Mövzular üzrə saatların bölgüsü


Restoranlarda biznes plan



Yüklə 134,52 Kb.
səhifə6/29
tarix03.03.2023
ölçüsü134,52 Kb.
#86407
1   2   3   4   5   6   7   8   9   ...   29
turizmdə tədiqat metodları

Restoranlarda biznes plan
Biznes-plan” – biznes fəaliyyətin həyata keçirilməsini, restoranın fəaliyyətini, restoran haqqında məlumatları, satış bazarı, marketinq strategiyası və onların səmərəliliyi səviyyəsini, restoranın fəaliyyət növünü əks etdirən plan, proqramıdır. Sahibkarın fəaliyyət istiqamətlərini proqnozlaşdıran və gələcəkdə onun inkişafından gözlənilən əsas maliyyə nəticələrini müəyyənləşdirən sənəddir. Həmin sənəddə yaxın illər üçün proqnozlaşdırılan satış həcmləri, istehsal xərcləri, ümumi mənfəət və rentabellik səviyyəsi, kreditlərin qaytarılması müddətləri haqqında məlumatlar göstərilir. Restoran biznesi üçün nəzərdə tutulan biznes plan maksimum iki ili əhatə edə bilər.
Biznes plan fəaliyyətin müxtəlif aspektlərində sahibkarlara kömək edir.
1. Biznes plan sahibkara restoranı geniş şəkildə təhlil etmək imkanı verir. Bu da öz növbəsində bir çox problemlərin həll olunması deməkdir.
2. Biznes plan restoranla maraqlanan insanların ( sərmayədar, iş ortaqları) suallarına cavab vermək imkanı verir.
3. Biznes plan sərmayədarların sahibkarın biznesini, iş keyfiyyətini və bazarı öyrənmək üçün ideal vasitədir.
4. Biznes plan restoranın inkişafı üçün nəzərdə tutulan büdcə xərclərini özündə əks etdirir.
5. Biznes plan qurulan restoran biznesini gələcəkdə uğurla və ya uğursuzluqla nəticələnəcəyini öncədən müəyyən etməyə kömək edir.
6. Biznes plan qarşıya qoyulan məqsədi, müştəri kontingentini və biznes ideyanı özündə əks etdirir.
Biznes planın strukturu aid olduğu restoranın dərəcəsindən və xüsusilə təqdim olunacaq investisiya şirkətinin tələblərindən asılı olaraq dəyişə bilər. O bir neçə səhifədən və ya kitabdan ibarət ola bilər. Bütün biznes planlar geniş və tam əhatəli olmur, amma çalışmaq lazımdır ki, bu sənədi hazırlayarkən ən kiçik detallar belə gözdən qaçmasın. Çünki nəzərə alınmayan ən kiçik bir detal gələcəkdə həmin biznesin uğursuzluqla nəticələnməsinə səbəb ola bilər.

Yüklə 134,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin