Mövzular üzrə saatların bölgüsü


Turizmdə biznes planılaşdırma



Yüklə 134,52 Kb.
səhifə5/29
tarix03.03.2023
ölçüsü134,52 Kb.
#86407
1   2   3   4   5   6   7   8   9   ...   29
turizmdə tədiqat metodları

Turizmdə biznes planılaşdırma
Biznes plan sahibkar və menecerlərin fəaliyyət planı kimi.
Biznes planın işlənməsində investorların əsas məqsədi.
Biznes planın strukturu
Biznes planın bölmələri və məzmunu.
Fəaliyyət istiqamətindən asılı olmayaraq hır bir firmanın iqtisadi inkişafı investisiyalar tələb edir.İnvestisiya mənbələrinin istiqamətlərindən biri də müxtəlif istiqamətlər üzrə biznes planın hazırlanmasıdır. Biznes planlarda lahiyələndirmə onun növündən və bazar istiqamətlərindən asılı olaraq dəyişir. Bununda əsas istiqaməti investisya lahiyələrindən kecir. Turizm firmalarında investisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələriaşağıdakı tərzdə təsnif olunur:

  • Turizmdə əsas amortizasiyaların maliyyələşməsinə görə-şəxsi investisiyalardan, cəlb olunan, borc götürülən pul vəsaitləri.

  • Maliyyə ehtiyatlarının mənsubluğuna görə- dölətin birbaşa investisiya lahiyələrində iştirak etmək üçün yönəldilən vəsaitləri biznes plan vasitəsilə cəlb etmək. Təsərrüfat subyektlərinin səhm paketi, xarici investorların iştirakı.

  • Planlaşdırılmış gəlirlərin əldə edilməsinin risk dərəcəsi-bu yönəldilən investisiyaların dəyərindən asılıdır.

  • Kapital qoyluşlarının gözlənilən müddəti

  • Investisiyaların qaytarılmasında turizm şirkətinin iqtisadi gücü. Yəni sabit mənfəət əldə edilməsinə təminat verməyən sahələrin mövcudluğu.

İnvestisiyaların biznes planda nəzərə alinması sahibkarların menecment fəaliyyətinin düzgün istiqamətləndirilməsindən asılıdır. Buna görə də biznes planın təttibi kokkret sahələrə istiqamətlənir. Kapital qoyluşu nəzərdə tutulan obyektin konkret sertifikasiyasın səciyələndirilən paramertlər əlavə olunur. Adətən investisiya proqramında firmanın secdiyi strategiyaya uyğun olaraq ardıcıl və kompleks inkişaf nəzərə alınır. Buraya investisiya qoyulan obyekt daxil edilir və parametrləri göstərilir. Məsələn, turizm firması yeni məhsulun yaradılmasında hansı parametrləri qabadır:xidmətlər dəstinin maya dəyəri, əlaqələndirici şirkətlərə ödənilən vəsaitlər, bazarda marketinq təhlili, investisiyaların səmərəliliyi.
Investisiyaların fəaliyyət istiqamətin həyata kecirən şirkət cari planın işlənib hazırlanmasından başlayır. Cari ilin investisiya sənədlərinin işlənib hazırlanması binnes planın tərkib hissəsi olduğuna görə onun əsas sənədlərin aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Firmanın strateji planı və investisiya proqramı;

  • Investisiya qoyulan turizm sahələrinin bines planları (maliyyə hesabı daxil olmaqla)

  • Biznes planın nəticələrinin doğuluğunun təsdiqi. Nəticəyə nail olunacaq cari vaxt ərzində mühasibat blaklarının təhlili.

  • Əsas və dövüyyə fondlarından istifadənin səmərəliliyinin təhlilinin nəticələri.

  • Investisiya obyektlərinin titul siyahısı. Buraya daxildir: planlaşdırılan turizm məhsulu və ya digər xidmətlərin dəyəri, xidmətlərin genişləndirilməsinə yönəldilən vəsaitlər.

Biznes planda əsaslı investisiyaların planlaşdırılan ümumi kəmiyyəti struktur, dəyər və faiz nisbətində təmsil olunur. Turizmdə qeyd olunan istiqamətlər texniki əlamətlərə görə, əlavə xidmət əlamətlərinə görə, ərazi əlamətlərinə görə nəzərə alınır.
Türizmdə biznes planın investisyaların qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən istifadə olunur:

  • Məhsulu yeniləşdirmə, yəni məhsulun xüsusi cəkisinin buraxılış gücünün artırılmasına yönəldilən tədbirlər.

  • Yeni turizm müəssisəsinin və ya yerləşmə müəssisəsinin tikintisinə yönəldilən vəsaitlər.

  • Turizm məhsulunun və ya yerləşmə müəssisəsinin tenoloji və əsaslı yeniləşdirməyə yönəldilən tədbirlər.

  • Qeyri xidmət təyinatlı turizm məhsulunun işə salınmasına yönəldilən tədbirlər.

Invstisiya qoyluşunun səmərəliliyi müxtəlif vasiə və riyazi yollarla hesablanır bunlardan ən sadəi diskont kəmiyyəti əsasında investisiyaların qimətləndirlməsidir.
Diskont kəmiyyəti NPV xalis gəlirin müəyyən edilməsinə əsaslanır.
NPV= ∑Pt\(1+r)-K ⁿ
Pt-lahiyədə istifadə olunan pul axınları
K-investisiyaların həcmi.
Məsələn, biznes plan üzrə hər hansı bir yerləşmə müəssisəsinin maya dəyəri 3,4 mln manatdır. Beş il müddətində tikintisi planlaşdırılır. Sərmayə qoyluşu qeyd olunan həcimdə bir il ərzində həyata kecirilir. Kredir üzrə faiz qoyuluşu 10% və ya r=0,1 təşkil edir. əsas nəticəni tapın.
Biznes planın tərtib edilməsi qaydaları:
Biznes planın titul vərəqi: şirkətin rəsmi adı, bu plana daxil edilən insanlar, şirkətin hüquqi ünvanı.
Biznes plana daxil edilən mövzular qarşıya qoyulan məqsədlər:
Lazım olan kreditin həcmi
Borcun istifadə istiqamətləri
Borcun qaytarılması və müddəti.
Turizm xidmətlərinin növlərinin sadalanması
Biznes planı təqdim edən turizm şirkətinin fəaliyyətinin başlanğıc vaxtı, xidmət sitili, müəssisənin iş günləri, onların turizm biznesindəki rolu göstərilir.
Təkili olunan biznes planın əsaslandırılması və xidmətin unikallığı: burada onun turizm bazarına daxil olması və ya yeni bazara istiqamətlənən lahiyələtin irəli sürülməsi ilə bağldır. Burada əyanilik üçün müxtəlif xidmətlərin təsviri verilə bilər.
Ölkə də turizm sənayesində baş verən tendesiyaların izahı. Yaxın bir və ya iki ilə turizm sənayesinin proqnozlaşdırılması biznes planda öz əksini tapır. Bu da qimətləndirmə aparan ekspertlər tərəfindən təhlil edilərək onun investisiyaların riskləri müəyyənləşdirilir.
Turizm sənayesində biznes planda istidadə ediləcək resurslar göstərilir. Burad turizm rasursları ilə yanaşı əmək ehtiyatlarından istifadənin istiqamətləri göstərilir. Turizm resursunun maliyyə dəyəri və müasibat blankı olur.
Idarəetmə-idarəetmə komandası, onların təhsili və turizm biznesində fəaliyyət müddəti, onlara verilən əmək haqqı.
Məqsəd və maliyyə ümüdləri- müştərilərin cəlb olunması və satışın qısa və uzunmüddətli vəzifələrinin, müəssisənin inkişafı və genişlənməsinin təhlili. Investisiya qoyluşundan gözlənilən nəticə və gəlir.
Məhsul və xidmət. Məhsulun bazarda irəliləməsinin təmin edən vasitələrin göstərilməsi. Əgər müəssisənin məhsulu daha gəlirli olduğu sübut olunarsa onda investisiyalar cəlb olunur.
Biznes planın digər ünsürlərinə qiymətqoyma, məhsulun yaşayış dövrü, bazarın təhlili, rəqabət, müştərilər, marketinq strategiyası, risklər, lazımı kreditlər və gözlənilən qazanc və mühasibat blankları daxildir.
Qiymətqoymaya daxildir. Onun xərclərdən asılılığı və qiymətin rəqabət
imkanları ilə müəyyənləşir. Qiymətlərin bazara uyğunluğu və rəqabətə davamlığın təmin etmək, investor və kreditorların gözlədiyi potensial gəliri göstərməkdir.
Məhsulun yaşayış dövrü. Məqsədli bazarda nəzərdə tutulan konsepsiya və ya məhsulun hansı yaşayış dövrün gözlənilməsinin təsvir etməkdir. Əgər konsepsiya yaxşı inkişafa və qısa yaşayış dövrünə malikdirsə, onda borc alınmış vəsaitin qısa müddətə qaytarılmasının və bazarın bütün konyukturalarının nəzərə alinması vacibdir.



Yüklə 134,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin