Mövzular üzrə saatların bölgüsü


Turizmin resurs potensialının qiymətləndirilməsinin metodoloji əsasları



Yüklə 134,52 Kb.
səhifə3/29
tarix03.03.2023
ölçüsü134,52 Kb.
#86407
1   2   3   4   5   6   7   8   9   ...   29
turizmdə tədiqat metodları

Turizmin resurs potensialının qiymətləndirilməsinin metodoloji əsasları
Turizmə dair aparılan tədqiqatlar arasında bu sahənin resurs potensialının öyrənilməsi və qiymətləndirilməsi mühüm yer tutur. Belə qiymətləndirmə turizmin ölkə iqtisadiyyatında oynaya biləcəyi potensial rolun öyrənilməsində vacib şərtlərdən biridir. Xüsusən, əgər turizm iqtisadiyyatın mühüm sahələrindən biri hesab olunursa, turist resurslarının qiymətləndirilməsi həmin ölkənin və ya regionun iqtisadi inkişaf imkanlarının müəyyən edilməsi baxımından çox önəmlidir.
Turizm resurslarının qiymətləndirilməsinə dair araşdırmalar nəzəri-metodoloji baxımdan turizm potensialına, turizmin iqtisadiyyatına, turizmin coğrafiyasına, turizm idarəetməsinə dair aparılmış tədqiqatlara və toplanmış təcrübəyə əsaslanmalıdır. Bu baxımdan Oliver Frey, G.U.Kersley, Guido Kandela, Gongmei Yu, Zvi Şvartz, Con E. Wolş, Sabine L. Perch-Nilsen, Bas Amelung, Reto Knutti, Rusiya alimlərindən A.Aleksandrova, M.Birjakov, V.Preobrajenski, Y.Vedenin, N.Mironenko, Y.Vedenin, A.Drozdov, Y.Yefremenko, İ.Zorin, Y.Kotlyarov, Y.Vopilova, S.Devyatkova, A.Zıryanov və digər alimlərin tədqiqatları qeyd oluna bilər. Azərbaycanda rekreasiya resurslarının və turizm potensialının öyrənilməsinin nəzəri və regional məsələləri H.Ə.Əliyevin, M.A.Abramovun, A.H.Salmanovun, Ə.Ə.Əyyubovun, Z.S.Məmmədovun, M.S.Qasımovun, V.S.Dərgahovun əsərlərində öz əksini tapmışdır.
Ümumiyyətlə, turizm resurslarının qiymətləndirilməsi uzun müddət turizm tədqiqatları arasında ənənəvi mövzulardan biri kimi qəbul olunsa da, son illərdə praktiki baxımdan aktual və nəzəri cəhətdən böyük əhəmiyyət kəsb edən məsələ hesab olunur. Belə qiymətləndirmə ərazi turizminin inkişaf konsepsiyasının hazırlanması baxımından xüsusilə vacibdir. Son illərdə isə təbii turizm potensialının, kurort-rekreasiya əhəmiyyətli resursların qiymətləndirilməsi daha da aktuallaşmışdır. Bu, bir sıra kompleks sosial-iqtisadi və təbii faktorlarla bağlıdır.
Turizm fəaliyyətinin potensial resurslarını tədqiq edərkən, həmin regionda iqtisadi əhəmiyyətini, eyni zamanda bir təbii resursun müxtəlif təsərrüfat fəaliyyətləri üçün əhəmiyyət kəsb edə bilməsi kimi amilləri də nəzərə almaq lazımdır. Təbii proseslərdə gedən dəyişikliklər, iqlim dəyişiklikləri, təbii fəlakətlər, risk amillərinin rolu və s. nəzərə alınması da resurs qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Təbiətə edilən antropogen təsir getdikcə daha da güclənir və bu təsir nəticəsində turizm ehtiyatlarının həm ekoloji, həm iqtisadi əhəmiyyəti dəyişir, resursların kəmiyyət və keyfiyyət göstəricilərində gedən dəyişikliklər onların dəyərində də öz əksini tapır. Ərazinin antropogen yüklənmənin güclənməsi rekreasiya yükü göstəricisinin də dəyişməsinə səbəb olur. Son illər rekreasiya əhəmiyyətli resurslar əhali artımı və torpaqların mənimsənilməsi şəraitində məhdud xarakter almağa başlayır və bununla əlaqədar onlardan mümkün qədər səmərəli istifadə olunması zərurəti daha da güclənir.
Bütün bu amillər turizm resurslarının praktiki əhəmiyyətinin daha düzgün qiymətləndirilməsini zəruri edir. Resursların qiymətləndirilməsi məsələsində subyektiv səbəblərdən də müxtəlif aspektlərin daha çox qabardılması və yanaşmaların müxtəlifliyi qiymətləndirmələrin metodiki baxımdan fərqli olmasına səbəb olur.
Turizm-rekreasiya ehtiyatlarının qiymətləndirilməsində üç qrup rekreasiya tələbatı fərqləndirilir:

  1. İctimai tələbat.

  2. İctimai istehsal maraqlarına olan tələbat.

  3. Ayrı-ayrı fərqlərin ümumi istirahət maraqlarına olan tələbat.

Rekreasiya tələbatına təbii, təbii-bioloji, iqtisadi, sosial-psixoloji amillər təsir göstərir. Təbii amillərə çaya, dağlara, meşələrə və s. yaxınlıq aid edilir. Təbii-bioloji amillər daha geniş əhatəli olmaqla, rekreasiya potensialının əhalinin tələbatına uyğun istifadə olunmasıdır. Burada əhalinin tələbatına uyğun kurort müalicə ocaqlarının yaradılması əsas faktordur.
Təbii ehtiyatların rekreasiya baxımdan qiymətləndirilməsi məsələsində V.S.Preobrajenski, Y.A.Vedenin, N.S.Mironenko və başqa alimlər mövcud resurslara üç aspektdən yanaşırlar:
1) Resurslar təbii-bioloji ehtiyatlar olaraq öyrənilir. Bu zaman müalicə və sağlamlıq üçün əhəmiyyətli olan ərazilər müəyyən olunur.
2) Resurslar psixoloji-estetik baxımdan müəyyənləşdirilir. Bu halda ərazinin rekreasiya landşaftları müəyyən olunur.
3) Resurslar texnoloji ərazinin texniki-kommunikasiya qurğuları və tikinti quraşdırma imkanları müəyyən olunmaqla qiymətləndirilir.
Təbii komponentlərin daxili estetik xüsusiyyətləri kurort əraziləri üçün əsas sayılır və aşağıdakıları özündə birləşdirir: ərazinin meşəlik dərəcəsi, ağacların qədim və ya cavan olması, kolluqlar, açıq sahələrin xüsusiyyətləri və s. Relyefin nahamarlığının, meşələrin orta yüksəkliyinin, çay və sututarların, heyvanlar aləminin zənginliyinin landşaftın psixi-estetik qiymətləndirilməsində mühüm rolu vardır.
Ərazinin təbii komponenentləri qiymətləndirəriləkən aşağıdakı düsturdan istifadə olunur:
P = P1+P2+P3+P4+P5+P6+P7,
Burada P – ərazinin ümumi təbii komponentlərinə görə qiymətləndirilməsi;
P1 – ərazinin iqlim xüsusiyyətlərinə görə qiymətləndirilməsi;
P2 – ərazinin ekzotik unikal təbiətinə görə qiymətləndirilməsi;
P3 – ərazinin landşaftına görə qiymətləndirmə;
P4 – ərazinin su ilə təminatına görə qiymətləndirmə;
P5 – heyvanlar aləminə görə qiymətləndirmə;
P6 – meşə sərvətlərinin zənginliyinə görə qiymətləndirmə;
P7 – ovçuluq baxımından qiymətləndirmədir.
Tədqiqatlarda ərazinin rekreasiya ehtiyatlarının kompleks qiymətləndirilməsi üçün aşağıdakı formul daha məqsədəuyğun sayılır:
P = T+B+M+İ,
Burada P – Ərazinin kompleks rekreasiya qiymətidir; T – landşaft xüsusiyyətlərinə görə, B – tibbi-bioloji xüsusiyyətlərinə görə, M – tarixi-mədəni xüsusiyyətlərinə görə, İ – rekreasiya resurslarının sosial-iqtisadi cəhətdən qiymətidir.
Xarici mənzərənin müxtəlifliyi ərazinin resurs qiymətləndirilməsində mühüm amil kimi nəzərə alınır. Y.A.Vedeninə (1980) və Filippoviçə görə (1975) xarici mənzərənin müxtəlifliyinin daxili mənzərə ilə qarşılıqlı əlaqəsi aşağıdakı kimi qruplaşdırılır:
Meşə-sututarlar – 4 bal; Çəmənlik-sututar – 3 bal; Meşə-çəmən – 3 bal; Kolluq-çəmən – 2 bal; Çəmənlik-düzən – 1 bal.
V.S.Preobrajenski ərazi rekreasiya kompleksinin təbii ekzotikliyini müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə etməyi təklif edir:
Sci = ,
burada C – hər hansı təbii kompleksin ümumi dərəcəsi;
S – hər hansı ərazidə yerləşməsi;
İ – başqa ərazi ilə əlaqəli olması;
J – hər hansı kompleksin ümumi dərəcəsidir.
V.S.Dərgahov (2003) hesab edir ki, ərazinin landşaft-estetik qiymətini müəyyən etmək üçün daxili təbii komplekslər aşağıdakı kimi qruplaşdırılmalıdır:
Çəmən-meşə-sututar – 5 bal; çəmən-meşə-kolluq – 4 bal; meşə-çəmənlik-düzən – 3 bal; kolluq-çəmən-yarımsəhra – 2 bal.
Belə qiymətləndirmə sahil rayonu üçün daha məqbul sayılır. Belə ki, sahil ərazilərində rekreasiya landşaftlarının çimərlik-meşə, çimərlik-yarımsəhra, çimərlik-ovalıq, dağətəyi meşələr və s. kimi yayılması səciyyəvi olur.
Həmçinin rekreasiya ehtiyatlarının qiymətləndirilməsində ərazinin daxili mənzərəsinin qiymətləndirilməsi də mühüm yer tutur.
Turizmin təbii resurs potensialının qiymətləndirilməsində meşə resurslarının qiymətləndirmə obyekti kimi tədqiqi mühüm rol oynayır. Eyni zamanda ekzotik baxımdan əlverişli relyef (orta və yüksək dağlıq ərazilər) və həmin ərazilərin meşə örtüyü, mineral bulaqları əraziyə turizm axınına şərait yaradan mühüm təbii faktorlar kimi nəzərdən keçirilir.
Dəniz və ya gölə yaxın yerləşmə, sahil mövqeyi təbii resurs potensialının çox mühüm seqmenti hesab olunur. Bir sıra tədqiqatlarda göstərilir ki, sahilyanı rayonlarda təbii resursların qiymətləndirilməsində bal sistemindən istifadə daha məqsədəuyğundur. Beynəlxalq təcrübədə 5 ballıq sistemdən istifadə məqbul sayılır və meyar kimi qəbul edilir. Dəniz sahili turizm ehtiyatlarının qiymətləndirilməsi dənizin sahilindən qurunun daxilinə doğru ərazilərin qiymətləndirilməsi əsasında aparılır. Bu zaman “sahil zonası” kimi qəbul olunan ərazi daxilində təbii komponentlər nəzərə alınmaqla rayonlaşma aparıla bilir.
Turizm-rekreasiya resurslarının qiymətləndirilməsində bal sisteminin tətbiq olunması ilə ərazilər ballarına görə aşağıdakı kimi fərqləndirilir:
1 bal – əlverişsiz;
2 bal – nisbətən əlverişli;
3 bal – orta səviyyədə əlverişli;
4 bal – əlverişli;
5 bal – çox əlverişli.
Yuxarıda göstərilən ballar dəniz sahillərində temperatur rejimindən asılı olaraq günəşli günlərin sayına görə müəyyən edilir. Məsələn, temperaturun 18-23ºC-yə çatdığı günlərin sayı 135-dən artıqdırsa 5 bal, 100-135 günə bərabərdirsə, 4 bal, 100 günə qədər olarsa, 3 bal kimi qəbul olunur.
Turizm fəaliyyətləri üçün nisbətən əlverişli olan ərazi 2 bal qiymətləndirilir. Çimərliklərin rekreasiya baxımından qiymətləndirilməsi çimərliklərin suyunun temperatur rejimi 15-17ºC olması (5 bal) komfort sayılır.
Çimərliklərdə suyun temperaturunun 14-27ºC-yə çatan günlərin təkrarlanması 4 bala, 13-28ºC diskomfort hesab olunduğuna görə 3 bala, 13ºC-dən aşağı və 28ºC-dən aşağı və 29ºC-dən yuxarı olan günlərin sayının çoxluğu isə 1 bala müvafiq gəldiyi hesab olunur. Beləliklə, komfort günlərin sayını müəyyənləşdirməklə, müxtəlif sahilyanı ərazilərin təbii rekreasiya potensialı müqayisə olunur və onlardan üstün olanı göstərilir.
Sahilboyu rekreasiya landşaftlarına dair tədqiqatlarda qeyd olunur ki, sahilin 30 m-liyindən 200 m uzaqlığa qədər yayılan çəmənliklər, düzən meşələri estetik zənginliyə malik olan ərazilər hesab edilir. Sahildən daha da uzaqlaşdıqca, düzən meşələrin və çəmənliklərin dağətəyi və dağ landşaftları ilə əvəz olunması, həm də burada nadir təbiət abidələrinin, relikt meşələrin, relyef formalarının yayılması ərazilərin estetik zənginliyini bir qədər də artırır. Bu qeyd olunanlar Azərbaycan ərazisi üçün səciyyəvidir.
L.İ.Muxina (1974) rekreasiya ehtiyatlarının iki mövqedən – istirahətin təşkilini və istirahətçi baxımından qiymətləndirilməsini əsas götürmüşdür.
Y.A.Vedenin və N.S.Mironenko bal sistemini saxlamaqla, rekreasiya ehtiyatlarını aşağıdakı komponentlər üzrə qiymətləndirmişlər: əlverişli iqlim, günəş radiasiyasının miqdarı; dəniz suyunun temperaturu və kimyəvi tərkibi, relyef, bitki, su təminatı, bataqlıqlar.
A.H.Salmanov (1991) rekreasiya ehtiyatlarını qiymətləndirərkən bal sistemini saxlamaqla sosial-iqtisadi amilləri əsas götürmüşdür. O, yuxarıda qeyd olunan qiymətləndirməyə aşağıdakıları da əlavə etmişdir: dəniz suyunun temperaturu və xarakteri, seysmiklik, bitki, su təminatı, mineral sular, nəqliyyat bazası, kənd təsərrüfatı, mühəndis-texniki kommunikasiyalar, əmək ehtiyatları, xidmət sahəsinin və kurort-turizminin inkişafı.
N.P.Şelomov və K.İ.Lyumodrov rekreasiya qiymətləndiriməsi məsələsində xüsusi olaraq yaşıllıq normasının nəzərə alınmasına diqqəti yönəltmişlər. Onlar bir nəfərə düşən yaşıllıq normasını qiymətləndirərkən meşə-parklardan, meşə və çimərliklərdən istifadə normasını əsas götürmüş, m2/adam hesabı ilə yaşıllıq zonalarının orta yüklənmə normasına görə müxtəlif rayonları fərqləndirməyi tövsiyə etmişlər.
Turizmin resurs potensialı ümumi və spesifik resursların məcmusu olmaqla, onların cəmləşməsi konkret ərazidə turizm fəaliyyətinin imkanlarını təmin edir. Spesifik resurslar regionun turizm potensialının reallaşdırılmasında prioritet qəbul olunmaqla, buraya həm təbii və həm də sosial-iqtisadi resurslar aid edilə bilir. Bir çox hallarda həmin resursların rolunun dəyişməsi turizm fəaliyyətinin nəticələrinə müəyyənedici təsir göstərir. Bəzi regionlarda təbii və həm də sosial-iqtisadi resursların təsirinə iqtisadi ərazi sisteminin həssaslığı və reaksiyası böyük olur. Onlar üçün turizm potensialının qiymətləndirilməsi daha aktual xarakter daşıyır.
Turizm iqtisadi fəaliyyət növü kimi təşkilatlanmaqla həyata keçirilir və bu prosesin təşkilində iştirak edən subyektlərin qeyri-təkmil fəaliyyəti mövcud resurs potensialından qeyri-səmərəli və yaxud natamam istifadə olunmasına səbəb olur. Bu baxımdan regionun təbii turizm potensialının strukturu barədə daha müfəssəl təsəvvürə malik olmasına zərurət yaranır. Bir qrup tədqiqatlarda məhz institusional mühit, ölkə və ya regionun turizm sektorunun resurs potensialının reallaşdırılması faktoru kimi tədqiq olunur (A.Xarlamova və b.).
Turizmin resurs potensialının qiymətləndirilməsi turizm sahəsində yaranmış real situasiyanın daha yaxşı dərk edilməsinə imkan verir. Turizm potensialını araşdırarkən istər-istəməz turizm fəaliyyətinin reallaşmasında iştirak edən tərəflərin fəaliyyəti barədə məlumatlar da genişlənir.
Turizm sektoru bütövlükdə regiondaxili iqtisadi aktivliyə, əlavə iş yerlərinin yaradılmasına, məşğulluğun yüksəlməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Bununla bərabər, hər hansı bir ərazi və ya region üzrə turizmin resurs potensialına olan tələbin yüksək olmaması sosial-iqtisadi faktorların nəzərə alınmasını şərtləndirir və yarana biləcək arzuolunmaz şəraitin səbəblərinin araşdırılmasını aktuallaşdırır. Turizmin resurs potensialının qiymətləndirilməsi zəruri hallarda gələcək iqtisadi həvəsləndirmə mexanizmlərinin və üsullarının hazırlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Turizm fəaliyyətinin ərazi üzrə təşkil olunması həmin ərazinin bütün hissələrinin şəraitini nəzərə almağı şərtləndirir. Hər bir rayon turizm fəaliyyətini prioritet perspektiv sahələrindən biri kimi qəbul etməklə öz strategiyasını formalaşdırır. Bu baxımdan qiymətləndirmə metodikasının təkmilləşdirilməsi vacibdir, həmin metodikanın ayrı-ayrı regionlar üzrə adaptasiyası baş verir. Turizmin resurs potensialının qiymtələndirilməsinə dair müxtəlif yanaşmalar formalaşır. Bir çox hallarda həmin yanaşmalar bir-birindən fərqli nəticələr verir. Bu, müsbət amil kimi qəbul oluna bilər, çünki qiymətləndirmələr zamanı öyrənilən komponentin müxtəlif tərəfləri aşkar oluna bilir və bu, ərazinin imkanları barədə təsəvvürləri daha da genişləndirir.
Ərazinin turizm imkanlarının natamam və qeyri-səmərəli istifadə olunması, digər tərəfdən də əhalinin istirahət etmə ehtiyaclarının və rekreasiya resurslarına olan tələbinin artması turizm fəaliyyətinin planlaşdırılmasına yeni yanaşmaların axtarılmasını stimullaşdırır. Nəticədə təkcə konkret turizm layihələrinin reallaşmasını deyil, turizmin regionda sistemli inkişafını hədəf kimi qəbul edən regional turizm siyasəti formalaşır.
Turizmin regionda sistemli inkişafı bütün ərazinin turizm baxımdan mənimsənilməsi əsasında turizm potensialının kompleks istifadəsini nəzərdə tutur. Bununla əlaqədar, turizmin ilk növbədə təbii resurs potensialının inkişaf imkanlarını üzə çıxaran kompleks regional tədqiqatların aparılması zəruridir.
Turizmin resurs potensialını müəyyənləşdirən ən mühüm amil təbii rekreasiya resurslarının mövcudluğudur. Ərazinin rekreasiya əhəmiyyətli təbii resurslarının mövcudluğu turizm bazarında istehlak tələbinin formalaşamasına əhəmiyyətli təsir göstərir. Bununla əlaqədar, təbii resursların turizm məqsədilə istifadəsinə əsaslanan geniş spektrli fəaliyyətlərin inkişaf imkanlarının qiymətləndirilməsi və analiz təhlili ön plana çıxır. Bunun əsasında da regional turizm siyasəti formalaşır.
Turizm qiymətləndirilməsi zamanı bu sahədə təbii resurslara münasibətdə davranışların və fəaliyyət xarakterlərinin fərqliliyi nəzərə alınmaqla, turizmin müxtəlif növləri və formaları – yumşaq (soft), ağır (hard), təbii, yaşıl, macəra, ekoloji, özfəaliyyət, aktiv və s. kimi geniş spektrli terminlər bazasından istifadə olunur.
Turizm resurslarının qiymətləndirilməsində analiz, sintez, riyazi, statistik, müqayisəli təsvir, tipoloji yanaşma, ekspertiza qiymətləndirilməsi və s. metodlardan istifadə oluna bilir.
Turizm potensialının qiymətləndirilməsi ərazinin reytinq qiymətinin müəyyən olunmasına, həmçinin təbii resurs potensialına görə rayonların tipologiyasının aparılmasına imkan verir.
Turizmin resurs potensialı üzrə qiymətləndirmənin aparıldığı ərazi nisbətən geniş olduqda, çoxlu sayda informasiyaların toplanması və işlənməsi zərurəti yaranır. Bu isə riyazi-statistik metod yanaşması ilə mümkündür. Əldə olunmuş materialların riyazi-statistik metodla işlənməsi yerli şəraitin kəmiyyət xarakteristikasını, o cümlədən turizm potensialının ərazi diferensiasiyanın təhlilini verməyə və müxtəlif ərazilər arasında statistik qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsinə imkan verir. Bununla da turizm potensialının praktiki istifadəsi elmi cəhətdən əsaslandırılır.
Yerli resurslara əsaslanan turizm sahələrinin təşkili və inkişaf etdirilməsi məqsədilə turizm potensialının öyrənilməsi ərazinin müxtəlif hissələrə bölünməsini və onların qiymətləndirilməsini nəzərdə tutur. Ayrı-ayrı ərazilərin müqayisəli təhlilinin əsasında reytinq qiymətləndirilməsi və ərazi tipologiyasının aparılması dayanır.
Reytinq qiymətləndirilməsi zamanı turizm potensialının böyüklüyünə görə hansı rayonun daha prioritet hesab olunduğu müəyyən edilir və rayonlar həmin göstəriciyə görə müvafiq şəkildə sıralanır. Tipologiyanın verilməsi isə oxşar turizm imkanları olan rayonların eynicinsli qruplarda birləşdirilməsini nəzərdə tutur. Riyazi statistika metodlarının (faktor analizinin) və çoxölçülü təsnifatlandırılma (klaster analiz) metodunun tətbiqi rayonun daha dəqiq nisbi qiymətləndirilməsini aparmağa imkan verir. Bununla da təbii resurslara əsaslanan turizm potensialının inkişaf imkanlarına görə rayonların hansı tipə aid olduğunu müəyyənləşdirmək mümkün olur.
Beləliklə, reytinq qiymətləndirilməsi metodunun və tipoloji yanaşmanın tətbiqi əsasında region ərazisi turizm potensialına görə obyektiv şəkildə differensiasiyalaşdırılır. Rayonların turizminin inkişafında baş verən tendensiyalar və qanunauyğunluqlar aşkar olunur. Bu nəticələr əsasında turizm potensialının istifadəsinin konstruktiv yolları işlənib hazırlanır.
Turizmin resurs potensialı qiymətləndirilərkən obyektivlik, komplekslilik və müqayisəlilik prinsiplərinə əməl olunmalıdır.
Obyektivlik prinsipinə əsaslanma onu nəzərdə tutur ki, istifadə olunan göstəricilər öyrənilən təzahürün tərəflərini doğru-dürüst əks etdirir. Meyarların seçilməsi üçün onlar formal olaraq kəmiyyət göstəriciləri ilə ifadə edilir. Hər bir göstərici yerli normativlərə uyğun olaraq ümumi qəbul olunmuşdur və qeydə alınmış faktdır. Turizm potensialı üzrə ekspertiza qiymətləndirilməsinin aparılması müvafiq tədqiqatın obyektivliyini daha da artıra bilən amildir.
Turizm potensialının onun tərkib hissələrinin və komponentlərinin nəzərə alınması ilə qiymətləndirilməsi həmçinin komplekslilik prinsipinə söykənir. Bu zaman turizmin inkişafındakı həm müəyyənedici, həm də məhdudlaşdırıcı amillər nəzərə alınır. Qiymətləndirmədə turizm potensialının əsas xüsusiyyətlərini və onun tərkib hissələrinin məzmununu ifadə edən reprezentativ göstəricilərdən də istifadə oluna bilir.
Müqayisəlilik prinsipinə əsaslanma turizm potensialının düzgün qiymətləndirilməsində çox mühüm rol oynayır. Bir ərazi vahidi digərlərinə görə müqayisə olunur. Tədqiqat rayonlarının bir-birinə nəzərən qiymətləndirilməsi və təhlil edilməsi onları müvafiq kriteriyalar əsasında sıralandırmaq imkanı yaradır. Sahə xarakteristikasını ifadə edən göstəricilər ərazi vahidi üzrə hesablana bilir ki, bu da rayonların müqayisə edilməsinə imkan verir.
Reytinq qiymətləndirilməsinin inzibati-ərazi vahidləri üzrə aparılması və turizmin inkişaf şəraitinə görə rayonların tipologiyasının verilməsi turizmin resurs potensialının qiymətləndirilməsinin mühüm tərkib hissəsi hesab olunur. Potensialın qiymətləndirilməsi fəaliyyətin planlaşdırılması aspektində nəzərdən keçirilir. Burada meyar olaraq hər hansı bir ərazinin daxili və xarici turizmin potensial subyekti üçün maraq doğura biləcək cəlbediciliyi əsas götürülür. Hər bir ərazi vahidi göstəricilərin obyektiv sistemi ilə müəyyənləşir və digər ərazi vahidləri ilə müqayisə edilir.
Resurs qiymətləndirilməsi üzrə aparılan tədqiqat iki mərhələdən ibarət olur. Birinci mərhələdə təbii resurslardan istifadəyə əsaslanan turizmin komponentlər üzrə və inteqral olaraq potensial inkişafı qiymətləndirilir. İkinci mərhələdə qiymətləndirmənin özü aparılır və turizmin ayrı-ayrı növləri üzrə turizm imkanlarının tipologiyası verilir.
Birinci mərhələdə – komponentlər üzrə və inteqral olaraq qiymətləndirmə prosesində turizmin inkişafını şərtləndirən müxtəlif əsaslar (təbii resursların olması, tarixi-mədəni irs obyektlərinin mövcudluğu, nəqliyyat təminatı, mümkünlük amili) təyin edilir. Bununla yanaşı, məhdudlaşdırıcı faktorlar da müəyyən olunur. Məntiqi yanaşma və tədqiqatçının professional bilikləri əsasında turizm fəaliyyətini ifadə edə biləcək göstəricilərin seçilməsi və toplanması yerinə yetirilir. Buna müvafiq olaraq, ərazinin kompleks potensialının dörd qeyri-bərabər (blokdan) hissədən ibarət olduğu qəbul edilir:
1) təbii resurslar; 2) tarixi-mədəni resurslar; 3) nəqliyyat potensialı; 4) ətraf təbii mühitin turizmə ləngidici (məhdudlaşdırıcı) təsir göstərə bilən kompleks faktorları.
Bu dörd blokdan hər biri faktor analizi əsasında öyrənilir. Bunun üçün hər bir inzibati-ərazi vahidi üzrə ilkin “məlumatlar normalaşdırılır”. Normalaşdırma fərqli ölçü vahidləri ilə ifadə olunmuş ayrı-ayrı göstəricilərin eyni ölçü üzrə tətbiq oluna bilməsi üçün onların ölçüsüz kəmiyyətə çevrilməsi və beləliklə birgə ifadə oluna bilməsi məqsədilə aparılır. Bundan sonra hər bir göstəricinin ərazinin cəmi potensialındakı payı (xüsusi çəkisi) təyin edilir ki, bunun üçün də çəki əmsalı hesablanır. Bu əmsalın hesablanması zamanı korrelyasiya matrisasının nəticələri tədqiq olunur və hər bir əlamətin statistik təsir ölçüsü qiymətləndirilir. Statistik təsir ölçüsü bütün göstəricilərin bir-birinə nəzərən korrelyasiya əmsallarının toplanması ilə təyin olunur. Beləliklə, çəki əmsallarının böyüklüyü digər parametrlərə nəzərən müəyyən edilir.
Ərazi kompleks potensialının tərkib hissəsi olan bloklar üçün inteqral göstəricilər müəyyən edilir. İnteqral göstəricinin müəyyən olunması aşağıdakı düstur əsasında hesablanır:
IGi = kj āij
Burada IGi – müəyyən ərazinin təbii, tarixi-mədəni, nəqliyyat potensialının və ləngidici (məhdudlaşdırıcı) amillər kompleksinin inteqral göstəricisidir; āiji ərazisi üçün j göstəricisinin normalaşdırılmış qiymətidir; kj - j göstəricisi üzrə mənfi olmayan çəki əmsalıdır; j = 1...m göstəricilərin sayıdır; āij = (aij – acpj) / δj, və burada āij – i rayonu üzrə j göstəricisinin başlanğıc qiymətidir; acpj – rayonlar üçün j göstəricisinin orta qiymətidir; δj – rayonlar üçün j göstəricisinin standart kənara çıxmaq qiymətidir; kj Ij / Imax və burada Ij – sütun boyu j göstəricisi üzrə statistik təsir ölçüsüdür; Imax – sütun boyu istifadə olunan göstəricilər arasında statistik təsir ölçüsünün maksimal qiymətidir; Ij - r jl ⃒ və burada rjlbj və bl göstəriciləri üzrə korrelyasiya əmsalıdır; i = 1....s – göstəricilərin sayıdır.
Təbii resurslar, tarixi-mədəni resurslar, nəqliyyat potensialı və ətraf mühitin turizmə ləngidici təsir göstərə bilən kompleks faktorları blokları üzrə hesablanmış inteqral göstəricilər cəmlənir və beləliklə turizm potensialının yekun inteqral göstəricisi müəyyən olunur. Yekun inteqral göstəricisində payları eyni olmayan blokların ölçülməsi çəki əmsallarından istifadə edilməklə aparılır. Blokların ölçülməsi zamanı ekspertlər metodundan istifadə edilir.
Anket üsulu vasitəsilə blokların qiymətləndirilməsi aparılır. Bunun nəticəsində ekspertlər hər bir blokun potensial çəkisini müəyyənləşdirirlər. Belə ki, təbii rekreasiya resurslarına əsaslanan turizmin inkişafına göstərilən təsir dərəcəsindən asılı olaraq minimal və maksimal dərəcələr (ranqlar) müəyyən edilir. Sonra ekspertlər tərəfindən müəyyənləşən həmin dərəcələr müvafiq surətdə düzülür və beləliklə hər bir blok üçün yekun göstərici alınır. Daha sonra dərəcələrin korrelyasiyası aparılır və konkordasiya əmsalı vasitəsilə ekspertlərin fikirləri uzlaşdırılır. Tədqiqatlar nəticəsində bloklar dərəcə (ranq) qiymətlərinin artması sırası ilə düzülür və bunun əsasında da müvafiq çəki əmsalları təyin edilir. Beləliklə, hər bir blok üzrə çəki əmsallarının daxil edilməsi ilə inteqral potensial qiymətləndirilir.
Müəyyən bir rayonun inteqral turizm potensialının hesablanma düsturu aşağıdakı kimi ifadə olunur:
İP = k1TP + k2TMP + k3NP + k4LAK,
Burada İP – inteqral potensial; k1, k2, k3, k4 – inteqral potensial komponentlərinin mənfi olmayan çəki əmsalları; TP – təbii potensial; TMP – tarixi-mədəni potensial; NP – nəqliyyat potensialı; LAK – ləngidici (inkişafa mənfi təsir göstərən) amillər kompleksidir.
Turizmin inteqral təbii potensialına görə və həm də yuxarıda göstərilən bloklar üzrə müxtəlif rayonlar, rayondaxili bələdiyyə əraziləri müqayisə oluna bilir, onların tipologiyası aparılır. Bunun üçün klaster analizi aparılır. Bu analizin aparılması kompleks göstəricilərlə xarakterizə olunan əraziləri qruplaşdırmağa və onlardan bir-birinə oxşayanları eyni qrupa daxil etməyə imkan verir. Klaster təhlil bütün əlamətlərin eyni zamanda nəzərə alınması əsasında klasterlərin (qrupların) ayrılmasına gətirib çıxarır. Göstəriciləri bir-birinə yaxın olan klasterlər eyni qrupda birləşdirilir. Klaster analizinin aparılması üçün hər bir blok və həmçinin inteqral potensial üzrə ilkin olaraq hesablanmış matrisa istifadə olunur.
Klaster analizinin aparılmasının müxtəlif metodları vardır. Bunlardan ən geniş istifadə olunanlardan biri iyerarxik klaster analizidir. Bu metod klasterlərin sayını və həmçinin tanıdılma göstəricisini müəyyənləşdirməyə imkan verir. Tanıdılma göstəricisi Uord metoduna müvafiq olaraq aparılmış alqoritm təsnifatı əsasında təyin edilir və Evklid məsafəsindən istifadə edilməklə obyektlər arasındakı oxşarlığı müəyyənləşdirən meyar rolunu oynayır.
Klaster analizinin aparılmasının başqa bir metodu orta əmsalın istifadəsidir. Bu əmsal obyektlərin (rayonların) sayı əsasında onları klasterlərdə birləşdirilməsi üçün təyin olunur. Ərazi vahidləri rayonları məcmu halında ifadə edən klasterlərdə (qruplarda) birləşdirilir. Hər bir klaster üçün müəyyən faktorlar üzrə orta göstəricilər hesablanır ki, bu da klasterlərin bir-birindən nə dərəcədə fərqləndiyini təyin etməyə imkan verir. Klasterlər üzrə hər bir faktora görə orta göstəricilərin yekun cəmi hesablanır. Bu zaman inteqral potensialda ləngidici rol oynayan faktorların kompleks göstəricisi nəzərə alınır və müvafiq surətdə yekun cəmdən çıxılır. Bununla da hər bir qrup üzrə yerli şəraitin əlverişlilik dərəcəsini (məsələn, maksimal, yüksək, orta və s.) ifadə edən keyfiyyət xarakteristikası müəyyən olunur. Klaster üzrə faktorların orta göstəricilərinin cəmi nə qədər yuxarıdırsa, turizmin inkişafı üçün olan şərait bir o qədər yaxşıdır.
Təsnifatlandırmaya dair alınan yekun nəticələr xəritə-sxemlərdə öz əksini tapır. Turizmin inkişafı üçün ən yüksək imkanlara malik olduğu hesab edilən rayonlar birinci tipə, aşağı potensiala malik olan rayonlar isə daha aşağı dərəcəli tipə aid edilir.
Ərazinin təbii turizm resursları qiymətləndirildikdən sonra turizmin əsas istiqamətləri müəyyən edilir. Çünki tədqiqat rayonunda turizmin potensialının qiymətləndirilməsinə turizmin inkişafına zəmin yaradan amillərin müəyyən edilməsi də daxildir. Turizmin müxtəlif növlərinin (məsələn, ovçuluq, dərketmə, gəzinti və s.) hər biri üzrə potensialın qiymətləndirilməsi aparıla bilər. Hər bir turizm fəaliyyətini səciyyələndirən obyektiv göstəricilər müəyyən edilir. Müxtəlif amillərin turizmin ayrı-ayrı növlərinə təsiri eyni dərəcədə olmadığından, hər bir amilin təsirini təyin etmək üçün konkret kəmiyyət meyarlarına əsaslanma vacib əhəmiyyət kəsb edir. Bunun üçün ekspert metodu vasitəsilə hər bir göstərici çəki əmsalı ilə ifadə olunur. Daha sonra ayrı-ayrı turizm fəaliyyətləri üzrə mövcud imkanların kompleks göstəricisi hesablanır.
Tədqiqat ərazisi olan rayonda və ya yaşayış məntəqəsində turizmin hər bir növü üzrə kompleks göstəricisinin hesablanma düsturu aşağıdakı kimidir:

Yüklə 134,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin