparılması təklifləridir. Bunlara aiddir: 
-
sənədlərlə işləmənin forma və metodlarının təkmilləşdirilməsi; sənədlərin vahid forması və 
standartlaşdırılması; 
-
kargüzarlıq prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması. 
Təlimatlar və VDKS idarələrdə sənədlərlə işin təşkilini, kargüzarlıq xidmətinin birtipli 
quruluşunu və funksiyasını, işçilərin vəzifə nomenklaturasını, kargüzar heyətinin sayını, iş 
normalarını, əmək şəraitini və təşkilati texnika sistemlərinin ümumi qaydalarını müəyyən edir. 
Təlimatlar və Vahid Dövlət Kargüzarlıq Sistemi əsasında sənəd dövriyyəsi təşkil edilir. ;Sənəd 
dövriyyəsinə uyğun olaraq idarələr 
dörd dərəcəyə bölünür. lİdarələr texniki baxımdan sənədləşdirmə işlərinin həcmindən və ərazi 
bölgü sahəsindən asılı olaraq kargüzarlıq prosesi bütöv və hissə ilə mərkəzləşdirilir. 
«Nazirliklər və digər baş idarələr Qanunlar və VDKS əsasında özlərinin idarəetmə 
xüsusiyyətinə uyğun olaraq kargüzarlığın aparılmasına dair təlimatını hazırlayır.
4
Bu təlimatda 
konkret qaydalar əks olunur. İdarənin xüsusi kargüzarlığına ayrıca yer verilir. 
^Kargüzarığa dair təlimatın və VDKS-nin mövzu bölmələri aşağıdakılardan ibarətdir: 
xidməti sənədlərin hazırlanması qaydaları; 
-
sənəd dövriyyəsinin təşkili; 
-
sənədlərin qeydiyyatı və məlumat aparatının qurulması; sənədlərin icrasına nəzarətin təşkili; 
-
işlərin formalaşdırılması və nomenklaturasının təşkili; 
-
saxlamaq və istifadə etməkdən ötrü sənədlərin hazırlanması; 



-
kargüzarlıq heyətinin əməyinin təşkili; 
-
kargüzarlıq prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması. 
-
İdarələrdə BYS və VDKS-nin müasir tətbiqinin böyük əhəmiyyəti vardır. Burada idarəetmə 
prosesi sürətlənir, idarəetmə mədəniyyəti yüksəlir və ümumilikdə sənədlərlə iş prosesi qanunauy-
ğunluqla icra edilir. 
İdarələrdə və müəssisələrdə vahid dövlət kargüzarlıq sisteminin tətbiqi üzrə təşkilati tədbirlər 
aşağıdakı kimi olmalıdır: 
-
Bütün idarələrdə bilavasitə VDKS-nin tətbiqi, kargüzarlıq bölmələrinə dair əsasnamə 
hazılanmalı və müxtəlif kateqoriyalı kargüzar işçiləri üçün vəzifə təlimatları tərtib edilməlidir; 
-
VDKS-nin tətbiqi üçün material - texniki təminat olmalı, yeni sənəd blankları dövlət 
standartlarına uyğun hazırlanmalı, qeydiyyat formaları, yeni saxlanma qaydaları tətbiq edilməli, 
müasir texniki vasitələrdən istifadə olunmalıdır; 
-
milli kargüzarlığın aparılması qaydaları öyrədilməlidir; 
-
beynəlxalq kargüzarlıq sisteminin tətbiqi qaydalarından istifadə olunmalı və nəzarətə 
götürülməlidir. 
-
Sənədləşmə işlərinin aparılmasının vahidliyini təmin etmək üçün dövlət standartlarından 
istifadə olunur. Dövlət standartları aşağıdakı prinsiplərə əsaslanır: 
-
idarəetmə sənədlərinin üzərində rekvizitlərin qoyulması qaydalarına; 
-
sənədlərin tərtibində kompüter proqramlarından istifadə edilməsinə
-
vahid sənəd formalarının tərtib olunmasına; 
-
sənədlərin tərtibində iş sərfinin azaldılmasına. 
Başqa idarəetmə sahələrinin də özünə məxsus sənədləri vardır ki. onlar xüsusi təlimatlarla 
tənzimlənilir. Məxfi kargüzarlığın icrası üçün ayrıca normativ aktlar fəaliyyət göstərir. 


10 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin