Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
634821372-Untitled

Sənədşünashq 
insan fəaliyyəti sahəsində sənədlərin yaranma qanunauyğunluğunu öyrənən
kargüzarlıq və sənədləşmə sisteminin qurulması prinsiplərini işləyən elmdir. Bu üç sistemdən: 
sənəd dövriyyəsindən, kargüzarlıqdan, sənədlərlə təminatdan ibarətdir. 
Sənədləşmədə kompüterlərin köməyi vasitəsi ilə sənədlərin tərtib olunması və təşkil edilməsi 
idarəetmə işinin gedişini sürətləndirir, idarələrdə məlumatların işlənməsi və verilməsi 
şəbəkəsinin yaradılması işinin səmərəliliyini artırır. Bu vəzifələrin icrası hökmən məlumat 
bazasının qaydaya salınması, sənəd proseslərinin təkmilləşdirilməsi ilə uyğun gəlməlidir. 
Kompüter texnikasından istifadə edilməsi kütləvi daşıyıcı olan sənədlərdə bütün çıxış 
məlumatları qaydaya salındığı halda nail olmaq olar. Kompüterlərlə məlumatın işlənməsi 
metodlarının tətbiq edilməsi idarə aparatı işçiləri tərəfindən sənədlərin hazırlanması işini 
yüksəldir, həm də yaradıcı, analitik əmək, insanın iş keyfiyyətinin tam açılması üçün lazımi şərait 
yaradır. Geniş internet sistemi tətbiq olunmaqla beynəlxalq sənədləşmə sistemi ilə işgüzar əlaqə 
qurulmalıdır. 
Hər il idarəetmənin və onun sahələrinin idarə edilməsində külli miqdarda təşkilati
sərəncamvcrici, məhkəmə, statistik və s. sənədlər tərtib edilir. Bunların hamısı idarə aparatı 
işçilərinin iş yerlərindən keçir. Onların iş vaxtının çox hissəsi sənədlərdə olan lazımi 
məlumatların axtarılmasına sərf olunur. 


13 
Sənədlərlə iş funksiyasını mühasiblər, iqtisadçılar, kadrlar üzrə müfəttişlər və digər 
mütəxəssislər yerinə yetirilər. Əlbəttə, sənədləşdirmənin əsasını və təşkilini bacarmaq bütün 
idarəedən işçilər üçün vacibdir. 
Sənəd idarəetmənin bütün mərhələləri və təsərrüfatın idarə edilməsi üçün məlumat 
mənbəyidir. İdarə, müəssisə və təşkilatın fəaliyyəti zamanı müxtəlif hadisələrin və faktların qeyd 
olunması və saxlanılması zərurəti meydana çıxır. Bu məqsəd üçün müxtəlif məlumat 
daşıyıcılarından istifadə olunur. 
Məlumat daşıyıcılarının içərisində ən çox yayılanı kağız üzərində tərtib olunmuş mətnli 
sənədlərdir. Bunlar idarəetmənin təşkilində və təkmilləşdirilməsində mühüm rol oynayırlar. Bu 
da həmin sənədlərdə qeyd olunan məlumatın əhəmiyyətliliyi ilə müəyyən edilir. 
Kağız üzərində həkk olunmuş məlumatlardan uzun müddət ərzində istifadə etmək olar. 
Sənədlər müxtəlif idarə və təşkilatlar, ayrı-ayrı şəxslər arasında əlaqə yaradır. İşlərin uçotunu 
saxlayan və hüquqi əhəmiyyətə malik olan sənədlər məhkəmə və istintaq orqanlarında, habelə 
təsərrüfatın bütün sahələrində əsas mənbə kimi istifadə edilir. B.unlar idarəetmə işlərinin 
əlaqələndirilməsində ünsiyyətin yaradılması vəzifəsini yerinə yetirirlər. Beləliklə, kağızda, kino, 
foto, disk və səs yazılarında hazırlanan sənədlər müəyyən fakt və hadisələrin, insan zəkasının 
fəaliyyətini əks etdirən məlumatların mənbəyi hesab olunurlar. Sənədlər dövlət, ictimai və şəxsi 
həyat hadisələrinin, faktların təsbit olunmasıdır. 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin