Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Kargüzarlıq haqqında anlayış və onun növləri



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35
634821372-Untitled

Kargüzarlıq haqqında anlayış və onun növləri 
 
İdarəetmə aparatında iş proseslərinin gedişi kargüzarlıq əməliyyatlarında əks olunur. İdarə 
aparatı işçilərinin işinin təşkilində kargüzarlığın düzgün qurulmasının böyiik əhəmiyyəti vardır. 
Müasir dövrdə idarəetmənin yeni formalarına keçilməsi, müəssisələrlə dövlət idarələri arasında 
münasibətlərin yaradılması sənəd və sənədlər dövriyyəsinin həcminin artmasına səbəb olmuşdur. 
Çoxlu sayda yazışmaların aparılması kargüzarlığın səmərəli təşkil olunmasını qarşıya qoyur. 
"Kargüzarlıq" 
anlayışı dedikdə dövlət aparatında və müəssisələrdə sənədlərlə işləmə prosesi, 
sənədlərin hazırlanması, onların qəbulu, təsnifatı, icra üçün verilməsi, icrasına nəzarətin 
aparılması sənədlərin saxlanması kimi başa düşülür. «Kargüzarlıq işləri kortəbii şəkildə deyil, 
normativ sənədlər əsasında aparılır.lQısa tərif versək 
kargüzarlıq 
idarəetmə prosesində 
idarəetmə funksiyasını yerinə yetirən səndləşdirmə və sənədlərlə işin təşkilinə deyilir. 
"Kargüzarlıq" sözü 
"kar" - 
iş, 
"güzar" - 
görmək, yəni idarəetmədə dəftərxana işlərini görmək 
sözündən ibarətdir
1
və yaxud "kargüzar" (fars sözü olub) idarə və müəssisədə dəftərxana işlərini 
aparan xidmətçi və ya işlər müdiri kimi anlaşılır. Bu isə idarəetmədə kargüzarlığın sənədləşmə 
hissəsini təşkil edir və iki hissəyə bölünür: 
I. 
Sənədləşdirmə 
işi icra etməkdən ötrü alınmış məlumatların hər hansı bir materiallar 
üzərində göstərilməsidir. Burada ancaq müxtəlif sənəd formalarının hazırlanması qarşıya 
qoyulur. 
2. 
Sənədlərlə işin təşkili 
sənədləşdirmə əməliyyatlarından sonra sənədlərin hərəkəti, icrası, 
qeydiyyatı və axtarışının təmin olunmasının təşkilidir. 
Kargüzarlıqla məşğul olan işçilər çıxarılmış qərarların çevik şəkildə rəsmiləşdırılməsini 
bilavasitə yerinə yetirirlər. Kargüzarlıq əməliyyatları sənədin tərtibi işinin başlanğıcından, 
layihədən tutmuş son nəticəyə qədər bütün prosesləri əhatə edir. Sənədlər vasitəsi ilə idarəetmə 
işinin təkmilləşdirilməsi və yaxşılaşdırılması, ümumilikdə bu işin təşkili, kompüterloşməsi və 
mexanik- ləşdirilməsi kargüzarlığın başqa amilləri ilə sıx bağlıdır. İdarəetmə fəaliyyətində 
kargüzarlıq xidmətinin əhəmiyyətli faktorlarından biri onun universal və geniş olmasıdır. 
İdarəetmədə və məişətimizdə "kargüzarlıq" məfhumunu tez- tez işlədirik. Bu da sənədlərlə 
işləmə kimi başa düşülür. Ona görə ki, işimizin bütün mərhələləri sənədlərdə əhatə olunur. 
İdarələrdə və müəssisələrdə işçilərin ümumi iş həcminin əksər hissəsi kargüzarlıq əməliyyatlarına 



sərf edilir. Mütəxəssislər iş günü ərzində sənədlərlə işləməyə 20-80 faiz vaxt ayırırlar. 
Kargüzarlığın təşkili idarəetmə aparatının çevikliyinə, etibarlılığına. idarəetmə işçilərinin 
əməyinin təşkilinə və mədəniyyətinə təsir göstərir. Sənədlərin yaranması, yəni onun 
hazırlanması, razılaşdırılması, qanuni şəklə salınması kargüzarlığın əsasını təşkil edir. 
Kargüzarlıq sənədlərin dövriyyəsini təşkil etməklə yanaşı, onların mühafizəsini də təmin edir. 
Sənədlərin tərtibindən başlayaraq icrası başa çatdırılanadək, idarədaxili və idarəxarici hərəkətləri 
ilə sənəd dövriyyəsini yerinə yetirir. Sənəd dövriyyəsinin sürəti idarə aparatmdakı kargüzarlığın 
təşkilindən çox asılıdır. 
İdarələrdə kargüzarlığın aparılması kargüzarlıq xidmətinin əlaqəli qurulması ilə bağlıdır. 
Bunün üçün o, mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş və qarışıq sistemdə aparıla bilər. 
Quruluş bölmələrinin sayı az və dövriyyə ildə 500-600-dək sənəd olduqda köməkçi və texniki 
əməliyyatlar mərkəzləşdirilmiş formada aparılır. Sənədlər üzərində əməliyyatların gedişi ancaq 
idarənin ümumi şöbəsində və ya belə səlahiyyətə malik olan bölmələrdə cəmlənir. 
Mərkəzləşdirilməmiş kargüzarlıq əməliyyatları idarələrdə şöbələr üzrə icra edilir. Quruluş 
bölmələri ayrı- ayrı ərazilərdə yerləşdikdə qarışıq forma tətbiq edilir. 
Mərkəzləşdirilməmiş kargüzarlıq əməliyyatları zamanı yazışmaların qəbulunu və 
göndərilməsini, sənədlərin ilkin qaydada quruluş bölmələrinə paylanmasını dəftərxana və ya 
ümumi şöbə həyata keçirir. Quruluş bölmələrində sənədlər qeydə alınır, rəsmi şəklə salınır, işlər 
formalaşdırılır və qovluqlarda saxlanılır. 
Quruluş bölmələrinin özləri arasında xidməti yazışma məsləhət görülmür. İdarə və ya 
təşkilatın fəaliyyəti xüsusi sənəd növlərində öz əksini tapır. 
^İdarələrdə kargüzarlıq əməliyyatlarının aparılması xüsusiyyətləri üzrə kargüzarlıq iki növə 
bölünür: 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin