Mövzular üzrə saatların bölgüsü


Beynəlxalq turizm əməkdaşlığında istifadə olunan



Yüklə 134,52 Kb.
səhifə2/29
tarix03.03.2023
ölçüsü134,52 Kb.
#86407
1   2   3   4   5   6   7   8   9   ...   29
turizmdə tədiqat metodları

8. Beynəlxalq turizm əməkdaşlığında istifadə olunan
metodika

Turizmdə beynəlxalq əməkdaşlığın prinsipləri. Turizmdə beynəlxalq əməkdaşlıq prinsiplərinin mahiyyəti. Turizmdə beynəlxalq əməkdaşlığa təsir edən amillər [1], [3].



Ədəbiyyat:
Əsas
1.Барчуковa И.С. Методы научных исследований в туризме. М.: «Академия», 2008, 224 с.
2.Маергойз И.М. Методика мелкомасштабных экономико-географических исследований. М.: МГУ,1981,137 c.
3.Экономика и организация международного туризма: международный туризм. Под ред. И.И.Рябовой и др. М.: КНОРУС, 2005, 576 с.
Əlavə
4.Həsənov T.G. Coğrafiyanın tədqiqat metodları. Bakı Universiteti nəşriyyatı. 1990,214 s.
5.Виноградова М.В. и др. Бизнец-планирование в индустрии гостеприимства. М.: «ВИНИТИ», 2012, 279 c.

Turizm öyrənilməsinin nəzər-metodoloji əsasları



Konkret olaraq, iqtisadi mahiyyətinə görə turizm bazarı müəyyən yerdə və zamanda turizm məhsulunun alqı-satqı prosesini təmin etmək üçün tələb və təklifi birləşdirən ictimai-iqtisadi hadisədir. Bazar tələb və təklif qanunauyğunluqları əsasında formalaşır. Tələb və təklif qanunu tələbə təklifin eyniliyini və onların bir-birinə uyğunlaşmasının zəruriliyini əks etdirir.
Bazarın tələbatının təminatı maqsədilə bazarın vəziyyətinin öyrənilməsi mühüm şətrdir. Çünki, bazarda konyuktura müəyyən vaxtda turizm xidmətlərinə tələb və təklifin nisbətini, həmçinin, səviyyəsi və qiymətinin dəyişməsini müəyyən edən amillər və şərtlərin qarşılıqlı nəticəsinin iqtisadi vəziyyətidir.
Turizm bazarında vəziyyətin üyrənilməsi zəruriliyi şübhəsiz ki, marketinqin mahiyyətini təşkil edir və bu bazarın tələbatının öyrənilməsinə yönəldilir. Araşdırmalar sübut edir ki, tədqiqatçılardan V.A.Solovyov (103), A.P.Duroviç (104) və b. Vəziyyətin öyrənilməsini yalnız bazarda deyil, bütövlükdə marketinq tədqiqatlarına aid edirlər. Burada həqiqət vardır. Çünki, müasir bazar münasibətləri marketinq tədqiqatları vasitəsilə öyrənilir[22].
Deməli, turizmdə marketinq turizm məhsulunun satışı həcminin genişlənməsi və turizm bazarının tələbinin nəzərə alınması istiqamətlənmiş, turizm məhsulunun istehsalı, idarə olunması və satılmasına kompleks yanaşmadır. Marketinq fəaliyyətinin xüsusiyyətləri və mahiyyəti baxımından isə bazarlar da müxtəlif olur: məqsədli, səmərəsiz, əsas, inkişaf edən və s.. turizm bazarında vəziyyət a.ağıdakı əsas göstəricilər üzrə səciyyələnir[32]:

  • baqzarın ölçüsü (onun tutumu, turizm məhsulu satışının həcmi, bazarda fəaliyyət göstərən müxtəlif növ müəssisələrin sayı);

  • bazarın tarazlaşma dərəcəsi (təklif olunan turizm xidmətləri ilə tələbin nisbəti);

  • qiymətin səciyyəsi;

  • bazarın dinamikliyi (əsas parametrlərin dəyişməsi);

  • dövlətin bazarı tınzimləmə səviyyəsi;

  • turizm xidmətlərinin reallaşdırılmasının kommersiya şəraiti;

  • tələbatda mövsümi dəyişiklərin olması və s.

Qeyd etməliyik ki, turizm bazarı hər hansı başqa bir bazar kimi tələb və təklif qrupuna əsasən stabilləşir. Əgər təklif tələbi üstələyirsə, turizm məhsulunun qiyməti enməyə başlayır. Bu da turizm müəssisələrinin fəaliyyətinin azalmasına gətirib çıxarır. Əgər tələb təklifdən üstündürsə, qiymət artmağa başlayır və turizm müəssisələrini daha da çox turizm məhsulu istehsal etməyə stimullaşdırır. Qiymətlərin artıb-enməsindən sonra, onların müəyyən tarazlığı yaransa da çox zaman lazım olan nəticə alınmır.
Məşhur amerika alimi marketoloq Maslou hesab edir ki, müxtəlif vaxtlarda insanları müxtəlif tələbatlar hərəkətə gətirir. Bu tələbatlar ierarxiya əhəmiyyətinə görə belə sıralanır[39]:

  • fizioloji tələbatlar və özünüqoruma tələbatı;

  • sosial tələbatlar (görüşlər, dostluq, məhəbbət);

  • özünəhörmət tələbatı;

  • özünütəsdiq tələbatı.

Bu nəzəriyyə marketoloqlara alıcıların tələbatını araşdırmaq imkanı verir.
Araşdırmalardan aydın olur ki, turizm tələbatı çoxsaylı amillər əsasında formalaşır. Bu amillərin təsiri ilə turizm tələbatı artıb-azala bilər. Bu amillər tədqiqatçılar tərəfindən müxtəlif cür qruplaşdırılır. V.B.Sarpunova tərəfindən turizm bazarında tələbatın dəyişməsinə təsir edən daha mühüm və əhəmiyyətli amillər dörd qrupda ümumiləşdirilir: bunlar ümumi-iqtisadi, sosial-demoqrafik, mədəni və ictimai-psixoloji, şəxsi davranış amillərdir.
Ümumi-iqtisadi amillərə daxildir: kütləvi istehlakçının maddı vəziyyətinin səciyyəsi, işlək əhalinin iş vaxtı ilə asudə vaxtı arasındakı nisbət. Sosial-demoqrafik amillərə aiddir: yaş, cins, peşə, təhsil, ailənin tərkibi, sosial qurlar, ailə vəziyyəti, əmlak vəziyyəti, yaşadığı region, şəhər-kənd yerləri, turistlərin yaşadığı yaşayış yerlərinin böyüklüyü, məşğuliyyət növü.
Mədəni və ictimai-psixoloji amillərə daxildir: cəmiyyətin mənəvi dəyərlər sistemində üstünlükləri, istehlak psixologiyası.
Şəxsi davranış amillərinə aiddir: şəxsi xüsusiyyətlər, həyat tərzi, asudə vaxta maraq, mənəvi dəyərlər sistemi, məqsədli istiqamət, motivlər və s..
Bu qruplaşdırmada nəzərə alınanlar istehlakçının turizm xidmətləri ilə rəftarının yaranması və xarakterini müəyyən edir. Lakin nəzərə alınmalıdır ki, turizm xidmətlər bazarının formalaşmasında iştirak edən müəssisələr çoxdur və bunları aşağıdakı kimi qruplaşdırmaq olar[40]:

  • sosial xidmət və turizmlə bağlı olan infrastruktur sahələri;

  • istehsal və təminat sahələri;

  • turoperatorlar, turagentlər və kontragentlər.

Turizm tələbi istirahət mövsümündən asılı olaraq dəyişir. Buna görə də turizm tələbatının formalaşmasına təsir edən amilləri ümumi halda aşağıdakı kimi qruplaşdırırıq[40]:

  • Təbii-coğrafi amillər: buraya təbii şəraitin müxtəlifliyi, iqlimin komfortluğu, təbiət abidələri, istirahət mərkəzinin əsas tələbat rayonlarına (iri yaşayış məntəqələrinə) yaxınlığı və ya uzaqlığı aid edilir.

  • Sosial-iqtisadi amillər: əhalinin yaşayış səviyyəsi, demoqrafik vəziyyət, ölkənin iqtisadi və mədəni inkişaf səviyyəsi.

  • Turizm sənayesinin maddi təminatı: nəqliyyat, kommunikasiya xidmətləri, yerləşmə müəssisələrində yerlərin sayı, iaşə obyektləri, idman kompleksləri və s.

  • Istirahət mərkəzlərinin infrastrukturu və xidmətin səviyyəsi, tranzit yollara yaxınlıq, çimərlik və ya üzgüçülük hovuzları, xidmətin keyfiyyəti və s.

Daxili turizm tələbatına qeyd olunan amillərlə yanaşı qonaqpərvərlik, ərazinin rekreasiya potensialı, ekskursiya xidmətləri və s. təsir edir.
Turizm bazarının tələbdən sonar ikinci mühüm komponenti təlkifdir. Təklif subyektin məhsul və xidmətlərə rəqabət münasibətlərini əks etdirir. Bu məhsul və xidmətlər həmin yerdə və müəyyən səviyyəli qiymətlərə tələbatın ödənilməsinə xidmət edir. Digər sözlə, bu məhsul və xidmətlər müəyyən vaxtda və və müəyyən qiymətlərlə digər bazara çatdırıla bilər.

Turizm sənayesi daha çox biznes fəaliyyəti ilə bağlı olduğuna görə burada sahibkarlıq fəaliyyətinə istehlak və istehsal sahələri, gəlir, tələb, təklif anlayışları daxil olur. Turizm biznesinin təşkili bazar iqtisadiyyatı ilə sıx bağlı olduğuna görə onun tələblərinə əməl olunması əsas şərtlərdən sayılır. Burada qiymətlərin differensiasiyası, istehlakçıların tələbatının ödənilməsi mühüm rol oynayır. Turizm sənayesində xidmətlərin əlaqələndirilməsi aşağıdakılardan ibarətdir:


- Turizm xidmətinin tədarükçüləri;
- Topdan və pərakəndə satış agentlikləri;
- Turizm xidmətinin istehlakçıları.
Turizm sənayesində xidmətlərin bölgü prinsipi turməhsulun satışının müəyyən vaxt çərçivəsində dəyişməsindən asılıdır. Turistlər səyahətlər üçün turizm yollayışlarını və ya turist vauçerini öncədən sifariş etdiyindən xidmətlər də zaman kəsiyində dəyişmiş olur.
Turizm bazarının əsas anlayışlarına daxil olan digər elementlər aşağıdakılardır:

  • Turizm bazarı – mal və xidmətləri istehlakçıya çatdıran əsas vasitədir;

  • Turizm bazarı – müəyyən zaman çərçivəsində müştəriyə çatan əsas vasitədir;

  • Turizm bazarı – mal və xidmətlərin istehsalçıdan istehlakçıya çatdıran vasitə olmaqla, tələb və təklifin görüşdüyü yerdir.

Bu baxımdan turizm bazarında firmanın fəaliyyəti mal və xidmətləri istehlakçıya çatdırmaqdan ibarətdir.
Turizm bazarının əsas subyektlərinə tələb və təklif aiddir. Bu baxımdan turizm bazarının formalaşmasında aşağıdakı amilləri nəzərə almaq lazımdır:
1. Turizm xidmətləri tələb və təklifin əsasında formalaşdığına görə bazarda onun dəyişməsi tez-tez baş verir. Belə ki, turizm bazarında mövsümilik olduğuna görə tələb və təkliflər də dəyişmiş olur. Buna görə də ayrı-ayrı turist xidmətləri müəyyən zaman çərçivəsində formalaşır və keyfiyyətini zaman çərçivəsində dəyişir. Turizm xidmətləri turoperator tərəfindən bazardakı tələb və təklifi nəzərə almaqla yaradılır. Bu turist məhsulu mövsümlər nəzərə alınmaqla təşkil olunur və müəyyən zaman çərçivəsində nəzərdə tutulur.
2. Turizm xidmətlərinin təşkili zamanı tələb və təklifə uyğun olaraq onun keyfiyyəti və kəmiyyəti dəyişə bilər. Belə ki, əlavə xidmətlərin təşkili sifarişlərə uyğun aparıldığı üçün turizm xidmətlərinin növü dəyişə bilər.
Buna görə də xidmətin kəmiyyəti və keyfiyyətinə uyğun qiymətlər müəyyənləşir. Bu dəyişiklik bazardakı tələb və təklifə uyğun olmalıdır[17].
3. Turist tələbinin mövsümdən asılı olaraq dəyişməsi turizm bazarı üçün səciyyəvidir. Bunun nəticəsində turist tələbinin formalaşmasına birbaşa təsir etmiş olur. Turizm bazarında iştirak edən subyektlər bu mövsümiliyi nəzərə almaqla turist məhsullarını istehlakçıya çatdırırlar. Onu da qeyd edək ki, turizmdə mövsümilik əsasən istirahətin müxtəlif növləri üçün səciyyəvidir. Bəzi turizm növləri də vardır ki, onlar üçün mövsümilik xarakterik deyil. Belə turizm növlərinə müalicə, işgüzar və s. aiddir.
4. Turizm bazarında tələb və təklifin formalaşmasına istehlakçı və istehsalçı arasında məsafə, coğrafi şərait də təsir göstərir. Bu da istehlakçının başqa regionlarda öz məhsulunu realizə etmək üçün reklam və informasiya vasitələrindən istifadə etdirir. Həmçinin xarici tərəfdaşlarla əlaqəsi coğrafi məkanla bağlı olduğuna görə tələb və təklifə təsir göstərmiş olur.
5. Turizm bazarında tələb və təklifin marketinqinin aparılması firmanın bazarda mövqeyini müəyyən edən amillərdəndir. Bu baxımdan turməhsulun qiymətinin bazara uyğunluğu, mövsümə görə differensiasiyası vacibdir. Turizm bazarında qiymətlər rəqabətə uyğun formalaşdığına görə onun qiymətinin dəyişməsi bazardan asılı olur.
Turizm hərəkatı daha çox insanların gəlir səviyyəsinin artması ilə müəyyən edilir. İnsanların tələbatları əsasında istirahət və turizm tələbatı onların digər xərcləri arasında demək olar ki, sonuncu mövqe tutur. Apardığımız tədqiqatlar göstərir ki, orta gəlir səviyyəsinə malik olan hər bir Azərbaycan vətəndaşı ən azından daxili turizm hərəkatında iştirak edir. Buna görə də əhalinin gəlirlərinin artması onların turizm və istirahət tələbatını artırmış olur[22].
Buraya istirahətin məqsədi, səfərlərin növü, mövsümiliyi, ətraf mühitdən asılılığı, nəqliyyat vasitələrindən istifadə və s. daxil edilir. Psixoloji-estetik amillərdə səfərlərin və istirahətin motivinə görə seçilməsi əsas rol oynayır. Bunlar isə turistlərin istirahət məqsədindən asılı olaraq, turizm tələbatının formalaşmasına təsir edir. Səfərlərin məqsədlərinə görə turizm növlərinə müalicə, işgüzar, ritual və s. daxildir. Estetik amillər isə istirahətin təşkili zamanı təbiətin seçilməsi ilə bağlıdır. Bu baxımdan uzun və qısa müddətli istirahət seçənlərin 67%-dən çoxu təbiətin ekzotikliyi və nadirliyinə üstünlük verirlər[33].
Qeyd olunan seqmentdə mövsümilik turizmin istirahət növü üçün səciyyəvidir. BMÜTT-nin məlumatına görə istirahətə gedənlərin 70%-dən çoxu yay istirahət mövsümünə üstünlük verirlər. Buna görə də istirahətin təşkilində və tələbatların formalaşmasında yay mövsümü üstünlük təşkil edir.
Turizmin seqmentləşməsi istehlakçıların tələbatından asılıdır. İstehlakçı kimi turistlərin axınının xarakteri, onun tənzimlənməsi üçün tədbirlər və mexanizmlərin ayrılması bu növ seqmentləşməni başa çatdırmış olur. Turizmin inkişafında iqtisadi tələbat, kommersiya mənfəəti və onun əldə edilməsi üçün alternativ variantların seçilməsi və turizm obyektlərinin regional bölgüsü və s. turizm tələbatına təsir edir. Turizmin təşkili və idarə olunmasının səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq, bazarda rəqabət şəraitində turizm tələbatını müəyyən etmək olar.

Yüklə 134,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin