Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Sənəd haqqında anlayış və onun əhəmiyyəti



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
634821372-Untitled

Sənəd haqqında anlayış və onun əhəmiyyəti 
Müasir işgüzar dünyanı böyük informasiya axını olmadan təsəvvür etmək mümkün deyildir. 
Bu məlumatların çatdırılması sənədlər üzərində aparılır ki, bu da müxtəlif növlü sənədlərin 
hazırlanmasına gətirir. Hər il idarəetmə sahəsində milyarddan çox sənəd tərtib edilir. Sənədin 
köməkliyi vasitəsi ilə məlumatlar saxlanılır və təyinatı üzrə çatdırılır. Sənəd idarəetmənin 
güzgüsünü təşkil edir. Yazılı sənədləşmələr insan fəaliyyətinin gedişini, dövlətçiliyin, 
sivilizasiyanın, mədəniyyətin inkişafını bütövlüklə göstərir və çatdırır.^ 
Son illərdə sənədlər idarəetmənin ilk həlqələrində daha çox yayılmışdır. Xüsusi müəssisələr, 
fermer təsərrüfatları da öz kargüzarlığını təşkil etmişdir. İdarədə hər bir sənədin tərtib edilməsi, 
yenidən yazılması, oxunması, uçotu (qeydə alınması), çoxaldılması, mühafizəsi, axtarışı, daşıdığı 
məlumatın yenidən işlənməsi, surətinin çıxardılması, məlumatların başqa yerə köçürülməsi
idarənin daxilində və xaricində çatdırılması, müxtəlif məlumatların alınması, verilməsi və s. üzrə 
böyük işlər aparılır. Sənədlərdən müxtəlif idarəetmə məqsədləri üçün istifadə edilməsinə 
baxmayaraq bu sözün mənasının əhəmiyyəti daha genişdir və onun izahı başqa cür verilir, yəni: 
1.
Sənəd hər hansı faktların sübutudur. 
2.
Sənəd tarixi mənbədir. 
3.
Sənəd idarəetmə qərarlarının qeydi və verilməsidir, bir sözlə desək, informasiya 
daşıyıcısıdır. 
"Sənəd" sözünün rəsmi anlayışı dövlət standartında və digər normativ hüquqi aktlarda 
verilmişdir. Bunlar "kargüzarlıq və arxiv işi" terminologiyası məsələlərini müəyyən edir. Sənəd 
insan fikrindən yaranan məlumatların, hadisələrin, faktların hər hansı bir xüsusi materiallar 
üzərində qeyd olunmasına deyilir. Sənəd xüsusi materialda faktlar, hadisələr, obyektiv həqiqət 
hallan və insanın təfəkkür fəaliyyəti haqqında məlumatı müxtəlif üsullarla möhkəmləndirib, 
daşıyan vasitədir. 
^.Sənəd sözü (ərəb sözündən götürülüb) 
sübut, dəlil
deməkdir, başqa sözlə, bir şeyi, faktı təsdiq, 
bir şeyə olan hüququ sübut edən rəsmi kağızdır. Elə sənədlər vardır ki, onun bir vəziyyətdə 
əhəmiyyəti olsun, digər vəziyyətdə isə əhəmiyyəti olmasın? Məsələn, adi şəxsə göndərilmiş əl 
vasitəsi ilə yazılmış məktub əhəmiyyətsiz olsa da, məhkəmə prosesində bundan sübut kimi 


11 
istifadə edilə bilər. 
Sənədlərin idarəetmədə böyük əhəmiyyəti vardır. 
1.
Sənədlər dövlət əhəmiyyətlidir, yəni sənədlər ictimai münasibətləri, dövlət quruluşunu
dövlət institutlarının mahiyyətini, qarşılıqlı əlaqəsini möhkəmləndirir və münasibətləri əks 
etdirir. Dövlət orqanlarının vəzifəli şəxsləri sənədləri öyrənərək ölkənin daxili və xarici siyasətini 
işləyib hazırlayır və bilavasitə sənədlərlə iş prosesini icra edirlər. 
2.
Sənəd hüquq əhəmiyyətlidir, yəni sənədlərlə idarələrin, müəssisələrin, vətəndaşların 
hüquqları rəsmiləşdirilir və nizama salınır. Sənədlərdən istifadə edərkən dövlət müəssisələrin 
məmurları vətəndaşların konstitusiya ilə təmin olunmuş hüquqlarını müdafiə edir. 
3.
Sənəd iqtisadi əhəmiyyətlidir, yəni sənədlər vasitəsi ilə dövlətin iqtisadi fəaliyyəti göstərilir. 
Sənəd təsərrüfat fəaliyyətinin sənədlərlə təşkili rolunu oynayır və bütün müəssisələrin iş proses 
lə rin i rəsm i Iəş< liri r. 
4.
Sənəd tarixi əhəmiyyətlidir, yəni sənədlər vasitəsi ilə tarixi faktlar araşdırılır və tarixi 
məlumatlar saxlanılır. 
Müəssisələrin gündəlik işlərində istehsalın, təsərrüfatın, maliyyə və ictimai fəaliyyətin 
müxtəlif məsələləri üzrə sənədlər yaranır. Bunlar əmrlər, qərarlar, məktublar, aktlar, müqavilələr, 
protokollar, teleqramlar, arayışlar, fakslar və sairdən ibarətdir. Müəssisələrdə tərtib edilən və 
digər müəssisələrə çatdırılan sənədləri "yazışmalar" adlandırmaq qəbul edilmişdir. 
Kommersiya işlərinin aparılmasında yazışmalar ən mühüm rol oynayır. Yazışmalar sadə və 
texniki üsullarla hazırlanır. Bunun üçün hazırlanmış xidməti sənədlərin forma və məzmunu bütün 
tələblərə cavab verməlidir. İşgüzar yazışmaların rəsmiləşdirilməsi qaydaları bütün idarəetmə 
sahələrinə aid edilir. 
Xidməti məktublar və yazışmaların əsasını xidməti korrespondensiya təşkil edir. Məktublar 
əsasında işgüzar əlaqələr, maliyyə və bank işləri, sifarişlər, daşımalar və digər işlər aparılır. 
Sənədlərin yaradılması, hərəkəti, onların qeydə alınması, təsnif edilməsi, uçotu və mühafizəsi 
ilə əlaqədar olan işlərin cəmini sənədlərlə işi təşkil edir. 
Müəssisə və təşkilatlarda sənədləşmələr qanuna və kargüzarlığa dair təlimata, hüquqi aktlara 
əsasən aparılır. Bu, sənədləşmə işində artıq təkrarlanmanın qarşısını alır. Sənədlərin 
hazırlanması, sənəd dövriyyəsinin təşkili, məlumatın uçotu və axtarışı, sənədlərin icrası üzərində 
nəzarətin həyata keçirilməsi, onların işlərdə qruplaşdırılması məsələləri üçün vahid tələblər 


12 
qoyulmuşdur. 
İdarəetmədə sənəd hüquqi münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Bunlar 
hüquq normaları ilə reqlamentləşdirilir. İdarəetmə sənədlərinin digər sahələrə aid olan sənədlərlə 
fərqləndirici cəhətləri bunlardır: 
1.
İdarəetmə sənədlərindəki məlumatların xüsusiyyətlərindən asılı olmayaraq onlardakı 
məlumatlar son nəticədə ictimai münasibətləri tənzimləyir (müəssisələr arasında, müəssisələr və 
onların işçiləri arasında, müəssisə və vətəndaşlar arasında münasibətləri və b.). 
2.
Başqa informasiya daşıyıcılarından fərqli olaraq idarəetmə sənədləri rəsmi mənbələrdən 
alınır; bunlar müəssisələrin, təşkilatların və vəzifəli şəxslərin səlahiyyətlərinə daxildir. Rəsmi 
idarəetmə sənədləri xüsusi blankda hazırlanmalı, imza və möhürlə təsdiq edilməlidir. 
3.
İdarəetmə sənədlərinin hazırlanması qaydaları, onların formaları, məzmununun 
xüsusiyyətləri və istifadə sahəsi hüquq normaları ilə reqlamentləşdirilir. 
Ümumilikdə sənədləşmə işləri sənədşünaslıqla bağlı olmaqla onun hissəsini formalaşdırır. 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin